Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Sahibkar qadınlar


1. Giriş

Azərbaycan Respublikası keçid iqtisadiyyatı olan ölkələrdən biridir. Bu ölkələrə xas ümumi sosial-iqtisadi çətinliklərlə yanaşı, Azərbaycan həm də, Ermənistanın təcavüzü nəticəsində əmələ gəlmiş bir çox spesifik problemlərlə də üzləşir. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini bərpa etmiş və bazar iqtisadiyyatına keçid prosessində mühüm sosial-iqtisadi islahatların həyata keçirilməsinə başlamış Azərbaycan Respublikası öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək sahəsində ciddi çətinliklərlə üzləşmişdir. Əhalinin 15%-ni xüsusi zərər çəkmiş qruplar qaçqın və köçkünlər təşkil edir. Qadın və uşaqlar isə daha ağır şəraitlə üzləşmişlər.

Keçid dövründə baş vermiş iqtisadi və texnoloji dəyişikliklərin nəticəsində bir çox yeni iqtisadi imkanlar yaranmışdır. Lakin heç də hər bir kişi və qadın iqtisadi yüksəlişdən eyni dərəcədə bəhrələnə bilməmişdir. İqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətin hər iki cinsdən olan üzvləri özlərinin imkanlarını dərk etməli və bundan istifadə etməlidirlər. Cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında qadınların iştirakını təmin etmədən buna nail olmaq mümkün deyil.

Azərbaycanda qadınlar əhalinin əksər hissəsini (51,2%) təşkil edir. Son illərdə qadınların sahibi olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Sahibkarlığın və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması sahəsində səmərəli vasitə olduğunu nəzərə alsaq, mövcud və potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmadığı təmin edilməlidir. Belə ki, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə qender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadın sahibkarlığın ehtiyaclarının, problem və xüsusiyyətlərinin təhlili qadın sahibkarlığın, ümumilikdə isə kiçik və orta sahibkarlığın inkişafına yardım edəcəkdir.

Qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf etdirmək üçün onlara müvafiq mənbə və bacarıqların verilməsi sahəsində hökumət, donorlar, həm yerli, həm də beynəlxalq Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Bununla belə, hələ də ölkədə qadınların produktiv resurslardan, xüsusilə, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsini məhdudlaşdıran sosiali-qtisadi maneələr qalmaqdadır. Bundan başqa, cəmiyyətdə üstünlük təşkil edən mövcud stereotiplər də ümumilikdə, qadınları bizneslə məşğul olmaqdan çəkindirir.

Ölkədə qadın sahibkarlığın inkişafını təmin edəcək düzgün proqramların və strategiyanın müəyyənləşdirilməsi qadın sahibkarlığı ilə bağlı məsələlərin təhlil edilməsi və aydınlaşdırılmasını tələb edir. Qadın sahibkarların hansı problemləri var? Onlar maliyyə və biznes inkişaf xidmətlərindən eyni səviyyədə istifadə edə bilirlərmi? Qadın sahibkarlar üçün idarəçiliyin daha çox hansı növü tipikdir? Qadın sahibkarlar həyat yoldaşı və ya ailənin başqa üzvləri tərəfindən dəstəklənirlərmi? Layihədə əks olunan məsələlər və qaldırılan suallar yalnız bununla bitmir.

2. Araşdırmanın məqsədi, metodologiyası və strukturu

Beynəlxalq Əmək Təşkilatının "Azərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığın inkişafı" layihəsi çərçivəsində milli araşdırmanın əsas məqsədi Azərbaycanda qadın sahibkarlığı sahəsində olan əsas meyllər və mövcud vəziyyətin müəyyənləşdirilməsi, qadın sahibkarlığın xüsusiyyətlərini, bu sahədəki problem və çətinlikləri əhatə edən məlumatın toplanması və təhlil edilməsi, kiçik bizneslə bağlı qanunvericilik bazasının nəzərdən keçirilməsi, qadın sahibkarlığa dəstək verən təşkilatların rolunun qiymətləndirilməsi, qadınların biznes və ictimai təşkilatlarda iştrakının nəzərdən keçirilməsidir.

Azərbaycan Respublikasında qadın sahibkarlığın mövcud vəziyyətinin öyrənilməsi üzrə araşdırma iki istiqamətdə aparılmışdır: qadın sahibkarlar arasında sorğu və bu sahədə müvafiq sənədlər və statistikanın müəyyənləşdirilməsi. Sorğuda respublikanın cənub, (Masallı, Cəlilabad) və şimal bölgələrindən (Quba, Qusar, Xaçmaz), Mingəçevir və Bakı şəhərindən 200 qadın və kişi sahibkar iştirak etmişdir. Kiçik və orta müəssisələrdə çalışan sahibkar qadınların ehtiyacları və fəaliyyətinə mane olan problemləri araşdırmaq məqsədilə respondentlərin arasından seçilmiş 15 qadın sahibkarla əhatəli sorğu-müsahibə aparılmışdır. Sorğu əsasən qadınların üstünlük təşkil etdiyi ərzaq istehsalı, tekstil, kənd təsərrüfatı, gözəllik salonu və əl sənətkarlığı sahələrini əhatə etmişdir. Sorğu zamanı qadın sahibkarların fəaliyyəti və bu sahədə mövcud problemlər və zəruri tədbirlər haqqında məlumatlar əldə edilmişdir.

Qadın sahibkarlığı sahəsində müvafiq sənədlər və statistikanın müəyyənləşdirilməsində məqsəd Azərbaycanda qadın sahibkarlığı sahəsində mövcud qanunvericilik, proqramlar və maliyyə mənbələrini araşdırmaq olmuşdur. Araşdırma həmçinin iqtisadi inkişaf prosseslərində qadınların sahibkarlıq fəaliyyətinə fəal surətdə cəlb edilməsi məqsədilə rəsmi statistika və məşğulluq idarələrindən qadınların işsizlik və məşğulluq vəziyyəti, təhsil səviyyəsi ilə bağlı əldə edilmiş göstəriciləri və ətraflı məlumatı da əhatə etmişdir.

Sorğunun nəticələri əsasında Azərbaycanda qadın sahibkarlığı sahəsində mövcud vəziyyəti, problemlər və gələcək perspektivləri əks etdirən hesabat hazırlanmışdır.

Hesabat aşağıdakı məsələləri əks etdirir:

  • Azərbaycanın əmək bazarında qadınların mövqeyi, qadın sahibkarlığın əhatə dairəsi, həcmi və profili haqqında məlumat;
  • Qadın sahibkarlığın inkişafı üçün mövcud iqtisadi siyasi və ictimai mühit: boşluqlar, problemlər, maneələr, çətinliklər və təzadların müəyyənləşdirilməsi;
  • Azərbaycanda potensial və mövcud qadın sahibkarlığın sosial-mədəni, təhsil, texnoloji, hüquqi və maliyyə imkanları nöqteyi-nəzərindən üzləşdiyi maneə və problemlərin araşdırılması;
  • Qadın və kişi sahibkarları arasındakı əsas fərqlərin müəyyənləşdirilməsi (onların müvafiq fəaliyyəti, motivasiyası, müvəffəqiyyət kriteriyası daxil olmaqla);
  • Gəlirlərin artırılması, mikro və kiçik müəssisələrin inkişafı və kredit təminatı vasitəsilə qadınların iqtisadi imkanlarını artırmaq üçün hökumət, QHT və ya donorlar tərəfindən həyata keçirilmiş tədbirlər haqqında məlumat;
  • Qadın sahibkarlara dəstək verən biznes xidmətlərinin həcmi və rolu;
  • İşəgötürənlər təşkilatlarında mövcud qadın sahibkarların müdafiə mexanizmləri, həmin təşkilatlarda onların üzvlük səviyyəsi, onların maraq və problemlərini təqdim etmək baxımından qadın sahibkarlar assosiasiyalarının və biznes təşkilatların fəaliyyətinin səmərəliliyinin araşdırılması, həmçinin qadın assosiasiyaları, qadın sahibkarlar assosiyasiyaları və işəgötürənlər təşkilatları arasında əlaqənin müəyyənləşdirilməsi;
  • Hökumət, işəgötürənlər təşkilatları, QHT-lər, qadın assosiasiyaları və biznesə dəstək institutlarının Azərbaycanda qadın sahibkarlığın inkişaf etdirilməsi və onların uzunmüddətli məşğulluğunun artırılması və yoxsulluğun azaldılmasında iştirakının təmin edilməsi məqsədilə tövsiyyələr verilməsi.

  • Burada əsas diqqət işəgötürən təşkilatlarının qadın sahibkarlığa səmərəli dəstəyə, onların işəgötürənlər təşkilatlarına üzvlüyününə cəlb olunmasına və bu təşkilatların siyasət və fəaliyyətlərində qender bərabərliyinin təmin olunmasındakı roluna yönəldilmişdir.

    3. Azərbaycanın əmək bazarında qadının yeri

    3.1. Ümumi məlumat

    Azərbaycanda qadınlar əhalinin 51.2%-ni təşkil edir. Milli qanunvericiliyin əsasını təşkil edən Konstitusiya qadın və kişilərə bərabər hüquqlar təmin edir. Qadınlar Dövlət strukturlarında, Parlamentdə və müxtəlif təşkilatlarda təmsil olunurlar. Lakin bu təmsil olunmada onların sayı kişilərə nisbətən çox aşağıdır.

    1994-cü ildən başlayaraq ölkə sosial iqtisadi istiqamətdə stabillik və inkişafa doğru getməyə başlayır. Qadınların IV Ümumdunya Konfransına (Pekin, 1995) hazırlıq işləri aparılmış, 1995-ci ilin iyununda Azərbaycan Respublikası tərəfindən "Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya" ratifikasiya edilmişdir. 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınlarının iştirakından sonra ölkədə qadın problemlərinə maraq daha da artmışdır.

    1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı dərc olundu. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyən olunmuşdur. Eyni zamanda ölkə Prezidentinin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

    Bazar iqtisadiyyatına keçid Azərbaycanda bir çox siyasi və iqtisadi struktur dəyişikliklərinə səbəb oldu. Azərbaycanda müasir sosial-iqtisadi inkişaf nəticəsində əhalinin hər iki cinsi üçün yeni şəraitə uyğunlaşmaq, cəmiyyətdə özünü və öz yerini tapmaq zərurəti yarandı. Onlar çox çətin və mürəkkəb vəziyyətlə qarşılaşdılar. Baş verən proseslərdəki kortəbiilik, qeyri-mütəşəkkillik, yeni iqtisadi şəraitə uyğunlaşma yollarının axtarışı, əhalinin əksər hissəsinin fəaliyyətini bazar iqtisadiyyatının tələblərinə cavab verəcək səviyyədə qurmaqda bacarıqsızlığı, ilkin kapitalın və peşəkar vərdişlərin olmaması nisbətən stabil həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu.

    Əmək bazarında baş vermiş dəyişiklikləri və işləyən qadınların vəziyyətinin pisləşməsini əsasən aşağıdakı səbəblərlə izah etmək olar:

  • Ciddi iqtisadi çətinliklər və istehsalı aşağı düşməsi;
  • Qadınların əmək bazarındakı vəziyyətinə dair lazımi milli siyasətin olmaması;
  • Məşğulluq və biznes imkanları haqqında məlumatsızlıq;
  • Kredit və maliyyə bazarlarından istifadə olunmasında çətinliklər;
  • Texniki və idarəetmə bacarıqlarınıı aşağı olması;
  • Qadınlarda özünəinamın aşağı olması.

  • 3.2. Qadınların iqtisadi vəziyyəti və məşğulluq xüsusiyyətləri

    SSRİ tərkibində olduğu zaman Azərbaycanda mərkəzi siyasi orqanların göstərişlərinə uyğun olaraq qadınlar qanunvericilik və icra hakimiyyəti orqanlarında müvafiq nisbətdə təmsil olunurdular. Bundan başqa, qadınlar iqtisadiyyatın, infrastrkturun, elmin, təhsilin, xidmət sferasının bütün sahələrində çalışırdılar. Aqrar sahədə qadınların əksəriyyəti kolxoz və sovxozlarda adətən fəhlə peşələrində işləyirdilər. Ənənəvi olaraq, milli əxlaq normalarının və adətlərin təsiri altında, evdar qadınların sayı yüksək olmuşdur.

    SSRİ dağıldıqdan sonra və məlum hadisələr nəticəsində Respublikanın iqtisadiyyatı dərin böhran vəziyyətinə düşmüş (neft sektorundan başqa), əhalinin, o cümlədən qadınların, məşğulluq səviyyəsi kəskin olaraq aşağı düşmüşdür. Bu vəziyyət Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğalı nəticəsində daha da ağırlaşmış, cəmiyyətin qaçqın və məcburi köçkünlərdən ibarət zəif bir təbəqəsi yaranmışdır.

    Ancaq 90-cı illərin ortalarından başlayaraq, iqtisadiyyatda vəziyyəti dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, torpaq islahatlarının keçirilməsi sayəsində sabitləşdirmək mümkün olmuş və əhalinin məşğulluğu sahəsində müsbət dəyişikliklər baş vermişdir. Bununla belə, hal-hazırda qadınların məşğulluğu sahəsində əsaslı problemlər mövcuddur. Bu problemləri aşağıdakı amillərlə xarakterizə etmək olar:

    İşləyən qadınların payı daha yüksək olmuş yüngül və yeyinti sənayesi, elektrotexnika, neft maşınqayırması sahəsində əksər iri və orta müəssisələrin işləməməsi;

  • İqtisadiyyatda və elmin intellektual sahələrində qadınların payının kəskin azalması;
  • Eyni xarakterli işin görülməsi üçün kişilərin əmək haqqı səviyyəsinin qadınların əmək haqqından yüksək olması;
  • Qadın əməyinin üstünlük təşkil etdiyi xalq sənətkarlığı, tətbiqi incəsənət (xalçaçılıq, ipəkçilik və s.) məhsullarına olan tələbatın azalması nəticəsində bu sahənin tənəzzülə uğraması;
  • Qadınların peşə hazırlığı və yenidən hazırlıq kurslarına cəlb edilməsinin aşağı səviyyədə olması;
  • Ticarət (xırda alver, maqazin, yarmarka) sahəsində qadınların payının kəskin artması;



  • Həyətyanı torpaq sahəsində-fərdi maldarlıq, bostan və bağ təsərrüfatlarında işləyən qadınların sayının artması.

    Əhalinin iqtisadi fəal hissəsinə aid edilməsi üçün kişi və qadınların yaş həddi qanunvericilik ilə müəyyən olunmuşdur. 1999-cu ilə kimi kişilər 1659, qadınlar 1654 yaş, 1999-2000-ci illərdə kişilər 16-60, qadınlar 16-55 yaş, 2001-ci ildən başlayaraq kişilər 16-61, qadınlar 16-56 yaş həddlərində əmək qabiliyyətli əhaliyə aid edilmişir.





    2002-ci ildə Azərbaycan Respublikasında əhalinin iqtisadi fəal hissəsi 3777,5 min nəfər təşkil etmişdir ki, bunların 1806,4 min nəfəri (43%-i) qadınlardır. Bunların müvafiq olaraq 3726,5 min nəfəri (1778,5 min qadın) bilavasitə əməklə məşğuldurlar.

    4-cü Qrafikdə qadınların ümumi sayinda iqtisadi fəal qadınların payinin dinamikasi göstərilmişdir.



    Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, fəaliyyət sahəsi və iqtisadiyyatın sektorlarından asılı olaraq qadınların və kişilərin məşğulluq strukturunda müəyyən fərqlər mövcuddur. Qadınların fəaliyyət göstərdiyi sahələr əsasən: tibbi, təhsil, mədəniyyət və elm, kredit və sığorta kimi sektorlardır. Dünyanın bir çox ölkələrində bu sahələrdə əmək haqqı aşağıdır. Kişilər əsasən istehsal sahələrində üstünlük təşkil edir: sənayedə 50%, nəqliyyat sistetmində 90%-dən çox, tikintidə 90%-dən çox, idarəetmə sahəsində 70%-dən çoxdur. İşlərin həyata keçirilməsinin daha ətraflı bölgüsü aparılarsa burada qenderlə bağlı daha kəskin fərqlər görə bilərik. Məsələn, təhsil sahəsində qadınlar ibtidai və orta məktəblərdə üstünlük təşkil edirlər. 14-cü siniflərdə dərs deyən qadınlar 57%, 4-11-ci siniflərdə 42%, musiqi, nəğmə, rəsm, bədən tərbiyəsi, əmək təlimi sahəsində 23% təşkil edirlər. Nəticədə, bütün müəllimlərin 43%-i qadınlardır. Bundan əlavə, direktorların 31%-i qadındır. Lakin, ali məktəblərdə kişi müəllimlərin payı yüksəkdir. Səhiyyə bölməsində qadınların sayının çox olmasına baxmayaraq, mütəxxəsislərin yalnız 37%-i qadın həkimlərdir. İqtisadiyyatın müxtəlif sahələrində və sosial sferada rəhbər vəzifələrdə çalışanların 33%-i qadınlardır.

    5-ci Qrafikdə xalq təsərrüfatının müxtəlif sahələrində muzdla işləyən qadınların payı göstərilmişdir.



    Göründüyü kimi, Azərbaycanda qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmətlər, kommunal xidməti, emal sənayesi kimi sahələrdə daha çox təmsil olunurlar.

    Azərbaycan Respublikasında kişilərin və qadınların təhsilinin müqayisəli səviyyəsi (1999-cu il) 6-cı Qrafikdə göstərilmişdir.



    Müxtəlif yaş kateqoriyaları üzrə 2002--ci ildə qeydiyyata alınmış kişi və qadınlarin faizlə nisbəti 7-ci Qrafikdə verilmişdir.

    Bir sıra QHT-lərın tədqiqatlarına əsasən Azərbaycanda işsizliyin səviyyəsi iqtisadi fəal əhalinin sayının 20-25% ni təşkil edir (qeyri-rəsmi məlumata əsasən).

    Əmək prosesinə cəlb olunmuş qadınlar əksər hallarda muzdlu işlərdə işləyirlər. Bundan sonra sayına görə fermer təsərrüfatlarında və kənd təsərrüfatı işlərinə cəlb edilmiş qadınlar, digərləri və cüzi hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlardır. Qadınların sosial qruplarının iqtisadi zonalar üzrə bölgüsü 8-ci Qrafikdə verilmişdir.



    Keçmiş müəllimlər, tibb işçiləri, iqtisadçılar, mühəndislər və s. özlərinin peşəsi üzrə daha aşağı əmək haqqı ödənildiyinə görə, əmtəə bazarına və kommersiyaya keçmişlər. Bir çox qadınlar bunun müvəqqəti olduğunu hesab edirlər. Qeydə alınmış kiçik, özəl müəssisələrdə qadınlar 7% təşkil etdikləri halda onlar əmək resurslarının 49%-ni təşkil edirlər. Qadınların cox (64,2%) daha az ixtisas tələb edən, lakin maaşı yüksək olan işlərə gedirlər.

    Ailənin maraqları qadınlar üçün dövlət qurumlarında və ya rəsmi qeydiyyatdan keçmiş özəl müəssisələrdə işləməkdən daha zəruridir. Ev işləri görmək və uşaqların qayğısına qalmaq onlar üçün hökumətdə, formal özəl müəssisələrdə işləməkdən daha çox əhəmiyyət kəsb edir. Qeyri- dövlət sektoru və iqtisadiyyatın digər sahələri inkişaf etməkdədir. Kənd yerlərində qadın əməyinin həcmi torpaqların paylanması və fermer təsərrüfatlarının inkişafı sayəsində artmışdır.

    Qadınlarin iş fəaliyyətini məhdudlaşdıra amillərdən biri onların özəlləşdirmə prossesindən kənarda qalmasıdır.



    Vətəndaşların özəl fəaliyyətinin əsasını təşkil edən mülkiyyət məsələlərində kişilərin və qadınların bərabər olmasına baxmayaraq, qeyri-rəsmi məlumatlara görə yeni mülkiyyətçilərin 90%-i kişilərdir.

    Özəlləşdirmə prossesində qadınların və kişilərin bərabər iştirakının təmin edilməsi çox mühümdür. Xüsusi mülkiyyətçilik fəaliyyətinin genişləndirilməsi və inkişafı əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının əsas şərti və yoxsulluğa qarşı mübarizədə mühüm vasitələrdən biridir. Yalnız qadınların iqtisadiyyata cəlb olunması ilə sosial məqsədlərə nail olmaq əmək prossesində qadının barabər hüquqlu iştirakını təmin etmək olar. Ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin istiqamətləri və onun mahiyyəti haqqında qadınların məlumatı azdır. Dövlət istehsal obyektlərinn özəlləşdirilməsi sahəsində hüquq və digər tənzimləyici sənədlər haqqında informasiyaya malik olmaması qadınların bilavasitə bu prossesdə iştirakını məhdudlaşdırır.



    Son onillik ərzində ümumi məşğulluq aşağı düşmüşdür. Belə ki, keçid dövrünün ilkin dövründə qadınlar arasında işsizlik xeyli yuxarı olmuşdur. Hal-hazırda işsizlik hər iki cins üçün demək olar ki, oxşardır: 0.99% kişilər və 1.73% qadınlar.

    Son illərdə ölkədə yoxsuluq səviyyə araşdırılmasına dair aparılan tədqiqatar nəticəsində müəyyən olunmuşdur ki, (belə tətqiqat 2001-ci ildə Dövlət Statistika Komitəsi və Dünya Bankı tərəfindən aparılıb) ölkələrin yoxsul olma ehtimalları ailə başçısının cinsi mənsubiyyətindən də cox asılıdır. Ailə başçısının kişi və ya qadın olmasından asılı olaraq ölkədə yoxsulluq dərəcəsi 49%-dir. Belə ki, ölkədə yoxsulluq səviyyəsi kişilər arasında 48% olduğu halda qadınlar arasında bu səviyyə 50%-dən yuxarı həddədir.

    Azərbaycan Respublikasının statistika orqanları ancaq regionlarda məşğulluq idarələrində rəsmi olaraq qeydiyyatdan kecmiş işsizlərin uçotunu aparırlar. Bunun nəticəsi olaraq ölkədə 2002-ci ildə qeydiyyata alınmış işsizlərin sayı 50963 nəfər təşkil etmişdir ki, bunların 23088 kişi, 278 75 nəfəri (54,7%) qadındır.

    Azərbaycan Respublikasında yoxsuluğun azadılması və iqtisadi inkişaf üzrə 2003-2005-ci illər ücün qəbul edilmiş Dövlət proqramında qeyd olunmuşdur ki, yoxsulluq səviyyəsi yalnız gəlirlər və xərclər əsasında ölcülə bilməsə də qadınlar və kişilər yoxsuluğun fərqli aspektləri ilə müxtəlif səviyyələrdə qarşılaşırlar. Ölkədə bu sahədə ciddi araşdırmalar olmasa da, əhalinin məşğulluq üzrə göstəricilərindən müəyyən etmək olur ki, qadınlar arasında işşislik riski kişilərə nisbətən daha coxdur. Hətta pensiya yaşının kişilərə nisbətən beş il az olmasına baxmayaraq əmək yaşında olan kişilərin məşğulluq səviyyəsi qadınların məşğulluq səviyyəsini xeyli üstələyir.

    Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində eyni əmək üçün qadınlar və kişilər arasında bərabər əmək haqqı nəzərdə tutulub, bir çox sahələrdə qadının əmək haqqı kişilərə nisbətən nəzərə çarpacaq dərəcədə aşağıdır (neft sənayesində fərq 56%, kimya sənayesində fərq 72%, kommunikasiya sahəsində fərq 85%-dir və s.)

    Ölkədə statistik göstəricilər iqtisadiyyatın formal sektorunu əhatə edir, əmək qüvvələri üzrə araşdırmalar müntəzəm aparılmadığından əməyin sahələr üzrə bölgüsü haqqında dəqiq məlumatların əldə edilməsi çətinləşmişdir. Statistika həmçinin qadın əməyi üçün əmək haqqı verilməsi ilə bağlı ətraflı məlumat vermir.

    3.3. Azərbaycanda qadın sahibkarlığı: əsas müşahidələr

    Azərbaycanda qadın sahibkarlığı ilə bağlı rəsmi statistik məlumatlar yoxdur. Bəzi mənbələrə istinadən kiçik və orta sahibkarların 7-8%-i qadınlardır. Bununla belə digər mənbələrə görə bu rəqəmlər şişirdilmişdir, müəyyən səbəblərdən kiçik və orta müəssisələr yalnız qadının adına qeydiyyatdan keçib, əslində isə o, həyat yoldaşı və ya başqa qohumu tərəfindən idarə olunur.

    Azərbaycanda sahibkar qadınların üzləşdiyi əsas çətinlikləri aşağıdakı kimi təsvir etmək olar:

  • Bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübənin olmaması;
  • Ermənistanın hərbi təcavüzünün nəticələri;
  • İş axtarana və məşğulluğun təmin edilməsinin qeyri-fəal üsulları;
  • Qadının ailədən və həyat yoldaşından ənənəvi asılılığı;
  • Peşə hazırlığı və yenidən hazırlıq keçən qadınların sayının az olması.

  • Qadınların ümumiyyətlə ölkənin iqtisadi həyatında və xüsusilə kiçik sahibkarlıqda iştirakını məhdudlaşdıran amillərdən biri ölkədə aparılan iqtisadi islahatlardan və özəlləşdirmə prosseslərindən kənarda qalmasıdır.

    Əmək qabiliyyətli qadınların 69.2%-i özəl sektorda, 30,8%-i isə dövlət sektorunda çalışır. Özəl sektorda çalışanların yalnız 3%-nin öz şəxsi biznesi var. İqtisadiyyatın və sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33% təşkil edir. Bizneslə məşğul olan qadınlar əsasən mikro və kiçik müəssisələrdə fəaliyyət göstərirlər və qadınların çox az hissəsi orta və böyük müəssisələrdə çalışır.

    Qadınları özəl bizneslə məşğul olmaqdan çəkindirən səbəblər kimi aşağıdakıları göstərmək olar:

  • qadınların mülkiyyət sahibliyinin aşağı olması;
  • ilkin kapitalın olmaması;
  • müəssisənin qeydiyyatı üzrə kifayət qədər məlumatın olmaması;
  • maliyyə bazarının tapılmasında çətinliklər;
  • zəruri bilik və bacarıqların olmaması.

  • Göstərilən səbəblərlə yanaşı, sosialiq-tisadi maneələr də qadınların produktiv resurslardan (kredit və maliyyə), müvafiq bazar, biznes imkanlarını və yüksək texnologiyalardan istifadə etməsini çətinləşdirir. Qadınların ailədə ənənəvi rolu, uşaqların tərbiyəsi və qayğısı ilə bağlı məsuliyyətin qadının üzərinə qoyulması və özünəinamın aşağı olması kimi cəmiyyətdəki niövcud stereotiplər də qadınların biznesdə məşğul olma imkanlarını azaldır.

    Beləliklə, qadın sahibkarlığın müvəfəqiyyətli inkişafını ləngidən aşağıdakı əsas maneələri qeyd etmək lazımdır:

  • peşə hazırlığının zəif olması;
  • maliyyə vəsaitlərinin əldə olunmasında çətinliklər, texniki və idarəetmə hazırlığının olmaması;
  • zəruri hüquqi müdafiənin olmaması;
  • mənəvi mühit, ənənəvi münasibətlər və sosial streotiplər.

  • NƏTİCƏLƏR VƏ AZƏRBAYCANDA QADIN SAHİBKARLIĞIN İNKİŞAFI ÜZRƏ TÖVSİYYƏLƏR

    Azərbaycanda qadın sahibkarlığın inkişafı sahəsində aparılmış araşdırmanın yekun hesabatından göründüyü kimi, qadın sahibkarlığın inkişafı Azərbaycanın sosial və iqtisadi həyatında mühüm rol oynayır. Qadın məsələləri ilə məşğul olan təşkilatların əksəriyyəti ümumilikdə qadınların cəmiyyətdə rolunun və hüquqlarının artırılması sahəsində fəaliyyət göstərir, yalnız bir neçə qadın QHT-ləri qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və müvafiq treninqlərin keçirilməsi ilə məşğul olurlar. Hələ Azərbaycanda biznesin inkişafı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün bu mühüm sahədə çox işlər görülməlidir.

    Ümumiyyətlə, qadın sahibkarlığı dəstəkləyən təşkilatlar öz imkanlarını genişləndirmək və maliyyə davamlılığını təmin etmək nöqteyi-nəzərindən bir çox çətiniliklərlə qarşılaşırlar. Aparılmış araşdırma zamanı əldə edilmiş məlumatlara əsasən aşağıdakı nəticəyə gəlmək olar:

  • Respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır;
  • Azərbaycanda gedən makro-iqtisadi dəyişikliklər nəticəsində yüksək təhsilli və peşə hazırlığı, bizneslə məşğul olmaq üçün zəruri bilik və vərdişləri olan qadınlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayırlar;
  • Qadın sahibkarlar Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramında nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişafı prosesində iştirak edirlər;
  • Qadın sahibkarların təşkilatlanması noqteyi-nəzərindən mövcud problemlər qeydiyyatda süründürməçilik və bürokratik əngəllər qadınların sahibkarlıq təşəbbüsünü azaldır və onların ictimai təşkilatlarda birləşməsinə və ümumi problemlərin həllində çətinliklər törədir;
  • Biznes İnkişaf Xidmətləri təqdim edən təşkilatlar qadın sahibkarların ehtiyac və tələblərini kifayət qədər ödəyə bilmir və bu istiqamətdə xüsusi proqramlar azdır;
  • Yerli QHT-lər arasında şəbəkənin olmaması səbəbindən qadınların bizneslə məşğul olmaq sahəsində lazımi bilik və informasiyanın əldə edilməsi məhdudlaşır;
  • Qadın sahibkarların milli işəgötürənlər təşkilatında və qadın təşkilatlarında təmsilçiliyinin zəif olması səbəbindən onlar mövcud biznes imkanlarından və biznes inkişaf xidmətlərindən daha az istifadə edirlər.


  • Qadınların cəmiyyətdə fəal iştirakını təmin edən mühüm istiqamətlərdən biri də onlnrın iqtisadi sahədə qərar qəbuletmənin yüksək pillələrində təmsil olunmasıdır. Təəssüf ki, qadınların bu sahədə qeyri-bərabər təmsil olunması onların bilavasitə iqtisadi qərarların qəbul edilməsi prosesində iştirakını məhdudlaşdırır.

    Hal-hazırda qadın sahibkarlığın inkişafı üçün bir çox sahələrdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Qadın sahibkarlığın dəstəklənməsi və tənzimlənməsi cəmiyyətdə qender bərabərliyinə nail olunması üçün mühüm bir addımdır.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb