Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və təhsil



Carrefour d'Echanges et d'Information

"İnformasiya və mübadilə yolayrıcı"- Monrealda (Kanada) yerləşən Yeniyetmələrin təhsili və qadınların vəziyyəti barədə Sənədlər Mərkəzinin (CDEACF) saytıdır. Onu federal və regional hakimiyyət orqanları dəstəkləyir. Saytın bölmələri: "Escape alpha " (Mərkəzin kataloqu), "CDEACF barədə qısa məlumat", "Bizim üzvlər", "Kolleksiyalar (müxtəlif kataloqlar: "NetFemmes", " Escape alpha ")". Dil: fransız

Center for Education and Counselling of Women (CESI)

Qadınların təhsili və onlara məsləhətlər üzrə mərkəz (JESİ) Zaqrebdə (Xorvatiya) fəaliyyət göstərir. Onun maraq dairəsi insan hüquqlarının, qadınların və azlıqların insan hüquqlarının pozulması, millətçilik və militarizm təzahurləri və başqa problemləri əhatə edir. Saytda bu bölmələr var: "Məqsədlər" (Mərkəzin əsas məqsədləri qadınların öz həyat şəraitlərinə, fiziki, iqtisadi və psixoloji salamatlıqlarına, qender bərabərliyi ilə bağlı dəyərlərin inkişafına nəzarəti gücləndirməkdən ibarətdir); "Fəaliyət" (qadınların insan hüquqları sahəsində yerli cəmiyyətlərin maarifləndirilməsi, qadınların sağlamlığı, onların mənafelərinin qorunması, zorakılığa əsaslanmayan münasibətlər, qender həssaslığı və QHT-lərin inkişafı); "Nəşrlər" (bukletlər, nəşrlər); JESİ-nin "Tribunale" bülleteni; "Hesabatlar" (1999-cu və 2000-ci illər üçün illik hesabatlar); sair bölmələr. Dil: ingilis, xorvat

WIN Links

WIN Magazine elektron jurnalının səhifələrində feminist meylli saytlara istinadların siyahısı. Mövzular: "İncəsənət", "Biznes, iş","Feminizm", "Sağlamlıq məsələləri, idman", "İnternet","Jurnallar, bülletenlər, informasiya vərəqləri", "Şəbəkələr, birliklər", "Yeniliklər və informasiya", "Valideynlik", "Siyasət və hökumət", "Regionlar", "Din", "Mənəviyyat, rifah", "Zorakılıq, hüququ tapdalama", "Cavan qadınlar, yaşlı qadınlar". Dil: ingilis

WWWomen!

İnternetdə qadın mövzulu sayt və səhifələrə istinad. Kataloqun əsas bölmələri: "İncəsənət və əyləncələr", "Qadınlar biznesdə", "Cəmiyyət və hökumət", "Qadınlar və kompüterlər", "Qadınlar arasında müxtəliflik", "Təhsil", "Feminizm", "Sağlamlıq və təhlükəsizlik problemləri", "Lesbilər", "Analar və ailə", "Qadınların şəxsi vaxtı", "Nəşrlər", "Qadın resursları", "Elm və texnologiya", "Qadın bazarlığa gedir", "Qadın idmanı", "Qadınlar tarixdə". Dil: ingilis

Qender və təhsil

"Qender və təhsil" jurnalı ildə 4 dəfə nəşr edilir. Jurnalda qender problemlərinə həsr edilmiş Ən mühüm məqalələrin annotasiyalı göstəriciləri və xülasələri, eləcə də akademik araşdırmalar barədə məlumatlar dərc edilir.

Keywords: women's rights, women's movement, gender, women, girls, men, education, study, teaching, learning, feminism

Açar sözləri: qadın hüquqları, qadın hərəkatı, qender, qızlar, qadınlar, insanlar, təhsil, öyrənmə, təlim, feminizm

Qender, elm və texnikaAlternativ adı: GASAT

GASAT təşkilatının saytında qadınların elm və texnikada rolu barədə materiallar təqdim edilir, elm və texnika sahəsində qadın proqramlarının xülasəsi və elmi-texniki saytlara faydalı istinadlar verilir.

Keywords: gender, women, science, technology, education, employment

Açar sözləri: qender, qadınlar, elm, texnologiya, təhsil, məşğulluq.

Təhsilin inkişafının xülasəsi

Boston kollecinin magistrləri tərəfindən yaradılmış bu saytda 1780-ci ildən 1999-cu ilədək ABŞ-da təhsil proqramlarının inkişaf meylləri barədə informasiya toplanmışdır. Məlumat bazası qender nəzəriyyəsinin sosial, iqtisadi, dini və irqi problemlərini işıqlandırır. Saytda təhsil və mədəniyyət proqramları da təqdim edilir. Bu sayt vasitəsilə Amerika muzeylərinin saytlarına müraciət etmək olar.

Keywords: curriculum development, historical research, history, learning methods, USA, educational systems and institutions, multicultural education, vocational education

Açar sözləri: tədris planının inkişafı, tarixi tədqiqatlar, tarix, idrak metodları, ABŞ, təhsil sistemləri və təhsil müəssisələri, multimədəni təhsil, peşə-texniki təhsil

Qadın tarixinə aid milli layihəAlternativ adı: NWHP

NWHP QHT-nin saytında bu təşkilatın 1980-ci ildən sonrakı fəaliyyəti təsvir edilmişdir. Saytın bölmələri qender fənlərinin öyrənilməsinə, eləcə də qadınların liderlik etdiyi ixtisaslara həsr edilmişdir. Saytda beynəlxalq saytlara və Amerika saytlarına faydalı istinadlar vardır. "Mart - qadınların tarixi" saytının səhifəsi xüsusilə maraqlıdır.

Keywords: gender equity, women's issues, women's suffrage, gender issues, costumed performers, women's events, women's participation, school education, feminism

Açar sözləri: qender fəaliyyəti, qadınlar üçün buraxılışlar, qadınların seçki hüququ, qadınlarla bağlı hadisələr, qadınların iştirakı, məktəb təhsili, feminism.

Dünya tarixində qadınların rolu barədə icmal

Saytda qadınların dünya tarixində rolu ilə bağlı tədris materialı haqqında informasiya vardır. Saytın bir maraqlı cəhəti də ondan ibarətdir Ki, burada 11-15 yaşlı uşaqlar üçün materiallar toplanmışdır.

Keywords: gender studies, education, feminism, women, history, secondary education

Açar sözləri: qender təhsili, feminizm, qadınlar, tarix, orta təhsil

Elmdə qender inkişafı

The Hypatia Institute təhsil mərkəzinin saytı Nyu-Yorkda Kevin Ellison tərəfindən fizika elmlərində qadınların rolunu gücləndirmək məqsədilə yaradılmışdır.

Keywords: women, science, gender, feminism

Açar sözləri: qadınlar, elm, cins, feminizm
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb