Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


TELEKANALLARIN AİLƏ MÜNASİBƏTLƏRİNDƏ ROLU YÜKSƏLİB


2011121901_120_01Ekspertlər milli mentalitetə uyğun, düşündürücü filmlər çəkilməsinə tərəfdardır

 

Müxtəlif ölkələrin seriallarının efirə yol tapmasının ailə münasibətlərində və yetişməkdə olan gəncliyin tərbiyəsində mənfi rol oynaması barədə yayılan fikirlərlə cəmiyyətdə razılaşanlar daha çoxdur. Latın Amerikası, Meksika, Braziliya və s. ölkələrin istehsalı olan seriallara əvvəllər sadəcə maraq var idisə, bu gün artıq bu kimi telenovellalar tamaşaçıların mənəvi tələbatına çevrilib. Sərbəst vaxta sahib olan serialların mənfi və müsbət cəhətləri çoxdandır ictimaiyyətin müzakirə obyektinə çevrilib. Bəzi ölkələrdə serialların psixoloji təsiri o həddə çatıb ki, ictimaiyyəti sivil çaxnaşmalardan əziyyət çəkən insanların aqibəti yox, serial qəhrəmanlarının uydurulmuş taleyi maraqlandırır. Mətbuat serialları "beyinləri və mənəviyyatı zəhərləyən" epidemiya adlandırır.

 

Ekspertlər həyəcanla bildirirlər ki, telekanallarda intellektual verilişlərin yerini zəbt edən serialların nümayişi gənc nəslə heç də "parlaq gələcək" vəd etmir. Bəzi seriallardakı atışma səhnələri, qara bazar (narkotik, qadın alveri, qaçaqçılıq), bəsit ailə münaqişələri zəminindəki mənasız mübahisələr gənclərin və özəlliklə də uşaqların təhtəlşüuruna mənfi sirayət edir. Bu isə cizgi qəhrəmanlarını görmək arzusu ilə televizoru açıb, serialları izləməyə məcbur olan uşaqların vaxtından öncə "dünyagörüşünün" artmasına, oğlan uşaqlarının serial qəhrəmanlarının kriminal həyatı, geyim tərzi ilə maraqlanmasına səbəb olur. Bu baxımdan serialların nümayişi Azərbaycanda olduğu kimi, əksər ölkələrdə də birmənalı qarşılanmır. Belə hesab edilir ki, istəkləri tükənməyən tamaşaçının hərtərəfli zövqünü təmin etmək üçün ailədaxili münaqişələrə yol açmamaq, məişət zorakılığına yol verməmək və s. üçün əlac yalnız serial siyasətinin vaxt ölçüsünü müəyyənləşdirməyə qalır.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da milli mentalitetə uyğun olmayan serialların ana dilinə dublyaj edilərək, Azərbaycanın televiziya kanallarında göstərilməsini narazılıqla qarşılayıb. Onun fikrincə, aşağı səviyyədə olan bu filmlərin efir vasitəsilə evlərə yol tapması ailə modelinə xələl gətirə bilər:

 

"Həmin seriallar çox aşağı səviyyədədir. 5-10 ildən sonra bunun mənfi təsirini görəcəyik. Yaxşı olar ki, çoxlu pul verib əcnəbi serialları ölkəyə gətirən telekanallar Azərbaycan mentalitetinə uyğun gələn, düşündürücü filmlər çəkərək tamaşaçılara nümayiş etdirsinlər".

 

Ayrı-ayrı kanallarda yayımlanan gənclərin ailə qurmaları ilə bağlı bayağı proqramlar da ailələrdə mənfi mühitin yaranmasına səbəb olur. Heç kəs təminat vermir ki, SMS-lə qurulan ailələr verilişə qatılan gənclərin gələcək talelərini birdəfəlik həll edir. Efirdən insanların həyatda sevib-sevilmək istəklərinə, el dəbi ilə toy arzularına mənasız bir çalar qatılır. Canlı yayımda qurulacaq ailənin təməlinin möhkəm ola biləcəyinə isə haqlı olaraq heç kəs inanmır.

 

Əslində, telekanallarda bayağı, səviyyəsiz verilişlərin yayımlanması barədə söz-söhbətlər təzə deyil. Elə MTRŞ sədri də bu mövzuda bir neçə dəfə xəbərdarlıq edib. Belə verilişlərin Azərbaycan mentalitetinə və ümumilikdə islam mənəviyyatına zidd olduğu bildirilir. Təəssüf ki, ictimai qınaqlara və müraciətlərə baxmayaraq, telekanallar öz siyasətlərini əldən vermirlər. Dəfələrlə edilən tövsiyələrə, haqlı qınaqlara, yüksək səviyyədən tutmuş sadə adamlara qədər çoxsaylı gileylərə əhəmiyyət verməyərək kommersiya maraqlarına xidmətə üstünlük verirlər.

 

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva da problemin cəmiyyətə düzgün çatdırılmasında medianın rolunu yüksək dəyərləndirib. MTRŞ üzvü telekanallarda yayımlanan materiallara toxunarkən bildirir ki, Teleradio Şurasına televiziyaların proqram siyasətinə qarışmaq səlahiyyəti verilməyib. Sadəcə, şura müəyyən qanun çərçivəsində tövsiyələr vermək hüququna malikdir:

 

"Çox təəssüf ki, telekanallarda ailə məsələləri ilə bağlı proqramlara gənc estrada artistləri çıxır. İdeal Azərbaycan kişisi və ya qadının necə olduğunu bilmək üçün yaşlılardan soruşulmalıdır. Ailə dözümü, təmkini, çətinliklərə sinə gərmək, uşaqların qayğısına qalmaq, qohumlar arasında münasibət, ünsiyyət, bu ünsiyyətin cəmiyyətə çıxması və bütövlükdə Azərbaycan ailəsinin cəmiyyətdən çıxaraq beynəlxalq təşkilatlara təmsil olunması məhz bu proqramlar əsasında formalaşmalıdır. Təəssüf ki, ideal qadın və kişi obrazı bizə həyat təcrübəsi olmayan simalardan təqdim olunur".

 

"Efirə uzun illər bir yerdə yaşayan, birlikdə qocalan, milli adət- ənənəni qoruyub saxlayan insanları çıxarmaq, onların nümunəsini cəmiyyətə təqdim etmək lazımdır. Cəmiyyət də onların simasında yaxşıya üstünlük verməli, özünə örnək olanı seçməlidir".

 

S.Vəliyeva hesab edir ki, ailə məsələləri ilə bağlı proqramları aparan jurnalistlər televiziya rəhbərliyi tərəfindən düzgün seçilməlidir. Çünki efirdən səsləndirilən hər fikir ailələrə daxil olur.

 

Televiziya güclü təbliğat vasitəsidir. Təbii ki, təkcə auditoriyanın maariflənməsi, məlumatlandırılması, informasiya ilə təmini, zövqlərinin formalaşması üçün yox. Həm də ailədaxili mühitin, insanlar arasında münasibətlərin, gənc nəslin təlim-tərbiyəsinin formalaşması, tənzimlənməsi üçün. Ailədaxili münaqişələrin, məişət zorakılığının aradan qaldırılması, kiçicik bir hadisənin böyüyüb rişə atmamasına kömək isə təkcə KİV-lərin deyil, həm də dövlət qurumlarının və bütövlükdə cəmiyyətin vəzifəsidir. 

 

http://www.ayna.az/2011-12-17/Cemiyyetden_aileye/7927-aile-televiziya-SonaVeliyeva

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb