Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


KİŞI EQOİZMİ


Xəstəlik, yoxsa vərdiş?

 Qadınların fikrincə:

  • Kişilər onları bezdirməkdən həzz alırlar.
  • Eqoizm xəstəliyindən əziyyət çəkən kişilərdən qaçmaq lazımdır.
  • Daim özünü tərifləyib, başqaları ilə müqayisə edən kişi qadının qarşısında özünü alçaltmış olur.
  • İki qadınla eyni zamanda görüşən kişi onların heç birinin sevgisinə layiq deyil.

 Eqoizm tərbiyədən asılıdır

Kişi eqoizmi XXI əsrin bəlası olaraq, çox ailələr dağıdıb. Sadəcə, özünü düşünən kişi heç bir qadını özünə layiq bilmir. Qadınlarsa bu tip kişilərlə yaşamaqdansa, tək qalmağa üstünlük verirlər. Onların fikrincə, bu cür kişilər ya qərar tuta bilməyən, ya da «ana uşağı» olurlar. Kişilərin özünəvurğunluğunun qurbanı isə qadınlar olur. Qadınlar düşünürlər ki, eqoizm problemi sağalmaz xəstəlikdir. Amma psixoloqlar isə eqoizmin uşaq ikən tərbiyədən asılı olduğunu vurğulayırlar. Eqoist kişilərin həyat yoldaşları gününü mətbəxdə keçirir, özlərinə ayırmağa vaxt tapmırlar. Çünki işdən gələn tərs kişini yedizdirib, təmiz yerdə otuzdurmaq lazımdır.

 Kişi şıltaqlığı

 Şıltaqlıq təkcə qadınlarda yox, kişilərdə də mövcuddur. Şıltaq kişi özündə həm eqoizm, həm də məsuliyyətsizlik xüsusiyyətlərini cəmləşdirir. Kişilər bu xasiyyətə birmənalı cavab verirlər: «həyatım, axı sən özün məni ərköyün etmisən». Həmişə qadının xətrinə dəyən eqoist kişi həyatda da nə istədiyini bilmir. Bu tip kişilərin bir oyuncağı olur: qadınlar. Qadının onun qarşısında ağlaması kişini qürurlandırır. Ona elə gəlir ki, qadın kişidən zəif olub, ondan asılı olmalıdır. Amma unutmayın ki, qadın və kişi eynihüquqludur.

Qadınına ideal kişi olmağın qaydası

Eqoizm uzun müddət birgə ailə həyatı sürmüş insanların da problemidir. Təkcə subay insan eqoist olmur. Ailəsini qorumaq üçün bu problemi kişi özü həll etməlidir.

* Qadına dəyişdiyini hiss etdirmək üçün ilk olaraq evə gələndə onu qucaqlamalısan.

* Onun problemləri ilə maraqlan.

* Onu dinləməyi bacar və suallar verməyə çalış.

* İşdən sonra heç olmasa 20 dəqiqəni ona ayırmağa çalış.

* Səbəbsiz də olsa ona hədiyyə al və kompliment  de.

* Evə gecikəndə zəng edib, xəbər ver.

* O, sizdən nə isə istəyəndə, dərhal imtina etməyin. Ondan fikirləşməyə vaxt tələb edin.

* Qadınına cəmiyyət arasında daha çox diqqət yetir.

* Bayramda və ya toyda onunla şəkil çəkdirib, rəqsə dəvət et ki, darıxmasın.

Kişilər qadın olsaydılar....

 Çox vaxt kişilərin «kaş ki, qadın olardım» və ya «bəxtim olsaydı qız doğulardım» sözü ilə rastlaşırıq. Güclü cinsin nümayəndələri bir az çətinliyə düşən kimi bu sözləri işlədir, qadınlara qibtə etdiklərini deyirlər. Biz də kişilər arasında bu mövzuda sorğu keçirdik və çox maraqlı cavablar aldıq. Sən demə, elə bütün kişilərin içində bir balaca da olsa qadın olmaq arzusu varmış. Onların cavablarını eşitdikdə isə dedik, elə yaxşı ki, siz qadın olmamısınız... Beləliklə, əgər

 kişilər qadın olsaydılar...

16-20 yaşlı kişilər 

Gözəl, açıq-saçıq geyinib, müəllimlərin ağlını başdan çıxardardılar ki, onlara yaxşı qiymətlər yazsınlar.

 20-25 yaşlı kişilər

Qadın olsaydılar daha tez iş tapardılar.Qısa ətək, hündürdaban ayaqqabı, açıq-saçıq köynəklər geyinib, özlərinə pullu adaxlı axtarardılar.Adaxlılarına çoxlu hədiyyə, ən əsası isə zinət əşyaları aldırardılar.Oğlanlara göz-qaş edib, onların diqqətini cəlb edərdilər. Amma yaxınlaşanda onlarla danışmazdılar.

25-30 yaşlı kişilər

Qadınlara evdə oturduqları, ailəni dolandırmaq, pul qazanmaq üçün əldən-ayaqdan düşmədiklərinə görə həsəd aparırlar.

30-40 yaşlı kişilər

Bütün günlərini gözəllik salonlarında keçirərdilər. Qocalmış ərlərini atıb, özlərinə cavan adaxlı axtarardılar. Və həyatdan ikinci dəfə zövq almağa çalışardılar.

Bir ona şükür etdik ki, sorğu zamanı kişilərin çoxu heç də qadın olmağı arzulamadıqlarını, kişi olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini dedilər.

http://atvmaqazin.az/site/14/read/58/

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb