Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADINLAR HƏLƏ DƏ SİYASİ ALƏMDƏ İŞTİRAK ÜÇÜN MÜBARİZƏDƏ UDUZURLAR


2011092601_120_01"Mən evdə ya politologiya, ya da beynəlxalq əlaqələr fakültələrinə daxil olmaq istədiyimi bildirəndə anam dedi ki, nə istəyirsən elə, bircə bunu eləmə", - deyə ailə üzvlərinə güzəştə gedərək linqvist peşəsini seçən Kristina Avetisyan deyir.

 

Analitiklərin qeyd etdiklərinə görə, erməni cəmiyyətində hələ də qadının məzlum və sakit olması haqqında stereotiplər möhkəm mövqeyə malikdir və bir çoxları siyasətin qadın işi olmadığını düşünür.

 

"Qadın hara, siyasət hara? Qadın qadın olmalıdır", - 60 yaşlı Yerevan sakini Andranik Sarkisyan məhz belə hesab edir.

 

Bu cür münasibətə baxmayaraq, son zamanlar qadın siyasi xadimlərə olan etibar çox artıb.

 

"Siyasət qadın üçün çox kobud bir şeydir, amma əgər qadın güclü şəxsiyyətdirsə və bu işi bacara bilirsə, niyə də yox?! Marqaret Tetçer və Qandi sübut etdilər ki, qadın əla siyasi xadim ola bilər. Bundan əlavə, qadınlar hər şeyə çox diplomatik yanaşır və daha güclü intuisiyaya malik olurlar", - deyə Yerevan sakini Qalina Avetisyan hesab edir.

 

"Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zoqrabyanın dediyinə görə, Ermənistanda siyasətdə qadın resurslarından çox az istifadə olunur.

 

"Amma qeyd etməliyəm ki, son bir neçə ildə müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, qadın haqqında stereotiplər dəyişir. Əgər keçmişdə siyasətdə olan qadın özünü kişiyə bənzədərək onun kölgəsi kimi qəbul olunurdusa, hazırda cəmiyyət qadını siyasətdə ayrıca bir faktor kimi dərk edir".

 

"Hətta qadınların da bunu dərk etməsində dəyişikliklərin olmasını qeyd etməyi vacib hesab edirəm. Qadınlar daha azad və rahatdırlar, özlərini kişilərə bənzətməyə çalışmırlar", - deyə Zoqrabyan vurğulayır.

 

Psixoloq Armine Kazaryan qeyd edir ki, stereotiplərin kökləri qadınların özlərindən gəlir. Erməni qadınlar evdar olmağı öz vəzifəsi hesab edirlər, özlərini kişilərdən aşağı sayır və bunun nəticəsi olaraq siyasətçi olan digər qadınlara etibar etmirlər.

 

"Məsələn, əgər bizim cəmiyyətdə qadınların əksər hissəsi işləmirsə (evdar qadınlar), qadın və kişi namizədlərin rəqabətində üstünlük qadın namizədə verilməyəcək. Qadın - seçici qadın - namizədə etibar etmir, çünki özü-özlüyündə və həyat tərzinə görə tamam ayrı fəaliyyət, maraq və prioritetlərə malikdir, onun "güclü tərəfi" onun "kişisidir".

 

"İrs" fraksiyasının deputatı Larisa Alaverdyan deyir ki, erməni siyasətində qadınlar çox kiçik bir yer tutur və uzun illər ərzində heç nə dəyişməyib. Məsələn, nazirliklərdə yalnız bir-iki qadın çalışır, Milli Məclisdə qadın deputatların faizi çox aşağıdır.

 

"Eyni fikri yerli özünüidarə orqanları haqqında da deyə bilərəm. Hətta bu orqanlarda qadınların işə cəlb olunmasında azalma müşahidə olunur".

 

Ərazi İdarəçiliyi Nazirliyinin hesablamalarına görə, Ermənistanın 912 icmasında bu il 23 idarəçi qadın var. Keçən il bu göstərici 24 idi.

 

"Bu rəqəmlər idarəetmə sisteminin dəhşətli vəziyyətdə olduğunu göstərir. Mən əminəm ki, əgər siyasətə özünə inamlı qadınlar cəlb olunarsa, hazırkı vulqar idarəetmə üsulları aradan qaldırılar və ya heç olmasa neqativlik dərəcəsi azalar", - deyə Alaverdyan bildirir.

 

Qadınların işə cəlb olunmasını təmin etmək məqsədi ilə Milli Məclisdə qəbul olunmuş qanun layihəsinə əsasən, seçki siyahısının ilk onluğuna ən azı bir qadın, siyahının 11-ci sətrindən başlayaraq isə hər beşliyə bir qadın daxil olmalıdır. Beləliklə, siyahının ən azı 20%-ni qadınlar təşkil etməlidir.

 

"Qafqaz" ictimai elmi-tədqiqat mərkəzinin araşdırmaları müəyyən edib ki, 57% erməni bu tədbirlərə müsbət yanaşır. Amma qadınlar bu qayda ilə seçki siyahılarına daxil olunsalar da, təəssüf ki, seçki sonrası qaliblər sırasında onlar kəskin şəkildə az olur və parlamentdəki yerlərin əksəriyyətini kişilər tutur.

 

Anna Karapetyan, Ermənistan, "Armedia" İnformasiya-anali                

 

http://www.ayna.az/2011-09-24/cemiyyet/7117-

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb