Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLARIN ÖVLADLIĞA VERİLMƏSİ İLƏ BAĞLI YENİ QAYDALAR HAZIRLANIR


Beynəlxalq təcrübədə övladlığa verilmə prosesi sadədir

 

Azərbaycan ailəsi üçün övlad hər şeydən əzizdir. Tanrıdan gələn bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti ilə yaşayanlar da olur. Övladı olmadığı üçün hər il onlarca ailə dağılır. Amma bu gün ölkənin uşaq evlərində də 10 min nəfərə yaxın uşaq ailə nəvazişindən məhrumdur. Bu uşaqlar arasında onlara sahib çıxacaq ailələri gözləyənlər də var.

 

Hazırda Azərbaycanda uşaqların övladlığa verilməsi iki yolla mümkündür. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Ölkə qanunvericiliyinə görə, ölkədə yaşayan hər bir Azərbaycan vətəndaşı azərbaycanlı uşaqları övladlığa götürə bilər. Bu zaman həmin insanların hansı təbəqəni təmsil etməsi nəzərə alınmır. Əsas meyar ondan ibarətdir ki, uşağın övladlığa verildiyi ailə həmin uşağın müdafiəsini və qayğısını təmin edə, onun bütün hüquqlarını qoruya bilsin. Uşağın təhsil almasını, sağlamlığını təmin etsin, eyni zamanda, öz gələcəyi ilə bağlı qərarları uşaq özü sərbəst versin.

 

Uşaqların övladlığa götürülməsi "Ailə Məcəlləsi", "Mülki Prosesual Məcəllə" və Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli, 172 saylı qərarı ilə tənzimlənir. Üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır. Övladlığa götürmə isə övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin ərizəsi əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəməyə qədər övlad götürmək (qəyyum olmaq) istəyən şəxs isə bir neçə mərhələdən keçməlidir. Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa götürmək istəyirsə, qeydiyyatda olduğu ərazinin rayon İcra Hakimiyyətinin "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi" üzrə komissiyaya müraciət edir.

 

Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə valideyn olmaq istəyən şəxslərə lazımi sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin surəti ya Səhiyyə Nazirliyinə, yaxud da Təhsil Nazirliyinə ünvanlanır. Bundan sonra həmin kəslər övladlığa uşaq götürmək istəyən şəxs kimi qeydiyyata alınır. İcra hakimiyyətindən məktub daxil olduqdan ən çox üç gün sonra həmin şəxs qeydiyyata alınır və uşaqların siyahısı ilə tanış olur. Əgər övladlığa götürən uşaqla tanış olursa, qəti qərara gəlirsə, ən geci 1 ay ərzində uşağın sənədləri hazırlanır, məhkəməyə təqdim olunur. Bu prosesdə Təhsil Nazirliyi, yaxud Səhiyyə Nazirliyi icra hakimiyyəti ilə birlikdə sənədləri məhkəməyə təqdim edir. Məhkəmə də 1 ay ərzində bu məsələyə baxır.

 

Nazirlər Kabinetinin 2000-ci il tarixli, 141 saylı qərarı ilə bəzi xəstəlik daşıyıcılarının övladlığa uşaq götürməsinə icazə verilmir. Bunlar vərəmin aktiv və xroniki vəziyyətdə olması, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələri, daxili orqanların, sinir sistemi xəstəlikləri olan şəxslərdir. Bundan başqa, bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq və xronoloji alkoqolizm, infeksion xəstəliklər və ruhi xəstəlikləri olanlar da övladlığa uşaq götürə bilməz. Əmək qabiliyyətini itirməklə I və II əlillik qrupu olan xəstələrin övladlığa və qəyyumluğa uşaq götürməsinə icazə verilmir. Amma 18 yaşına çatan şəxslər övladlığa verilmir. Övladlığa götürənlə uşaq arasında yaş fərqi 16-dan az olmamalıdır.

 

Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovun sözlərinə görə, uşaqların övladlığa verilməsində müəyyən problemlər qalır: "Uşağın gələcəyi ilə bağlı qərarların verilməsi dövlətin üzərinə yox, övladlığa uşaq götürən şəxsin üzərinə düşür. Daha bir çətinlik ondan ibarətdir ki, ölkənin uşaq müdafiə sistemi övladlığa verilən uşaqların üzərində daimi nəzarət saxlamağa, onların pozulmuş hüquqlarının bərpasına imkan vermir. Həmçinin vətəndaşlar kiçik yaşlı uşaqları övladlığa götürmək istəyirlər ki, bu da çətinlik yaradır. Bununla bağlı müvafiq sənədlərin toplanması da xeyli vaxt aparır. Amma beynəlxalq təcrübədə övladlığa verilmə prosesi sadədir və sonradan həmin uşaqların üzərində ciddi nəzarət mexanizmi var. Bu baxımdan qanunvericiliyə də dəyişikliklər təklif etmişik. Həmçinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsində məlumat bazası yaradılıb. Bu məlumat bazası formalaşdırıldıqdan sonra kənar müdaxilələr müəyyən qədər azalıb və uşaqların övladlığa verilmə prosesi sadələşdirilib. Digər tərəfdən, ailələrin özlərinin də uşaqları övladlığa götürməyə hazırlanmasına ehtiyac var. Əks halda övladlığa verilən uşaqlar həmin ailələrdə problemlər yaşaya bilər".

 

Seyidov bildirir ki, hazırda ailələrə verilən uşaqların rifahı, durumu və vəziyyətini monitorinq etmək üçün mexanizm var:

 

"Lakin həmin mexanizmlər sovet dövründən qalmadır və işlək deyil. Onların həm texniki, həm maliyyə, həm də insani resursları kifayət deyil..

 

http://www.ayna.az/2011-11-26/Cemiyyetden_aileye/7706-ovlad-ushaq-qayda

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb