Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


GENDER BƏRABƏRLİYİ VƏ QADIN TƏŞƏBBÜSLƏRİ İB-NİN TƏDBİRİ


"Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması" mövzusunda Dəyirmi Masa barədə press-relizi

 

 19 dekabr, 2008-ci il tarixində Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) "Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması" mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə GBQT İB-i haqda təqdimat və Birliyin də üzv olduğu Beynəlxalq Gender Siyasəti Şəbəkəsinin (BGSŞ) həyata keçirdiyi "İnkişaf üzrə Əməkdaşlıq və Gender" layihəsi çərçivəsində hazırlanmış "İctimai Vəkillik Kağızının" təqdimatı və onun ətrafında müzakirələr aparılacaqdır.

"İnkişaf üzrə Əməkdaşlıq və Gender" layihəsi çərçivəsində Avropa Kommissiyasının İnkişaf üzrə Əməkdaşlığında Avropa Kommissiyasının hər bir tərəfdaş ölkə üzrə hazırladığı Ölkə üzrə Strategiya Sənədi və gender bərabərliyi və qadın hüquqlarının nə dərəcədə əhatə olunduğu təhlil edilmiş və bunun əsasında Avropa Birliyinə, Milli Dövlət qurumlarına və vətəndaş cəmiyyəti təşkilatlarına tövsiyələr hazırlanmışdır. Layihənin həyata keçirilməsində və tövsiyələrin təqdim olunmasında məqsəd Ölkə üzrə Strategiya Sənədinə 2009-cu ildə ediləcək baxış zamanı gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin daha geniş və ciddi şəkildə əks olunmasına nail olmaqdır.

Dəyirmi masaya Avropa Kommissiyasının, Dövlət strukturlarının, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin nümayəndələri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, Ombudsman aparatının nümayəndələri, Milli Məclisin İnsan Hüquqları bölməsi, beynəlxalq təşkilatların, o cümlədən səfirlilklərin, həmçinin yerli QHT və KİV nümayəndələri dəvət olunmuşdur. Dəvət olunmuş qonaqlara BGSŞ tərəfindən hazırlanmış "İctimai Vəkillik Kağızı" əvəlcədən dəvətnamə ilə birgə göndərilmişdir.

Tədbirin açılışında Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova çıxış edərək Birlik haqqında qısa təqdimat vermiş və yuxarıda adı çəkilən "İctimai Vəkillik Kağızını" təqdim etmişdir. Dəyirmi masada Avrointeqrasiya Komitəsinin sədri Mehriban Vəzir Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq Layihəsində prioritetlər və gender məsələsi mövzusunda və Avropa Şurasının qadın və kişilər arasında bərabərlik üzrə rəhbər komitəsinin sədri  və eyni zamanda GBQT İB -nin İdarə Heyətinin üzvü Möminat Xanım Avropa Şurasının gender bərabərliyi barədə tövsiyələrinin hökumət və vətəndaş cəmiyyəti tərəfindən tətbiqinin monitorinqi haqda çıxış etmişdir. Cıxışlar suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir. Müzakirələrin sonunda gender bərabərliyi istiqamətində daha effektiv işə nail olmaq üçün birgə fəaliyyət üçün təkliflər edilmişdir.

________________________________________

 "Gender Bərabərliyi və Qadın Təşəbbüsləri" İB

Mətbuat Xidməti

Tel: 497-65-68 (ofis)
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb