KİMLƏRİN EŞQİ DAHA MÖHKƏM OLUR?
Təbii ki, qadın və kişilərin düşüncələrində fərqlər var.
Milli.Az xəbər portalı "Science"yə istinadən bildirir ki, ABŞ Psixoloqlar Assosiasiyasının fikrincə, gerçək məhəbbət zahiri görünüşü və sosial statusu cazibədar sayılan insanlarla münasibətlərdə daha tez rast gəlinir.
Birləşmiş Ştatlar ilə yanaşı, Böyük Britaniyada aparılan araşdırmalar göstərib ki, insanlar bir qayda olaraq zahiri görünüş və sosial status baxımından özlərinə "bab" bildikləri adamlarla daha uzun müddətli təmaslarda olurlar.
Kaliforniya Universitetinin psixoloqlarının dediklərinə görə, belə təmaslar daha dayanıqlı olur.
Çikaqo Universitetinin alimləri isə bildiriblər ki, təhsil səviyyələri təxminən bərabər kişi və qadın arasında sabit təmaslar yaşanır.
Qadınlar özlərinə həyat yoldaşıt seçərkən kişilərlə müqayisədə, qarşı tərəfin mədəniyyət və statusuna daha çox fikir verirlər.
http://www.milli.az/news/interest/58930.html