“AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ” NİN TƏDBİRİ
PRESS-RELİZ
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi
tərəfindən hazırlanmış "İnsan alveri:
metodik tövsiyyələr, normativ sənədlər" adlı yeni kitab nəşr edilmişdir. Vəsait
Amerika Hüquqşünaslar Assosasiyasının
maliyyə dəstəyi ilə dərc edilmişdir.
Kitaba
insan alverinə qarşı mübarizə və qurbanların müdafiəsi ilə bağlı metodik tövsiyyələrlə yanaşı, bu sahədə qüvvədə olan beynəlxalq sənədlər, eləcə də insan alveri ilə
bağlı qəbul edilmiş və qüvvədə olan Azərbaycan Republikasının qanunları və digər
normativ hüquqi aktları daxil
edilmişdir. Bununla yanaşı, kitabda məcburi əməyi qadağan beynəlxalq
konvensiyalar da öz əksini tapmışdır.
Vəsait
insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin öyrənilməsi, bu sahədə
mövcud olan normativ hüquqi bazanın əldə edilməsi baxımından olduqca
əhəmiyyətlidir. Nəşrdə beynəlxalq sənədlər və milli qanunvericiliklə
yanaşı, insan alverinə qarşı mübarizə
ilə bağlı tövsiyyələr də öz əksini tapmışdır.
Vəsait
insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən hüquq mühafizə
orqanlarının əməkdaşları, vəkillər, insan alveri qurbanlarının müdafiəsi və bu
problemlə mübarizə aparan QHT təmsilçiləri, hüquq mühafizə orqanlarının tədris
mərkəzləri üçün nəzərdə tutulub.
Bu
kitab insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən hər bir şəxs
üçün faydalıdır.
Nəşrlə
maraqlanan və onu əldə etmək istəyənlər "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai
Birliyinə müraciət edə bilərlər.
Tel:
(012) 498 91 74
(012)
498 09 72
Ünvan:
Bakı şəhəri, Natavan döngəsi 1