Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycan və Gürcüstanda yerli özünüidarənin qender problemləri


Elena Qasımova, Əli Abasov, Natela Saxokiya

Müasir sosial proseslərin tədqiqat mərkəzi - AREAT

Kitabın müəllifləri layihənin reallaşdırılmasında göstərdiyi maliyyə dəstəyinə görə USAİD-yə, kitabın çapı üçün İSAR (Azərbaycan) və Qorizonti (Gürcüstan) fondları tərəfindən maliyyə yardımı ayırdığı üçün öz təşəkkürünü bildirir.


GİRİŞ

Yerli özünüidarə, əhalinin ərazi-inzibati özfəaliyyətinin nəzəriyyəsi, yerlərdə muxtar özünüidarənin prinsipləri günümüzün adi gerçəkliyiniyə çevrilməkdədir. Nəinki Azərbaycan və Gürcüstanda, keçmiş SSRİ respublikalarının hamısında yerli özüneüidarə, bələdiyyə siteminin qurulması az demokratiyanın bərqərar olmasının, vətəndaş cəmiyyətinin qurulmasının, hüquqi dövlət uğrunda mübarizə aparmağın yeganə yoludur. 10 illiklər boyu hökm sürən totalitar rejim insanları cəmiyyətin idarə olunması problemindən uzaqlaşdırıb, onlarda dərin tarixi kökləri olan yerli özünüidarə məsələlərinə tam laqeydlik formalaşdırıb. Bu baxımdan 1985-ci ildə Avropa Şurasının təşəbbüsü ilə qəbul olunmuş Yerli özünüidarənin Avropa Xartiyasının yerli icmalara mümkün qədər çox idarə səlahiyyətlərinin verilməsi, bu səlahiyyətlərə dövlətin qarışmamasını tələb edən müddəaları diqqətə layiqdir.

Belə bir qərar vermək üçün insan hüquq və azadlıqlarına hörmət etmək kifayətdir. Onların arasında özünüidarə hüququ da var. Yerli özünüidarə vətəndaşlara onların gündəlik həyatı ilə bağlı qararların qəbul edilməsində şərait yaradır, onların bu hüququndan yararlanması isə başqa vətəndaş hüquqlarının qorunmasına xidmət edir. Məhz buna görə, Xartiya AŞ-yə üzv olan dövlətlərin üzərinə yerli icmaların siyasi, inzibati və maliyyə müstəqilliyini qorumaq, inkişaf etdirmək və möhkəmləndirmək öhdəliyini qoyur.

Xartiya bütün postsovet ölkələrində bələdiyyə hüququnun formalaşmasında əsas rolərarlarqəbul edərkən onların təmsil etdiyi sosial qrupların maraqlarını nəzərə alsın. Belə qadınların yeni düşüncə tərzinə görə, hüquq ona sahib dura bilənə yetərincə gəlir gətirə biləcək bir insan kapitalıdır.

Yerli özünüidarə anlayışı altında nə başa düşülür? Xartiyaya görə, "yerli özünüidarə anlayışı altında yerli özünüidarə orqanları tərəfindən dövlət işlərinin mühüm hissəsinin öz öhdəsinə götürülməsi, onun öz səlahiyyətlərinə və yerli əhalinin maraqlarına uyğun olaraq qanun çərçivəsində idarə edilməsi başa düşülür". Bu və digər təriflər özünüidarənin müxtəlif formalarının bərqərarı və inkişafında yerli, regional və bəzən də tarixi, mədəni xüsusiyyətlərin rolunu bu, yaxud başqa şəkildə qeyd edir. Avropa Xartiyası bununla əlaqədar dünyada mütləq bir-birin eyni olan ölkələrin olmadığını nəinki qəbul edir, hətta yerli özünüidarənin modellərinin müxtəlifliyini əvvəljədən nəzərə alır və rəsmən bəyan edir. Bələdiyyələrin inkişafı yoluna nisbətən yeni qədəm qoyan ölkələrimizin yerli özünüidarənin cender prizmasından dəqiq təhlilinə kəskin ehtiyajı vardır.

BİRİNCİ FƏSİL

Cənubi Qafqazda yerli özünüidarə: tarixi və perspektivləri

Bütün postsovet məkanı üçün xarakterik olan sosial fikir ayrılıqları gender yerarxiyasının zorakılıqla sürdürülməsinə- hakimiyyətin cinsi mənsubiyyətinə görə bölünməsinə gətirib çıxarır. Bəzən qəfil, bəzənsə dərk edilməyən, və ona görə də, təbii olaraq, dağıdıcı yunksiya daşşıyan bu yerarxiyanı-sülaləni, ənənvi gender ideologiyası daha da ağırlaşdırır. Bununla yanaşı, müasir Azərbaycan və Gürcüstan cəmiyyətlərində mövcud olan qender sülalələri problemləri və onların doğurduğu problemlər vətəndaş cəmiyyəti və demokratiya quruculuğu ideyalarının daşıyıcıları üçün maraqlı olmalıdır.

Amma, onu da qeyd etməliyik ki, artıq öz hüquqlarının müdafiəsini tələb edən qadınlar qrupu formalaşıb. Onlar-yeni şəraitə nisbətən uyğunlaşa bilənlərdir. Onlar istəyirlər ki, səslərini duyan olsun, hakimiyyət qərar qəbul edərkən onların da maraqlarını nəzərə alsın. Belə qədanldarın düşüncəsinə görə, hüquq sahibinə gəlir gətirə biləcək insan kapitalıdır.

"AREAT" mərkəzinin Qax rayonunda və İnkişaf mərkəzinin Qardabani rayonunda 2002-ci ilin iyun ayında keçirdiyi ekspress-sorğunun nəticələri də bunu deməyə əsas verir: gənc qadınların 47%-nin fikrincə, onlar öz hüquqlarını yaxşı bilsəydilər həyatlarını qura bilərdilər; 89%-i artıq həm kollektiv, həm də şəxsi hüquqlarının qorunması imkanlarıyla maraqlanır.

Ancaq bir vacib tərəfi də xatırlatmaq yerinə düşər. Heç bir qadın özünün yerli özünüidarəylə bağlı hüquqlarıyla maraqlanmır, bu vacib sahədəki liderliyi qeyd-şərtsiz kişilərə verərək özlərinin sözügedən hakimiyyət orqanında təmsilçiliyinin gərəyini anlamadığını boynuna alır. İnsan hüquqlarının qorunması üçün yalnız dövlət və onun institutları tərəfindən bu sahədə qanunların yazılması və onların səmərəli icra mexanizmlərinin formalaşdırılması yetmir, insanların özlərinin də bunda maraqlı olması lazımdır. Əgər qadınlar öz hüquqlarını bilmirsə, nə onları qoruya, nə ala, nə də istifadə edə bilərlər. Bundan əlavə qadınların hüquqi biliksizliyi dövlət orqanlarının özbaşınalığına, hüquqi strukturların hərəkətsizliyinə yol açır.

Yeni iqtisadi şəraitdə dövlət sosial təminatların böyük hissəsini ixtisara salıb, özəlləşdirilmiş müəssisəl isə bir qayda olaraq sosial sahə haqda düşünməkdən vaz keçir. Layihədə araşdırma aparılıan Qax və Qardabani kimi şəhərlər üçün bu, ümumi sosial müdafinənin səviyyəsinin düşməsinə səbəb olur.

Real olaraq hər iki respublikada qadınların güzəştlərin yerini hüquqlara verməsini dərk etməsi prosesi hələ yenicə başlayıb. Bu prosesi dövlətin sosial-iqtisadi islahatlara özynəməxsus baxışı, hakimiyyət strukturları üzərində inkişaf etməmiş nəzarətin olması, sıravi vətəndaşların, xüsuilə də qadınların özlərinin cəmiyyət üçünvcib problemlərin həllində fəallıq göstərməməsi daha da ləngidir. Bunun köklərini aramaq tarixə baş vurmaq gərəkir. Azərbaycan və Gürcüstanda sovet hakimiyyətinin qurulması prosesi yarımüstəqil özünüidarə orqanlarının- Sovetlərin qurulması ilə başlayıb. Az keçməmiş bu orqanlar tam olaraq dövlətin və kommunist partiyalarının nəzarətinə keçir. Yalnız SSRİ-nin süqutu zamanı bu orqanlar özünüidarə statusunu müstəqilləşdirməyə can atdılar, ancaq ittifaqın dağılması bu prosesi də dayandırdı.

Müstəqil dövlətin yerli özünüidarə orqanlarının (YÖO) yeni sisteminin yaradılması təqribən 9 il çəkdi. YÖO-nun qanunverijilik bazası Milli Məjlisin (MM) yerli özünüidarə məsələləri üzrə komissiyası (1995-2000), daha sonra MM-in regional məsələlər üzrə komissiyası (2000-ji ilin noyabrından) tərəfindən Azərbayjan Konstitusiyasının tamamilə bələdiyyələrə həsr olunmuş IV fəsli əsasında işlənib hazırlanırdı.

Əhalidə təsəvvürlər yox idi ki, Azərbaycanda YÖO-nın hakimiyyətin bir qolu deyil, əksinə, onlar nəinki dövlət hakimiyyəti strukturuna daxil edilməyib, hətta qanunvericilərin iradəsiylə pilləli strukturdan da məhrum edilib. Qanunvericiliyə görə, növü və tərkibindən asılı olmayaraq (kənd, rayon, şəhər) istənilən bələdiyyədən yuxarıda duran nəinki bələdiyyə orqanı (bələdiyyələrin birliyi və ya assosiasiyaları ancaq yığıncaq xarakteri daşıyır), hətta YÖO-nın işinə qarışmaq səlahiyyəti olan dövlət orqanı da yoxdur. Bu, həqiqətən də AŞ-nın standartlarına cavab verən yerli özünüidarə prinsiplərinin bərqərar olması üçün vacib olan şərtlərdən biridir.

Bələdiyyələrlə vasitəçisiz və daimi iş vətəndaş cəmiyyətinin, hüquqi dövlətin və demokratik təcrübənin bərqərar olması üçün yeganə yoldur. Buna görə də, göstərdiyimiz istiqamət regionda fəaliyyət göstərən beynəlxalq fondlar və təşkilatlar üçün önəmli olaraq qalacaq. Bu təcrübəni genişləndirmək və yeni əməkdaşlıq formaları ilə zənginləşdirmək çox vacibdir.

Bu sahədə postsovet ölkələrəi üçün ağrılı olan mülkiyyə problemi həll olunur, burda özünüidarə, muxtariyyat, dövlət strukturlarından sərbəstlik, hüquqi maarifçiliyin və vətəndaş şəxsiyyətinin formalaşmasının əlifbası öyrənilir. Bütün sadaladığımızlarla yanaşı, YÖO qərarların birgə qəbulunu və reallaşdırılmasını tələb edir. Güman ki, YÖO-nın məhz bu "ikili" xarakterini də nəzərə almaq lazımdır.

Azərbaycanda və Gürcüstanda əhalinin yerli özüfəaliyyəti problemi ilə yetirəncə çoxlu sayda QHT-lər məşğul olur. Düzdür, bu fəaliyyət əsas etibarilə, birtərəfli xarakter daşıyır və YÖO-nın struktur, sosial, iqtisadi, qanunvericilik və başqa bu kimi problemlərinin araşdırılmasına yönəlib. Amma ölkədə YÖO ilə bağlı təşkilati və məlumatlandırıcı resur-mərkəzinin yaranması daha düşünülmüş olardı və gələcəkdə bu mərkəzin cənubi Qafqaz ölkələrinin resurs-mərkəzinə çevrilməsinə gətirib çıxarar. Bu istiqamət hələ on illər boyu perspektivli olacaq və ildən-ilə daha çox QHT bu istiqamətdə fəaliyyət göstərəcək. Bundan əlavə, sözügedən resurs-mərkəzləri eyni zamanda seçicilərin və yönəldicilərin hazırlanması ilə məşğul olan mərkəzlərə də çevrilə bilər. Bu fəaliyyətin mərkəzləşdirilməsi regionun bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üçün real yol ola bilər.

Azərbaycan qanunvericiliyinə görə, torpaqların 33 faizi bələdiyyələrin mülkiyyətinə keçməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (199.1 maddəsi) görə YÖO dövlət mülkiyyət vergisindən azaddırlar. Bugünkü gündə yeni, müasir qanunların hazırlanması prosesi gedir. Bu qanunlar bələdiyyələri geniş maddi və maliyyə resursları olan əsl özünüidarə orqanlarına çevirməyi nəzərdə tutur. Bələdiyyələr öz ərazilərinin inkişafına yönələn və fəaliyyətlərini daha da səmərəli edən layihələri maliyyələşdirmək imkanlarına malik olacaqlar. Bu sadalananlardan ötrü, keçid dövrünü diqqətlə və gələcəyk uğurların əsasını qoya-qoya keçmək lazımdır.

Şəhər bələdiyyələri respublikanın kəd və rayon YÖO-na poyulyarlıqda çox uduzurlar. Şəhər sakinlərinin YÖO-nın fəaliyyəti haqda bilgiləri və onun inkişafında marabı bölgələrə nisbətə dəfələrlə aşağıdır. Ümumilikdə isə, qanunvericilik və onun məğzi haqqında sıravi seçici çox az şey bilir, Avropa Xartiyası və Yerli və regional hakmiyyəilər Konqresi haqqında isə demək olar ki, heç nə bilmir.

Güman ki, əsas problem yerli özünüidarənin fəlsəfəsi haqqında möhkəm və dəqiq təsəvvürlərin olmamasıdır. Etiraf etmək lazımdır ki, hələ ki, demokratiyanın, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin inkişafının, yerli özünüidarələrin vətəndaşların cəmiyyətin idarə olunmasında özül rolu oynadığının hansı perspektivlərə yol açdığının fərqində deyilik. Belə təsəvvürlərin həm kütlələrdə, həm də hakmi strukturlarda olması yerli özünüidarə problemlərinə belə aşağı marağın əsas səbəblərindəndir. Bu marağın olmaması ölkədə bələdiyyələşmə prosesini tormozlandıran əsas şərtlərdəndir. Bəşqa bir problemsə, bu prosesin öz səlahiyyətlərini yeni qurulacaq strukturlara vermək istəməyənlər tərəfindən süni tormozlanmasıdır.

Hətta, Azərbaycanda yenidən yaranmış bələdiyyə sisteminin rəhbərliyində də yerli özünüidarə haqqında Avropa Xartiyası və Yerli və regional hakimiyyət Konqresinin işindən xəbərsiz olması və bunun bizim YÖO-nın təşəkkül tapması və inkişafı prosesinə əngəl törətməsi bir faktdır. Bələdiyyələrin Konqreslə əlaqələri, bu haqda informasiyanın yayılması və real təcrübənin formalaşdırılması istiqəmində işin aparılması çox vacibdir. Bu, həm də YÖO sahəsində araşdırmalar aparan fəaliyyət göstərən çoxsaylı QHT-lərə da aiddir. Onlarında Konqresin nümayəndələri ilə əməkdaşlığı nəinki ümumi işə fayda verər, həmçinin YÖO-ı üçün kadrlar hazırlanmasına faydalı olar. Ona görə də, hələlik respublika miqyaslı, gələcəkdə isə bütün cənubi Qafqaz regionunda YÖO üzrə faliyyət göstərəcək resurs-mərkəzinin yaranmasına ehtiyac var.

Bizim fikrimizcə, bu istiqamətdə aparılan işlər davam etdirilməli və genişləndirilməlidir. Çünki YÖO hələ yenicə gələk struktur formasına düşür və hərtərəfli yardıma ehtiyacı var.

Nəzərə alaq ki, bələdiyyələr daim müxtəlif formalı maneələrlə rastlaşır və heç də həmişə onları həll etmək iqtidarında olmur.Bu sahənin monitorinqi bizdə dəqiq təsəvvürlər oyatmağa imkan verər ki: hansı qanunverici və təcrübədə dəyişikliklər respublikanın YÖO-nın qarşısında mövcüd olan maneələri dəf etmək üçün gərəklidir; hansı yolla regionda YÖO sahəsində ümumi qanunvericilik bazası yaratmaq olar; vətəndaş təşəbbüsləri səviyyəsində hansı yollarla hüquqi və iqtisadi inteqrasiyanın əsasını qoymaq olar?

cənubi Qafqazın Avropa ilə yaxınlaşmasının yeganə düzgün yolu var - müharibədən sonrakı dövrrdə Avropada yaranmış vətəndaş cəmiyyətinin nümunəsində bir cəmiyyət qurmaq. Bu sistemdə yerli özünüidarələr ilk yerlədən birini tutur.

İKİNCİ FƏSİL

Yerli özünüidarə qender prizmasından

Artıq 10 ildən çoxdur ki, cənubi Qafqaz ölkələri müstəqilliyinə qovuşub. Bu müddət ərzində region ölkələrində sosial siyasi proseslər, vətəndaş cəmiyyətinin təşəkkül tapması, demokratik institutların formalaşması çox zaman münaqişəyə çevrilən ciddi problemlərlə üzləşib. İnsanların mentalitetindəki ətalət, vətəndaşın hüquq maarifçiliyinin aşağı səviyyəsi hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması yolunda olan çox ciddi və çətin keçilən əngəldir.

Bütün respublikalarda demokratiyanın əsas prinsipi olan azad seçkilər prinsipi ağır sınaqlara məruz qalır. Hədsiz sayda seçki saxtakarlıqları faktları qeydə alınır. Bu həyacanlı vəziyyətin qorunmasında vətəndaşların seçkilərin roluna laqeyd münasibəti, onların seçki kampaniyalarında şəxsən iştirakının mənasını dərk etməməsi də öz bəhrəsini verir. Vəziyyət vətəndaşların hadisələrin indiki axarını dəyişməyin mümkünlüyünə inamının olmaması ilə daha da kəskinləşir. Bir çox hallarda, əsasən də əyalatlərdə, istənilən növ seçkilərə laqeyd münasibət, dövlət quruculuğunda və demokratik institutların formalaşmasında vətəndaşların öz rolunu başa düşməməsi adi hal sayılır. Nəticədə seçicilərin seçkilərdə (hətta yerli özünüidarə orqanlarına (YÖO) seçkilərdə) fəallığının aşağı səviyyəsi müşahidə olunur və bu da seçkinin nəticələrinin daha geniş miqyaslarda saxtalaşdırılmasına yol açır.

Bütün orqanlara seçkilərin vacib olduğunu bilsək də, eyni zamanda hesab edirik ki, vətəndaşların regiondakı postsovet həyatının demokratikləşməsi prosesinə cəlb olunması yolunda ən önəmli vasitə YÖO-na seçkilərdir. Çünki, məhz icmalar və yerli özünüidarə orqanları səviyyəsindən əhalinin demokratikləşmə və vətəndaş cəmiyyətinin qurulması prosesində iştirakı başlanır və məhz bu mərhələdə vətəndaşın hüquq maarifçiliyinin ilkin elementləri təzahür edir.

cənubi Qafqaz ölkələrində YÖO-nın formalaşması prosesi tam təkmilləşməmiş və daim dəyişən qanunverici baza əsasında, demokrtik təcrübənin olmadığı, vətəndaşların böyük bir qisminin hakimiyyət strukturlarında uzaq saxlanıldığı bir şəraitdə baş verir. Hətta YÖO-nı hakimiyyət orqanlarının əlavəsinə çevirmək cəhdləri də müşahidə olunur. YÖO-nın özəllikləri və mənası nəinki sıravi seçicilər tərəfindən, hətta siyasi elitanın nümayəndələri, ziyalılar və həm də kütləvi informasiya vasitələri tərəfindən tam olaraq qavranılmır. Yerli özünüidarələrin (YÖ) strukturu hələ formalaşma mərhələsindədir və YÖO ilə dövlət hakmiyyət orqanları arasındakı münasibətlərlə bağlı bir çox problemlər həllini tapmayıb. BU sahədəki hüquqi vəziyyət də hələ mükəmməl deyil.

Bildiyiniz kimi, inkişaf etmiş demokratik ölkələrdə YÖ demokratik quruluşun və vətəndaşların idarə sisteminə cəlb olunmasının ilkin göstəricisi sayılır. Məhz bu üzdən xarici ölkələrin YÖO ilə bağlı təcrübəsinin öyrənilməsi və seçicilər arasında təbliğ olunması ehtiyacı yaranır. Üstəlik, region ölkələrində demokratik ölkələrdə seçici hüquqlarının qorunmasıyla bağlı informasiya qıtlığı da kəskin hiss olunur.

Hələ formalaşmaqda olan bələdiyyələrin inkişafı, vətəndaşların hüquqi biliklərinin getdikcə artması yolunda müstəqil ictimai təşkilatların rolu böyükdür. Bu fəaliyyətin seçicilər arasında beynəlxalq təcrübənin yayılması və bu təcrübənin yerli şəraitə uyğunlaşdırılmasına yönəlməsi çox faydalı olar. Əhalinin hüquqi savadsızlığı şəraitində çox vacibdir ki, bu təşktilatlar seçicilərin savadlandarılması və hazırlanması yolu ilə dövlət orqanlarına insan hüquqları ilə bağlı beynəlxalq normalara əməl etmək üçün təsir göstərsin və YÖ ilə bağlı qanunverciliyin təkmilləşdirilməsi və dəyişdirilməsindən ötrü öz təkliflərini versin.

YÖ haqqında qanunlar Azərbaycanda hələ 1997-ci ildə hazırlansa da da, ölkə Parlamenti tərəfindən qəbul olunmamışdı. Yeni- təkmilləşdirilmiq qanunvericilik 1999-cu ildə qəbul olundu və elə həmin il dekabr ayının 12-də hələlik yeganə olan bələdiyyə seçkiləri keçirildi. Seçkilər və YÖO-nın işinin ilkin nəticələri əhalinin Yö ideyaları və təcrübəsinin reallaşmasına hazır olmadığını göstərdi.Nəinki sıravi seçici, hətta YÖO-na seçilənlərin və seçənlərin birinci dalğasında yerli özünüidarə haqqında həddindən artıq zəif və qarışıq təsəvvürlərin olduğu meydana çıxdı.

Bu gün Azərbaycanda YÖ ilə bağlı qanunvericilik bazasına Nazirlə Kabinetinin qərarlarını saymasaq, 60-dan çox qanun, fərman və qərarlar daxildir. Görüləcək işin əsas istiqaməti kimi bu qanunvericilik bazasının həm əhali- seçicilər, həm də YÖO-nın qulluqçuları və üzvləri tərəfindən mənimsənilməsinə yönəltmək lazımdır.

Bütün respublikalarda demokratiyanın əsas prinsipi olan azad seçkilər prinsipi ağır sınaqlara məruz qalır. Hədsiz sayda seçki saxtakarlıqları faktları qeydə alınır. Bu həyacanlı vəziyyətin qorunmasında vətəndaşların seçkilərin roluna laqeyd münasibəti, onların seçki kampaniyalarında şəxsən iştirakının mənasını dərk etməməsi də öz bəhrəsini verir. Vəziyyət vətəndaşların hadisələrin indiki axarını dəyişməyin mümkünlüyünə inamının olmaması ilə daha da kəskinləşir. Bir çox hallarda, əsasən də əyalatlərdə, istənilən növ seçkilərə laqeyd münasibət, dövlət quruculuğunda və demokratik institutların formalaşmasında vətəndaşların öz rolunu başa düşməməsi adi hal sayılır. Nəticədə seçicilərin seçkilərdə (hətta yerli özünüidarə orqanlarına (YÖO) seçkilərdə) fəallığının aşağı səviyyəsi müşahidə olunur və bu da seçkinin nəticələrinin daha geniş miqyaslarda saxtalaşdırılmasına yol açır.

Bütün orqanlara seçkilərin vacib olduğunu bilsək də, eyni zamanda hesab edirik ki, vətəndaşların regiondakı postsovet həyatının demokratikləşməsi prosesinə cəlb olunması yolunda ən önəmli vasitə YÖO-na seçkilərdir. Çünki, məhz icmalar və yerli özünüidarə orqanları səviyyəsindən əhalinin demokratikləşmə və vətəndaş cəmiyyətinin qurulması prosesində iştirakı başlanır və məhz bu mərhələdə vətəndaşın hüquq maarifçiliyinin ilkin elementləri təzahür edir.

cənubi Qafqaz ölkələrində YÖO-nın formalaşması prosesi tam təkmilləşməmiş və daim dəyişən qanunverici baza əsasında, demokrtik təcrübənin olmadığı, vətəndaşların böyük bir qisminin hakimiyyət strukturlarında uzaq saxlanıldığı bir şəraitdə baş verir. Hətta YÖO-nı hakimiyyət orqanlarının əlavəsinə çevirmək cəhdləri də müşahidə olunur. YÖO-nın özəllikləri və mənası nəinki sıravi seçicilər tərəfindən, hətta siyasi elitanın nümayəndələri, ziyalılar və həm də kütləvi informasiya vasitələri tərəfindən tam olaraq qavranılmır. Yerli özünüidarələrin (YÖ) strukturu hələ formalaşma mərhələsindədir və YÖO ilə dövlət hakmiyyət orqanları arasındakı münasibətlərlə bağlı bir çox problemlər həllini tapmayıb. BU sahədəki hüquqi vəziyyət də hələ mükəmməl deyil.

Bildiyiniz kimi, inkişaf etmiş demokratik ölkələrdə YÖ demokratik quruluşun və vətəndaşların idarə sisteminə cəlb olunmasının ilkin göstəricisi sayılır. Məhz bu üzdən xarici ölkələrin YÖO ilə bağlı təcrübəsinin öyrənilməsi və seçicilər arasında təbliğ olunması ehtiyacı yaranır. Üstəlik, region ölkələrində demokratik ölkələrdə seçici hüquqlarının qorunmasıyla bağlı informasiya qıtlığı da kəskin hiss olunur.

Yerli özünüidarə, əhalinin ərazi-inzibati özfəaliyyətinin nəzəriyyə və təjrübəsi, yerlərdə muxtar özünüidarə prinsipləri bu günkü həyatımıza geniş surətdə daxil olmaqdadır. Yalnız Azərbayjanda deyil, keçmiş SSRİ respublikalarının hamısında yerli özünüidarə, bələdiyyə sisteminin bərqərarı demokratiyanın möhkəmləndirilməsinin, hüquqi dövlətin inkişafı uğrunda mübarizə aparmağa qabil vətəndaş jəmiyyətinin bərqərar olmasının, demək olar, yeganə yoludur. Onilliklər ərzindəki totalitarizm insanları jəmiyyətin idarə edilməsi problemlərindən uzaqlaşdırıb, yetərinjə tarixi ənənəyə malik yerli özünüidarənin məsələlərinə qarşı onlarda biganəlik yaradıb. Bununla əlaqədar Avropa Şurasının təşəbbüsü ilə 1985-ji ildə qəbul olunmuş yerli özünüidarə üzrə Avropa Xartiyası əsas sənəddir. Burada deyilir ki, yerli ijmalara mümkün qədər çox idarəetmə məsələləri etibar edilməlidir və bu məsələlərin həllinə dövlət qarışmamalıdır. Bu qərar insanın əsas hüquq və azadlıqları təjrübəsindən irəli gəlir. Özünüidarə hüququ bunların sırasında mühüm yer tutur. Yerli özünüidarə vətəndaşlara onların gündəlik həyatına aid olan qərarların qəbulunda iştirak etmək hüququ verir. Öz növbəsində bu hüququn həyata keçirilməsi bütün digər vətəndaşlıq hüquqlarının həyata keçirilməsinə zəmanət verir. Buna görə də, Xartiya yerli ijmaların siyasi, inzibati və maliyyə müstəqilliyinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və müdafiə olunması vəzifələrini Avropa Şurasına daxil olan dövlətlərin öhdəsinə qoyur. Xartiya bütün postsovet ölkələrinin bələdiyyə hüquqlarının inkişaf etdiyi özüldür. Xartiyada qeyd edilir ki, "yerli özünüidarə hüququ ən mühüm vətəndaşlıq hüquqlarından biridir, əsil xalq hakimiyyətini hakimiyyətin mərkəzləşdirildiyi yerdə deyil, hakimiyyətin bölünüb, yerlərə verildiyi yerdə axtarmaq lazımdır". Yerli özünüidarə anlayışı altında nə başa düşülür? Xartiyaya görə, "yerli özünüidarə anlayışı altında yerli özünüidarə orqanları tərəfindən dövlət işlərinin mühüm hissəsinin öz öhdəsinə götürülməsi, onun öz səlahiyyətlərinə və yerli əhalinin maraqlarına uyğun olaraq qanun çərçivəsində idarə edilməsi başa düşülür". Bu və digər təriflər özünüidarənin müxtəlif formalarının bərqərarı və inkişafında yerli, regional və bəzən də tarixi, mədəni xüsusiyyətlərin rolunu bu, yaxud başqa şəkildə qeyd edir. Avropa Xartiyası bununla əlaqədar dünyada mütləq bir-birin eyni olan ölkələrin olmadığını nəinki qəbul edir, hətta yerli özünüidarənin modellərinin müxtəlifliyini əvvəljədən nəzərə alır və rəsmən bəyan edir. Bələdiyyələrin inkişafı yoluna nisbətən yeni qədəm qoyan ölkəmizin yerli özünüidarənin Azərbayjanın tarixində öz izini qoymuş müxtəlif formalarının dəqiq təhlilinə kəskin ehtiyajı vardır. Qeyd olunmalıdır ki, artıq yaranmış rəylərin əksinə olaraq bu formalar yetərinjə inkişaf etmiş və müxtəlifdirlər.

Hələ formalaşmaqda olan bələdiyyələrin inkişafı, vətəndaşların hüquqi biliklərinin getdikcə artması yolunda müstəqil ictimai təşkilatların rolu böyükdür. Bu fəaliyyətin seçicilər arasında beynəlxalq təcrübənin yayılması və bu təcrübənin yerli şəraitə uyğunlaşdırılmasına yönəlməsi çox faydalı olar. Əhalinin hüquqi savadsızlığı şəraitində çox vacibdir ki, bu təşktilatlar seçicilərin savadlandarılması və hazırlanması yolu ilə dövlət orqanlarına insan hüquqları ilə bağlı beynəlxalq normalara əməl etmək üçün təsir göstərsin və YÖ ilə bağlı qanunverciliyin təkmilləşdirilməsi və dəyişdirilməsindən ötrü öz təkliflərini versin.

Çox təəssüf ki, cənubi Qafqaz çoxsaylı etnik konfliktlər zonasıdır və bu Azərbaycan və Gürcüstan Respublikalarının ərazisində idarəolunmayan rejimlərin yaranmasına səbəb olub. BU da öz növbəsində YÖ-nin inkişafını ənglləyən amil kimi təzahür edir. Gürcüstanın bu sahə üzrə qanunvericiliyinə nəzər saldıqda sözügedən problemin əlamətlərini görürük. Bu münaqişələrin həlli, cənubi Qafqazda sülhün bərqərar olması nəinki YÖ-in regionda inkişafına gətirər, üstəlik bu sahədə regional əməkdaşlığın da geniş miqyaslar almasına səbəb ola bilər. YÖ-lə bağlı region üçün vahid qanunvericilikdən danışımaq müxtəlif səbələr üzündən hələ tezdir. Ancaq, sülhün birdəfəlik bu regionda bərqərar omasından sonra cənubi Qafqazda Yerli və regional hakimiyyətlər Konqresinin ideyasını real olaraq gerçəkləşdirmək olar.

Qeyd etməyə məcburuq ki, hələ ki, ölkədə tam müstəqil yerli özünüidarə yoxdur. Baxmayraq ki, ölkənin 4500 yaşayış məskənində 2700 bələdiyyə orqanı yaradılıb, yerli özünüidarəylə bağlı 60-dan çox hüquqi sənəd qəbul olunub, onların reallaşdırılmasının konkret mexanizmlərinin olmaması bu orqanların fəaliyyətinə ciddi əngəl törədir. İcra hakmiyyəti hələ də Prezidentin torpaqların 33 %-ni bələdiyyələrə vermək haqqında sərəncamını yerinə yetirməyib. Özəlləşdirilmə prosesinin daha öncə başlanması üzündə bu torpaqların böyük bir hissəsi artıq xüsui mülkiyyətə verilib. Ölkənin Torpaq məcəlləsinə yeni dəyişikliklərə görə, 2001-ci il yanvarın birinə kimi xüsusi mülkiyyətə verilən torpaqlar bələdiyyələrə qaytarıla bilməz. Bundan əlavə, belə bir qayda da mövcüddür ki, öz torpaqlarını satmaqdan ötrü bələdiyyələr yerli icra hakmiyyətinin razılığını almalıdır. Bakıda isə, yerli icra hakmiyyətləri qanunla YÖO-nın səlahiyyətində sahələri öz nəzarətində saxlayır (reklam və s.).

Nəzərə alaq ki, bələdiyyələr daim müxtəlif formalı maneələrlə rastlaşır və heç də həmişə onları həll etmək iqtidarında olmur.Bu sahənin monitorinqi bizdə dəqiq təsəvvürlər oyatmağa imkan verər ki: hansı qanunverici və təcrübədə dəyişikliklər respublikanın YÖO-nın qarşısında mövcüd olan maneələri dəf etmək üçün gərəklidir; hansı yolla regionda YÖO sahəsində ümumi qanunvericilik bazası yaratmaq olar; vətəndaş təşəbbüsləri səviyyəsində hansı yollarla hüquqi və iqtisadi inteqrasiyanın əsasını qoymaq olar?

Siyasi iştirak və nümayəndəliklərdə qender uçurumunu, qadınların hələ ki, siyasətdə yeni və autsaydre rolunda olduğunu nəzərə alsaq da onların siyasi poseslərə və qərarların qəbulu mədəniyyətinə faydalı təsirini danmaq olmaz.

Qəbul olanun qərarların gündəlik həyatımıza təsiri, sırf qadın maraqlarının: törəmə hüquqlar, ailə, qender bərabərliyi, qadınlara qarşı zorakılıq, qeyri-iqtisadi şərtlərlə əməyə məcbur edilmə halları YÖO-nın diqqətindən kənarda qalıb, bu növ suallar YÖO-nın Azərbaycandakı fəaliyyəti dövründə bir dəfə də olsun qaldırılmayıb. 1

Qadınlarda yerli özünüidarə haqqında məlumatlar yoxdur. Gürcüstan Parlament Komissiyasının sosial araşdırmalarına əsasən, son seçkilərdə seçicilərin ancaq 12 faizini qadınlar təşkil eləyib2 . Azərbaycanda bu göstərici 9.7%-dir3 . Deməli YÖO-nın rolu və imkanları haqda informasiyaya ehtiyac var. Hətta əhalinin soial aktiv hissəsi də YÖO-nın real fəaliyyətinə inanmır. Bu göstərici Gürcüstanda Azərbaycana nisbətən 18% çoxdur4 . Bu fakt daha çox narahatlıq doğurur, çünki, əhalinin böyük hissəsini, xüsusən də regionlarda, qadınlar təşkil eləyir. Buna görə də qadınlara YÖ-nin mahiyyətini başa salan treyninq və seminarlar keçirilməsi vacibdir.

AREAT və İnkişaf mərkəzlərinin 2002-ci liin martında iki paytaxt şəhəri və regionlarda 30 qadınla apardığı müsahibələrin nəticələri göstərir ki, təcrübədə qanunların reallaşdırılması zamanı qadınların diskriminasiyası halları olur. Bunun əsas səbələri aşağıdakılardır:

  • Briincisi, YÖO-na seçkilər zamanı qadınlar əvvəlcədən mümkün namizədlər siyasında olmur, onların maliyyə, təşkilati və məlumat resursları yetirncə olmur.
  • İkincisi, qadın namizədldər seçkilərə partiya siyahısı ilə yox, müstəqil namizəd kimi getməyə məcbur olur ki, bu onların resurslarının məhdudlaşması deməkdir. Rəyi soruşulan qadınlarda birinin dediyi kimi "seçkilər daha çox puldan asılı olmağa başlayıb" və bu zaman qadınlara maliyyə və komersiya strukturları tərəfindən dəstəyin verilməməsi ilə müşahidə olunur.

  • İki ay ərzində layihədə iştirak edən mərkəzlərin əməkdaşları və könüllürəin iştirakı ilə Tbilisi, Bakı, Qardabani və Qax rayonlarında keirilən sorğularda aşağıdakı məqsədlər olub:

  • Qadınların yerli özünüidarə orqanlarının işində və dövlət əhəmiyyətli qərarların qəbulunda iştirakı üçün hansı köklü əsaslar var;
  • Demkoratiya və bazar iqtisadiyyatına keçid qadınların yerli özünüidarə orqanlarının işində iştirakına və təmsilçiliyinə kəmiyyət və keyfiyyət baxımından hansı təsir göstərib;
  • Qadınların yerli özünüidarə orqanlarında təmsil olunmasına yerli səviyyədə hansı köklü və şəxsi xarakterli maneələr törədilir;
  • Qadınlar kişilərlə müqayisədə yerli özüidaərə orqanlarının işinə hansı yeniliklər gətirir (baxmayaraq ki, onlar bu sahəyə təzə qədəm qoyub və çox vaxt autsayder rolunda çıxış edir), qadın və kişilərin bələdiyyələr səviyyəsində liderliyinin hansı özəllikləri var;
  • Dövlət və ictimai strukturlar, siyasi partiyalar və həmkarlar ittifaqları qadınların yerli əhəmiyyətli məsələlərdə rolunu artırmaqdan ötrü hansı məsləhətlərə ehtiyacı var.

  • Araşdırmanın sonuclarını şərh edərkən qender yanaşması əsas götürülüb. Belə ki, biz biz hakimiyyət konsepsiyasını, qadın liderliyi, siyasi iştirak kimi beynəlxalq qadın hərəkatı və siyasi təcrübədə sınanmış amildləri əsas götürmüşük. Respondentlərlə müsahibələr əsasən 1.5-2 saat çəkib. Ümumiyytlə rəyi soruşulanlar, xüsusilə də QHT nümayəndələri YÖO-nın inkişafında maraqlarını gizlətməyiblər. İctimai həyatda, xüsusilə QHT-lərdə artıq qadın liderliyi olan adacıqlar var, onlar konformizmə, qərar qəbul edilməsinin ənənəvi yollarına qarşı çıxır və hələ araşdırmalara və inkişafa ehtiyacı var.

    Bir qayda olaraq qadınların həyat təcrübəsi, onun qiymətli çalarları YÖO-nın əsaslarında nəzərə alınmır. Feminist yanaşmanı üçün xarakterik olan şəxsi və ailə maraqlarııncan yanaşma çox vaxt qadınların YÖO-da iştirakını diqqətdən kənarda qoyur. Feminist araşdırmaları üçün əsas olaraq o götürülür ki, "qayğı" və "məsuliyyət " konsepsiyalarıının kökləri hüquq və ədalət anlayışları haqqında abtrakt fikirlərdən yox, cinsi və ailə mənsubiyyəti, təhsil səviyyəsi kimi sosial məzmundan götürülməlidir.

    Qender yanaşması inkişaf etmiş ölkələrdə tətbiq olunan 3 liderlik tipini tamamlayır və inkişaf etdirir. Söhğət "dəyişmiş liderdən" gedir ki, bu anlayış altında "yeni lider -insanları fəaliyyətə çağıran, tərəfdarları liderə çevirən, liderləri isə yeniliklər aqentinə çevirən insan" kimi başa düşülür. YÖ konteksindən yanaşdıqda feminist liderliyinin əsasları liderin maarifçilik təbiətini nəzərdə tutur, bu da kişilirəin liderliyindən fərqlənir. Feministlərin fikrincə kişilərin liderliyi lider və seçici arasında siyasi ədalətsizliyə söykənir. Bu yanaşmaya görə, feminist lider başqaları ilə dialoqlarla öyrənir və öyrədir, bu liderliyini daha fəal formasıdır, bu formada liderlər təcrübə daşıyıcısı rolunu oynayır. Bələdiyyə hakimiyyətinin feminist modeli elə hakimiyyət quruluşunu nəzərdə tutur ki, bu quruluşa görə, hakimiyyət ümumiyyətlə dominantlıq etmək modellərindən imtina edir. Bu konsepsiyada işirak qadınların elektoral aktivliyini yox, həm də qaldınların YÖO-ndan başqalarına öz məqsədləri və cəmiyyətin maraqları naminə təsir etmək mexanizmini nəzərdə tutur. Öncə liderlərin özü tərəfindən həyata keçirilməli olan bu anlayış təcrübədə qadınların YÖO-nı fəaliyyətində iştirakını təmin etməli və onların sosial fəallığını artırmalıdır.

    Heç sözsüz, bələdiyyə orqanlarının işində iştirak qadınların sosial-iqtisadi hüquqlı çərçivəsində olmalıdır. Sonuncu amil təəssülər olsun ki, Həm Azərbaycan, həm də Gürcüstanda kütləvi şəkildə pozulur. Düzdür bu zaman YÖO-nın işində işitrak hüququ kimi vacib hüququn həyata keçirilməməsində söz getmir. Amma, ağır sosial-iqtisadi dürüm fəal qadınları yrli özünüidarələrəin işində daha yaxındaş iştiraka sövq eləyir. Qəribə də olsa, bölgələrdə bu proses paytaxta nisbətən dah sürətlə gedir. YÖO-nın qəbul etdiyi qərarların gündəlik həyata daha çox təsiri və sırf qadın maraqlarının (törəmə hüquqlar, ailə, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və s.) nəzərə alınması da bölgələrdə daha aydın görünür.

    Əlbəttə, Yerli özünüidarədə milli, mədəni və siyasi ənənələr, mentalitet və "keçid dövrünün" özəllikləri ilə bağlı Azərbaycan və Gürcüstanın özünəməxsus rolu var. Ancaq beynəlxalq təcrübəyə əsasən demək olar ki, qadının cəmiyyətdəki üstün rolu ilə onun YÖ-lərin işində iştirakı arasında sıx bağlılıq var. Hamı tərəfindən qəbul olunub ki, qadınların YÖ-lərin işində yaxından iştirakı üçün sosial və iqtisadi strukturların dəstəyinə, qanunlar səviyyəsində qadınlara qarşı ayrıseçkiliyin olmaması, həmçinin, təhsil və KİV sahəsində mənfi qadın streotiplərinin aradan qaldırılmasına ehtiyac var.

    Statistikaya görə, bütün dünyada qadınlar yerli özünüidarələr səviyyəsində zəif təmsil olunub. Buna görə də "partitet bələdiyyə demokratiyası" anlayışı ortaya çıxıb. Bu anlayışa görə insan - hər hansı bir neytral varlıq deyil, konkret olaraq kişi və qadın deməkdir. Bu da de fakto olaraq tam bərabərliyin yaranmasında problemlər törədir.

    Yerli özünüidarədə qadınların iştirakı ilə bağlı qərb ədəbiyyatlarında qadınların yerli səviyyədə daha fəal iştirakını əsaslandıran 5 əsas arqument önə çəkilir:

    1) eqalitarlıq, cinsi bərabərlik;

    2) siyasi quruluşun legitimliyinin əsasları;

    3) maraqların fərqliliyi;

    4) ictiami siyasətə yeni baxış bucağı;

    5) insan resurslarından daha səmərəli istifadə.

    1) Eleqitarlıq, cinsi bərabərlik. Universal insan hüquqlarının bərabərhüqüqlu gürçəkləşdirilməsi tələb edir ki, cinslərin de fakto və de yure bərabərliyi insanın əsas hüququ olmalıdır. Bu hüquq həm milli, həm də beynəlxalq qanunvericiliklərdə əksini tapıb. Qadınların əhalinin yarsını təşkil eləyir və onlar YÖ-lər səviyyəsində də proporsional olaraq təmsil olnmalıdır.


    2) Siyasi quruluşun legitimliyinin əsasları, nümayəndəlik demokratiyasının prinsiplərinə riayət. Demokratik şəraitdə insanları kimlərin təmsil etdiklərini və onların adından hansı qərarların verildiyinə nəzarət və araşdırılmanı nəzərdə tutur. Həm statistika, həm də araşdırmamızın nəticələri sübut edir ki, bələdiyyə siyasəti sahəsində kişilərin inhisarı var. Qadınların təmsilçiliyinin yetərincə olmaması üzündən mövcud bələdiyyə orqanlarının bütün cəmiyyətin maraqlarına cavab verməsini şübhə altına alır.


    3) Maraqların fərqliliyi. Qadınların qrup olaraq aşağıdakı səbəblər üzündən fərqli maraqlara malikdirlər: a) tarixən uzun müddət qadınlar heç bir (siyasi) hüquqlara malik olmayı; b) mək sahəsində qadınlar üfüqi və şaquli istiqamətlərdə ayrıseçkiliyə məruz qalır; c) Qadınlarda işçi qüvvə istehsalı və uşaqların tərbiyəsində məsuliyyət hissinin aşılanması ailədə gender bölgüsünün əsasını qoyub. Üstəlik, gender araşdırmaları göstərir ki, qadınlar kişilərdə daha yaxşı öz obyektiv maraqlarını müəyyənləşdirə və əsaslandıra bilirlər.

    4) İctiami siyasətə yeni baxış bucağı. Bu arqument bələdiyyə sisteminin özünün çərçivəsində, qərar qəbul olunmasının konsepsiya və mədəniyyəti, həmçinin YÖ sahəsində əksini tapır. Qadınları siyasi strukturlarda iştirakı "kritik həddə" çatanda siyasət anlayışı dəyişilir, onun ənənəvi əsaslarından uzaqlaşma baş verir, qərar qəbul olunmasının mədiyyəti dəyişikliyə uğrayır. Belə ki, artıq Avropada 30 ildən çoxdur ki, siyasi məsələ sayıla biləcək sahələrin sayı artır. Əlavə olunan məsələlərə uşaqlara qayğı, cinsiyyət, ailə planlaması, qadınlara qarşı zorakılıq və başqalarını aid eləmək olar. Kişilərin liderliyi çoxpilləliyi, avtoritalığı, mərkəzləşdirilmə və texnokratlığı ilə fərqlənir.

    5) İnsan resurslarından səmərəli istifadə. Qadın və kişələr müxtəlif təcrübəyə, biliyə və intuisiyaya malikdirlər. Bütün anlayışların nəzərə alınması daha müəyyənləşdirilmiş və maarifçi bələdiyyə siyasətinin formalaşmasına yardımçı ola bilər.

    Maraqlıdır ki, bütün sadalan arqumentlər bizim ölkələrimiz üçün də vacibdir. Xüsusilə də, gərgin iqtisadi-sosial məngədən çıxmaq üçün qeyri-ənənəvi qərarların qəbul olunmasını tələb edən keçid dövründə. Bundan əlavə qadınlar kişiləri az maraqlanlıran və ya heç maraqlandırmayan gündəlik problemlərin həllində maraqlı olurlar.

    YÖ-də iştirakda və təmsilçilikdə möcud olan gender uçurumunu, qadınların hələ bu sahədə təzə və çox vaxt autsayder olduğunu nəzərə alanda qadınların bələdiyyə strukturlarının qərar qəbul olunması mədəniyyətinin formalaşmasında olan müsğət rolunu qeyt etmək lazımdır.

    Qadınların yerli özünüidarədəki rolunun artırılmasından danışarkən bu sahədə mövcud olan beynəlxalq norma və konvensiyalara müraciət etmək yeritnə düşər.

    İnsan hüquqları üzrə ümumi deaklarasiyada təsbit olunmuş və vətəndaşların öz ölkələrinin idarə olunmasında iştirakını nəzərdə tutan hüququ bir neçə sənəddə qadınlarla bağlı aydınlaşdırılıb və inkişaf etdirilib: Qadınların siyasi hüquqları haqda Deklarasiya (1952), Qadınlara münasibətdə ayrıseçkiliyin aradın qaldırılması haqında Deklarasiya (1967), Qadınlara qarşı bütün ayrıseçkilik formalarının aradan qaldırılması haqqında Deklarasiya (1979) və Pekin fəaliyyət platforması (1966).

    "Qadınlara qarşı bütün ayrıseçkilik formalarının aradan qaldırılması haqqında" Konvensiya həcmcə kiçik, eyni zamanda, müfəssəl olaraq sənəddə (30 maddə) qadınların kişilərlə bərabərhüquqlu əsaslarla hakimiyyəti bölüşdürməsi kimi vacib fikir praktiki olaraq ilk dəfə əksini tapıb: "İştirakçı dövlətlər qadınların ölkələrinin ictimai-siyasi həyatlarında fəaliyyətinə qarşı yönələn istənilən ayrıseçkilik formalarını aradan qaldırmağı boynuna götürür və xüsusilə də, qadınları kişilərlə eyni şərtlərdə hökumətin siyasətinin formalaşması və həyata keçirilməsi və hakimiyyət vəzifələrinə yiyələnməsi, həmçinin bütün səviyyələrdə rəhbər vəzifələr tutması üçün lazım olan tədbirlər görməyi boynuna götürür". (II hissə, 7-ci maddə).

    I hissənin 4-cü maddəsi bu hüququn həyata keçirilməsindəki qşeyri-bərabərliyin aradan qaldırılması üsulunu göstərir: "İştirakçı dövlətlər tərəfindən qadın və kişələr arasında faktiki bərabərliyin bərqərar olması üçün görülən sosial tədbirlər, bu Konvensiyada göstərilən qaydada, ayrıseçkilik ……sayılmır. " Bu tövsiyyə yetərincə inqilabi idi, çünki, ilk dəfə olaraq beynəlxalq sənəddə belə tədbirlərə legitim və "fəaliyyət yardımı" donu geydirilir və ya "müsbət ayrıseçkilik" təqdir olunurdu.

    Pekin fəlaiyyət Platformasında qadınların yerli icmalar, özünüidarə orqanları və qərarların qəbul olunması prosesində iştirakı (G böməsi) fikri inkişaf etdirilir və qabardılırdı. Bu bölümün 181-ci bəndində deyilir: "Qadınların qərar qəbulunda iştirakı nəinki elementar demokratiyanın və ədalətliliyin tələbidir, həmçinin, qadın maraqlarının önə çəkilməsinin vacib şərtlərindəndir." G bölümünün 181-189-cu maddələrində bu hüququn gerçəkləşdirilməsi yolunda qadınlara qarşı yol verilən ayrıseçkiliklərin səbəblərini sadalamla bərabər, həmçinin, qadınların qərar qəbulu və YÖO-ların işində iştirakı üçün "müsbət fəaliyyət" və "ayrıseçkilik əleyhinə tədbirlər" görülməsi təklif olunur. G2 bölümü qadınların qərar qəbulu və bələdiyyələrdə iştirakı ilə bağlı imkanlarının artırılmasının strateji məqsədlərini müəyyənləşdirir.

    G1 bölümü (Qadınların idarəetmə strukturlarına qəbulu və qərar qəbulu prosesinə cəlb edilməsi və tamhüquqlu iştirakı üçün tədbirlər görülməsi) hökumətlərə (190-cı bənd), siyasi partiyalara (191-ci bənd), BMT-yə (193-cü bənd) qadınlara qarşı qərar qəbulu prosesində ayrıseykiliyin aradan qaldırılması ilə bağlı konkret tədbirlər görməyi təklif edir. Belə ki, BMT-yə tövsiyyə edilir ki, başqa tədbirlərlə yanaşı "Qərar qəbulu prosesində qadın və kişilərin iştirakı ilə bağlı kəmiyyt və keyfiyyət baxımından yetərincə məlumat toplamağa, həmçinin bu differensial təsirini analiz etmək və Baş katibin nəzarətialtında 2000-ci ilə qədər qadınların idarəedici və rəhbər vəzifələri tutmasını təmin etməyi məsləhət görür".

    Pekin fəaliyyət platformasının G bölümünün 181-ci bəndində deyilir: " Siyasətlə məşğul olan və rəhbər və idarəetmə vəzifələrəində çalışan qadınlar siyasi prioritetlərin dəyişməsinə, siyasi gündəmə məxsusi qadın problemlərini əks etdirən məsələlərin çıxarılmasına öz töhvəsini , təcrübə və var gücünü verir, uzaq siyasi hədəflərə çatımın yeni həlli yollarını göstərir".

    Gürcüstan və Azərbaycanın da beynəlxalq ictimaiyyətə qovuşması sözügedən normaların ölkə qanunvericiliklərində əksini tapmasına təsirini göstərir. Bundan əlavə, qadın QHT-lərinin sayının və nüfuzunun artması, feminist fıkirli deputat-qadınların olması fərqli səviyyədə qadın hüquqlarının müdafiəsini təmin edən qanunların qəbul olunma ilə sonuclanır.

    Məlumdur ki, qadınların Yö-də iştirakı sosial yardımlar, məşğulluq təminatı, törəmə hüquqların qorunması, ailədə vəzifələrin ədalətli bölgüsü olmadan mümkün deyil. Bu iştirak və təmsilçiliyin başlıca prinsipləridir. YÖ-nin uğurlu inkişafı həm də qadın QHT-lərinin fəallığından, həmçinin qadınları birləşdirən başqa təşkilatdarın. Qanunvericilik orqanlarının deputatlarının, icra hakimiyyətin nümayəndələrinin fəaliyyətindən asılıdır. Bir şərtlə ki, bu təşkilatların gündəliklərində qadın və kişilərə eyni hüquqları və bərabər imkanlar yaradılması məsələsi dursun.

    Paytaxt və bölgələrdəki sorğbunun nəticələri göstərir ki, praktikada qanunların gerçəkləşdirilməsi zamanı qadınlara qarşı ayrıseçkilik olur. Bu əsasən iki səbəbdən baş verir.

  • Birincisi, nəzərə alsaq ki, məhz qadınlar hələ əvvəlcədən uğurlu namizədlər siyahısından çıxarılır, çünki daha az resursa- maliyyə, təşkilati və məlumat resursuna malik olurlar. Sorğu iştirakçılarından birinin də dediyi kimi, seçkilər daha çox "pullu xarakter" daşıyır, qadınlarsa maliyyə və kommersiyüa təşkilatları tərəfindən dəstəklənmir.
  • İkincisi Gürcüstanda və Azərbaycanda əmək və ailə münasibətləri sahəsində qanunvericilikdə, gizli diskriminasiyanı qadağan edən və "pozitiv diskriminasiya" üçün tədbirlər nəzərdə tutan qanunvericilik yoxdur.

  • Bizim respublikaların praktikasında seçki siyahılarının hazırlanması və seçki prosesi zamanı "cinsi mənsubiyyətinə görə qender senzi" prinsipi mövcuddur. Bu prinsip müxtəlif mexanizmlər - icra hakimiyyəti orqanlarının seçimi, maliyələşdirmə üzərində nəzarət sistemi, KİV-lərə çıxış, qadın-namizədlərə qarşı ənənəvi stereotiplər, hakimiyyətin kişi-namizədləri dəstəkləməsi vasitəsilə tətbiq edilir. Pekin Tədbirlər platforması (1995-ci il) bir sıra digər beynəlxalq sənədlər kimi hökumətləri qadınların qərarların qəbul edilməsində iştirakının monitorinqini aparmağa çağırır. Hesab edilir ki, bu qadınların dövlət və yerli özünüidarəetmədə iştirakını təmin edir. Bu o deməkdir ki, göstərilən sahədə mövcud olan statistika cəmiyyət və ilk növbədə qadınlar üçün açıq olur. Hər iki respublikada mövcud olan statistika qadınların işlədiyi bütün sahələri əhatə etmir, yerli özünüidarəetmə qurumları üzrə isə bu cür hesabatlar ümumiyyətlə aparılmır. Belə ki, heç bir statistik araşdırmalarda icra hakimiyyəti orqanlarının qender tərkibi barədə məlumat yoxdur.

    Bizim apardığımız araşdırmalar qadınların yerli özünüidarəetmə orqanlarının az təmsil olunmasının səbəblərini, bələdiyyələrin işində qadınlarının motivasiyasını, bu sahədə qadın liderliyinin özəlliyini araşdırmağa imkan verir. Əvvəlcə icra hakimiyyətində qadınların sayına toxunaq. Paytaxtlarda yerli özünüidarəetmə orqanlarında işləyən qadın deputatlar Bakıdakı deputatların ümumi sayının 5,3 faizini təşkil edir. Tbilisidə bu göstərici 7,9 faizdir. Hər iki ölkənin rayonlarında isə bu göstərici təxminən 2% səviyyəsindədir. Bizim respublikalarda tipik qender piramidası mövcuddur - qadınlar idarəetməninq yalnız aşağı və orta təbəqələrində təmsil olunurlar, ən yüksək dairələrdə demək olar ki, qadın yoxdur. Yeni şəraitdə qadınlar bədəliyyə hakimiyyətinə təsir göstərmək üçün qeyri-hökumət təşkilatlarına daxil olurlar. Lakin onlar yerli özünüidarəetmə orqanlarının strukturlarında fəal deyillər. Müqayisə üçün: Avropa Birliyi ölkələrində qadınlar yerli özünüidarəçetməı orqanlarında orta hesabla 43%, Nazirlər Kabinetində isə 16% səviyyəsində təmsil olunublar. Üç skandinaviya ölkəsi bələdiyyə orqanlarında qadınların təmsil olunmasına görə ən yaxşı göstərici əldə edib (43-60%). Skandinaviya ölkələrindən sonrakı yerləri Niderland, Almaniya və Avstriya tuturlar. Avropa Birliyinin üzvü olmayan Norveçdə qadınlar bələdiyyə orqanlarında 39% səviyyəsində təmsil olunublar.

    Bu göstəricilərin təhlili sübut edir ki, bələdiyyə orqanlarında qadınlara qarşı diskriminasiya siyasəti həyata keçirilir. Təhlil zamanı biz tədqiqatçıların qarşısında aşağıdakı suallar meydana çıxırdı:

  • Demokratik kimi görünən islahatlar zamanı qadınların bələdiyyə qurumlarında mənfi dinamikasının doğuran nə idi?
  • Bələdiyyə orqanlarının rəhbərliyində qadınların sayı niyə azdır - qadınlar özləri bunu istəmirlər, yoxsa onları bu strukturlara buraxmırlar? Qadınlar yerli hakimiyyətin qərarları qəbul etmə mədənqiyyətini dəyişdirə bilirlərmi? Onlar yerli hakimiyyətin həyata keçirdiyi tədbirlərə təsir göstərirlərmi?

  • Bu və digər suallara individdual və institusional faktorlar kontekstində aparılan müsahibələrin təhlili cavab verməyə kömək edir. İnstitusional faktorlar sırasına siyasi ab-hava, daha konkret isə korporatizmin səviyyəsi, seçki sistemi, hakim ideologiya, namizədin seçilməsi proseduru, qadınların siyasətə inteqrasiyası, səsvermə proseduru və vəzifəyə təyin edilmə daxildir. İndividdual faktorlar sırasına isə qadınların bir individdium kimi sosiallaşmasını təmin edən cəmiyyətin özünün xarakteristikası daxildir. Bundlan əlavə individdual faktorlar cəmiyyətin siyasi təşkilatlanmasını, təhsilin səviyyəsini, professional təcrubəni, qadının həyat yoldaşı və ana kimi statusunu, qender və siyasi sosiallaşmanın qadınlara psixoloci təsirini və s, nəzərdə tutur. Seçki kampaniyaları zamanı, seçicilərin siyasi aktivliyi artdıqda və ya azaldıqda individdiumun sosiallaşması və ya resosiallaşması baş verir. Müsahibələrin təhlili göstərir ki, bələdiyyə seçkiləri zamanı aktivlik və sonradan onların fəaliyyəti son nəticədə mahiyyət etibarilə sorğuya cavab verənlərin resosiallaşmasına, yəni yerli özünüidarəetmə ideyasının özünün birmənalı olaraq rədd edilməsinə gətirib çıxarıb. Seçilmiş qadın-deputatlar üçün deputatlıq nədir? Onlar yerli səviyyədə siyasətin formalaşmasına təsir göstərə bilirlərmi? Qadın maraqlarını qorumaq mümkün olubmu? Təəsüf ki, hələ bu suallara müsbət cavab vermək mümkün deyil. Müsahibələrin təhlili göstərir ki, yerli özünüidarəetmə orqanlarının yaradılmasının nə əvvəlində, nə də sonrakı bir neçə ildə hər iki respublikanın paytaxtında işləyən qadın-deputatlar "qadlın maraqları"nı dəqiq müəyyənləşdirən siyasi xətt hazırlamayıblar. Qadınların maraqlarının formalaşdırılması və lobbiləşdirilməsi üçün qadınların cəmiyyətdə diskriminasiya edilməsi faktının başa düşülməsi kifayət deyil. Qadınlar müsahibələr zamanı özlərinin nəinki cəmiyyətdə, həm də professional karyeralarında da diskriminasiya edildikllərini deyillər. Lakin gender mədəniyyəti hələ ki, ictimai düşüncənin tərkib hissəsi olmayıb. Qadın maraqlarının formalaşdırılması üçün bələdiyyələr vasitəsilə siyasi mobilizasiya hələ gündəlikdə aktiv deyil, lakin ilk presendentlər artıq mövcuddur. Məsələn, Bakının Yasamal rayon bələdiyyəsi yanında qadın təşkilatlarının yaradılması və ya ənənəvi qadın təşkilatlarına yeni məna verilməsi cəhdləri edilir. Bəzi istisnalar çıxılmaq şərtilə qadınlar yerli özünüidarəetmə sahəsində görünməz qalırlar. Bunun səbəbi qadının ev işlərinin həddindən artıq çox olması, siyasətə marağın olmaması, cəsarətin çatışmaması və ya hamının gözü qarşısında olan fiqur olmaqdan təhlükələnməsidir. Görünür əvvəlki recim zamanı siyasi sosiallaşmanın xarakterləri, qadınların siyasətdə anonim və formal iştirakı burada da özünü göstərir. Qadınların hüquqi biliklərinin az olması onların bələdiyyə orqanlarına daxil olmasına maneçilik göstərən digər faktordur. Qadınların əksəriyyəti yerli özünüidarəetmə qanunvericiliyilə, eləcə də qadın hüquqlarına dair beynəlxalq və yerli sənədlərlə tanış deyillər. Yerli səviyyədə yeni qanunvericiliyin hazırlanmasında və hazır layihələrə dəyişikliklər edilməsində iştirakı təmin edə biləcək mexanizmlər mövcud deyil. Yerli özünüidarəetmə orqanlarının işində gender qeyri-bərabərliyinin olmadığı anlayışı hələ ki, özünün təşkilati formasını tapmır. Yerli özünüidarəetmə orqanlarına seçkilər "maraqların artikulyasiyası mexanizmi" kimi na Azərbaycanda, nə də Gürcüstanda qadın maraqlarını əks etdirmir. Buna görə də, seçkiləri instituallaşma və sosial konfliktin, bizim nəzərdən keçirdiyimiz halda, gender konfliktinin həlli yolu kimi qəbul etmək mümkün deyil. Qeyd etmək lazımdır ki, bələdiyyələr sosial siyasət məsələlərini həll edərkən, yerli layihələri həyata keçirərkən qadınların həyatına müsbət təsir göstərən qərarlar qəbul edirlər (uşaqlar üçün təqaüdlərin vaxtında ödənilməsi, əşya və ərzaq bazarlarının saxlanılması). Lakin ənənəvi qadın gündəliyinin ona reproduktiv hüquqlar, qadınlara qarşı zorakılıq, qadın işsizliyi barədə məsələlərin salınması hesabına artırılması barədə danışmaq hələ mümkün deyil.

    ÜÇÜNCÜ FƏSİL

    Üçüncü sektor və yerli özünüidarəetmə

    QHT vətəndaş cəmiyyətinin ən kütləvi və xarakterik elementidir. Üçüncü sektorun nə dərəcədə inkişaf etməsi cəmiyyətin demokratikləşməsinə və makroekonomik inkişafına düz mütənasibdir. Müasir demokratiya güclü dövlətlə lazımi səviyyədə tənzimlənən bazar iqtisadiyyatının və aktiv vətəndaş cəmiyyətinin əməkdaşlığına əsaslanır. Məhz vətəndaş cəmiyyəti keçid dövorünün sosial kapitalını təşkil edir.

    Güurcüstan və Azərbaycanda demokratik islahatların həyata keçirildiyi illər ərzində ciddi sosial potensial yığılıb. Onun inkişafına mane olan bir sıra neqativ faktorlara baxmayaraq, sosial potensialın vətəndaş cəmiyyətinin və hüquqi dövlətin yaranmasına təsir göstərəcəyinin dəqiq perspektivi mövcuddur. Lakin sivil vətəndaş inkişafına təhsil konsultativ kömək, inkişaf etmiş demokratiyaya və vətəndaş cəmiyyətinə malik ölkələrin təcrübəsi formasında dəstək lazımdır.

    Bu cəhətdən vətəndaş cəmiyyətinin verdiyi demokratik dəyərlərin qəbul edilməsində paytaxt və regionlar rarasında yaranmış assimetriyanı xüsusi qeyd etmək lazımdır. Bu assimetriya çox təhlükəli faktordu, çünki regionların demokratik inkişafda geri qalmaqdan əlavə, çox vaxt vətəndaş cəmiyyəti ideyasından kənarlaşaraq totalitar, lakin möhkəm hakimiyyət arzulayırlar. Biz gender problemini sosial dəb kimi deyil, üçüncü sektorun inkişafına təsir göstərəcək amil kimi nəzərdən keçiririk. Regionlarda üçüncü sektorun feminizasiyası gedir və bunun səbələri bizim fikrimizcə aşağıdakılardır:

    - kəndlərdəki kişilərin qazanc dalınca qonşu ölkələrə getməsi və həm də 14 il davam edən silahlı münaqişələr nəticəsində yaranmış demoqrafik disbalans üzündən regionlarda qadınların sayı kişilərin sayından çoxdur

    - kişilərin əksəriyyəti, xüsusən də sosial cəhətdən aktiv olanları biznes və ya siyasətlə məşğul olmağa üstünlük verərək, bunda öz problemlərinin həllinin qısa yolunu axtarırlar. QHT-lər isə sosial statusa heç nə əlavə etmir

    - qadınların əksəriyyəti ali təhsilə malikdirlə, bu cür adamlar isə QHT-lərin böyük hissəsini təşkil edir.

    Sosial-iqtisadi və psixoloji səbəblərdən QHT-lərdə cavan qadınlar (20-30 yaş) aktiv iştirak edirlər. QHT-lərin ən çox fəaliyyət göstərdiyi səhiyyə, təhsil, mədəniyyət sahələri qadınlar üçün yaxındır. Regionlarda qadınlar tərbiyə və təhsil sahəsində çox aktivdirlər - 46%, səhiyyədə - 25%, mədəniyyətdə - 17%, demokratiyanın inkişafında - 8%, sahibkarlığın inkişafı və dəstəklənməsi - 2%. Bundan əlavə, sırf qadın sahələri hesab edilən bu istiqamətlərdə QHT-lər üçün yeni üzvlər toplamaq daha asanddır.

    Bizim respublikaların qadın hərəkatlarında 3 dalğanı qeyd etmək olar. Birinci dalğa totalitar sovet reciminin dağılması, Qarabağ və Abxaziya münaqişələrinin başladığı dövrə təsadüf edir. Bu dalğa qaçqınlara, yaralılara, yetim qalmış uşaqlara humanitar yardım xarakteri daşıyırdı.

    1991-1995-ci illərdə baş vermiş ikinci dalğa humanitar yardımdan ictimai fəaliyyətə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə keçidlə əlaqədar idi. Bu islahatların tərəfdarları və əleyhdarları arasındakı siyasi qarşıdurma, bazar iqtisadiyyatına keçid, sosial təminatsızlıq, qanunverici və icraedici orqanlarda qadınların sayının kəskin azalması ilə bağlı idi.

    Üçüncü dalğa hazırda baş verməkdədir. O qadınların vəziyyətinə dair Pekin Ümumdünya konfransı ilə bağlıdır. Beynəlxalq təşkilatlar dövlətə qadınların fəallığının artırılmasını, qadınlar üçün bərabər imkanların yaradılmasını ciddi tövsiyyə ediblər. Məhz Pekin konfransından sonra paytaxtda fəaliyyət göstərən qadın təşkilatları öz fəaliyyətlərini daha çox sosial istiqamətə yönəltməyə başlayıblar. Paytaxtdan geri qalan regional qadın təşkilatları indi əsas şəhərlərin 14-15 il ərzində yaşadıqldarı hər 3 dalğanı birləşdirərək fəaliyyət göstərməyə çalışırlar.

    Bizim fikrimizcə qadın təşkilatlarının fəaliyyətinin yerli özünüidarəetmə orqanları işi ilə xüsusi əlaqələrinin olması üzündə qadın birliklərinin ümumi xarakteristikasını vermək lazımdır. Qadın təşkilatları humanitar yardım, təhsil proqramları, ekologiya ilə məşğul olmağa üstünlük verirlər. Üçüncü sektorun inkişafı birbaşa olaraq qadınların maraqlarına toxunur. Bir tərəfdən qadınlar üçüncü sektorun subyektləridir, çünki cəmiyyətin digər təbəqələri ilə müqayisədə onların sayı sosial cəhətdən az müdafiə olunan vətəndaşların (işsizlər, qocalar, tənha valideynlər) arasında daha çoxdur. Digər tərəfdən onlar qeyri-kommersiya təşkilatlarında işləyən şəxslər sırasında da çoxluq təşkil edirlər. Deməli üçüncdü sektorun inkişafı xeyli sosial cəhətdən aktiv qadınları işlə təmin edə bilər. Bu işi isə bələdiyyələr həyata keçirə bilər.

    Üçüncü sektorun inkişafı üçün ən vacib şərt QHT-lərlə yerli özünüidarəetmə orqanları arasında daha sıx əlaqələrin yaradılmasıdır. Lakin Qərb bələdiyyələrinin həyata keçirdiyi gender layihələri prosedurlarını mexaniki olaraq yerli şəraitdə tətbiq etmək olmaz. Məsələn, 2000-ci ildə Qax rayonunda treyninqdə qadınlara sosial işçilərə müraciət etməyi, hüquqlarının pozulması zamanı polis çağırmağı öyrədirdilər. Treninq iştirakçılarının sözlərinə görə, bu seminar onlara yalnız televiziyadan tanış olan xilasetmə xidmətlərinin modellərinə çox oxşayırdı. Şərq adətlərinə görə, qonağın sözünü yerə salmırlar, amma rayonda sosial işçiləri hardan tapmaq olar, polisə müraciəti isə cəmiyyət birmənalı qəbul etməyəcək və qadın üçün əlavə problemlər yaranacaq.

    Regionlardakı qadın təşkilatları istəməsələr belə ənənəvi stereotipləri nəzərə almalıdırlar. Belə ki, regionda heç bir halda qadın polisə və ya digər ictimai qurumlara müraciət etməyəcək. Buna görə də, ailədə zorakılıq, antikrizis mərkəzələrinin yaradılması, hüquqların məhz qərb spesifikasına uyğun olaraq qorunması üzrə layihələr regionlarda təəcüb doğurur. Stereotipləri, gizli və ya açıq diskriminasiyanı bir layihə ilə dəyişmək mümkün deyil. Gənc demokratiyaya malik olan ölkələrə, o cümlədən Azərbaycan və Gürcüstana qadınların diskriminasiyasının dərin sosial köklərini məhv etmək üçün hələ böyük yol keçmək lazımdır.

    Əksər kişilərin dəstəklədiyi gender ənənəsi ideologiyası, nə qədər təəcüblü olsa da qadınların da böyük bir hissəsinə xasdır. Köhnə sosialist modelindən imtina təəsüf ki, qadınların hüquqlarına yanaşmada çox az əks edilib. Sorğunun nəticələrinə görə, qadınların 95%-i əmindir ki, onların problemləri ilk nömbəli sosial problemlər sırasına aid deyil, rəyi öyrənilənlərin 87,8%-i açıq diskriminasiya ilə qarşılaşmalarını öz şəxsi və ya yerli faciələri kimi qiymətləndirirlər, diskriminasiyanın özünün sosial əhəmiyyəti isə hələ dərk edilməyib. Qadınların 85%-dən çoxu diskriminasiyaya qarşı birgə mübarizə, onun formaları haqqında heç fikirləşməyiblər. Qadın hüquqlarının pozulması və hətta açıq diskriminasiya faktları əsasən özəl halların təsviri ilə nəticələnir və hüquqi mentalitet səviyyəsinə çıxmır.

    Buna görə də, bizim fikrimizcə qadınlarda hüquqi mentalitetin formalaşdırılmasına yönəldilmiş bələdiyyə layihələrinə ön yer verilməlidir. Gender layihələri ilə iş zamanı, heç yerdə olmadığı qədər milli-mədəni ənənələrin nəzərə alınması vacibdir. Söhbətlərdən aydın olur ki, qadınların özləri əsas fəaliyyətlərini QHT və yerli özünüidarəetmə orqanlarının aşağıdakı istiqamətlərdə həyata keçirdikləri layihələrdə görürlər:

    - tibbi yardımın daha asand əldə edilməsi və onun keyfiyyətinin artırılması

    - təhsilin, xüsusən də vətəndaş təhsilinin keyfiyyətinin artırılması

    - məktəbəqədər təşkilatlarda sanitar vəziyyətin və işin keyfiyyətinin yaxşılaşdırılması

    - tək qalmış qadınlara dəstək verilməsi

    Qadınlarla söhbətlər və bələdiyyə orqanlarının işçiləri ilə müsahibələr QHT-lərlə bələdiyyələrin birgə fəaliyyətinin aşağıdakı perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verir:

    - biznes-ixtisaslarının əldə edilməsinə və qadınların kiçik sahibkarlıq subyektlərinə çevrilməsinə texniki kömək. Nəzərə almaq lazımdır ki, regionlarda özəlləşdirmə artıq həyata keçirilib və torpağı olan qadınlar kiçik sahibkarlıqla məşğul ola bilərlər

    - qadınların bazar şəraitinə adaptasiyasına texniki kömək - lazımi istehlak mallarının istehsalı, gündəlik həyatı asandlaşdıran xidmətlərin yaradılması, pullu xidmətlər sisteminin (uşaqlara dayəlik etmək və s.) yaradılması

    - regionlar üçün ənənəvi olan sahələr üzrə evdə istehsalın təşkili - toxuculuq, xalq arasında geniş yayılmış təbii dərman maddələrinin hazırlanması, milli geyimlərin tikilişi (bu bütün rayonlarda mümkündür, çünki onların hamısının öz spesifikası var və paytaxtlarda - Bakıda, Tbilisidə yarmarkalar təşkil etmək mümkündür).

    - Qadınların vətəndaş iştirakında, xüsusən də yerli hakimiyyətin sosial layihələr və qadın problemləri üzrə qəbul etdiyi qərarların cəmiyyət tərəfindən ekspertizasında rolunun gücləndirilməsi. Bu istiqamətdə məhz qadın QHT-ləri zəif müdafiə olunan təbəqələrlə iş sahəsində mövcdu olan korrupsiyanı azalda bilər.

    Tədqiqat əsasında biz nəticəyə gəldik ki, qadın QHT-ləri ilə yerli özünüidarəetmə orqanlarının əməkdaşlığı mövzudan asılı olaraq müvəqqəti birləşməyə əsaslanmamalıdır. Bu qurumların muxtariyyətinin ləğv edilməməsi, onların individdual xüsusiyyətlərinin saxlanılması şərtilə bu cür birləşmələr konsolidasiya zamanı sinerqetik effekt verə bilər.

    Çox təəsüf ki, yerli özünüidarəetmənin inkişafı və yerli birliklərin yaradılması istiqamətində işləyən qadın QHT-lərin sayı çox azdır. Lakin bizim regionlardakı, misal üçün, Qardabani və Qax rayonlarındakı tədqiqatlarımız göstərir ki, məhz yerli özünüidarəetmə sahəsində QHT-lər bələdiyyə sosial proqramlarının provayderləri rolunu oynaya bilərlər. Bu birgə layihələr öz mandatlarına uyğun olaraq bir neçə donor üçün də birgə xarakter daşıya bilər. Məsələn, ISAR və Qorizonti fondlarının qrant proqramları cəmiyyətin zəif müdafiə olunan təbəqələri üçün sosial layihələri dəstəkləyir. Bu regional Məşğulluq mərkəzəninin, icmanın inkişafı mərkəzənin yaradılması formasında həyata keçirilə bilər. Bu cür mərkəzlərin proqram təminatı 2-3 qeyri-hökumət təşkilatının, o cümlədən qadın QHT-sinin iş predmeti ola bilər.

    Eləcə də QHT və yerli özünüidarəetmə orqanları birlikdə regionda turizmi inkişaf etdirə bilərlər. Burada bütün regionlarda yayılmış, donorlar yerli gözəllikləri görən kimi bura "ikinci İsveçrə" olacaq illüziyasını xüsusi qeyd etmək lazımdır. Doğrudan da Azərbaycanın və Gürcüstanın təbiəti gözəlliyinə və müxtəlif iqlim zolaqlarının mövcudluğuna görə, unikal xarakter daşıyır. Lakin sirr deyil ki, bizdə turizmi rəqabət qabili yyətli edən infrastruktur yoxdur. Deməli qadın QHT-ləri və yerli özünüidarəetmə orqanları turizmin bir o qədər də çox xərc tələb etməyən istiqamətləri, məsələn, folkturizmi inkişaf etdirməlidirlər.

    Regionlarda qadın QHT-ləri və yerli özünüidarəetmə orqanlarının koalisiyası gənclər üçün turizmi inkişaf etdirə bilər. QHT üçün fəaliyyət istiqaməti burada çox genişdir - turistik marşrutların hazırlanmasından tutmuş, yayda, məhsul yığımı zamanı gənclərin əmək düşərgələri üçün ərazilərin təmizlənməsinə qədər bütün istiqamətlər qeyri-hökumət təşkilatırının fəaliyyət istiqaməti ola bilər. Bu cür layihələr QHT-lər üçün özünümaliyələşdirmə üçün keçidə əsas yarada bilər, yerli özünüidarəetmə orqanlarına isə büdcənin doldurulması üçün pul verər.

    Qardabani və Qax rayonlarında dini turizmi inkişaf etdirmək olar. Burada ilkin xristianlığın unikal abidələri mövcuddur ki, onlar barəsində Qərbdə heç bir məlumat yoxdur. Onlar ekoturizm üçün çox gözəl yarayırlar.

    Biz xüsusi qeyd etmək istəyirik ki, regionlarda üçüncü sektorun inkişafı qadın QHT-ləri tərəfindən həyata keçirilən ekoloji layihələrdən başlayıb. Bizim fikrimizcə regional qadın QHT-ləri bələdiyyələrə məxsus obyektlərdə ekologiyanın qorunması üzrə sistemlərin qurulmasında və onlara xidmət göstərilməsində iştirak edə bilərlər. Məsələn, Qaxdakı "Biotex" QHT-si az vəsait xərcləməklə bir xarici şirkət tərəfindən vəhşicəsinə məhv edilmiş meşələrin və müalicəvi otlar plantasiyasının bərpası üzrə çox maraqlı layihə irəli sürüb. Bu cür layihələr yalnız yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq vasitəsilə həyata keçirilə bilər. Bu planlar düzgün yanaşma zamanı özəl sahibkarlığın - satış üçün bitkilərin əkilməsi biznesinin yaradılması üçün şərait yarada bilər. Məhsulun alıcısı bələdiyyə ola bilər, perspektivdə isə hətta respublika bazarından kənara da çıxış mümkündür.

    Ümumilikdə isə qadın QHT-lərinin və bələdiyyələrin fəaliyyəti donorlar üçün maraqlı olmalıdır, çünki burada bir neçə aspekt birləşib:

    - QHT-nin özünümaliyələşdirməyə keçidi üçün texniki yardım göstərilir

    - Daha inkişaf etmiş QHT-dən subqrant ala biləcək bir neçə kiçik QHT-nin əməkdaşlığına yardım göstərilir

    - Yerli özünüidarəetmə orqanlarına yardım göstərilir və onların aktivləri inkişaf etdirilir

    - Vətəndaş düşüncəsi inkişaf etdirilir

    Bizim tədqiqatımız göstərir ki, qadın təşkilatları öz işlərində hakimiyyətin onları dəstəkləyəcəyinə ümidvar olmazdan öncə bir sıra işlər görməlidirlər. Daha konkret desək, onlar qadın hərəkatının məqsədləri barədə hakimiyyət dairələrinin bütün səviyyələrində, ilk növbədə yerli özünüidarəetmə orqanlarında izahedici iş aparmalıdırlar. Heç bir respublikada inkişaf etməmiş geniş istiqamətlərdən biri QHT-lər arasında bələdiyyələrdən sosial sifarişlərin alınması üzrə müsabiqələrdir. Bunun səbəbi qeyri-hökumət təşkilatlarının müştərilərinin və yerli özünüidarəetmə orqanlarının əsas kontingentinin üst-üstə düşməsindədir. Bu cür müsabiqələri isə "Avroasiya" fondu müxtəlif formalarda Moskvada, Tverdə, Klində, Yaroslavlda, Kiyevdə, Alma-Atada həyata keçirib.

    Bizim respublikalarda formalaşan bələdiyyələr səviyyəsində, həmçinin vətəndaşların gender biliklərinin artırılması üçün qadın arasında qadınların yerli özünüidarəetmə orqanlarında işi üzrə beynəlxalq təcrübəni yayan və onun yerli şərtlərə adaptasiyası ilə məşğul olan QHT-lərin olması çox vacibdir. Hər iki respublikada eyni olan qadınların hüquqi savadsızlığı şəraitində və vətəndaş iştirakının ənənəvi-patriarxal sisteminin mövcud olduğu halda, QHT-lərin qadınların savadlandırılması vasitəsilə qadın hüquqları üzrə beynəlxalq normaların qorunması üçün hökumətə təsir göstərməsi, lazım olduqda yerli özünüidarəetmə sahəsində qanunvericiliyin dəyişdirilməsi üzrə təkliflər etməsi çox vacibdir.

    Qadınların yerli özünüidarəetmə orqanlarına daxil olması üzrə təcrübənin öyrənilməsi, qadınların savadlandırılması Azərbaycanın və Gürcüstanın demokratik standartlara və beynəlxalq aləmə inteqrasiyası istiqamətində vacib addımlardan biridir. Bu Azərbaycanın Avropa Şurasının üzvlüyünə daxil olması baxımından daha da vacibdir. Biz hesab edirik ki, yerli özünüidarəetmə səviyyəsində bizim ölkələrdə demokratik dəyişikliklər məsələləri həll edilir. Çünki pozitiv əsaslı dəyişikliklər məhz cəmiyyətin bu səviyyəsində başlayır.

    Qadın QHT-lərinin və bələdiyyələrin regionlarda əməkdaşlığı cəmiyyətin dəyişdirilməsi üzrə proseslərə təsir edəcək. Bir tərəfdən QHT-lər sosial vəziyyətə və hakim dairələrə təsir mexanizmlərinin yaradılması üzrə təcrübə əldə edəcəklər, digər tərəfdən isə qeyri-hökumət təşkilatları təşkilat daxilindəki tələblərin ödənməsindən bütün cəmiyyətin maraqlarına cavab verən ictimai cəhətdən mühüm problemlərin həllinə keçəcəklər.

    NƏTİCƏ

    İnsan hüquqları ideologiyası müasir qərb cəmiyyətinin inkişaf etdiyi və dünyanın qloballaşması üzrə modellərə uyğun liberal ənənənin özülünü təşkil edir. Gürgcüstan və Azərbaycan sosiumun təşkilinin bu liberal modelinə inteqrasiyaya can atırlar. Bu cür inteqrasiya cəmiyyətin əsaslı transformasiyasını nəzərdə tutur və bu istiqamətdə ön yerlərdən birində yerli özünüidarəetmənin tam miqyaslı inkişafı dayanır.

    Cəmiyyətin inkişafının əsas istiqamətinə zidd olmayan, insanların öz individdual hüquq və azadlıqlarını dərk etməsinə, individdual həyat strategiyasının qurulmasına əsaslanan cəmiyyətin yaradılması. Bu və ya digər ölkənin yerli özünüidarəetmə orqanlarına dair qanunvericiliyini Avropa Xartiyasının əsas müddiaları ilə müqayisə etdikdə ilk növbədə onun ikinci maddəsinə fikir vermək lazımdır. Bu maddə isə nəzərdə tutur ki, "yerli özünüidarəetmə prinsipi daxili qanunvericiliklə və mümkün olarsa Konstitusiya ilə tanınmalıdır". Azərbaycan və Gürcüstan qanunvericiliyinin Avropa Xartiyasının bu müddiasına uyğun gəlib-gəlmədiyini nəzərdən keçirdikdə aydın olur ki, hər iki ölkə, bu müddianı nəinki sahə qanunvericiliyində, həm də Konstitusiyada əks etdiriblər və bununla da bütün vətəndaşlar üçün yerli özünüidarəetmədə iştirakı təmin ediblər. Lakin həyat qadınlar və kişilər üçün yerli özünüidarəetmədə bərabər iştirak hüququnun deklarasiya edilməsindən, onun real olaraq təmin edilməsinə keçidi diktə edir.



    1 Azərbaycan Parlamentinin YÖ məsələləri üzrə komissiyasının materialları "Bələdiyyə" jurnalı, 1-2, s.5.

    2 Parlamenttskiy vestnik, 2001, №7

    3 YÖO 2001 №1

    4 Ayna, 5 may 2001.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb