Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ƏGƏR VALİDEYN VƏZİFƏSİNİ İCRA ETMİRSƏ...


Ona qarşı cəzalar sərtləşdirilə bilər

 

Qeyri-rəsmi rəqəmlərə görə, bu gün ölkədə 10 minə yaxın küçə uşağı var. Bunların böyük bir qismi ailələrini tərk etmiş, internatdan qaçmış və ya hansısa ailəyə övladlığa verilmiş uşaqlardır. Küçə uşaqları müxtəlif məhsulları və yükləri daşımaq, çatdırmaq, ticarət binalarını təmizləmək, maşın yumaq, nəqliyyat vasitələrində pul yığmaq və s. işlərdə çalışdırılır, bəzən də natəmiz adamlar tərəfindən oğurluğa və dilənçiliyə cəlb edilirlər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu təzahürün qarşısını almaq üçün bir vasitə olaraq vəzifələrini icra etməyən valideynlərə qarşı cəzaların sərtləşdirilməsini istəyir. Komitənin hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov "Trend"ə açıqlamasında bildirib ki, küçə uşaqları, uşaq əməyi, təhsildən yayınma və digər problemlərin qarşısını almaq məqsədilə valideyn məsuliyyəti qanunvericilikdə ayrıca olaraq tənzimlənməlidir.

 

Onun sözlərinə görə, valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin ümumiyyətlə və ya lazımınca yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi ilə məsuliyyət yaradır. Qanunvericilik belə valideynlərə xəbərdarlıq və ya iyirmi manatdan qırx manatadək cərimə müəyyən edir. Komitə rəsmisi bildirib ki, qanunvericilik valideynlər üzərlərinə düşən vəzifələri yerinə yetirməməkdə davam etdiyi halda onların valideynlik hüququndan məhrum edilməsini də nəzərdə tutur. "Lakin təcrübədə belə valideynlərə qarşı sərt tədbirlərin görülməsi hallarına az rast gəlinir. Komitə hesab edir ki, belə valideynlərə qarşı cərimələrin sanksiyası artırılmalı, valideynlik hüququndan məhrumetmə institutunun işlək mexanizmi yaradılmalıdır", - Səfərov vurğulayıb. Onun sözlərinə görə, bu məsələlər üzrə Rusiya, Türkiyə və başqa dövlətlərin təcrübəsindən istifadə edilməlidir:

 

"Bu dövlətlərdə valideynlik vəzifələrini lazımi səviyyədə icra etməyən valideynlərə ilkin olaraq şifahi xəbərdarlıq olunur, sanksiyalar tətbiq edilir. Problem həllini tapmazsa, uşaqlar valideynlərdən alınır. Bu mexanizm həmin ölkələrdə işlək vəziyyətdədir". Səfərov bu kimi valideynlərin məsuliyyətə cəlb olunması məqsədilə onların bu əməllərinin Cinayət Məcəlləsinə cinayət əməli kimi daxil edilməsinin tərəfdarıdır. Qeyd edək ki, Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək yasaqdır.

 

15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Səfərov onu da bildirib ki, AQUPDK övladlığa götürmə sistemində mərkəzləşdirilmiş nəzarət yaradılmasını təklif edir. Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Qəyyumluq və himayə orqanlarının məhdud kadr potensialına və texniki bazaya malik olması, fəaliyyətlərinin yalnız edilən müraciət əsasında qurulması çətin sosial vəziyyətdə olan uşaqların və ailələrin müdafiəsinin təmin edilməsi sahəsində aparılan islahatları ləngidir. Komitə rəsmisi bildirib ki, Azərbaycanda ölkələrarası və daxili övladlığa götürmə sahəsində mərkəzi nəzarət mexanizmi yaradılmasını vacib sayır. Səfərov deyib ki, Fransa, Rusiya, İtaliya və digər dövlətlərin təcrübəsində ölkələrarası və daxili övladlığa götürmə vahid qurum vasitəsilə həyata keçirilir. Azərbaycanda ölkələrarası və daxili övladlığa götürmə ilə bağlı səlahiyyətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə vermək təklif olunur. O deyir ki, bu mexanizmin yaradılması beynəlxalq öhdəliklərin yerinə yetirilməsində mühüm addım olar. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində övladlığa götürmək istəyənlərin yuxarı və aşağı yaş hədləri qeyd edilməyib. Qanunvericilikdə yalnız qeyd olunub ki, övladlığa götürənlərlə övladlığa götürdüyü uşaq arasında yaş fərqi 16-dan aşağı ola bilməz. Xarici ölkələrin təcrübəsini nümunə gətirən müdir müavini deyib ki, aşağı yaş həddi 23, yuxarı yaş həddi 60 yaş müəyyən olunmalıdır. Komitədə isə hesab edirlər ki, övladlığa götürən şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az və 50-dən çox olmamalıdır. Bununla bağlı Ailə Məcəlləsinin 121-ci maddəsinə belə bir dəyişiklik təklif edilib. Komitə xaricə övladlığa vermədə olduğu kimi, ölkədaxili övladlığa vermədə də hesabatları zəruri sayır. Səfərovun sözlərinə görə, Komitə hər iki övladlığa götürmə halında hesabatların verilmə müddətinin 5 il müəyyən edilməsini təklif edir. Yeri gəlmişkən, o, hazırda bu təkliflərin müzakirə mərhələsində olduğunu deyib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aliment ödəməyən şəxslərin azadlıqdan məhrum edilməsi və məcburi əməyə cəlb olunmasını təklif edir. Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov deyir ki, alimentin ödənilməsi mexanizmini təkmilləşdirmək məqsədilə Skandinaviya ölkələrinin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqi effektli ola bilər. "Skandinaviya dövlətlərində məhkəmənin müəyyən etdiyi müddətdə alimenti ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Müəyyən müddətə azadlıqdan məhrum edilərək məcburi əməyə cəlb olunur. Onun işlədiyi müddətdə aldığı haqq alimenti almalı olan şəxsin hesabına köçürülür. Azərbaycanda da Skandinaviya dövlətlərinin təcrübəsinə istinad etmək olar", - Səfərov deyib. Komitə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı məhkəmə konkret müddət müəyyən etməli, bu müddətdə aliment ödənilməzsə, şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Azərbaycan qanunvericiliyinə görə, məhkəmə qərarını icra etməmək cinayət məsuliyyəti yaradır. Bu məsələni icraçılar qaldırmalıdır, amma onlar bu işdə aktiv deyillər. İcraçılara da nəzarət artırılmalıdır". Səfərov hesab edir ki, alimenti ödəməkdən boyun qaçıran şəxslərin əməyə məcburi cəlbolunma məsələsi tətbiq olunarsa, onda cavabdeh şəxslər gəlir və əmlaklarını gizlətməkdə maraqlı olmayacaqlar. Komitə rəsmisi alimentin ödənilməsi ilə bağlı digər bir problemin xarici ölkələrdə yaşamaq hüququ və vətəndaşlıq alan şəxslərlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, elə şəxslər var ki, xarici ölkələrdə müvəqqəti yaşayış hüququ, vətəndaşlıq alıblar. Səfərov:

 

"Onlar tərəfindən alimentlərin ödənilməsində problemlər var. Əsas problem Rusiya, ABŞ və Fransa ilə bağlıdır. Bu dövlətlərlə alimentin ödənilməsi ilə bağlı ikitərəfli müqavilələrimizin olmaması problemlər yaradır. Komitə həmin dövlətlərlə ikitərəfli müqavilələrin bağlanmasını təklif edib. Müqavilə olarsa, bizim 1 məktubla həmin ölkələrdə yaşayan cavabdeh şəxsləri alimenti ödəməyə məcbur etmək olar". Komitə alimentlərin ödənilmə sahəsində yaranmış problemləri həll etmək məqsədilə aliment fondu yaradılması təklifi ilə Milli Məclisə müraciət edib. Ancaq komitənin bu təklifi hələlik qanunverici orqan tərəfindən dəstəklənmir. Təklif belədir ki, aliment bu fonddan ödənilməli, dövlət özü borclu ilə problemini həll etməlidir". Alimentlərin məbləğinə toxunan Səfərov deyib ki, alimentin məbləği bu il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan - 76 manatdan az ola bilməz. Əgər məhkəmə qərarı ilə alimentlərin məbləği 76 manatdan az müəyyən olunubsa, məbləğin artırılması ilə bağlı məhkəməyə müraciət oluna bilər". Alimentin ödənilməsi ilə əlaqədar mexanizmin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyən Səfərov bildirib ki, Komitə bu sahədə yaranmış problemlərin həlli məqsədilə təkliflər paketini müvafiq qurumlara təqdim edəcək. Ali Məhkəmənin hakimi Mehparə Əhmədova isə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı problemin həlli məqsədilə məhkəmələrin alimentin ödənilməsi barədə qərarları dərhal icraya yönəlməlidir. Qanunvericiliyə görə, belə qərarlar qüvvəyə mindiyi vaxtdan icraya yönəldilir. Ötən il ölkə üzrə birinci instansiya məhkəmələrində alimentlə bağlı 1850 işə baxılıb, onlardan 1545-i təmin olunub; apelyasiya məhkəmələrində 378 işə baxılıb, 253 iş üzrə qətnamə qüvvədə saxlanılıb; Ali Məhkəmədə 75 işə baxılıb, 65 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Bu ilin 6 ayında Ali Məhkəmədə alimentlə bağlı 29 işə baxılıb, 27 iş üzrə qətnamə qüvvədə saxlanılıb.

 

http://www.ayna.az/2011-12-24/Cemiyyetden_aileye/7999-aliment-ushaq-valideyn

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb