Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qender



Beatrice's Web Guide

İstinadlar kataloqu: boş iş yerləri və təlim, sağlamlıq və idman, uşaqların tərbiyəsi, biznes, incəsənət, elmdə müvəffəqiyyət qazanmış qadınların qısa tərcümeyi-halları. Dil: ingilis

BRIDGE

"BRIDGE" - Böyük Britaniya inkişaf İnstitutunun nəzdində, qender və inkişaf sahələrində ixtisaslaşmış mənfəətsiz birlikdir. Saytın şüarı - "Qender bilikləri daha ədalətli sülh naminə". Təşkilat qender maynstriminq sahəsində sizin səylərinizi dəstəkləyir, qender informasiyasının təqdiminin köməyi ilə təcrübə, siyasət və nəzəriyyə arasındakı boşluqları aradan qaldırır. Saytın bölmələri: "İnformasiya məkanı" (İnkişaf və qısa şəkilli qender", "İnkişaf İnstitutunda qender", "BRIDGE on-layn resursları", "BRIDGE nəşrləri" (bülleten, hesabatlar, biblioqrafiyalar), "İstinadlar", "Xarici mühit və inkişaf üzrə informasiya saytı -"Eldis"), "Biz kimik və nə ilə məşğuluq?", "Qender və makroiqtisadi lüğət", Dil: ingilis

Center for Women's Global Leadership

Saytda dünya qadın liderliyi Mərkəzinin (Nyu-Cersi, ABŞ) - "Pekin+5" mövzusuna aid informasiya verilir. Saytın bölmələri: "Mərkəz barədə", "Siyasi proqram və qadın hüquqlarının qorunmasına dair proqram", "Bütün dünyada qadınların liderliyinin və təhsilinin inkişafı proqramı", "Siz nə edə bilirsiniz", "Nəşrlər", "Mərkəz yenilikləri", "Məqalələr və resurslar", "İstinadlar"(qadın problemləri üzrə təşkilatların saytlarına istinadlar). Dil: ingilis

Global Fund For Women

Ümumdünya qadın fondu (Kaliforniya, ABŞ) inkişaf edən ölkələrdə qadın təşkilatlarının layihələrini maliyələşdirir. Fond 1987-ci ildən 147 ölkədən olan qadın qruplarına maliyyə yardımı etmiş, 13 milyon dəyərində 1300-dən artıq layihə maliyələşdirilmişdir. Yardım sahələri və maliyələşdirilən mövzular: qadın hüquqları, qadınların KİV-ə azad daxil olması, qadınların iqtisadi müstəqilliyi. Ümumdünya qadın fondunun saytında: əlaqəli informasiya, təşkilatlar haqqında məlumatlar, Fond proqramlarının təsviri, faydalı istinadlar və şəbəkə yenilikləri verilmişdir. Dil: ingilis

Database of gender statistics

Ümumdünya Bankının saytında dünyanın bütün ölkələri üzrə qender statistik verilənlər Bazası təqdim edilmişdir. Demoqrafiya, səhiyyə, əmək və bütövlükdə ölkə üzrə qender aspekti tədqiq edilir. Dil: ingilis

Diana: Women's Human Rights Resources

"Diana: İnsan qadın hüquqları üzrə resurslar" saytı - "Diana" (ABŞ) insan hüquqları üzrə verilənlər bazasının bir hissəsidir. Bir sıra hüquq kitabxanalarının, insan hüquqlarını müdafiə edən universitet mərkəzlərinin və başqa qeyri-dövlət təşkilatlarının birgə təşəbbüsü ilə işlənilib hazırlanmış, insan hüquqlarına dair tədqiqat sahəsində geniş, müasir və nüfuzlu məlumatlar bazasını yaratmaq məqsədilə birləşmişlər. Saytın hər sonrakı hissəsində məqalələr, sənədlər və başqa saytlara istinadlar təqdim edilmişdir. "Konfranslar", "Konvensiyalar", "Evdə zorakılıq", "Təhsil", "Bərabərlik", "Feminist nəzəriyyə", "Qızlar", "Sağlamlıq və rifah", "İnsan hüquqları", "Yerli əhali qadınlarının problemləri", "İş və işlə təmin edilmə", "İzdivac və ailə həyatı", "Fahişəlik", "İrq və qender məsələləri", "Millət və vətəndaşlıq", "Siyasi hüquqlar/Siyasi iştirak etmə", "Mülkiyyət hüquqları/mənzil hüququ", "Qaçqınların/ mühacirlərin hüquqları", "Din və mədəniyyət", "Reproduktiv hüquqlar", "Seksual oriyentasiya", "Kuləlik və qadınlarla alver", "Sosial və iqtisadi rifah", "Qadınlara qarşı zorakılıq", "Qadınların ümumi hüquqları". Dil: ingilis

Feminist Theory Website

Feminizm nəzəriyyəsi saytı bütün dünyada qadın və qadın hərəkatı vəziyyətinə həsr olunmuş tədqiqat materiallarını və başqa informasiyanı irəli çəkir. Saytın məqsədləri: feminist nəzəriyyəyə dair tədqiqatları dəstəkləmək; dünyanın müxtəlif ölkələrindən olan qadınlar (və kişilər) arasında dialoqu dəstəkləmək; bu səylərin nəticəsində feminist nəzəriyyə və qadın hərəkatı haqda yeni informasiya, yeni ideyalar, yeni qarşılıqlı münasibət olmalıdır. Saytın üç bölməsi var: feminizmlə əlaqəsi olan müxtəlif tematik sahələr (biblioqrafik verilənlərin geniş tematik siyahıları); müxtəlif milli/etnik "feminizmlər" (milli qadın hərəkatları haqqında ədəbiyyatın biblioqrafik siyahıları); ayrı-ayrı feminist qadınların saytları. Dil: ingilis, fransız, ispan

Feminista!

"Feminista" - feminist yönəmli on-laynlı aylıq jurnaldır: incəsənət, ədəbiyyat, ictimai şərh, fəlsəfə, məzəli sözlər, yumor. Ayrı-ayrı müəlliflərin feminizm, qadınların reproduktiv hüquqları, danışıqda seksizm, qadınların seksual istismarı və s. haqda məqalələr vardır. Saytda həmçinin şerlər və hekayələr, müzakirələr, informasiya mübadiləsi, konfranslar, qadın-müəllifləri dəstək arxivlər (1998-2000 illər), "Radikal feminist qadın" yazısı olan malların təklifi. Dil: ingilis

Great Network

"Great Network" - qender tədqiqatları şəbəkələri və treninqlərin saytıdır (Norviçdə, Şərqi İngiltərə Universitetinin nəzdindəki inkişafın tədqiqi məktəbinin). Şəbəkə inkişaf işlərinə dair qender tədqiqatlarını - 40 ölkədən olan 500 üzvü beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, institutlarını, ayrı-ayrı tədqiqatçıları birləşdirir. Saytda: "Üzvlər", "Arxivlər" (elektron poçtuna daxil olmada), "Birləşdirmə", "İstinadlar". Dil: ingilis

Global List of Women's Organisations

Dünya qadın təşkilatlarının siyahısı - ərazi və ölkələr üzrə qadın təşkilatlarının əlifba siyahısı. Dil: ingilis

Guide to Uncovering Women's History in Archival Collections

"Qadınların tarixinin öyrənilməmiş səhifələrinin arxivləri üçün bələdçi" saytı Texas Universitetinin (San-Antonio, ABŞ) "Qadın və qender araşdırmaları arxivi" layihəsi üzrə yaradılmışdır. Saytda İnternet şəbəkəsində arxi vlər, kitabxanalar və digər informasiya mühafizəxanalarında qadınlar barədə çox məlum olmayan ilkin mənbə tipli sənədlər və ya qadınlar tərəfindən yazılmış sənədlərə istinadların siyahısı təqdim edilir. Sayt arxivarius Jill Jekson (Jill Jajkson) tərəfindən tərtib edilmişdir. Dil: ingilis

Irina Tchikalova

Minsk qender tədqiqatları mərkəzinin rəhbəri İrina Çikalovanın saytıdır. Saytın bölmələri: "İrina Çikalovanın tərcümeyi-halı", "İnternetdə beynəlxalq qadın resurslarının kataloqu". "" Envila" özəl qadın kolleci", ""Envila" qender tədqiqatlarının Minsk mərkəzi"; İrinanın layihələri -"İnternetdə beynəlxalq qadın resurslarının kataloqu" (şərh edilmiş istinadlar vardır, kataloqun bölmələri: "İnternetdə qadın resurslarının kataloqu", "Qadınlar və feminist layihələr", "Qadınlar və incəsənət", "Qadın tarixi), "Qadın təşkilatları", "Proqramlar və Women's/Gender Studies sahəsində tədqiqatlar") və "Qadınlar və siyasət". Dil: ingilis

Mens Hotline

GoHotline serverinin (server bütövlükdə bilik və fəaliyyətin müxtəlif sahələrindəki 150000-dən çox şərh edilmiş istinadları əhatə edir) "Mens Hotline" bölməsi ("Kişi qaynar xətti"). Bölmə saytların izah edilmiş istinadlarını və ABŞ kişi təşkilatlarının əlaqəli əlamətlərini, o cümlədən, "Kişi tədqiqatları", "Qender tədqiqatları", "Atalıq resursları", "Ataların milli şəbəkəsi" və s. təqdim edir. Dil: ingilis

Online Database of Women's Studies Programs

Qadın tədqiqatlarının on-layn proqramları verilənlər bazası qadın tədqiqatlarının müxtəlif proqramları, kursları, fakultələri üzrə nadir informasiya təqdim edir. Bu, Urbandakı İllinoys Universitetinin və qadın tədqiqatlarının milli assosiasiyasının birgə layihəsidir. Verilənlər bazası özündə qadın tədqiqatları üzrə təkcə arayış tipli deyil, həm də geniş tematik materiallar toplayır. Dil: ingilis

Open Women Line (OWL)

"Qadınlar üçün açıq xətt" saytı "Şərq-Qərb: Qadın innovasiya layihələri" adlı regional ictimai təşkilat (Moskva şəhəri) tərəfindən yaradılmışdır. İnternetdə sosial-maarifçilik xarakterli iformasiya resursu kimi nəzərdə tutulan bu saytın məqsədi - qadın birliklərinin yeni informasiya resurslarından istifadə etmək imkanlarını genişlənlirmək və həm Rusiyada, həm də xarici ölkələrdə fəaliyyət göstərən qadın təşkilatları arasında informasiya mübadiləsini inkişaf etdirməkdir. Sayt altı bölmədən ibarətdir: "Qadın layihələri" (qadın təşkilatlarının və müvafiq layihələrin səhifələri, rus və ingilis dillərində "Jenskoe zveno" adlı on-layn məlumat bazası); Rus və ingilis dillərində çıxan "Jenşina plös" jurnalının 1996-cı ildən sonrakı nömrələrinin materialları; "Biblio-üentr" (qadın hüquqlarına aid sənədlər, konfransların və seminarların materialları, "Qadın hüquqları və qadınların imkanları" adlı biblioqrafik on-layn məlumat bazası, "İnfo-resursı. İnternet dlə jenşin" və "Jenskaə povestka dnə" adlı internet resurslarının kataloqları, "Xəzinələr adası" adlı informasiya sistemi (qadın layihələrini və proqramlarının maliyyələşdirilməsi haqqında); "Unikal tədqiqatlar" (qadınların cəmiyyətdə vəziyyətinə aid 50-dən çox araşdırma); "Dünən - bu gün - sabah" (müstəqil qadın forumu informasiya mərkəzinin nəşr etdiyi "Vestniçki" adlı bülletenin 1996-cı ilin noyabr ayından sonrakı materialları, "QenderLAND" ("Qender araşdırmaları üzrə Rusiya yay məktəbləri" layhəsinin informasiya bülleteni), "Murmanskdakı Kola Yarımadası Qadınları Konqresinin informasiya buraxılışları", "Rusiya qadınları hərəkatının mətbu orqanı olan "Jenhinı Rossii" qəzetinin 1998-ci il üçün dayjesti; "Assorti" (elanlar, statistika, qonaqların qeydiyat kitabı. Dil: rus, ingilis

Sisterhood Is Global Institute (SIGI)

"Bacılıq - Ümumdünya institutu" - qadınların insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq qadın şəbəkəsi. Bu şəbəkənin dünyanını 70 ölkəsində 1300-dən çox üzvü var. Onların fəaliyyəti hüququ maairləndirməsi vasitəsilə qadınların imkanlarının genişləndirməyə yönəlmişdir. Saytda qadınlara qarşı zorakılığın qarşısının alınması və insan hüquqları barədə tədris materialları, təşkilatların siyahıları, eləcə də mövzular üzrə biblioqrafiya vardır. Dil:ingilis

United Nations International Research and Training Institute for the Advancement of Women (INSTRAW)

Bu sayt BMT-nin serverində yerləşir. Sayt qadınların qender bərabərliyinə və onların irəli çəkilməsinə kömək məqsədi ilə Vest-İndiada, Dominikan respublikasında yaradılmışdır. Saytın bölmələri: "Missiya", " necə işləyir?", "< INSTRAW tədqiqat və öyrətmə proqramının diqqət mərkəzində nələr dayanır?", "< INSTRAW nəşrləri", "< INSTRAW maliyyə resurslarının mənbələri". Dil: İngilis

WIN Links

WIN Magazine elektron jurnalının səhifələrində feminist meylli saytlara istinadların siyahısı. Mövzular: "İncəsənət", "Biznes, iş","Feminizm", "Sağlamlıq məsələləri, idman", "İnternet","Jurnallar, bülletenlər, informasiya vərəqləri", "Şəbəkələr, birliklər", "Yeniliklər və informasiya", "Valideynlik", "Siyasət və hökumət", "Regionlar", "Din", "Mənəviyyat, rifah", "Zorakılıq, hüququ tapdalama", "Cavan qadınlar, yaşlı qadınlar". Dil: ingilis

WWWomen!

İnternetdə qadın mövzulu sayt və səhifələrə istinad. Kataloqun əsas bölmələri: "İncəsənət və əyləncələr", "Qadınlar biznesdə", "Cəmiyyət və hökumət", "Qadınlar və kompüterlər", "Qadınlar arasında müxtəliflik", "Təhsil", "Feminizm", "Sağlamlıq və təhlükəsizlik problemləri", "Lesbilər", "Analar və ailə", "Qadınların şəxsi vaxtı", "Nəşrlər", "Qadın resursları", "Elm və texnologiya", "Qadın bazarlığa gedir", "Qadın idmanı", "Qadınlar tarixdə". Dil: ingilis

Women and International Development Program at Michigan State University (MSU-WID)

Miçiqan Dövlət Universitetinin qadın və beynəlxalq inkişaf proqramı () qadın məsələləri və beynəlxalq inkişafa dair informasiyanın və müvafiq resursların yayılmasının dəstəklənməsi proqramı və naşirlik fəaliyyəti (işçi sənədlər, form materialları, bülletenləri) sayəsində milli və beynəlxalq səviyyələrdə şöhrət qazanmışdır. Saytın bölmələri: "Ev səhifəsi", "< MSU-WİD haqqında", "Resurslar", "Rəsmi proqramlar", "Çıxışlar", "< MSU istinadları" ("Beynəlxalq inkişafa dair mütərrəqi araşıdrmalar mərkəzi", "Qadınlara aid tədqiqat proqramları", "Qadın resurs mərkəzi", "< MSU kitabxanasının qadın mövzusunda fərdi tədqiqatlar üçün qrantları" və s.), "Proqramları", "Miçiqan Dövlət Universiteti", "Beynəlxalq araşdırmalar və proqramlar", "İmkanlar". Dil: ingils

Women's and Gender Studies Database

Qadın və qender araşdırmalarına aid məlumat bazası Köln Universitetində (Almaniya) yaradılmışdır. Bu bazada feminizm nəzəriyyəsinə dair məlumatlar, feminist ədəbiyyatın aid tənqidi məqalələr və qender araşdırmalarına aid materiallar (yalnız monoqrafiyalar və oçerklərdən ibarət məcmuələr, müstəsna hallarda -jurnal məqalələri) vardır. Məlumat bazası fənlərarası xarakter daşıdığı üçün orada həm də pedaqoqika, sosiologiya, tarix və psixologiya sahəsinə aid feminist ədəbiyyat toplanmışdır. Dil: ingilis, alman

Women in the Middle East

"Qadınlar yaxın Şərqdə" Assosiasiyası Yaxın Şərqdə və Şimali Amerikada araşdırmalar Assosiasiyasının üzvüdür. O, məxsusi olaraq Yaxın Şərq qadınlarının proğlemlərinə dair araşdırmaların dəstəklənməsi məqsədilə yaradılmışdır. Assosiasiya konfranslar təşkil edir, orijinal tədris proqramları işləyib hazırlayır, "The Association for Middle East Women's Studies Rewiew" adlı aylıq jurnal nəşr edir. Dil: ingilis

Women's Documentation Center Library

Bolonya şəhərindəki Qadın Sənədləri Mərkəzinin Kitabxanası - İtaliyada qender araşdırmalarına dair ən zəngin kitabxanadır. Burada feminizm, iş, siyasət, qanunvericilik, seksuallıq, moda. İncəsənət, tarix, elm, din, fəlsəfə, psixologiya, psixoanaliz, təhsil, ədəbi tənqid, poeziya və belletristika sahələrində qadınların dünyabaxışı tədqiq edilir və ümumiləşdirilir. Kitabxana on yeddinci əsrin axırlarında həm siyasətdə, həm də tədqiqat işində fəal mövqe tutan bir qrup qadının birləşdiyi "Orlando" Assosiasiyası tərəfindən təsis edilmişdir. Bu kitabxananın genişləndirilməsi layihəsi bəyənilmişdir. Həmin layihə həyata keçiriləndən sonra o, ilk milli qadın kitabxanası və arxiv olacaqdır. Dil: İngilis

Women's Studies

"Qadın tədqiqatları" saytı özündə geniş informasiya: analoji sayt və səhifələrə istinadlar, o cümlədən "Berkli" ( Berkeley Collections and Resources)rubrikasından müstəqil tədqiqatları, on-layn forumları, qadın hərəkatına dair sənədlərin mətləri, təşkilat və təhqiqat institutları haqda məlumatlar cəmləşdirir. Dil: ingilis

Women's Studies. The Social Science Information Gateway

"The Sosial Science Information Gateway" (İngiltərə) serverindəki "Women's Studies" saytı qadın tədqiqatları barədə axtarış aparmağa imkan verən mə lumat bazasıdır. Saytda qadın tədqiqatları sahəsinə və qonşu bilik sahələrinə aid İnternet resurslarına (əlifba sırasında, resursların qısa təsviri ilə ) bütün dünya üzrə, Avropa üzrə və İngiltərə üzrə (seçimdən asılı olaraq) çoxsaylı istinadlar vardır. Resurslar onların tipi üzrə təsnif edilmişdir - məqalələr, hesabatlar, biblioqrafiyalar, məlumat bazaları, cəmiyyətlər, layihələr, nəşrlər və s. saytın bölmələri: "Qadınlar və təhsil", "Qadınlar və məşğulluq", "Qadınlar və fəlsəfə", "Qadınlar və siyasət", "Qadınlar və din", "Qadınlar və incəsənət", "Qadınlar və hüquq", "Qadınların tarixi", "Qadınlar, inkişaf və ətraf mühit", "Qadınlar, elm və texnologiya". Dil: ingilis

Women's Infoteka - Women's information and documentation center

Qadın infotekası (qadın informasiya və sənəd mərkəzi) 1992-ci ildə Zaqrebdə (Xorvatiya) yaradılmışdır. Onun fəaliyətinin əsas istiqamətləri: informasiyanın toplanması və yayılması, naşirlik, o cümlədən "çörək və qızılgül" jurnalının nəşri, təhsil sahəsində fəaliyyət, tədqiqatların aparılması və dəstəklənməsi. Dil: İngilis

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" strategiyasının vasitələrinə aid DIGMA məlumat bazası

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" (qender mainstreaming) adı qazanmış beynəlxalq strategiyanın vasitələrinə aid məlumat bazası aşağıdakı bölmələrdənt ibarətdir: "ompleks yanaşma: onun məqsədləri" ("qəralar qəbul edilməsi prosesində qender inteqrsiyası və ya kompleks yanaşmanın nə xeyri var?"); " DIGMA: kontekst və metodologiya" (mainstreaming prosesində məsul qərarlar qəbul edənlərin cəlb olunması kompleks yanaşmanın gerçəkləşhdirilməsi üçün gözəl qərardır. Kompleks yanaşma strategiyasının inkişafı üçün vasitələr aid məlumat bankı; "vasitələr" anlayışının tərifi; Avropa məlumat bankı; DIGMA-nın tərəfdaşları); "Qender və sabah məsul qərarlar qəbul edəcək şəxslər"; eləcə də məlumat bazasının istifadəçiləri üçün texniki tövsiyələr. Dil: fransız

"Qadın manqası" (On-line Women's Link) verilənlər bazası

"Open Women Line"saytın "Qadın manqası" on-layn verilənlər bazası - partnyorların axtarışı və onlara əlaqə yaradılması üçün yeni vasitədir. Verilənlər bazası bütün dünya qadın qruplarının əməkdaşlığına yardım göstərmək məqsədilə "Şərq-Qərb: Qadın İnnovasiya Layihələri" Regional ictimai təşkilat tərəfindən yaradılmışdır. Verilənlər rus və ingilis dilindədir və interaktiv gişirə malikdir. Verilənlər bazası qadın təşkilatları haqda aşağıdakı məlumatları özündə birləşdirir: adı, əsas məqsəd, vəzifə, fəaliyyət istiqamətlərinin təsviri; ölkə, roçt ünvanı, telefon, faks, elektron ünvanı, İnternetdə ünvan. Dil: rus, ingilis.

Qırğız Respublikasında qender münasibətləri

KIRGISTAN saytında "Qırğız Respublikasında qender münasibətləri" səhifəsi. Səhifənin mətni çoxsaylı istinadlara malikdir: kişi və qadınların ıəziyyətinə dair statistik verilənlərə, qanunvericiliyə, nəşrlərə, milli və beynəlxalq roqramlar resurslarına, qadın və digər qeyri-hökumət təşkilatlarına. Dil: rus.

Qadın informasiya şəbəkəsi

"Qadın informasiya şəbəkəsi" (JenSet) müstəqil qeyri-kommersiya təşkilatı 1996-ci ildə qeydiyyata alınmışdır. Təşkilatın məqsədi - cəmiyyətdə qadın statusunun artırılması; fəaliyyət regionu - Rusiya və MDB. Fəaliyyət istiqamətləri arasında: qadın hərəkatı haqda informasiyanın yayılması, Rusiya və MDB qadın təşkilatlarının verilənlər bazasının idarə edilməsi; qadın hərakatının təmin edilməsi və informatik inkişaf üzrə Moskva və ayrı-ayrı təşkilatları üçün təhsil seminarlarının keçirilməsi; "Rusiyada qadın hüquqları. Qanunvericilik və təcrübə" jurnalının, "Biz və işlərimiz haqda" bülleteninin nəşri; arxiv fəaliyyətı, "Rusiya qadınları XX əsrdə. Düvrün təcrübəsi" SD-ensiklopediyasının yaradılması; seçki kompaniyalarında qadınların maraqlarının lobbiləşdirilməsi üzrə regional qadın təşkilatları ilə birgə layihə; qadın maraqlarının irəliləməsi, qadın hüquqlarının müdafiəsi məsələlərində hökumət strukturları ilə qarşılıqlı münasibət. Saytın bölmələri: "Biz kimik"; "Yeniliklər" (Qadın hərəkatı iştirakçiları üçün qender təhsili, konfranslar, əhəmiyyətli beynəlxalq tədris proqramları və təcrübə keçmə haqda informasiya materialları); "Biz və bizim işlər haqda"; "Rusiyada qadın hüquqları"; ""Ciset+" verilənlər bazası"(ictimai qadın təşkilatlarının verilənlər bazası) və "CD-ROM" (Rusiya qadınları XX əsrdə. Dövrün təcrübəsi" CD-ensiklopediyasının yerləşdiriləcəyi yer). Dil: rus.

Santk-Peterburq qadınları

Sankt-Peterburq Dövlət Universitetinin əlavə ixtisas təhsili fənlərarası mərkəzin "Sankt-Peterburq qadınları" layihəsi saytında həyatın müxtəlif səhələrində şəhər qadınlarının fəaliyyəti haqda informasiya yerləşdirilmişdir: İnformasiya, hadisələr, faktlar", "Bizim layihə", "Peterburq statistikası", "Qadınlar elmdə və təhsildə", "Şadınlar biznesdə", "Qadınlar üçüncü sektorda", "Qadınlar və hakimiyyət", "Hakimiyyət qadınların simasında" (məqalələr, nəşrlər), "Konfranslar və sərgilər", "İnternet qadınlar haqda və qadınlar üçün". Saytın ayrı-ayrı bölmələri-işlənib hazırlanma prosesində. Dil: ingilis, rus.

İpək yolu qadınları (Silk Road Woman)

"İpək yolu qadınları" informasiya serveri Kaunterpart Konsorsiumunun himayəsi ilə "Feminist Liqa" birliyi (Alma-Ata şəh, Qazaxstan) tərəfindən yaradılmışdır; "İpək yolu" şəbəkəsinin bir hissəsi, informasiya şəbəkəsidir. O, Şərq və Qərbin kişi və qadınları üçün bərabər hüquqlu və imkanlı cəmiyyət yaratmağa kömək göstərmək məqsədilə yaradılmışdır. Serverdə Mərkəzi Asiya qadın hərəkatı haqqında informasiya, qender məsələləri üzrə nəşrlər, adlar, kontaktlar vardır. Serverin bölmələri: "Təşkilatlar" (Mərkəzi Asiya qeyri-hökumət təşkilatlarının səhifələri, partnyor təşkilatlara istinadlar); "Mövzular" (server materiallarının tematik təsnifatı); "Nəşrlər" (Mərkəzi Asiyada qadınların diqər mənbələrə istinadlar); "Kim kimdir" (qadın hərəkatında iştirak edən Mərkəzi Asiya məşhur qadın v əkişilərin heyəti, digər mənbələrə istinadlar); "Layihələr" (Mərkəzi Asiya qadın və feminist təşkilatlarının bitmiş və fəaliyyətdə olan layihələri); "Ümumi informasiya" (Mərkəzi Asiya dövlətləri haqda informasiya, müxtəlif təşəbbüslər haqda); "Yeniliklər" (Mərkəzi Asiya qadın hərəkatının son yenilikləri); "Konfranslar, seminarlar" (carı və planlaşdırılmış konfranslar, seminarlar, treninqlər haqda informasiya). Dil: rus.

Ailə dünyası

"Ailə dünyası" fondu Rusiyada cəmiyyətin əsası olan ailənin dirçəlməsinə, stabilləşməsinə və inkişaf etməsinə imkan məqsədilə yaradılmış qeyri-kommersiya təşkilatıdır. Fondun vəzifələri: ailənin hüqununu özünə qayratmaq və dəstəkləmək üçün kompleks sistemin yaradılması; rusiya cəmiyyətinin inkişafının keçid mərhələsi şəraitində ailələrin dağılması prosesinin qarşısını almaq; gözəl ailə ənənələrini dirçəltmək; ailənin stabilləşməsi, dirçəlməsi və inkişafına yönədilmiş Fond proqramlarının işlənib-hazırlanması və həyata keçirilməsi, Fond üzvlərinin proqramlarının irəli çəkilməsi; ailə siyasəti subyektlərinin qarşılıqlı münasibətininin qaydaya salınması. Dil: rus

Moskva qender tədqiqatları mərkəzi (MGTM)

MGTM 1990-cı ildə REA-nın əhalininin sosial-iqtisadi problemləri İnstitutunun bazasında yaranmışdır. MGTM-in əsas vəzifəsi - sosial həyatın təhlilinə yeni qender yanaşmasının inkişafı və yayılması, həmin yanaşmanın elmi tədqiqatlara və təhsil proqramlarına inteqrasiyasıdır. MGTM-in əsas fəaliyyət istiqamətləri arasında - qadın və qender tədqiqatlarının aparılması, qender nəzəriyyəsinin sosial və humanitar elmlərə inteqrasiyası; elmi və ictimai əlaqələrin inkişafı; təhsil və elmi-maarifçilik fəaliyyəti; sosial siyasətin qender təhlili və qadın hüquqları sahəsində qanunvericiliyin qender ekspertizası; insan hüquqları üzrə beynəlxalq və rusiya proqramlarına MGTM-in inteqrasiyası; nəşrlər və əməkdaşlıq layihələri. Saytın xüsusi bölməsi "qender" anlayışına həsr olunmuşdur. "Təhsil - "Qender biliklərinin siyasətçilər, ali məktəb müəllimləri, jurnalistlər, həmkarlar təşkilatı liderləri, əhali arasında yayılması" MGTM layihəsinin təsviridir. "Nəşrlər" bölməsi MGTM tədqiqatlarının tam mətnlərini özündə toplayır. Digər bölmələr - "Heyətlər", "Tədqiqat təşkilatları", "Qlossariy", "Yeniliklər", "Kitabxana", "Tədqiqatların nəticələri". Dil: rus

Plisovskaya E. "Qender tədqiqatları" xüsusi kurs proqramı

Sosial elmlər namizədi E. Plisovskayanın (Ukrayna MEA sosiologiya İnstitutu) "Qender tədqiqatları" xüsusi kurs proqramı: xüsusi kursun tematikası, suallar, ədəbiyyat siyahısı. Mövzular: "Qender sosioloji anlayış kimi, qender yanaşması prinsipial yeni nəzəriyyə kimi", "Feminizm və feministik hərəkat", "Qender tədqiqatları", "Xaricdə qender tədqiqatlarının inkişafı", "Fəlsəfədə qender problemləri", "Qender psixologiyası: cinsi rolun mənimsənilməsi nəzəriyyəsi", "Uşaq yaşlarında qender sosialistləşdirmə asimmetriyası", "Qadınların sosial statusunun tarixi analizı", "Qender sosiologiyası", "İqtisadi nəzərriyədə qender yanaşması", "Peşəkar münasibətlərin qender problemləri". Dil: rus
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb