Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Özümüz haqda


Azərbaycan Qender İnformasiya Mərkəzi AQİM -Cənubi Qafqaz ərazisində qadın hərəkatının ilk informasiya-analitik, kitabxana və sənəd mərkəzidir.

Azərbaycan Qender İnformasiya Mərkəzi (AGİM) 2002-ci ilin yanvarında Açıq Cəmiyyət - Azərbaycan Fondu tərəfindən yaradılmışdır. AGİM-in yaradılma və inkişaf layihəsini Respublika qadın təşkilatlarının koalisiyası həyata keçirir:

  • Müasir sosial proseslərin tədqiqat mərkəzi "AREAT",
  • "Yaradıcı qadınlar assosiasiyası",
  • "Təşkilati və texniki inkişafın Azərbaycan assosiasiyası",
  • "Mingəçevir gənc Qadınlar Mərkəzi "Şəms",
  • Xudat gənclər proqramının inkişaf Mərkəzi "ORIENT".

 


Proqram və maliyyə məsuliyyətinə "Müasir sosial proseslər üzrə tədqiqat mərkəzi" cavabdehdir.

Proektin əvvəlində "AREAT" bir sıra qender tədqiqatları aparıb. Bunlardan ən vacibi olan:

  • Cənubi Qafqazın qadındarı işgüzar əməkdaşlığda ("Evraziya" fondu, 1999)
  • Qender tədqiqatları "Qadınlar sosial münaqişədə" (Dünya bankı, 2000)
  • Qadınlar Azərbaycan cəmiyyətində (Altayır, 2000)
  • Qadınlar zorakılığa qarşı ( İSAR - Gorizonte, 2001)
  • Qadınlar erli özünüidarə təşkilatında ( İSAR - Gorizonte, 2002)
  • Qenderin aktual məlumat ehtiyatları və üçüncü sektorun inkişafı (SAR, 2002)

 

Azərbaycan təşkili və texniki assosiasiysı 2000 ildə "Evraziya" fondunun köməki ilə yaranıb. Yerinə yetirilmiş layihələr:

  • Qeyri-hökumət qadınlar təşkilatların inkubatoru ("Evraziya" fondu, 2000)
  • Üçüncü sektorun marketinqi ("Evraziya" fondu, 2001)
  • Biznes-inkubator işğüzar qadınlara kömək("Evraziya" fondu, 2002)

 


Yaradıcı qadınların assosiasiyası 1999 ildə Soros fondunun köməki ilə yaranıb, qadınların və uşaqların yaradıcığını inkişafını etdirir, qaçqın, etim və məcburi köçkün uşaqları ilə reabilitasiya işləri aparır, onları yaradıçığa və incəsənətə cəlb edir və uşaq artterapiyasını inkişaf etdirir.

Yerinə yetirilmiş layihələr:
· Orta və yaşlı Cənubi Qavqaz əhalinin təhsili (IIZ/DVV)



 

Bizim kollektiv:


Müdir - Yelena Qasımova - fələsəfə elmlər namizədi, dosent. Qeyri-hökumət qadınlar hərəkətində və qender siyasəti sahədə ixtisastaşır.

Solmaz İsgəndərova - mühəndis proqramçı informasiya texnologiya üzrə menedjer, Azərbaycan İqtisadiyyat Universitetin baş müəllimi, qenderin inkişafında texnologiya məlumatların istifadəsi sahədə ixtisaslaşır.



Yuliya Əliyeva, “Qadınlara qarşı zorakılığı dayandıran” resurs üzrə mərkəzin məsləhətçisi CEU üzrə “Gender study» maqistraturanı bitirib.

İradə Qasımova - tarix elmləri namizədi, şifahi hekayələr üzrə mütəxəssis. Virtual muzеyə görə məsuliyyət daşıyır.



Olqa Vəliyeva - proqramçı, qadınların virtual inkişafı sahəsində ixtisaslaşır.

Natiq Məmmədov - menecer-kulturoloq, kulturologiya və qender sahəsində ixtisaslaşır.


 


Nelli Qasımova - filoloq, kitabxanaçı, Azərbaycan mətbuatın monitorinqin məsuliyyət daşıyanı.

Əli Abasov - fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının yeni fəlsəfə istiqamətləri və gender tədqiqatları üzrə şöbə müdiri, gender ölçüdə Azərbaycanın milli hesabatını hazırlayan işçi qrupunun rəhbəri. Mərkəzin baş məsləhətçisi. Dünya mədəniyyəti sahəsində mütəxəssis.


Layihənin məqsədləri milli səviyyədə:

 

  • milli qadın portalının yaradılması · qender və informasiya-kommunikativ texnologiyalar sahəsində Azərbaycan milli strategiyasının inkişafı


Layihənin vəzifələri milli səviyyədə:


  • qadın QHT-lərinin və qadın təşəbbüs qruplarının virtual irəli çəkilməsi
  • Azərbaycan dövri mətbuatında qadın mövzusunun media monitorinqi
  • qadın inkişafı sahəsində çalışan hökumət strukturları ilə kontaktı inkişaf etdirmək
  • qender inkişafı üzrə treninqlər keçirmək və qadınları baza kompüter vərdişlərinə, həmçinin, virtual kitabxana materialları ilə işləmək üçün informasiya texnologiyalarına yiyələnmək vərdişlərini öyrətmək
  • qender problematikası ilə maraqlanan jurnalistlərə, müəllimlərə, və tələbələrə konsultasiya vermək
  • Azərbaycanda qadın hərəkatı tarixi virtual muzeyinin yaradılması
  • Azərbaycan Respublikasında qender problematikasının bütün istiqamətlərində inteqrasiya olunmuş informasiyanın toplanması və yayılması;
  • informasiyanın yayılması yolu ilə ölkəmizdə mədəniyyət, iqtisadiyyat, məşğulluq və şəxsi sahibkarlıq, siyasət, təhsil sahələrində qender asimmetriyasının aradan qaldırılmasına kömək etmək.
  • fondreyzinqdə QHT-lərə yardım üçün mühüm sosial qender təşəbbüsləri internet vasitəsi ilə toplanır və yayımlanır;
  • qadın QHT-ləri üçün rüblük informasiya bülletenləri nəşr olunur;

 
Beynəlxalq səviyyədə layihənin məqsədi:

Avropa REWIND NET(qadın informasiya və sənəd resurslarının elektron şəbəkəsi) layihəsi ilə birlikdə Azərbaycan komponenti yaradılır.


Beynəlxalq səviyyədə vəzifələr:

 

  • Cürcü həmkarları ilə birlikdə Cənubi Qafqaz qadın virtual şəbəkəsinin yaradılması
  • virtual əlaqələrin inkişafı və Orta Asiyada qadın hərəkatına dair məlumatların toplanması
  • Xorvat "İnfoteka" koordinasifası nəzdində respublika KİV-ləri üzrə problemlərin Şərqi Avropa qadın layihələri çərçivəsində monitorinqin keçirilməsi:
  • qadınlar üzərində zorakılıq və qadınların müdafiəsi üzrə dövlət aksiyaları
  • dil seksizmi və qender bərabərliyi · qadınların siyasi iştirakı və qərar qəbul etmə hüququ
  • iqtisadi islafatlar və qadın sahibkarlığının inkişafı
  • Avropa verilənlər bazasına azərbaycan materiallarının daxil edilməsi üçün işlənilən layihə monitorinqə daxil edilmişdir

Layihənin inkişafı:


2003-cü ilin əvvəlində "Açıq Cəmiyyət-Azərbaycan" Fondunun "Azərbaycan Qender İnformasiya Mərkəzi" layihəsi üzrə illik monitorinq keçirildi. AQİM-in fəaliyyəti layihənin davamına dəyərli qiymət və zəmanət aldı.

2003-2004-cü illərdə layihə "Açıq Cəmiyyət-Azərbaycan" və fəaliyyətdə olan Şərqi Avropa "İnformasiya-sənəd qadın mərkəzi" proqramı milli qadın şəbəkəsi çərçivəsində inkişaf və davam edir. Birinci il layihə, şəbəkəyə daxil olma, paytaxtda və bölgələrdə qadın QHT-ləri ilə münasibətlərin yaradılması, virtual və ənənəvi kitabxanaların yaradılması, QHT-lər üzrə verilənlər bazasının yaradılması, bütün toplanan materialın respublikada birinci olan qadın saytına yerləşdirmək xarakteri daşıyırdı.

Şərqi Avropa koordinatorunun tələbinə görə fəaliyyətin əsas istiqaməti biblioqrafik iş idi. 2003-2004-cü illərdə layihə "Açıq Cəmiyyət-Azərbaycan" və fəaliyyətdə olan Şərqi Avropa "İnformasiya-sənəd qadın mərkəzi" proqramı milli qadın şəbəkəsi çərçivəsində inkişaf və davam edir. Birinci il layihə, şəbəkəyə daxil olma, paytaxtda və bölgələrdə qadın QHT-ləri ilə münasibətlərin yaradılması, virtual və ənənəvi kitabxanaların yaradılması, QHT-lər üzrə verilənlər bazasının yaradılması, bütün toplanan materialın respublikada birinci olan qadın saytına yerləşdirmək xarakteri daşıyırdı.

Şərqi Avropa koordinatorunun tələbinə görə fəaliyyətin əsas istiqaməti biblioqrafik iş idi. Buraya qender problemi üzrə Azərbaycan dövri mətbuatının retrosrektiv və prezentativ təsviri və sayta yerləşdirilməsi daxildir. Hal-hazırda dövri mətbuat üzrə qender probleminə dair 6000-ə qədər biblioqrafik nüsxə toplanmış və sayta yerləşdirilmişdir. AQİM "Subscribe. ru" göndəriş serveri vasitəsilə mərkəzin analitik və məsləhətçilərinin qender probleminə dair hazırladıqları məqalələrin göndərişini həyata keçirirdi.

Keçən vaxt ərzində sayta daxil olan abunəçilərin sayı təxminən 3000 olmüşdur, daimi elektron abunəçilərinin sayı isə 250-yə yaxınlaşır. Beləliklə, Mərkəzdə maddi-texniki və biblioqrafik baza yaradılmış, Azərbaycan və onun sərhədlərindən xaricdə işgüzar əlaqələr formalaşmışdır.

Bölgələrlə əlaqə saxlayan könüllülərin sayı artmışdır. 2004-cü ildə könüllülər aşağıdakı təşəbbüs qrupları olmuşlar: Qadınlar məclisi (Masallı), "Qadınlar bərabər iqtisadi hüquqlar uğrunda" (Zaqatala), "Çuxur Qəbələ" (Qəbələ), "Sərhədcili"(Ağdam)

2004-cü il layihəsi Mərkəzi daha yüksək inkişaf səviyyəsinə qaldırır və təqdim edir:

  • həftəlik düzəlişlərlə dinamik milli qender portalının yaradılması
  • bölgədə qender informasiya-təhsil mərkəzinin yaradılması
  • "Avropa Qadın Tezaurusu"nun axtarışına daxil olmaq məqsədilə, yeni informasiya texnologiyalarının inkişafı
  • pressklip üçün yeni informasiya texnologiyalarının həyata keçirilməsi
  • Azərbaycanda və gələcəkdə Cənubi Qafqazda qadın hərəkatı arxivinin formalaşdırılması
  • Respublikada qender təhsilinin inkişafında iştirak etmək · Sahibkar qadınlara konsaltinq xidmətləri göstərmək

 


Layihənin beynəlxalq səviyyədə inkişaf etdirilməsi:

AQİM - Qadın Hərəkatının (IIAV, Amsterdam) Beynəlxalq İnformasiya və Arxiv Mərkəzinin Azərbaycanda qadın inkişafı üzrə verilənlər bankının administratorudur

AQİM - Azərbaycanda Şərqi Avropa şəbəkə proqramının qender layihələri üzrə verilənlər bankının administratorudur.

AQİM - RAST (ABŞ) fondunun Azərbaycan üzrə qender məsləhətçisidir.

AQİM - BAS EBRD proqramının Azərbaycan üzrə qender məsləhətçisidir .

AQİM - UNIFEM-in "Qadınlar Cənubi Qafqazda sülh və münaqişələrin aradan qaldırılması uğrunda"layihəsi çərçivəsində yaradılmış Azərbaycan qadın "Koalisiya-1325"in informasiya provayderidir ("Sülhməramlılıq" linkinə).

AQİM - Cənubi Qafqazda "Qadınlar sülh uğrunda" koalisiyasının informasiya provayderlərindən biridir (Ermənistan və Gürcüstan daxil olmaqla).

AQİM - ölkəni qender problematikası üzrə beynəlxalq konfrans və seminarlarda təmsil edir: Vaşinqton, Amsterdam, Sofiya, Stambul, Varşava, Zaqreb, Budapeşt.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb