ROZA OTUNBAYEVA ÖZÜNÜ QIRĞIZISTANIN QANUNİ PREZİDENTİ ELAN ETDİ
Qırğızıstan prezident respublikasından parlament
respublikasına çevrildi
Qırğızıstanda
yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum başa çatıb. Lent.az-ın
"AKİpress" agentliyinə istinadən verdiyi məlumata görə, referendum başa
çatandan sonra müvəqqəti hökümətin rəhbəri Roza Otunbayev özünü qanuni
prezident elan edib.
Otunbayeva
iddia edib ki, səsvermənin nəticələrinə uyğun olaraq ölkədə legitim hakimiyyət
orqanları yaranıb: "Mən keçid dövrünün prezidenti səlahiyyətlərini əldə edirəm
və hökümətə başçılıq edəcəyəm. Bu artıq müvəqqəti deyil, qanuni hökumət
olacaq".
Roza
Otunbayeva iyulun 10-na qədər Nazirlər Kabinetini formalaşdırmağa söz verib. Qarşıdan
gələn parlament seçkilərində iştirak etməyə hazırlaşan siyasi partiyaların
liderləri hökumətin tərkibindən çıxarılacaq.
Qırğızıstanın
müvəqqəti hökumətinin rəhbərləri referendum zamanı inzibati resurslardan istifadə
edilmədiyini və nəticələrin saxtalaşdırılmadığını bildiriblər. Hakimiyyət
orqanları ciddi qanun pozuntularının da qeydə alınmadığını vurğulayır.
Bəzi
məlumatlara görə, referendumda səs hüququ olan əhalinin 67,5 faizi iştirak
edib. Mərkəzi Seçki Komissiyası ilkin nəticəlrə əsaslanaraq, onlardan 68
faizinin yeni Konstutisiya layihəsini dəstəklədiyini elan edib. Yekun nəticələr
1 həftə ərzində elan olunacaq.
Qeyd
edək ki, yeni layihə Qırğızıstanın prezident respublikasından parlament
respublikasına çevrilməsini nəzərdə tutur.
http://www.lent.az/news.php?id=33372