Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCANDA AİLƏ VƏ ƏMƏK MÜNASİBƏTLƏRİ


Azərbaycanda ailə dəyərlərinə hörmət və ehtiram hər zaman önəmli olmuşdur. Tarixən formalaşmış stereotipləri nəzərdən keçirsək görərik ki, ailə münasibətlərində kişi və qadınlar arasında vəzifələrin bölgüsü hər zaman aktuallıq kəsb etmişdir. Azərbaycanda əhalinin 51.7% -i şəhərdə, 48.3% -i isə rayon və kəndlərdə yaşayır. Rayon ərazisində yaşayan ailələrdə qadınlar daha çox ev işləri ilə məşğul olursa, şəhər yerlərində qadınlar daha çox ailə və iş həyatını uyğunlaşdırmağa çalışırlar. Azərbaycanda qadınlar dövlət orqanlarında, dövlət səviyyəsində qərarların qəbul edilməsində aktivlik nümayiş etdirirlər. Təbii ki, bu da ilk növbədə tarixi təcrübə ilə bağlıdır. Şərqdə və müsəlman ölkələrində ilk dəfə olaraq məhz Azərbaycan qadını siyasi hüquqlar əldə edərək səsvermə hüququ qazanmışdır. İslam aləmində ilk qızlar məktəbi məhz Azərbaycanda açılmışdır. Azərbaycan Respublikasının Ali qanunvericilik orqanı olan Milli Məclisdə 14 qadın deputat (11.2%) var. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) qadındır. Eyni zamanda hakimlərin təxminən 14%-i və 85 rayon üzrə 31 icra hakimiyyəti başçısının müavini qadındır. Əmək fəaliyyəti ilə məşğul olan qadınların 46.5%-i dövlət orqanları, idarə və təşkilatlarda, 15%-i isə sahibkarlıqla məşğuldurlar. Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti tərəfindən 2000-ci il martin 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verilib. Fərmanda bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə qanunlarda dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar nəzərdə tutulmuşdur.

Ailə kəndli təsərrüfatlarında qadınların sayı kişilərə nisbətən 21.6%, fərdi əmək fəaliyyəti ilə məşğul olan qadınların sayı kişilərə nisbətən 25.6% çoxdur. Lakin iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin orta aylıq əmək haqqını müqayisə etsək görərik ki, kişilərin maaşı qadınların maaşından 2 dəfə artıqdır. Bəzən qadınlar aila həyatı qurduqdan sonra daha çox təsərrüfat işlərinə vaxt ayırdığından əmək fəaliyyətindən uzaqlaşmağa başlayırlar. Azərbaycan ailəsində kişilər və qadınlar ailə məsələlərinə xüsusi həssaslıqla yanaşırlar. Azərbaycanda 1 831100 ailə var. Statistikaya görə nikaha daxil olma yaşı qadınlarda 24, kişilərdə isə 28 yaş təşkil edir.

Qadınlar daha çox təhsil, səhiyyə və ticarət sahəsində, kişilər isə müvafiq olaraq təmir-tikinti, təhsil və emal sənayesində çalışırlar. Respublikada dövlət orqanlarında çalışan qulluqçular əsasən cavan kadrlardır. Təhsil, səhiyyə sahəsində isə daha çox peşəkar və yaşlı kadrlara üstünlük verilir.

Rəsmi statistikaya əsasən ailəli qadınların 68.6%-i, kişilərin isə 72.3%-i əmək fəaliyyəti ilə məşğul olur. Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, qadınlar ailə həyatı qurduqdan sonra işlədikləri yerdən könüllü olaraq, və yaxud da həyat yoldaşlarının təkidi ilə çıxırlar. Azərbaycan ailəsində bu məsələ problem səviyyəsinə qalxmayıb.

İş və ailə öhdəliklərini bərabər bölüşdürmək üçün həm qadının, həm də kişinin ictimai dəstəyə ehtiyacı var. Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr daha məhsuldar və davamlı cəmiyyətlərin yaranmasını təmin edir. Azərbaycan ailəsində tarixən formalaşmış ənənələrə böyük hörmət mövcuddur. Məhz bu səbəbdən ailələrimizdə ailə və iş həyatı uğurla əlaqələndirilir. İş həyatında uğurlu karyera əldə edən insanların böyük əksəriyyəti həm də sağlam ailə sahibi kimi çıxış edirlər. Eyni zamanda ölkəmizdə ailəvi birgə işle məşğul olan nümunəvi ailələrin sayı da kifayət qədərdir.

Komitə tərəfindən ailələrin mənəvi sağlamlığı, dövlətin diqqət və səylərini ailənin cəmiyyətdə sosial statusunun daha da qaldırılmasına yönəltmək məqsədi ilə çoxlu sayda tədbirlər keçirilir. Artıq 3 ildir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar ölkənin müxtəlif bölgələrində "Ailə bayramı" qeyd olunur. Bayram tədbirinə respublikanın müxtəlif rayonlarında təşkil olunan yaradıcılıq, kulinariya, musiqi, əl işləri üzrə müsabiqələrin qalib ailələri dəvət alır..

 

www.gender-az.org

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb