Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLARI İNTERNETDƏN NECƏ QORUYAQ: 5 "QIZIL QAYDA"NI BİLİRSİNİZ? – ARAŞDIRMA


Uşaqlarınızın internetdən zərər çəkməməsi üçün bəzi qaydalara riayət etməyiniz gərək olacaq...

 

İnternet texnologiyalar yeniyetmələr və gənclərin həyatının tam bir hissəsinə çevrilib. Eyni zamanda, uşaqlar da bütün kompüter yeniliklərini - sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə əxz edir, onlara alışırlar. İlk baxışdan normal, hətta yaxşı işlərdir. Uşaqlarımız inkişaf edir, daha yeni, daha mütərəqqi və son texnologiyalardan yararlanmağı öyrənirlər. Bir sözlə, zəmanə adamı olurlar.

 

Qlobal "hörümçək toru" həm də uşaqların dünyagörüşü, informasiya və məlumatlarını da artırır.

Fəqət, hər şey göründüyü kimi deyil, çünki insanın öz kimliyini çox asanlıqla gizləyə bildiyi, nəzarət və kontrolun artıq mücərrəd məfhumlara çevrildiyi internet, uşaqların asan hədəfə döndüyü, müdafiə və himayəsiz qaldığı məkana çevrilir.

Virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, auido və videomateriallar var.

 

Milli.Az xəbər portalı "Techno Crunch"a istinadən bildirir ki, informasiya və məlumat təhlükəsizliyinin təminatı, habelə antivirus proqramlar istehsalı sahəsində dünyanın ən nüfuzlu şirkətlərindən biri sayılan ESET-in mütəxəssisləri uşaqların internetdə təhlükəsizliyi ilə bağlı hesabat yayıb.

 

Onlayn məkanda uşaqların müdafiəsi gün keçdikcə daha aktuallaşdığından, "Online Security Brand Tracker" şirkətinin tədqiqatının nəticələri də maraq kəsb edir. Məlum olub ki, yetkinlik yaşına çatmış internet istifadəçilərinin 53,7 faizi virtual məkandakı arzuolunmaz kontenti gənc nəsil üçün çox təhlükəli ünsür hesab edir.

 

Hazırda internetin gənc istifadəçiləri arasında ani mətn mübadiləsinə imkan verən proqramlar, messencerlər çox populyardır. Uşaqlar bir qayda olaraq tanımadıqları insanlarla əlaqəyə asanlıqla girirlər və bu zaman ağıllarına belə, gətirmirlər ki, onlarla təmasda olan şəxs əxlaqsız, ya da manyak ola bilər.

 

Azyaşlıların internetdəki pornoqrafik, erotik, ekstremist, radikal dinçi və s. saytlara girişlərinin də qarşısı alınmadıqda onların kənar təsir altına düşmələri həddən ziyadə asanlaşır.

 

Bununla bağlı olaraq ESET mütəxəssisləri uşaqların internetdən istifadəsini nisbətən təhlükəsiz edə biləcək bir neçə qayda hazırlayıblar.

 

Valideynlərin 5 "qızıl qaydası"

 

1. Gənc və ya azyaşlı istifadəçi üçün ayrıca qeydiyyat akkauntu yaratmaq. Belə akkaunt uşağın internetdəki fəallığını nəzarətdə saxlamaq üçün valideynlərə yardım edir. Həmin akkauntun nəzarətçisi, yəni administratoru bütün halllarda valideyn olmalıdır.

 

2. Siqnatur bazaları və valideyn nəzarəti funksiyaları yenilənmiş antivirus proqram təminatından istifadə etmək. Belə antivirus proqramlar potensial arzuolunmaz materialdan ibarət veb-saytlara girişi yasaqlamağa və ya çətinləşdirməyə imkan verir.

 

3. Brauzerin "tarix" bölməsini mütəmadi olaraq yoxlayın. Həmin bölmənin boş və ya kiçik olması uşaqla ciddi söhbətin səbəbidir. Çünki kompüterdən azacıq başı çıxan uşaqlar valideynlərin nəzarət məqsədilə brauzerin "tarix" bölməsinə baxdıqlarını anlayaraq orada təmizləmələr aparır, daxil olduqları yasaq saytlarla bağlı məlumatları silirlər.

 

4. Veb-kameradan istifadəni nəzarətdə saxlayın. Əgər kompüter və ya noutbukdakı veb-kameradan sürəkli istifadə etmirsinizsə, onu qapadın. Bəzi kompüter virusları və proqramları vasitəsilə kibercinayətkarlar həmin kamera vasitəsilə sizin kompüteri nəzarətdə saxlayaraq fayllardan, yazılarınızdan, parollarınızdan bəhrələnə bilərlər. Bundan başqa, uşağa başa salın ki, yalnız tanış insanlarla - qohumlar və ya dostlarla ünsiyyət zamanı veb-kameradan istifadə etmək məsləhətdir.

 

5. Uşaq sosial şəbəkədən istifadə edirsə, mütləq şəkildə onun həmin şəbəkədəki akkauntunu, səhifəsinin konfidensiallıq və təhlükəsizlik qurğularını yoxlayın. Sosial şəbəkələrdə - məsələn, "Facebook"da - məlumatların yerləşdirilməsindən sonra həmin məlumatlar üzərində nəzarət tamamən əldən çıxır.

 

Başqa sözlə, ehtiyatsızlıq sizin uşağınız barədə bütün məlumatların düyna miqyasında istənilən adamın rahatlıqla istifadə etməsinə səbəb ola bilər.

 

Digər qaydalar da var

 

ESET-in mütəxəssisləri onu da deyirlər ki, brauzer və ya antivirus proqramına daxil edilmiş valideyn nəzarəti vasitələrindən də yararlanmaq olar. Məsələn, "ESET Smart Security 5" antivirus proqramında potensial təhlükəli materiallar olan veb-saytlara girişin yasaqlanması funksiyası var.

Sadalanan qaydalar yalnız bir şirkətin tövsiyələrdir və ağıllı olsalar da, bir qədər "reklam qoxusu" verirlər.

 

Bu səbəbdən də Avropa İnformasiya Texnologiyaları Təhlükəsizliyi Komissiyasının da azyaşlıların internetdə olarkən təhlükəsizliklik qaydalarına nəzər salmağına dəyər.

Sadalanan qaydalar uşaqlardan daha çox böyüklər üçün nəzərdə tutulmuş da sayıla bilər.

 

1. Elektron poçt və ya çatlar vasitəsilə konfidensial, şəxsi məlumatları yollamayın. Unutmayın ki, banklar və ya başqa təşkilatlar heç vaxt sizdən hesabınızın onlayn nömrəsi, PİN-kod və başqa konfidensial informasiyaların elektron poçt vasitəsilə göndərilməsini tələb etməyəcəklər. Bunu azyaşlı internet istifadəçisinə də başa salın.

 

2. Hədə və təhdid məzmunlu onlayn məlumatlara, yazılara cavab verməyin. Valideynlər uşağa başa salmalıdır ki, tanımadığı insandan alınmış müxtəlif səciyyəli və ya məzmunlu müraciətlərə, yazılara əsla cavab vermək olmaz.

 

3. İnternetdəki informasiyalara tam etibar etməyin. Qlobal virtual şəbəkədəki məlumatlar qeyri-səhih mənbələrə əsaslanan yanlışlıqlar ola bilər. Ümumiyyətlə, internetdəki bütün məlumatlara inanaraq hər yazılana etimad göstərməyə dəyməz.

 

4. Uşaqla ünsiyyəti azaltmayın, təmasları artırın. Azyaşlı internet istifadəçisinin virtual həyatı ilə maraqlanın, onunla internetlə bağlı təəssüratlarınızı bölüşün, habelə azyaşlının internetdə ünsiyyətdə olduğu tanışlarının kimliyini soruşun.

 

Mütəxəssislər hesab edirlər ki, bu qaydalara riayət etməklə uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək olar.

 

Riayət asan deyil

 

Bilirik, dünyanın ən yoxsul və geridə qalmış dövlətlərini, habelə totalitar ölkələri çıxmaq şərtilə qalan məmləkətlərdə uşaqların internetdən istifadə etmələri əməlli problemə çevrilib. Problemin həlli yolları müxtəlif olsa da istənilən nəticə hələ ki, heç bir yerdə əldə olunmayıb. İnternet hər yerə və hər cür sirayət etdiyindən, təbii ki, uşaqlar da ondan smartfonlar, noutbuklar, adi və planşet kompüterləri vasitəsilə istifadə edirlər.

 

O vasitələr əksər hallarda azyaşlıların valideynlərindən biri və ya qohumunun olsa da son illərdə övladlarına kompüter alaraq "qoy, uşağım inkişaf etsin, geri qalmasın" deyən ata-anaların sayı, yağış görməsə də yağışdan sonrakı göbələklər artan təki çoxalır...

Uşağın kompüterinin olması işin yarısıdır, çünki indiki azyaşlılar istisnasız olaraq bütün hallarda internet də tələb edirlər. İnternetə qoşulmuş kompüter isə nəzarətin olmadığı ailədə problemlər mənbəyinə çevrilə bilər və çevrilir də.

 

Dünyanın ən nüfuzlu şirkətləri, ekspertlər və analitiklər uşaqların internetdəki təhlükəsizliyinin təminatı üçün ən müxtəlif qaydalarla məsləhətlər, hətta təlimatlar hazırlaya bilərlər.

İnsafən, onlar o qədər də pis deyil.

 

Lakin bütün bunların hamısı yalnız azyaşlı vətəndaşın normal tərbiyə aldığı və onun davranışının nəzarətsiz buraxılmadığı halda gözlənilən effekti verə bilər.

 

Tural Sarı

 

http://www.milli.az/news/society/64251.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb