Kataloq qadın mövzusunda saytlara, səhifələrə, resurslara və
materiallara istinad edir. Kataloqun əsas bölmələri - "Fəaliyyət",
"Yeniliklər", "Resurslar və istinadlar", "Qadın biznesmenlər", "Qadın
sağlamlığı məsələləri", "Məqalələr və nitqlər" - aşağıdakı tematik
materiallar əhatə edir: "Ümumdünya qadın resursları", "Reproduktiv
hüquqlar və seksuallıq", "Qadın karyerası və peşəkar təşkilatlar",
"Ledini xatırlayın: qadın tarixi bölməsi", "Qadın problemləri üzrə əsas
resurslar", "Qadınlar və incəsənət", "Qızlar vəziyyətinə görə
resurslar" və s. Dil: ingilis
International Planned Parenthood Federation (IPPF)
Beynəlxalq ailənin planlaşdırılması federasiyası (IPPF) -
150-dən çox ölkədə ailənin planlaşdırılması assosiasiyalarını
birləşdirir. Federasiya Böyük Britaniyada xeyriyyə müəssisəsi kimi
qeydiyyata alınmış, onun fəaliyyəti ailənin planlaşdırılmasına, seksual
və reproduktiv sağlamlığa həsr olunmuşdur. Saytın bölmələri: "IPPF
haqqında", "Yeniliklər", "Resurslar" (bölmələr: "Sənədlər və
hesabatlar", "Ölkələr üzrə səhifələr", "IMAP Beynəlxalq məsləhətçi tibb
qrupu", "Seksual və reproduktiv hüquqlara dair IPPF fəsli", "On-layn
bülletenləri və jurnalları", "Treninqlər" və digər resurslar),
"İstinadlar" (İstinadların bölmələri: "Ailənin planlaşdırılması, əhali,
reproduktiv sağlamlıq üzrə tədqiqatlara dair təşkilatlar", "Beynəlxalq
təşkilatlar", "Donor-təşkilatlar"). İnformasiyanın avropa dillərində
axtarılmasına imkan nəzərdə tutulmuşdur. Dil: ingilis
Qadınların sağlamlığı üçün liderlik təşəbbüsləri
Yaşı 45-i keçmiş qadınlara ünvanlanmış bu saytda orta yaşlı
qadının emosional, fiziki, zehni və mənəvi sağlamlığı barədə
informasiya toplanmışdır. Saytın səhifələri sağlam həyat tərzinə,
uzunömürlülük məsələlərinə və tibbə aid saytlara, faydalı istinadlara
həsr edilmişdir.
Keywords: mental, physical, emotional, spirituality, middle-aged, older women, lifestyle, women, health, elderly, older people, gender
Açar sözləri: yaşlı qadınlar, həyat tərzi, orta yaş, qender, sağlamlığ, ahıllar, qocalıq.
Qadın fəallığı
Qeyri-hökumət təşkilatları koalisiyası tərəfindən yaradılmış bu
sayt "Pekin+5" platforması çərçivəsində qadın sağlamlığı problemlərini
işıqlandırır. Saytda Asiya, Afrika və Avropa ölkələrinin, Çilinin və
Ekvadorun qeyri-hökumət təşkilatlarının materialları göstərilir.
Keywords: Beijing, media, networks, women, feminism, human rights, NGO, poverty, education, training, health, violence
Açar sözləri: Pekin, KİV, şəbəkə, qadınlar, feminizm, insan hüquqları, QHT, yoxsulluq, təhsil, təlim, sağlamlıq, zorakılıq.
"Qadınların sağlamlığına aid araşdırmalar cəmiyyəti"
1980-ci ildə yaradılmış "Qadınların sağlamlığına aid
araşdırmalar cəmiyyəti"nin saytında bu qeyri-hökumət təşkilatının
tarixi və fəaliyyəti əks etdirilir. Təşkilatın məqsədi - tibbi
araşdırmalar aparılması və qadınlara tibbi xidmətin
maliyyələşdirilməsini artırmaq üçün tövsiyyələr verilməsi yolu ilə
qadınların səhhətinin vəziyyətini yaxşılaşdırmağa yönəldilmişdir.
Saytda bioloji resursların elmi ekspertizası və hökumətəlrin
fəaliyyətinə həsr edilmiş bölmələr vardır. Saytda qadın xəstəlikləri
ilə bağlı araşdırmalar da təsvir edilir.
Keywords: sex-based biology, health, research
Açar sözləri: qadın biologiyası, biologiya, qender, sağlamlığ, tədqiqat
Qadınlardan qadınlara
"Qadınlardan qadınlara" QHT-nin saytı 1987-ci ildə yaradılmışdır. Bu
sayt zehni pozuntulardan əziyyət çəkən qadınları dəstəkləyir. Saytda
konfransların materialları, öyrədici proqramlar və QHT-nin nəşrləri
təsvir edilmişdir. Saytda psixoterapeftik problemlərə dair tibbi
məsləhətlər də vardır. Burada həmçinin qadınların ruhi sarsıntılarının
mənbələri səbəbləri ilə bağlı çoxlu material toplanmışdır
Keywords: self harm, eating disorders, sexuality, mental health, counselling, women, rape
Açar sözləri: mazoxizm, qidalanma ilə bağlı iifrata varma, seksuallıq, psixi sağlamlıq, məsləhətlər, qadınlar, zorakılıq
Beynəlxalq Qadın Sağlamlığı Koalisiyası
IWHC saytında bütün dünyadakı qadınların və qızların sağlamlıq
hüququnun müdafiəsinə aid materiallar toplanmışdır. Afrika, Asiya,
Latın Amerikası ölkələrinə və Kostsosialist ölkələrinə xüsusi diqqət
yetirilir. Saytda qadın ağlamlığının qorunmasına aid sosial siyasətə
həsr edilmiş konfrans keçirilir. Saytın səhifələri: "seksuallıq
hüququ", "təhlükəsiz abort", "yetkinlik yaşına çatmayanların
sağlamlığı".
Keywords: reproductive rights, health, abortion, womens rights
Açar sözləri: reproduktiv hüquqlar, sağlamlığ, abort, qadın hüquqları.
Menstruasiya və qadın sağlamlığı muzeyiAlternativ adı: MUM
Bu sayt Menstruasiya və qadın sağlamlığı muzeyinin banisi və
direktoru H.Finli tərəfindən yaradılmışdır. Saytdakı materiallar
ginekoloji xəstəliklərin müalicəsində yol verilən mədəni fərqləri əks
etdirir, qadınların reproduktiv sağlamlığı üçün nəzərdə tutulan tibbi
preparatlar və onların nəticələri barədə informasiyanı əks etdirir.
Saytda qadın sağlamlığının dini aspektlərinə həsr edilmiş ayrıca bir
bölmə var.
Keywords: women, health, medicine, menstruation
Açar sözləri: menstruasiya, sağlamlıq, təbabət
Həbsxanada qadınların inkişafı
Bu sayt İngiltərə və Uels həbsxanalarının baş inspektoru
tərəfindən hazırlanmış və 2001-ci ildə istifadəyə verilmişdir. Saytda
həbsxanada həyat şəraiti və qadınların tibbi xidmətdən istifadə
imkanları barədə materiallar göstərilir. Saytda həbsxanada olan
qadınların sağlamlığına aid geniş statistik məlumatlar və tibbi
göstəricilər təqdim edilir.
Keywords: female offenders, prisons, prisoners
Açar sözləri: həbsxana, məhbuslar, qadınları incidənlər