Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)



"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindəsəlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin andı

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

17 iyul 1937-ci ildə anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə ilə bitirmişdir.

1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y. Məmmədəliyev adına Neft-kimya prosesləri İnstitutunda laboratoriya müdiri və başqa vəzifələrdə çalışmışdır, kimya elmləri doktoru elmi dərəcəsi (1980), professor rütbəsi (1982) almışdır. Nyu-York Elmlər Akademiyasının üzvüdür (1997).

E.Süleymanova 210 elmi əsərin, 40-dan çox ixtiraların müəllifidir, 2 elmlər doktoru, 14 elmlər namizədi yetişdirmişdir. 30-dan çox beynəlxalq konfranslarda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft-kimya simpoziumunda elmi məruzələrlə iştirak etmişdir.

Beynəlxalq aləmdə tanınmış alim və ictimai xadimdir. E.Süleymanovanın fəal vətəndaş mövqeyi onun ictimai fəaliyyətində hər zaman öz əksini tapmışdır və insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır.

1990-ci ildən Qadın hərəkatı rəhbərlərindəndir. Taylandın paytaxtı Banqkokda Çulalonqkorn Universitetində Qadın Liderliyi üzrə hazırlıq keçmişdir. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini olmuşdur. 1994-cü ildən BMT-nin İqtisadi ve Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almış ölkəmizdə yeganə qadın qeyri-hökumət təşkilatı olan "Qadın və İnkişaf" elmi-praktiki mərkəzinin yaradıcısı və Prezidenti, 2002-ci ildən - fəxri üzvüdür. Həmin təşkilat 15 nüfuzlu beynəlxalq qurumun üzvüdür və öz fəaliyyətini BMT-nin müxtəlif bölmələri ilə sıx əlaqədə qurur.

Dünya qadın hərəkatı liderlərindəndir. Amerika Roçester Universiteti tərəfindən Dünyanın qadınlar və qızların hüquqlarının müdafiəçisi və onlar üçün nümunə olan 100 Qəhrəman qadınlardan biri kimi şərəfləndirilmişdir (1998).

BMT-nin Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq haqları üzrə (Nyu-York, 2002) Xüsusi Sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi və koordinatoru kimi məruzələr və çıxışlar etmişdir, regional qurumlarda fəaliyyət göstəmişdir.

Uşaq haqları Konvensiyasının 10 illiyi ilə bağlı vüsət tapmış Uşaqlar üçün Dünya hərəkatı nəzdində dünyada öz fəaliyyəti ilə tanınmış Azərbaycan Uşaqdan Uşağa Sülh Şəbəkəsinin və onun nəzdində ilk Uşaqların Liderlik məktəbinin yaradıcısıdır, uşaq haqları sahəsində çalışan 50-dən çox qadın, gənclər QHT Alyansını yaratmış, uşaq haqları üzrə milli koordinator kimi, onu 2000-2002-ci illərdə Regional CEE-CİS UNİCEF/QHT Komitəsində təmsil etmişdir.

2001 -ci ildə ölkəmizdə ahıllar üçün ilk resurs mərkəzi yaratmışdır.

Dünyanın 50-dən çox ölkəsində dəfələrlə işgüzar səfərlərdə olmuşdur, 70-dən çox Qlobal və Regional konfransların, digər tədbirlərin işində, o cümlədən BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyası (1995-2003), BMT-nin İctimaiyyətlə Əlaqələr Departamentinin illik iclasları (Nyu-York, 1995-2002), Haaqa Sülh konfransı (1999), Ərzaq Sammiti (1996), İstanbul Sammiti (1999), Ahıllıq üzrə Ümumdünya Assambleyası (Madrid, 2002) və başqalarında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olmuşdur. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

"Fəxri kimyaçı", "SSRİ İxtiraçısı" fəxri adları almış, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" və başqa medallarla təltif olunmuşdur. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır.

2002-ci il iyulun 2-də Elmira Süleymanova Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) seçilmişdir.

Beynəlxalq Ombudsmanlar İnstitutunun və Avropa Ombudsmanlar İnstitutunun üzvüdür (2003).

Beynəlxalq Sülh mükafatına layiq görülmüşdür (2003).

25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına üzv qəbul olunmuş və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasını imzalamış Azərbaycan Respublikasında dövlətin öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi təsis olundu.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul olunmuşdur.

Qanunun xüsusiyyəti ondan ibarətdir ki, bu akt, dövlətin konstitusiya qanunvericiliyinə onun ayrılmaz hissəsi kimi daxil edilmiş, bununla da insan hüquqlarının qorunmasının dövlətin siyasətində həlledici rola malik olduğu bir daha təsdiqlənmişdir.

Ombudsmanın fəaliyyətinin Konstitusiya Qanunu səviyyəsində tənzimlənməsi, onun cəmiyyət üçün əhəmiyyətinin göstəricisi olaraq, eyni zamanda onun digər dövlət orqanlarından fərqini və Azərbaycanda ümumi insan hüquqlarının müdafiəsi sistemində müstəsna yerə malik olduğunu vurğulayır, konstitusiya qanunvericiliyinin mahiyyətindən irəli gələn təminatları verir.

Müvəkkilin fəaliyyəti ilə bağlı qanunvericiliyə edilmiş əlavələr və dəyişikliklər

2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunvericiliyə edilmiş əlavələr və dəyişikliklər Müvəkkilin namizədliyinə aid olan tələblərin, Müvəkkilin toxunulmazlığı, müstəqilliyi, onun statusundan irəli gələn maddi, sosial və digər təminatlarla bağlı məsələlərin müxtəlif qanunvericilik aktlarında əks etdirilməsinə, habelə Müvəkkilin fəaliyyətinin təşkili ilə , bağlı məsələlərin tənzimlənməsinə yönəlmişdir.

Həmin əlavələrin biri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində Müvəkkilin qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya onun fəaliyyətinə müdaxilə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmiş və bununla Müvəkkilin müstəqilliyinin təminatları gücləndirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər

22 iyun 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" Fərmanı imzalamış və 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər qəbul edilmişdir.

Həmin dəyişikliklərin bir neçəsi ilə Müvəkkilin seçilməsi - Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər sırasına, Müvəkkilin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimatın verilməsi - Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə dair maddəyə daxil edilmişdir.

Daha bir mühüm əhəmiyyət kəsb edən dəyişikliklərdən biri də İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququnun verilməsi olmuşdur.

Müvəkkilə namizədə dair irəli sürülmüş tələblər və onun səlahiyyət müddəti

Müvəkkil - yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik, Azərbaycan Respublikasının vətəndaşı olan, 7 il müddətinə seçilən şəxsdir. Eyni şəxs Müvəkkil vəzifəsinə yalnız bir dəfə seçilir.

İkili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Müvəkkil ola bilməz.

Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz, habelə hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.

Müvəkkil kim tərəfindən və necə seçilir

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə 3 namizəd təqdim edir və Milli Məclis onların arasından birini 83 səs çoxluğu ilə Müvəkkil vəzifəsinə seçir.

Azərbaycan Respublikasının Milli Məclisi Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər 3 şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

İlk Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyi irəli sürülmüşdür. 2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi səsvermədə iştirak edən 112 deputatdan 111 nəfərin səs çoxluğu ilə təqdim edilmiş namizədlərdən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) vəzifəsinə Elmira Teymur qızı Süleymanovanı seçmişdir və həmin gün Azərbaycanın ilk Ombudsmanı parlamentin iclasında and içmişdir.

Müvəkkilin müstəqilliyinin təminatları

Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedir.

Müvəkkilin müstəqilliyinin təminatları Müvəkkilin dəyişməzliyindən, səlahiyyətləri müddətində və vəzifədən getdikdən sonra səlahiyyətlərinin həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazlığından, hər hansı dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyindən, Müvəkkilin sosial və maddi təminatlarından ibarətdir.

Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və məhdudlaşdırmır.

Müvəkkilin vəzifələri

Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət, yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi üçün təsis olunub.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının Müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.

Müvəkkilin insan hüquqlarının pozulmasına dair şikayətüzrə qərarları göstəriş xarakteri daşımır, onun iş üzrə hər hansı qərarın ləğv edilməsi səlahiyyəti yoxdur. Lakin qanunvericilik Müvəkkilə şikayətlərin araşdırılması, pozulmuş hüquqların bərpa edilməsi sahəsində geniş səlahiyyətlər verir və bu səlahiyyətlər onun cəmiyyətdəki şəxsi nüfuzu ilə birlikdə pozulmuş hüququn bərpası üçün əsaslı zəmin yaradır.

Müvəkkilin səlahiyyətləri

Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsi və ya yenidən baxılması, eləcədə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər.

Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

Şikayətin verilməsi qaydası və müddəti, şikayətin məzmunu

Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 il müddətində, yazılı və ya şifahi formada, poçt vasitəsilə və ya şəxsi qəbulda verilə bilər.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.

Qeyri-hökumət təşkilatları və ya üçüncü şəxslər şikayəti hüquqları pozulmuş şəxsin razılığı ilə (belə razılığı almaq mümkün olmayan hallar istisna olmaqla) verməlidirlər.

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı, onun hüquqlarını pozmuş qərarın, hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərzizəçinin imzası göstərilməlidir.

Anonim şikayətlərə baxılmır, lakin anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayət baxılması üçün qəbul edilə bilər.

Dövlət orqanları Müvəkkilə müraciət edə bilməzlər.

Hansı hallarda şikayətə baxılmasından imtina edilir

  • Ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 il müddət keçdikdə
  • Şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda
  • Şikayət anonim olduqda (yuxarıda göstərilən hallar istisna olmaqla)
  • Şikayətlə bağlı məhkəmə icraatı getdikdə
  • Təkrar təqdim olunmuş şikayətdə yeni məlumatlar, faktlarvə sübutlar olmadıqda

  • Şikayətdə əks etdirilmiş halların araşdırılması ilə bağlı Müvəkkilin səlahiyyətləri

    Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Həmin mülahizələr 10 gün müddətində Müvəkkilə təqdim edilməlidir.

    İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:

  • maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək; onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq;
  • dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
  • cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
  • şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
  • şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
  • müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;
  • dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının, müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
  • İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
  • Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

  • İnsan hüquqlarının pozulması aşkar edildikdə Müvvəkil hansı səlahiyyətlərə malikdir

  • Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);
  • Cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanılması barədə müraciət etmək;
  • Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;
  • İnsan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;
  • İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayyət etmədikdə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
  • Dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
  • Şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

  • Konstitusiyaya dəyişikliklərin edilməsi zamanı verilmiş əlavə səlahiyyətlər

    24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər qəbul edilmiş və həmin dəyişikliklərlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ verilmişdir.

    Konstitusiya Qanunu yalnız şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduğu halda Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququnu nəzərdə tuturdu. Konstitusiyaya dəyişikliklərin edilməsi nəticəsində Müvəkkilin bu sahədə səlahiyyətləri genişləndirilmişdir və insan hüquqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktları barədə müraciət etmək hüququ ilə yanaşı, bələdiyyə və məhkəmə aktları haqqında Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ müəyyən edilmişdir.

    İllik məruzə

    Konstitusiya Qanununa əsasən cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə parlament qarşısında çıxış edir. Bu məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir, bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Eyni zamanda məruzədə insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fıkir, rəy və tövsiyyələr öz əksini tapmalıdır.

    İllik məruzə Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə, Baş Prokurorluğa göndərilir, "Azərbaycan Respublikasının qanunvericilik Toplusunda" və "Azərbaycan" qəzetində dərc edilir.

    Müvəkkilin Aparatı

    Müvəkkilin Aparatı Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün yaradılır.

    Müvəkkilin Aparatı dövlət orqanı olaraq üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuş möhür və blanklara malikdir, Müvəkkil tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərir. Müvəkkilin Aparatının strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən olunur. Müvəkkilin Aparatının işçiləri dövlət qulluqçuları hesab olunur.

    Müvəkkilin Aparatının işçilərini Müvəkkil işə götürür və işdən azad edir.

    Müvəkkilin Aparatı iki idarədən, katiblikdən və köməkçi funksiyaları həyata keçirən şöbələrdən ibarətdir.

    1. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi idarəsi.

    İdarənin tərkibinə Vətəndaş və siyasi hüquqların, İqtisadi və sosial hüquqların, Məhbusların hüquqlarının, Hərbi qulluqçuların hüquqlarının, Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi şöbələri daxildir.

    İdarənin tərkibində olan şöbələrin əsas vəzifəsi Müvəkkil tərəfindən baxılması üçün qəbul edilmiş şikayətlərin araşdırılmasını (o cümlədən yerində araşdırmaları), zəruri sənədlərin toplanmasını, şikayətdə göstərilən halların dəqiq, ətraflı tədqiqini təmin etmək, Müvəkkili müvəqqəti saxlanılma yerlərinə, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə getdiyi zaman müşahidə etmək, bu və ya digər hallara peşəkar hüquqi qiymət vermək, zəruri hallarda ümumi məhkəmələrdə və ya Konstitusiya Məhkəməsində Müvəkkilin mövqeyini müdafiə etməkdir.

    2. Hüquqi maarifləndirmə, elmi-analitik və beynəlxalq əlaqələr idarəsi.

    İdarənin tərkibinə hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr şöbələri daxildir.

    Hüquqi maarifləndirmə şöbəsi Azərbaycan Respublikasının qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquqlarının və azadlıqlarının mahiyyətinin əhaliyə izah edilməsini, bu məqsədlə tədris-metodiki vəsaitlərin, ayrı-ayrı hüquqlara həsr olunmuş bukletlərin, broşürlərinin, yaddaş kitabçalarının, digər nəşr məmulatların hazırlanmasını, insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq, ümumrespublika və regional seminarların, treninqlərin, konfransların keçirilməsini təmin edir.

    Elmi-analitik şöbə Azərbaycan Respublikasının qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını təhlil edir, İnsan hüquqları və azadlıqları sahəsində mövcud olan problemlərə və araşdırmalara, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğuna dair elmi-analitik yazıları, ümumiləşdirmə materiallarını hazırlayır, insan hüquqları və azadlıqlarının həyata keçirilməsinə maneəçilik törədən halların aradan qaldırılması, milli qanunvericilikdə boşluqların və ya ziddiyyətlərin müəyyən edilməsi məqsədilə araşdırmalar aparır, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsi və ya qəbul edilmiş qanunlara yenidən baxılmasına dair təkliflər hazırlayır, zəruri hallarda milli qanunvericilik sisteminə daxil olan aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu layihələrini hazırlayır.

    İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Müvəkkilin və onun Aparatının informasiya ilə təminatını həyata keçirir və bu məqsədlə Müvəkkilin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair məqalələr, pres-relizlər, ayrı-ayrı tədbirlərə və mövzulara dair məlumatlar hazırlayır, Müvəkkil tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi, hüquqi maarifləndirmə, elmi-analitik, beynəlxalq əlaqələr sahəsində görülən işləri, eləcə də Müvəkkilin müxtəlif görüşlərdə, konfranslarda və digər tədbirlərdə iştirakını əks etdirən məlumatları Müvəkkilin İnternet səhifəsində yerləşdirilməsini təmin edir, Müvəkkilin televiziya və radio çıxışlarını təşkil edir.

    Beynəlxalq əlaqələr şöbəsi Müvəkkilin xarici dövlətlərdəki oxşar qurumlarla, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla, fəaliyyəti Ombudsman təsisatı üçün maraq doğuran xarici dövlətlərin təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrinin təşkilini, Azərbaycan Respublikasında Ombudsman təsisatının yaradılmasına, Müvəkkilin insan hüquqlarının və azadlıqlarının müdafiəsi sistemindəki roluna dair

    məlumatların xarici dillərə tərcümə edilməsini və onların beynəlxalq səviyyədə yayılmasını, beynəlxalq və xarici dövlətlərin təşkilatları ilə birgə layihələrin həyata keçirilməsini, daxil olan sənədlərin Azərbaycan dilinə tərcüməsini, həmin sənədlərə baxılmasını, onlara dair cavabların, rəylərin, sorğuların hazırlanmasını təmin edir.

    AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN (OMBUDSMANIN) APARATINDA QƏBUL GÜNLƏRİ

    Bazarertəsi: 10.00 13.00
    Çərşənbə axşamı: 14.00 17.00
    Cümə axşamı: 10.00 13.00
    Cümə: 14.00 17.00

    Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi, II qapı

    Əlavə məlumat üçün telefonlar: (99412)98 23 65,93 7422

    Faks: (99412) 98 23 65, 98 85 74

    E-mail: ombudsman@ombudsman.gov.az apparat@ombudsman. gov. az

    Web-site: www.ombudsman.gov.az
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb