Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


SİNQLƏR BİZİM ƏTRAFIMIZDA



Çox tezliklə tənhalıq bizdə norma olacaq.
Necə ki, artıq Qərbdə norma olur.


Yüksək boşanma səviyyəsi, böyük şəhərlərin təzyiqi, fərdiçiliyin artımı – bunların hamısı tənhalığın artım miqyasına təsir edir.

Hə vaxtsa mən qorxurdum ki, heç vaxt ərə getməyəcəyəm. «Anam deyərdi: - Səndə xarakter var. Amma yaxşı olardı ki, olmayaydı. Belə inadkar kimə lazımdır?» Mən həqarətlə çımxırırdım, lakin özlüyümdə əsəbiləşirdim. Mənə elə gəlirdi ki, mən həddən artıq müstəqiləm, həqiqətən bütün həyatımı tənha, qarımış qız kimi yaşayacağam. Heyva mürəbbəsi bişirəcək, onları bankalara yığacaq, xarlananda isə qohumlara paylayacağam. Mən hətta pişik saxlamaqdan da çəkinirdim: axı tənha qızla pişik – bu demək olar ki, proqnozdur. Bu, alında «Mənim həyatım baş tutmayıb» yazmağa bərabər idi.

Lakin hər şey başqa cür alındı. Anamın vaxtında, əgər qadın otuz yaşına qədər ərə getmirdisə, o, nöqsanlı sayılırdı. Mənim vaxtımda isə ona yalnız maraqla təəssüf edirlər: yoldaşın, sadəcə, bəxti gətirməyib və ya o, nikahsızlığı bilərəkdən seçib? Düşünürəm ki, çox tezliklə tənhalıq bizdə ümumiyyətlə norma olacaq. Necə ki, artıq Qərbdə norma olur. Axı, müasir kişilərin demək olar hamısı tez-tez fikrə gedirlər: hər an yaxşı seks almaq mümkünsə, evli olmaq nəyə lazımdır, emosional bağlılıqsız yaşamaq heç də pis deyil. Qadınlar isə üstünlüyü nikaha yox, karyera və iqtisadi müstəqilliyə verirlər. Ərli rəfiqələrinin acı sözlərinə isə Bricit Consun qəhrəmanının sözləri ilə cavab verirlər: «Mən ərdə deyiləm, ona görə ki, mən Tənhayam. Bir də ona görə ki, təkcə sizin lənətə gəlmiş həyat tərziniz mövcud deyil. Hər dördüncü ailə tənha adamdan ibarətdir, Kral ailə üzvlərinin çoxu tənhadır. Araşdırmalar göstərdi ki, cavan kişilər, millətin sağlam qüvvələri, nikaha tamamilə uyğunlaşmayıblar, bunun nəticəsində, mənim kimi şəxsi gəliri və şəxsi yaşayışı olan tənha qadınların bütöv nəsli əmələ gəlmişdir. Onlar çox şən yaşayır və kiminsə corablarını yumağa ehtiyac duymurlar… Tənhalar! Yaşasın Tənhalar!»

Sinqlər dövrü

Sosioloqlar hesab edirlər ki, bilərəkdən seçilmiş tənhalıq, əsrin sonunda inkişaf etmiş ölkələrdə insanların çoxunun nəsibi olacaq. Belə ki, əziz evdar qadınlar və möhkəm ailələr, əlvida! Xoş gördük, orta yaşlı subaylar, karyeraçı-qadınlar və tənha analar! Daha sadə desək, xoş gördük, Sinqlər (ingilis single sözündən – tək, yeganə)!

Cəmiyyətin sinqləşdirilməsi, deyəsən, həqiqətən labüddür: yüksək boşanma səviyyəsi, böyük şəhərlərin təzyiqi, fərdiçiliyin güclənməsi – bütün bunlar tənhalığın miqyasının artmasına təsir edən amillərdir. Alman tarixçisi və sosioloqu Artur İnxovun rəyinə görə, bu, tarixin təbii gedişidir: «Orta əsrlərdə, aclığın, müharibələrin, taunun tüğyan etdiyi zaman, yalnız böyük ailə sağ qalmaq imkanına malik idi. İndi insan təklikdə də öz problemlərinin öhdəsindən gəlmək iqtidarındadır, buna görə cəmiyyətin psixologiyası da dəyişir. O, sinqlərə özləri üçün yaşamağa imkan verir. Tərəqqi, mövcudluq üçün vəsait əldə etmək problemini aradan qaldırır, ailənin bir çox funksiyalarını sosial sığorta sistemi öz üzərinə götürür».

İstər-istəmsəz, tənha adamın şəhərdə yaşayışı asandır. Əgər keçmişdə kəndlərdə uşaqlar köməkçi hesab edilirdilərsə, indi şəhərdə uşaq ağır yükdür. Valideynlərin həyatını mürəkkəbləşdirən Yeniyetmə – ailədə köməkçi deyil, kirənişindir. Təəccüblü deyil ki, insanlar ailəyə və uşaqlara olan tələbatı itirirlər.

Ənənəvi mədəniyyətlərdə gənclik, insan nikaha daxil olduqdan sonra qurtarırdı, yəni reproduktiv fəaliyyətə yol açılırdı. Lakin indi inkişaf etmiş sənaye ölkələrində belə vəziyyət müşahidə olunur. İki sistem – həyat təminatı və təkrar istehsalatda tədricən həyat təminatı, iqtisadiyyat üstün olur. Yəni, müasir insan üçün evlənmək, dünyaya uşaq gətirməkdən vacib, yaxşı geyinmək və ləzzətli yeməkdir. O, həmişəlik cavan, azad, küçük kimi fərəhli olmaq üçün, sanki konservləşir.

Yeri gəlmişkən, belə insanlar işverənlər üçün çox sərfəlidir. Əgər əvvəllər işverənlər vicdanlı ailə başçısına üstünlük verirdilərsə, indi isə onlar şöhrətpərəst sinqlərə üstünlük verirlər. Çünki sinqlər hər an ezamiyyətə gedə bilər, iş vaxtından artıq işləyə bilərlər, xoşbəxtlikdən evdə heç kim etiraz etməyəcək. Buna görə, sinqlərə iş tapmaq daha asandır və onlar xidmət nərdivanında daha tez irəliləyirlər.

Kütləvi informasiya vasitələri, öz növbəsində, subaylar haqda inadla, heç bir məsuliyyətlə bağlı olmayan insan təsəvvürü yaradırlar. Onlar öz ürəklərini qırmağa qorxmurlar, çünki heç kimə bağlanmırlar. Onlar uşaqlar haqda narahat olmurlar, çünki uşaqları yoxdur. Onlar mətbəx savaşının nə olduğunu bilmirlər, çünki savaşmağa adam yoxdur. «Arvadı başqasının yanına gedə bilməz, çünki arvadı yoxdur…»

Tənhalıq təkcə qəbul edilmiş həyat tərzi olmur, o, fetişləşir. Parlaq qabıqlı jurnallar tənha adamlara ünvanlanır, bunlar tənhaların bibliyasıdır. Başlıqları oxumaq kifayətdir: «Keçmiş boyfrendlə necə dost qalmaq olar», «Bir dəfəlik seks», «Hər həftə – bir qız». Azad və öz həyatlarından tamamilə razı olan subaylar haqda kitablar böyük populyarlığa malikdir: Cessika Adamsın «E-Mail:belaə@odinokaə”, Karen Duvenin «Məhəbbət haqda olmayan kitab», Conatan Kounun «Təsadüfi qadın», Maykl Qeylin «Tezliklə otuz olacaq», Cenifer Uaynerin «Yataqda yaxşıdır». Demək olar ki, özünə hörmət edən hər bir qəzetdə «Böyük şəhərdə seks» üslubunda sütun vardır. Bu sütunu hər hansı bir qəti əqidəli fərdiyyəçi aparır. Onun fikrincə həyatın mənası – heç kimdən asılı olmamaq, dostlarla restoranlara getmək, idmanla məşğul olmaq, daimi bağlılıqdan yayınmaq, seksual partnyorları dəyişmək və gecələr mütləq özünün kiçik, tamamilə boş mənzilinə qayıtmaqdır.

Ancaq rəqəmlər

İspaniyada

toyların sayı azalmaqdadır – hər il ərsiz xanımların sayı 10% artır və indi artıq ölkədə 8 milyondan çox subay qadın var. İspan qadınlar daha çox işgüzar olur, öz təhsil senzlərini artırmağa üstünlük verir, xidməti irəliləyişləri üğrunda mübarizə aparırlar. Onlar yoxsulluğu və kişilərdən asılılığı bu günkü həyatın nöqsanı adlandırmaqdan utanmırlar

Qazaxstanda
, bütün dünyada olduğu kimi, ailə institutu müəyyən çətinliklər keçirir. Nəinki boşanmaların və nikaha daxil olanların yaşı, həm də təklikdə yaşayanların da miqdarı artır. Axır illər, nikahda olan şəxslərin sayı 10,3% azalmışdır. Bununla yanaşı bir dəfə də evlənməmiş kişilərin miqdarı 7,1%, qadınların – 12,3% artmışdır. Onların payı, müvafiq olaraq indi 30,4% və 21,6% təşkil edir.
Almaniyada
on üç milyona yaxın adamın ailəsi və ya daimi partnyoru yoxdur. Onlar şəxsi evlərində və ya mənzillərdə ayrı yaşayırlar. Yəni, Brokqauz lüğətinin elmi tərifi ilə desək, tənhadırlar. Alman sosioloqlarının məlumatına görə, əvvəllər vətəndaşların belə azsaylı təbəqəsi 1990-cı illərdə artmağa başlamışdır və sonrakı illərdə belə «təkbaşlı təsərrüfatların» sayı ancaq artmışdır.

Tənhalara istinad

Yeni fenomen: ailə alaqələrinə ehtiyac duymayan insanlar, bundan əsla əziyyət çəkmirlər. Onlar yaxşı qazanır, rahatlıq sevir, dostları və həmkarları ilə səmimi münasibətdə olurlar. Onlara ünsiyyət bəs edir, onlar fəal həyat tərzi keçirirlər. Əgər ailəli adamlar axşam evdən çıxmağı həftədə bir dəfə özlərinə rəva bilirsə, tənha adamlar bunu üç-dörd dəfə edirlər. Onlar əyləncələrə, partnyorları ilə yaşayan həmyaşıdlarından çox vaxt sərf edirlər

Bu fakt hiyləgər kapitalistlərin nəzərindən yayınmadı. Britaniyanın Datamonitor kompaniyasının, Avropa kompaniyaları üçün ən cəlbedici istehlakçı kateqoriyasına həsr edilmiş tədqiqatların nəticələrini elan etdikdən sonra, biznes üçün yeni hədəf məlum oldu – hər iki cinsdən 50 yaşa qədər subaylar. Belə məlum olur ki, bu qrup təkcə əyləncələrə deyil, həm də yeməyə, içkilərə və şəxsi gigiyena əşyalarına, evli yaşıdlarından ikiqat artıq pul xərcləyirlər.

Məsələn, İsveçdə ən dövlətli istehlakçılar – pensiyaqabağı yaşlı subaylardır, onların illik məsrəfi 5,6 min avro təşkil edir. Bu, 35-49 yaş həddində isveç ailələri fonunda olduqca təsir bağışlayan məbləğdir. Onlar adətən qənaət edirlər və istehlak mallarına iki min avrodan çox xərcləmirlər.
Tənha adamların ən yaxşı alıcılar sayılmasını analitiklər bir neçə səbəbə görə ayırırlar. Əvvəla, onlar yaxşı qazanırlar. İkincisi, onlar öhdəliklə bağlı deyillər – onların ya uşaqları yoxdur, ya da uşaqlar böyümüş və ayrı yaşayırlar. Üçüncüsü, müstəqil yaşayan adam, özünü heç nədən məhrum etmir. O, öz həyatını rahat və hətta dəbdəbəli etməyə çalışır.

Avropa kompaniyaları artıq başa düşmüşlər ki, tənha adamların özləri üçün yaşamaq və özlərinə çoxlu pul xərcləmək arzusundan böyük mənfəət götürmək olar. Bütün dünyada ailəsizlər üçün xüsusi yaşayış kompleksləri tikilir. Özlərini yemək hazırlamaqla zəhmətə salmayan subayların standart ev yeməyi olan – dondurulmuş yarıfabrikatlar istehsalçıları varlanırlar. 41%-ə qədər tənha sakini olan Tokioda alimlər hətta cırtdan tərəvəzlər yaratmışlar. Nəhəng pərakəndə satış şəbəkəsi Aeon alıcılara standartdan dörd dəfə kiçik olan kələm, ölçüsündən ikiqat az olan turp və mini-kudu təklif edir.

İnternetdə çoxlu miqdarda sayt var ki, onların şüarı sovet rabitəçilərinin şüarı olan «Braksız rabitə» ola bilər. İsanlar özlərinə parrtnyor seçir, vaxtlarını əla keçirir və səhər oyananda özlərinə sual verirlər: «Sonra kim olacaq?»

Almaniyada daha irəli getmişlər – tənha adamlar üçün oboy buraxmışlar. İndi hər istəyən, evində görmək istədiyi adamın şəklini sifariş edə bilər. Təki onun beynini xarab etməsin, qayğı və diqqət tələb etməsin, yalnız gülümsəsin, danışıqsız öz eqoist sahibinin həyatını seyr etsin. Əgər belə «qonşu» xoşuna gəlməsə, onu həmişə başqası ilə əvəz etmək olar.

Tənha adamlar yavaş-yavaş qərb cəmiyyətinin strukturunu dəyişirlər. Bu dəyişikliyin əlamətlərindən biri – reklamdır. Onun böyük hissəsinin ailəlilərin tələbatına yönəldilməsi vaxtı çoxdan keçmişdir. İndi demək olar ki, hər iki rolikdən biri müstəqil, firavan yaşayan adamı təmtaraqlı evi və ya dəbdəbəli ofisi fonunda nümayiş etdirir. Belə qəhrəmanların sifətindən aydın olur ki, evdə onları nə arvadı, nə də uşaqları gözləyir. Onları ancaq bir fincan yeni növ qəhvə maraqlandıra bilər, yeni avtomobil onların sifətində təbəssüm yaradar. Bu gün bahalı bəzək-düzək və delikateslərlə alver edən butiklər və modalı mağazalar sənayesi bu adamlar üçün nəzərdə tutulmuşdur. Ailəli adamın bundan ürəyi bulanır: «Bundansa, mən bu pula bir kisə pampers alaram!» Lakin ailəli alıcı hiyləgər istehsalçını maraqlandırmır. Hal-hazırda istehsalçılar sinqə, onun əsas həyati dəyərlərinə istinad edirlər: azadlığa və təkbaşına qərar qəbul etmə hüququna və öz pulundan istədiyi kimi istifadə etməyə.

Rusiya – subaylar ölkəsidir?

Lakin bu hələ «onların dəbidir». Rusiyada istehsalçıların çoxu ailəvi dəyərlərə istinad etməyə davam edirlər və çətin ki, yaxın zamanlarda onlardan kimsə tənha yappilərə keçsin. Hər halda bizdə istehlak və gəlir səviyyəsi hələ çox aşağıdır, Rusiyanın orta sinfini isə ailəli adamlar təşkil edir. Təmin olunmuş və həyatdan razı subaylar bizdə hələ çox deyil. Hələlik.

Lakin proses gedir. 40 milyon rusiyalı – tənhadır. Rusiyanın böyük şəhərlərində get-gedə daha çox kişi tək yaşayır. Yox, onlar qadın cəmiyyətindən imtina etmirlər, amma diqqətlə nəzərdən keçirirlər. Onların məşuqələri var, lakin evlənməyə və uşaq sahibi olmağa tələsmirlər. Belə subayların sayı təqribən 33%-dir. Deməli, tezliklə, lap tezliklə bizim qadınlar gəlinlik paltarları haqda arzularının faydasızlığını başa düşəcəklər və özlərini inandıracaqlar ki, tək olmaq – heç də pis deyil.

Neyləməli? Artıq indi sosioloji araşdırmalar təsdiq edir ki, məsələn, moskvalı qadınlar üçün ikinci dəfə ərə getmək çox çətindir. Psixoanaliz İnstitutunun məlumatına görə, 25-26 yaşlı boşanmış xanımlar özlərinə ikinci əri 50-60% hallarda, 30 yaşlılar ancaq 7% halda tapırlar. Və çox nadir hallarda, 30 yaşa qədər bir dəfə də ərdə olmayan qadınlara ailə qurmaq nəsib olur. Rusiyanın böyük şəhərlərində 40 yaşlı boşanmış qadınların 2,5%-i təkrar ərə gedirlər, çiçəklənmə dövründə olan Moskva qadınlarının 36%-i isə nikahda olmur, ya boşanmışlar, ya da heç vaxt ərə getməmişlər.

Maraqlıdır ki, bu daha faciə kimi qəbul edilmir. «Mən heç bir ərə getmək istəmirəm!» – deyə bir rəfiqəm deyir. Supermarketdə zənbil və ya arabacıqla hərəkət etməyin mənim üçün fərqi yodur. Əvəzində heç kimə hesabat vermək lazım gəlmir: hara və kiminlə getdim. Nahar hazırlamaq və qaynananın üzünə gülümsəmək lazım olmur. Nəhayət, kişiləri sevməyən pişiyimi heç kimə vermək lazım olmayacaq…»

Bax belə. Göründüyü kimi, bizim qadınların (kişilər artıq bunu çoxdan etmişlər) öz proqressiv qərb bacılarının ardınca sakitcə deyəcəkləri: «Nə etməli… Yaşasın Tənhalar!» vaxta az qalıb.

Ancaq rəqəmlər

İngiltərədə

25-35 yaş qrupunda min qadın arasında araşdırma aparılmışdı. Məlum olmuşdu ki, qadınlar artıq ailəni əsas həyati dəyər saymırlar: soruşulanlardan beşdən üçü birinciliyi «mümkün qədər daha çox ləzzət almağa» verirlər və vurğulayırlar ki, bu ərə getməkdən və analıqdan vacibdir. Daha bir araşdırma da təqribən bunu təsdiq etdi: 20-30 yaşlı qadınların üçdən ikisi bildirdi ki, onların daimi həyat yoldaşına ehtiyacı yoxdur və onlar sözsüz üstünlüyü karyeraya verirlər.

Amerikada

işləyən əhalinin 42%-i nikaha daxil deyil. Ev sahiblərinin 40%-i təklikdə yaşayır, 35%-i özlərini Gimeney buxovları ilə bağlamağa hazırlaşmırlar. Yəni, istehlakçıların böyük hissəsi – subaydır. Ailəni dolandıran ata və evdar qadın anadan ibarət ənənəvi ailə, cəmiyyətin bütün özəklərinin onuncu hissəsini təşkil edir.

Yaponiyada

20 il əvvəl qəbul edilmiş məşhur «Məşğulluğun bərabərliyi haqda» qanunun qəbul edilməsindən sonra, özünü bütövlükdə işə həsr etmiş qadın nəsli formalaşmışdır. Onlar üçün ənənəvi nikah tamamilə mənasını itirmişdir. Əslində, «cəlbedici kişi yoxdur» cümləsini indi daha tez-tez yapon qadınları işlədirlər.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb