Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və ekologiya



Ecofeminist Visions Emerging

İlk Ecofeminist Visions Emerging, or EVE ekofenist qeyri-hökumət təşkilatı 1991-ci ildə Nyu-Yorkda yaranmışdır. Bu təşkilat ekoloji hərəkatda qadın problemlərini radikal feminizm mövqelərindən nəzərdən keçirir: torpağın təbiətdə qadın başlanğıcı kimi qəbul edilməsi, qadının və ana torpağın ovqatları arasında qarşılıqlı əlaqə, psixoanaliz və dianetika texnologiyalarından istifadə etməklə qızlar və qadınlar üçün fəlsəfi-ekoloji təhsil problemləri bu qəbildəndir.Qender məsələlərini araşdıranlar üçün ekofeminist tədqiqat və nəzəriyyələrin orijinal metodikası, o cümlədən insanların birgəyaşayışının bütün sahələrində matriarxat dövrünə qayıtmağın zəruriliyinin ekoloji cəhətdən əsaslandırılması metodikası maraqlandıra bilər.

Saytda aşağıdakı məsələlər qaldırılır:

  • əhalinin arasıkısilməz ekoloji tə"limi,
  • ekoloji problemlərin həllində qadınların rolunun yüksəldilməsi,
  • qadınlar və uşaqlar üçün ekoloji fəlakətlərin nəticələri,
  • ümumbəşəri, milli dəyərlər və ekologiyada birinci dərəcəli məsələlər,
  • ağır ekoloji vəziyyət yaranmış regionlarda şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər haqqında informasiya,
  • qadınların ekoloji tənəzzülünə tə"sirin azaldılması,
  • ətraf mühitin idarə edilməsində qadınların rolunun yüksəldilməsi.

  • Təşkilat öz üzvləri barədə mə"lumatlar bazası yaradıb, həmin bazanı İnternetə qoşmaqla beynəlxalq ekofeminist mühit yaratmaq təşəbbüsünü irəli sürmüşdür.

    Keywords: ətraf mühitin problemləri, afroamerikalı qadın nümayəndələri, ana torpaq, qadın problemləri, qender, qadınların öyrədilməsi, ekologiya, sosial dəyişiklik

    Eve Online

    Bu elektron informasiya jurnalının səhifələrində ekoloji hərəkatın bir istiqaməti olan ekofeminizmi dəstəkləyən beynəlxalq fondların qrant imkanları və layihələri barədə ətraflı məlumat verilir. "Qender mədəniyyəti və mədəni antropoloqgiya" rubrikasındakı mə"lumatlar bu məsələlərlə maraqlanan hər kəs üçün faydalı olacaqdır. 1977-ci ildən başlayaraq jurnal öz abunəçiləri üçün arxiv mə"lumatlarını təqdim edir.

    Keywords: mədəni antropologiya, kənd təsərrüfatı, təbii ehtiyatlar, ekologiya, ərzaq, nəsil, sinif, mülkiyyət.

    CDE Working Papers

    Bu, Medison Universitetinin Demoqrafiya və Ekologiya mərkəzinin jurnalının saytıdır. Jurnalın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ekoloji problemlər müxtəlif sosial strukturların psixologiyası kontekstində açıqlanır. Məqalələrdə müxtəlif etnik qruplarda ekoloji tərbiyə problemləri qaldırılır.

    Keywords: irq, etnik mənsubiyyət, nəsil, yaş, əhali, maarif, iş, iqtisadiyyat, stratifikasiya, sinif, sosial status

    Oil and pollution Environmental Aspects of the Offshore Oil and Gas Development
    Neft və qaz hasilatının ekoloji aspektləri


    Bu sayt təkcə ətraf mühitin və okeanın çirklənməsi problemlərinə həsr olunmuş konfranslar və işçi görüşlər barədə yeniliklər və informasiya ilə tanış olmaq imkanı verməkdən əlavə, həm də bu problemlə məşğul olan qadın QHT-lər barədə informasiya verir. Ekoloji problemlər oxşar olduğuna görə bu saytın materialları Azərbaycandakı qadın QHT-lər üçün faydalı ola bilər. Ətraf mühitin çirklənməsinin sosial və fizioloji nəticələri qabardılır. Doktor Stanislav Patinin su resurslarının ətraf mühiti problemlərindən bəhs edən kitabının tam mətni bu saytda verilmişdir.

    Keywords: qaz, neft, neft ləkələri, balıq ovu, işsizlik, işdən azad edilmiş fəhlələr, ətraf mühit, dəniz çirklənməsi, ekofeminizm, həyatın davamı

    Global Environmental Change: Human and Policy Dimensions
    Ətraf mühitdə qlobal dəyişikliklər: humanitar və siyasi tədqiqatlar


    Bu beynəlxalq jurnalda ətraf mühitə tə"sir göstərən proseslərdə baş verən humanitar, ekoloji və ictimai dəyişikliklər araşdırılır. Ekofeminizm bölməsində qadınların reproduktiv sağlamlığı məsələləri yeni texnoloji təhlükələr və təbii fəlakətlərin mənfi tə"sirləri kontekstində nəzərdən keçirilir.

    Jurnal ətraf mühitin qorunmasında qadın ekoloji təşkilatlarının rolunu daim izləyir. Bioloq, kimyaçı, fizioloq, genetik və digər peşə və ixtisas sahiblərindən ibarət qadın birliklərinə xüsusi diqqət yetirilir.

    Keywords: təbii təhlükələr, ekologiya, iqlim, siyasət, cəmiyyətin dəyişməsi

    Scottish Executive - Environment Group Research Programme 2000-2001
    Şotlandiya Kənd təsərrüfatı İcraiyyə bölməsinin ətraf mühit qrupu (SERAD)


    Şotlandiya Kənd Təsərrüfatı İcraiyyə bölməsinin ətraf mühit qrupu (SERAD) Öz saytında ətraf mühitin çirklənməsi ilə bağlı qadın problemlərinin araşdırılmasına həsr edilmiş 8 proqramdan birini təqdim edir. CRU proqramı ətraf mühitin müdafiəsi və təbii irsin qorunub saxlanması ilə bağlı qender araşdırmalarını dəstəkləyir. Bu proqram dövlətlərarası tədqiqatlara kömək edir.

    Keywords: Şotlandiya kənd təsərrüfatı nazirliyi, CRU, ətraf mühitin müdafiəsi, kənd yerlərinin saxlanılması, təbii irs, ehtiyatın saxlanılması

    U.S. Long Term Ecologial Research Network
    Amerika ekoloji araşdırmalar şəbəkəsi LTER


    1980-ci ildə yaradılmış bu QHT Birləşmiş Ştatlarda uzunmüddətli ekoloji hadisələrin tədqiqatına kömək məqsədi güdür Hazırda bu şəbəkə müxtəlif ekoloji sistemləri təmsil edən 22 sahədən ibarətdir. Onun saytında şəbəkənin 22 sahəsi barədə mə"lumat təqdim edilir. Bu sahələrdən 8-i feminist xarakterlidir.

    Keywords: ekoloji araşdırmalar, ABŞ, Birləşmiş Ştatlar, qadın şəbəkəsi, ekofeminizm, ekosistem

    European Society for Ecological Economics (ESEE)
    Avropa Ekoloji İqtisadiyyat Cəmiyyəti


    ESEE- beynəlxalq ekoloji iqtisadiyyat cəmiyyətinin Avropa üzrə regional qeyri-kommersiya bölməsidir. Çoxməqsədli təşkilat olan ESEE-nin ən mühüm məqsədləri bunlardır: ətraf mühitin qorunub saxlanmasına həsr edilmiş sosial və təbii-elmi xarakterli araşdırmaların dəstəklənməsi; ekoloji iqtisadiyyatda tətbiq edilən Avropa şəbəkəsinin tə"minatı və saxlanması; ekoloji cəhətdən təmiz qadın sahibkarlığına kömək və beynəlxalq, milli və yerli miqyasda bu cür sahibkarlığa aid informasiyanın toplanması və yayılması.

    Saytda təhsil proqramları, ekoloji iqtisadiyyat sahəsində araşdırmalar və ESEE-yə qəbul qaydaları təsvir edilmişdir.

    Keywords: ətraf mühitin iqtisadiyyatı, iqtisadiyyat və sosial inkişaf, qadın və iqtisadiyyat

    British Ecological Society
    Britaniya Ekoloji Cəmiyyəti


    Dünyada ən qədim ekoloji cəmiyyət olan bu təşkilat 1913-cü ildə yaradılmışdır. 1998-ildə onun tərkibində yaradılan "Ekofeminizm" bölməsinin məqsədləri bunlardır: araşdırmalar, çap məhsulları və konfranslar vasitəsilə qadınların ekoloji təhsil səviyyəsinin yüksəldilməsi, bu cür araşdırmaların nəticələrindən istifadə etməklə ekoloji siyasət məsələlərinin həllinə qadınların cəlb edilməsi, ətraf mühit məsələləri üzrə məsləhətçilərin hazırlanması.

    Hazırda bu təşkilatın təqribən 5000 üzvü var. Onların 34%-dən çoxu qadınlardır.

    Keywords: ekologiya, ətraf mühit, mühafizə, öyrənilmiş cəmiyyətlər, assosiasiyalar, coğrafiya, Böyük Britaniya, ekofeminizm, ekokonsaltinq

    ESA Homepage
    Alternative Title: Ecological Society of America Homepage
    Amerika Ekoloji Cəmiyyəti


    Amerika Ekoloji Cəmiyyəti (ESA)- 1915-ci ildə yaranmış, alimlərin qeyri-kommersiya təşkilatıdır. ESA"S-də 7,600 üzv vardır. 1992-ci ildə müasirləşdirmə və ictimai siyasət problemləri ilə məşğul olan ekofeminist qadınlar qrupu yaranmışdır.

    Keywords: ekosistem, sosial coğrafiya, təbii ehtiyaların idarə olunması, ekologiya, ətraf mühit, ətraf mühitin saxlanılması, ətraf mühitin yaradılması, ətraf mühitin dəyişdirilməsi, ABŞ, elmi təşkilatlar, assosiasiyalar, biotexnologiya

    Instityte for Social Ecology
    Sosial Ekologiya İnstitutu - ISE


    Sosial Ekologiya İnstitutu - ABŞ-ın müstəqil ali təhsil müəssisəsidir. ISE sosial ekologiya sahəsində müxtəlif araşdırmalar aparır. 1995-ci ildən ISE qender ekologiyası, ekoloji feminizm və ekofeminizm texnologiyaları, qender antropologiyası üzrə araşdırmalar aparır. Qlobalizm kontekstində ekofenizmin araşdırılması xüsusi maraq doğura bilər.

    ISE-nin araşdırmalar sahəsində nəzəri ekologiyadan başqa sosial fəlsəfə üzrə də əsərlər də təqdim edilmişdir.

    ISE-nin nəzdində yay ekoloji feminizm məktəbi fəaliyyət göstərir. Burada qadınlara ekologiyadan başqa açıq demokratiyanın əsasları və bələdiyyə hüququ tədris olunur.

    Keywords: sosial ekologiya, sosial ekologiyanın texnologiyaları, konstruktiv antropologiya, açıq demokratiya, bələdiyyə hüququ, dialektik naturalizm, utopik sosializm, antiqlobalizm, antikapitalizm, alternativ təhsil, azad təhsil, utopizm, anarxizm, marksizm, sosializm

    Stratospheric Ozone and Human Health Project: Bibliographic Database
    Ozon Stratosferası və İnsan Sağlamlığı Proekti:
    Biblioqrafik məlumatlar Bazası


    CIESIN və SEDAC hissəsi olan Ozon və İnsanların Sağlamlığı saytında Ozon təbəqəsinin tükənməsi, utrabənövşəyi radiasiya, onların ekologiya və insanların sağlamlığı üçün, o cümlədən, qadınların reproduktiv funksiyaları üçün törətdiyi nəticələr mövzusunda 3000-dən çox jurnal məqaləsi, konfrans və kitabların, digər dövri nəşrlərin təqdimat materialları təsvir edilmişdir.

    Keywords: ozon, ultrabənövşəyi radiasiya, UV, qadın sağlamlığı, nəslin davam etdirilməsi, insan sağlamlığı, ətraf mühitin pisləşməsi

    The Anthropology and Environment Section of the American Anthopological Association
    Antropologiya və Ətraf mühit


    Amerika Antropoloji Assosiasiyasının Ətraf mühit Bölməsinin saytı mədəniyyət və ətraf mühit arasında qarşılıqlı əlaqə problemlərinə həsr olunub. Saytın materialları kənd, qəsəbə və şəhər icmalarının problemləri, ətraf mühitin müdafiəsi və ekoloji tərbiyə məsələlərində bu icmaların imkanları ilə maraqlananlar üçün xüsusi ilə faydalıdır.

    Bu sayt yerli özünü idarə vasitəsi ilə ekoloji tərbiyənin inkişaf etdirilməsində qadınların imkanları barədə zəngin informasiya mənbəyidir. Sayt digər İnternet resurslarından və məlumat bazalarından istifadə imkanı yaradır, elmi və ictimai məzmunlu konfranslar, koalisiyaların yaradılması barədə geniş informasiya verir. Saytda cəmiyyət üzvlərinin məqalələri, o cümlədən, ekofeminizm mövzusunda məqalələr təqdim edilir.

    Keywords: ətraf mühitin antropologiyası, ekoloji antropologiya, ekofeminizm

    Current Approaches to Modeling Ecosystems with Humans, by Tom Abel
    Ekosistemlərin və insan resurslarının modelləşdirilməsinə Tom Abelin münasibəti


    Bu sayt ekosistemlərin və insan resurslarının modelləşdirilməsi barədə icmal xarakterli məlumatlardan və bu məsələyə müasir alternativ münasibətlərin təsvirindən ibarətdir. Ekosistemlərin modelləşdirilməsində və adekvat insan resurslarının formalaşmasında qadınların rolu məsələsinə xüsusi əhəmiyyət verilir.Zəngin etnoqrafik materiallara, o cümlədən, qender kulturologiyasına əsaslanan bu saytda ekosistemlərin və insan resurslarının modelləşdirilməsi ilə bağlı qlobal və regional problemlər, ekosistemlərin qorunub saxlanması və insan resurslarının inkişafı üçün tətbiq olunan ənənəvi və qeyrm-ənənəvi metodlar təsvir edilmişdir.

    Tom Abel hər həftə açıq konfranslar keçirir, ona müxtəlif guşələrdən, o cümlədən, Cənubi Qafqaz ölkələrindən göndərilən materialları nümayiş etdirməyə hazırdır.

    Keywords: sistemlərin ekologiyası, ekoloji modelləşdirmə, əmək bölgüsü, müxtəliflik, sosial iyerarxiya, qrup, qender, sosial idarələr, qeyri-bərabərlik, struktur funksionalizm, pozitizm

    Business Strategy and the Environment
    İşgüzar strategiya və Ətraf mühit


    İşgüzar strategiya və Ətraf mühit - ümumbəşər inkişafının və ətraf mühitin qorunmasının geniş diapozonlu problemlərindən bəhs edən referativ jurnaldır. Jurnal geniş fənlərarası auditoriyaya, o cümlədən, qadın QHT üçün nəzərdə tutulmuşdur. Kiçik və orta biznes və onların strategiyasının işlənilməsi ilə bağlı ətraf mühitin idarə edilməsi problemləri xüsusi maraq doğurur. Jurnalda hüquqşünasların, iqtisadiyyatçıların, praktik həkimlərin, peşəkar menecerlərin şərhi verilir.Ətraf mühitin idarə edilməsinə dair tədqiqatlar və ətraf mühitin idarə edilməsinin ümumi vasitələri təqdim edilmişdir.

    Jurnal Jon Vilem (Wiley) və oğullarının, Ətraf mühitin ERP ilə həmkarlıqda ildə 6 dəfə çap olunur.

    Keywords: həyat qabiliyyətli biznes, ətraf mühitin ümumi məsuliyyəti, yaşıl marketinq, ekoloji mühasibat uçotu, ekofeminizm, ətraf mühitin idarə edilməsi

    Bibliography on the Conservation of Biological Diversity: Biological/Ecological, Economic, and Policy Issues
    Bioloji müxtəlifliyin qorunub saxlanılmasına dair biblioqrafiya: Bioloji, ekoloji, iqtisadi və siyasi buraxılışlar


    Saytda akademik araşdırmaları bioloji müxtəliflik və genetik kəşfiyyat baxımından detallaşdıran geniş biblioqrafiya (2480 adda, ing. dilində) təqdim edilmişdir. Biblioqrafiya professor Stiven Polaski və Oreqon ştatının Dövlət Universiteti kənd təsərrüfatı ıə iqtisadi resurslar fakultəsinin tələbələri tərəfindən tərtib edilmişdir.

    Kişi və qadın mülkiyyətinin hüququna əsaslanan (xüsusən, ərinin hüquqi zəmanəti olmadan kredit almağa ixtiyarı olmayan kredit alan qadınlara vacibdir) iqtisadiyyat şöbəsi, kreditin qiymətləndirmə üsulları, ekokonsaltinq xidmətlərinin qiyməti, investisiya girovlarının forma və növləri, resursların təzələnməsi xüsusi maraq doğurur.

    Araşdırma işlərində kömək edə bilən annotasiyasız və ya izahedici əsaslanmaya ehtiyac olmayan daha geniş biblioqrafiya mövcuddur.

    Keywords: qiymət analizi, gəlir, dəstək, investisiya, mülkiyyət hüququ, ekokonsaltinq

    Friends of the Earth
    Yerin Dostları


    "Yerin Dostları" beynəlxalq təşkilatının saytı planetimizin və onun rəngarəngliklərinin gələcək nəsil üçün qorunmasına həsr edilib.Saytda ekofeminist təşkilatlar haqqında geniş informasiya təqdim edilib, onların ünvanı verilib.

    Saytda ekoloji QHT üçün fondreyzinq barədə ətraflı informasiya təqdim edilib.

    Keywords: ətraf mühitin iqtisadiyyatı, ehtiyatların saxlanılması, inkişaf, ətraf mühit, ətraf mühitin müdafiəsi, ətraf mühitin saxlanılması, ətraf mühitin müdafiəçiləri, ətraf mühit hərəkatları

    Journey of an Environmental Scientist: Conversation with Norman Myers
    Alternative Title: Conversation With History
    Alimin ətraf mühitə səyahəti: Norman Miyerslə Söhbət
    Alternativ Hüquq: Tarix barədə Söhbət


    Saytda Kaliforniya ştatındakı Berkley Universitetinin Beynəlxalq fənlər institutu tərəfindən təşkil edilmiş "Harri Kreyslerin təbiii tarix barədə söhbətləri" adlı tematik silsilə təqdim edilmişdir. Göörkəmli ekoloq Norman Miyerslə 11 noyabr 1998-ci il tarixli müsahibə ekofeminizm, qadınların ekoloji təhsili və ekofeministlərin siyasi fəallığının formaları problemlərinə həsr edilmişdir.

    Keywords: ətraf mühitin təhlükəsizliyi, siyasi aktivist, ətraf mühit elmləri, ekofeminizm, ətraf mühit müdafiəçiləri, ətraf mühit hərəkatları

    Friends of the Earth: England, Wales, and Northern Ireland
    Alternative Title: FOE
    Yerin Dostları: İngiltərə, Uels və Şimali İrlandiya


    Yerin Dostları - 60-dan çox ölkənin ekoloji təşkilat və qruplarını əhatə edən böyük beynəlxalq şəbəkədir. Saytın ingilis variantında bu təşkilata qəbul olunmaq üçün bütün lazımi sənədlər və təfsilatlar təqdim olunmuşdur. Saytda şəbəkəyə daxil olan yerli, milli və beynəlxalq QHT haqqında informasiya, həmçinin baş ofisin e"lanları saxlanılır.

    Keywords: həyat qabiliyyətli inkişaf, təzyiq qrupu, lobbi, ehtiyatların qorunub saxlanılması, Böyük Britaniya, ətraf mühit, ətraf mühitin müdafiəçiləri, canlı təbiət, ekofeminizm, enerji ehtiyatları, ətraf mühitin müdafiəsi, ətraf mühitin saxlanılması

    Ministry of the Environment
    Alternative Title: Milj verndepartementet
    Ətraf mühit Nazirliyi
    Alternativ adı: Milj verndepartementet


    Bu sayt Norveç Ekologiya Nazirliyinin rəsmi saytıdır. Burada nazirliyin strukturu barədə ətraflı məlumat verilir, bu sahələrə məsul olan 11 əsas sahənin vəzifələri və müvafiq qanunvericilik aktları şərh edilir. Saytda ekologiya sahəsində liderlərin qazandığı uğurlardan bəhs edən yeniliklər arxivi, eləcə də ətraf mühitlə bağlı problemlərin həllinə qadınların cəlb edilməsi üçün Norveçdə qadınların irəli sürdüyü müxtəlif təşəbbüslər təqdim edilir.

    Keywords: Ətraf mühit Nazirliyi, Norveç, norveçli, ətraf mühit, ətraf mühitə dəyən zərər, ətraf mühitin planlaşdırma prosesləri, ətraf mühitin müdafiəçiləri, ətraf mühit qanunauyğunluğu, ətraf mühitin planlaşdırma siyasəti (polis), iqlim, çirkləndirmə, havanın çirkləndirilməsi, suyun çirkləndirilməsi, istixana effekti, səs-küyə nəzarət, səs-küy, biomüxtəliflik, ətraf mühit və siyasət, ətraf mühitin müdafiəsi, ekofeminizm, mədəni irs, mədəni ətraf mühit, regional ekoloji planlaşdırma

    German Watch

    German Watch - QHT olub istər federal hökumət üçün, istərsə də Almaniya əyalətlərinin hökumətləri üçün tövsiyyələr hazırlamağa əsas verən sosial siyasət və həyat qabiliyyətli strategiyalar işləyib hazırlamağa çalışır.

    "Almanlar və Avropa İttifaqının siyasəti" bölməsində qadın ekoloji təşkilatları və onların inkişafı barədə materiallar təsvir edilmişdir. Bu bölmədəki maraqlı materialllar ərzaq təhlükəsizliyi və sosial təhlükəsizlik uğrunda, bütün dünyada ekoloji jəhətdən saf məhsullar ticarətinin inkişafı uğrunda mübarizədə qadınların rolu barədə maraqlı söhbət açır.

    Keywords: həyat qabiliyyətli inkişaf, iqlimin dəyişməsi, təzyiq qrupları, ekofeminizm, ətraf mühitin müdafiəçiləri, ticarət

    Forum for the Future
    Gələcək naminə Forum


    Böyük Britaniyanın QHT-lərindən olan bu Forum 1996-cı ildə ətraf mühitin fəal müdafiəçilərindən olan üç qadın - Conatan Porritt, Sara Parkin və Paula Yekins tərəfindən təsis edilmişdir. Forum müxtəlif proqramlardan ibarətdir:

    1. Təbii addım təşəbbüsü-bu layihə planetimizin ekoloji sistemini qoruyub saxlamaq üçün dörd əsas şərtin təmin edilməsinə yönəlmişdir.
    2. Həyat qabiliyyətli qənaət proqramı.
    3. Universitet və kolleclərdə ekoloji təhsil proqramı.
    4. Məktəbəqədər müəssisələrdə ekoloji tərbiyə və təhsil proqramı.

    Keywords: işgüzar etika, həyat qabiliyyətli işgüzar keyfiyyətlər, insan hüquqları, ətraf mühit, ekofeminizm, əmək

    European Commission: Environment
    Ətraf mühit üzrə Avropa Komissiyası


    Ətraf mühit üzrə Avropa Komissiyasının saytında ətraf mühitin qorunmasına dair Avropa qanunvericiliyi haqda informasiya, ekoloji layihələrin maliyyələşdirilməsi imkanları təsvir edilmişdir.

    Saytdakı audiovizual material və çoxsaylı informasiya bülletenlərinin tam mətni Avropa İttifaqının rabitə strategiyasının bütöv mənzərəsini əks etdirir.

    Keywords: həyat qabiliyyətli inkişaf, iqlimin dəyişməsi, havanın keyfiyyəti, Avropa Şurası, təbii ətraf mühit, ətraf mühitin qanunauyğunluğu, iqlim, havanın çirkləndirilməsi, suyun keyfiyyəti, şəhər ətraf mühiti, ətraf mühitin mühafizəsi, biotexnologiya, şüalanmadan müdafiə, Avropa komissiyası, sosial siyasət

    Global Environmental Protection in the 21st Centyru
    21-ci əsrdə ətraf mühitin Qlobal Mühafizəsi


    Bu sayt beynəlxalq ətraf mühit qanunları Mərkəzinə məxsusdur. Mərkəzin rəhbəri Diana Hunter, 1992-ci ildə Rio-de-Caneyroda başlanmış "Yer kürəsini müdafiə edək" proqramının təşəbbüsçüsüdür.

    Bu böyük beynəlxalq təşkilatın üstünlük verdiyi əsas istiqamətlər bunlardır: beynəlxalq transkorporasiyalar və ətraf mühitin mühafizəsi, həmçinin zəif inkişaf etmiş ölkələrdə iqtisadi inkişaf və ekoloji təhsil.

    Saytda ekofenizmə dair mühüm materiallar təqdim edilmişdir:

  • statistik informasiya,
  • ekologiyada liderlik və lider-qadınlar haqda söhbətlər,
  • ekoloji QHT-nin nailiyyətləri tarixi,
  • ətraf mühitin mühafizəsinin beynəlxalq qanunları və prinsipləri.


  • Keywords: coğrafiya, BMT, ətraf mühit, qanun, iqtisadiyyat, elmin sosial araşdırmaları, siyasət, ətraf mühitin mühafizəsi, qlobal istiləşmə, ekofeminizm, dünya ticarəti, iqtisadi inkişaf, Birləşmiş Millətlər Təşkilatı

    Latvijas Republikas Vides aizsardzobas un remionblbs attostobas ministrija
    Alternative Title: Ministry of Environmental Protection and Regional Development of the Republic of Latvia
    Alternativ adı: Latviya Respublikasının regional inkişaf və ətraf mühiti müdafiə nazirliyi


    Latviya Respublikası regional inkişaf və ətraf mühiti müdafiə nazirliyi ekofeministik təşkilat öncüllərini seçərək, rəsmi sənədlər arasında öz ölkəsinin ekoloji QHT-ləri haqqında məlumat yerləşdirmişdir.

    Alternative Title: Ministry of Environment and Water
    Alternativ adı: Ətraf mühit və Sular nazirliyi


    Bolqar Ətraf mühit və Sular nazirliyinin saytında ətraf mühiti müdafiə etmək planları və milli strategiya detalları, ətraf mühitə aid qanunvericiliyin tam mətni saxlanılır.

    Həmçinin, Bolqar ətraf mühiti barədə məlumat mənbələrinin tam kataloqu mövcuddur. Xüsusi bir səhifə bolqar qadın QHT-yə ayrılmışdır.

    Keywords: ətraf mühitin müdafiəsi, ətraf mühitin idarə edilməsi, təbii ətraf mühit, ətraf mühitin qanunvericiliyi

    Environmental Outlook
    Alternative Title: Albany Law Environmental Outlook
    Ətraf mühitin proqnozu
    Alternativ adı: Albaniyada ətraf mühitin hüquqi proqnozu


    Saytda Albaniyada Hüquq Universiteti tələbələri tərəfindən nəşr olunan jurnal təqdim olunmuşdur (ABŞ, Nyu-York ştatı). Jurnalda ətraf mühit sahəsində ictimai siyasət haqqında məqalələr dərc edilir. Məqalələrin müəllifləri praktik həkimlər, hüquqşünaslar, ekoloji QHT-nın üzvləri və Universitetin professorlarıdır

    Ətraf mühitin qender problemlərinə həsr olunmuş səhifələr, ekoloji saf ərzaqlarla əlaqədar qadın sahibkarlığının imkanları haqda söhbət açır.

    Keywords: hüquqi jurnal, Qanun, ətraf mühitin müdafiəsi, ətraf mühitin idarə edilməsi, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ştatlar, ətraf mühit haqda qanunlar, ekofeminizm, kütləvi siyasət

    Environmental Protection Agency (EPA)
    Alternative Title: An Ghniomhaireacht um Chaomhn Comhshaoil
    Ətraf mühiti müdafiə agentliyi


    İrland ətraf mühiti müdafiə agentliyi saytında yüksək, ancaq real ətraf mühiti müdafiə standartları, həyat qabiliyyətli və tarazlaşdırılmış inkişaf prinsiplərinin idarə edilməsi təqdim edilmişdir.

    İrland ətraf mühiti müdafiə agentliyi bütün dünya QHT-ı üçün ekoloji menecment üzrə treninqlər keçirir.

    Keywords: həyat qabiliyyətli inkişaf, ətraf mühitin müdafiəsi, ətraf mühitin idarə edilməsi, təbii ətraf mühit, ekoloji menecment, treninqlər

    Swedish Environmental Protection Agency
    İsveç ətraf mühiti mühafizə idarəsi
    Alternativ adı: SEPA


    İsveç ətraf mühiti mühafizə idarəsinin saytında ətraf mühit haqqında hazırlanmış, İsveç parlament və hökumətinə təqdim edilmiş və qəbul olunmuş materiallar əks olunmuşdur.

    Sayt yerli hakimiyyət orqanlarının ictimai təşkilatlarla birgə fəaliyyəti haqda geniş materialları ilə QHT-lər üçün daha maraqlıdır. Əsasən, qadın ekoloji təşkilatları fərqlənirlər. Onlar İsveçin ekoloji hərəkatında liderdirlər və tez-tez QHT-lər arasında birgə proqramların sponsoru kimi çıxış edirlər.

    Sayt verilənlər bazasına, İsveç ətraf mühiti mühafizə agentliyi kitabxanası kataloquna Ətraf mühit üzrə İsveç və beynəlxalq ədəbiyyatlara 45000-dən çox istinadla daxil olma imkanına malikdir.

    Keywords: İsveç, təbii ətraf mühit, ətraf mühitin korlanması, qeyri-hökumət təşkilatları, ekofeminizm

    Ministerstwo Srodowiska
    Alternative Title: Ministry of Environment
    Alternativ adı: Ətraf mühit Nazirliyi


    Polşa Ətraf mühit Nazirliyi saytında ekoloji hüquqa dair qanunverici baza, ekologiyaya dair Polşa və beynəlxalq ədəbiyyat təqdim edilmişdir. Saytda Polşa QHT-in, həmçinin ekofeministik fəaliyyət açıqlanır

    Keywords: ətraf mühitin müdafiəsi, ətraf mühitin idarə edilməsi, ətraf mühitin qanunvericiliyi, ekofeminizm, təbii ətraf mühit

    Danmarks Milj unders gelser (DMU)
    Alternative Title: National Environmental Research Institute of Denmark (NERI
    Alternativ adı: Danimarka Ətraf mühit Milli elmi-tədqiqat institutu (NERI)


    Danimarka Ətraf mühit Milli elmi-tədqiqat institutu (NERI) - donoru Danimarka Ətraf mühit və Enerji nazirliyi olan müstəqil elmi-tədqiqat institutudur.

    NERI iri sahibkarlığa ekokonsaltinq xidmətlər göstərir və ictimai təşkilatlara ekologiya problemləri üzrə təmənnasız məsləhətlər verir. Neri "Saf sular" proqramı çərçivəsində Şərqi Avropa ölkələrinin qeyri-hökumət təşkilatları üçün kiçik qrantlar ayırır. Xüsusilə ekologiya sahəsində fənlərarası tədqiqatlar və Danimarka QHT-ı ilə birgə hazırlanmış layihələr həvəsləndirilir.

    Keywords: ətraf mühitin müdafiəsi, təbii ətraf mühit, fənlərarası tədqiqatlar

    United States Environmental Protection Agency
    Alternative Title: EPA
    Birləşmiş Ştatların ətraf mühiti mühafizəsinin idarə edilməsi
    Alternativ adı: EPA


    EPA saytında ekologiyanın aktual problemləri agentliyi tərəfindən başlanmış tədqiqat proqramları təqdim edilmişdir. ABŞ-ın ən yaxşı qadın QHT-nın təqdimatı olan ekofeminizmə həsr olunmuş səhifə ayrılmışdır.

    Həmçinin elmi-texniki sənədlər paketi maraq doğurur.

    Keywords: təbii ətraf mühit, statistika, ABŞ, hökumət təşkilatları, ətraf mühit qanunvericiliyi

    Umweltbundesamt
    Alternative Title: Federal Environmental Agency
    Alternativ adı: Ətraf mühit Federal Agentliyi


    AFR-ın Ətraf mühit Federal Agentliyinin ikidilli (alman, ingilis) saytında həyat qabiliyyətli inkişaf və ictimai sağlamlıq haqqında materiallar təqdim edilmişdir. Təbabətin tərəqqisi və təbii reproduksiya müddətinin uzanması ilə əlaqədar qadınların reproduktiv funksiyalarının dəyişməsi haqqında məlumatlar maraqlıdır.

    Keywords: ətraf mühitin idarə edilməsi, ətraf mühitin saxlanılması, təbii ətraf mühit, ekofeminizm, reproduktivlik, statistika, Almaniya

    Umhverfisrbruneytir
    Alternative Title: Ministry for the Environment
    Umhverfisrbruneytir
    Alternativ adı; Ətraf mühit Nazirliyi


    İslandiya Ətraf mühit Nazirliyinin saytında 1990-cı ildən toplanmış sanitar gigiyena və ekoloji təmiz ərzaq məhsulları problemi barədə maraqlı materiallar təqdim edilmişlər. Çox vaxt bu proqramların subpodratçısı kimi qadın ekoloji QHT-i çıxış edirlər.

    Keywords: təbii ətraf mühit, ətraf mühitin idarə edilməsi, ətraf mühit qanunvericiliyi, müəssisələr

    Baltic Marine Environment Protection Commission
    Alternative Title: Helsinki Commission
    Ətraf mühitin müdafiəsi üzrə Baltik Dəniz Komissiyası
    Alternativ adı: Helsinki Komissiyası


    Ətraf mühitin müdafiəsi üzrə Baltik Dəniz Komissiyasının saytında 1992-ci ildən Baltik dənizi ekologiyasının müdafiəsində QHT-nın, o cümlədən, qadın təşkilatlarının rolu barədə hər cür məlumatı tapmaq olar.

    Yer kürəsinin su hövzəsinin qorunması problemi nə aid məqalələrin və elmi nəşrlərin geniş kataloqu (3000) təqdim edilmişdir.

    Keywords: Helsinki Komissiyası, HELCOM, Baltik dənizi, təbii ətraf mühit, dəniz çirklənməsi

    Elektronickb Environmentblnn Knihovna
    Alternative Title: Electronic Environmental Library, Elektronische Umweltbibliothek
    Elektronickb Environmentblnn Knihovna
    Alternativ adı: Ətraf mühitin Elektron Kitabxanası


    Saytda ətraf mühit problemləri üzrə elektron kitabxana təqdim edilmişdir. Saytın materialları Çex Ətraf mühit Nazirliyi tərəfindən hazırlanmışdır. Nəşrlərə alman və ingilis dillərində daxil olmaq mümkündür. Çex Respublikasında ekofeminizm barəsində materiallar maraqlıdır.

    Keywords: nəşrlər, ətraf mühit, ətraf mühitin müdafiəsi, statistika

    Economy and Environment
    İqtisadiyyat və Ətraf mühit
    Saytda amerika ətraf mühiti mühafizə İdarəsinin "İqtisadiyyat və Ətraf mühit" proqramı əks olunmuşdur. Proqram iqtisadiyyat ilə ətraf mühiti müdafiə üzrə idarəetmə arasında qarşılıqlı münasibət və ziddiyyətləri tədqiq edir, ekoloji problemlərin həllində menecmentin üstünlükləri və iqtisadi xeyrin təhlili verilir.

    Həmçinin ətraf mühitə təsirin iqtisadi qiymətini almış 1200 tədqiqatdan ibarət verilənlər bazası və QHT-ın, o cümlədən, ekofeministik təşkilatların cəlb olunduğu bütün layihələrin verilənlər bazası mövcuddur.

    Keywords: həyat qabiliyyətli inkişaf, çirklənməyə nəzarət (idarəetmə), iqtisadiyyat

    Ministire de l'Amynagement du Territoire et de l'Environnement
    Alternative Title: Ministry of the Environment, Ministerium fğr Raumplanung und Umwelt
    Ministire l'Amynagement du Territoire i l'Environnement
    Alternativ adı: Ətraf mühit Nazirliyi


    Fransız Ətraf mühitNazirliyi saytında qeyri-hökumət ekoloji təşkilatların fəaliyyəti əks olunan dörd şöbə təqdim edilmişdir: ekoloji menecment və inkişaf; su ehtiyatlarının qorunması; risklərin profilaktikası; ekoloji təhsil. Məlumatlar fransız və ingilis dillərindədir.

    Keywords: təbii ətraf mühit, ətraf mühitin idarə edilməsi, ətraf mühitin saxlanılması, qeyri-hökumət təşkilatları, ətraf mühitin müdafiəsi, təbiət xüsusiyyətlərinin qorunması

    Ministry of Natural Resources and Environmental Protection of Belarus
    Belarus Respublikası təbii sərvətlərin və ətraf mühitin mühafizəsi Nazirliyi


    Belorus Respublikası təbii sərvətlərin və ətraf mühitin mühafizəsi Nazirliyinin saytında qeyri-hökumət ekoloji təşkilatlarla birlikdə keçirilmiş Dəyirmi masaların materialları təqdim edilmişdir. Belovej meşələrindəki qoruğun qorunub saxlanılması üzrə QHT-ı ilə hökumət strukturlarının birgə apardığı işlər haqda materiallar xüsusilə maraqlıdır.

    Keywords : ətraf mühitin müdafiəsi, ətraf mühitin saxlanması, təbiətlər, təbii ətraf mühit

    International Council for Local Environmental Initiatives Alternative Title: ICLEI
    Ətraf mühitin müdafiəsi üzrə Yerli Təşəbbüsçülər üçün Beynəlxalq Şura
    Alternativ adı: ICLEI


    Ətraf mühitin müdafiəsi üzrə Yerli Təşəbbüsçülər üçün Beynəlxalq Şura (ICLEI) - beynəlxalq agentlik olub, 1990-cı ildə BMT, Yerli Hakimiyyətlərin Beynəlxalq İttifaqı (IULA) və Yaradıcı Diplomatiya Mərkəzinin ətraf mühit üzrə proqramın birgə layihəsi çərçivəsində yaradılmışdır. ICLEI"S-in məqsədi: ətraf mühitin müdafiəsində yerli cəmiyyətlərə kömək etməkdir

    ICLEI saytında "Slearinghouse" proqramı və QHTilə yerli hakimiyyət orqanlarının birgə fəaliyyətinin üsulları verilmişdir. Layihələrin çoxu QH qadın təşkilatları üçün nəzərdə tutulmuşdur. Ekoloji təhsil proqramı təqdim edilmişdir.

    ICLEI qrant proqramları, seminarlar və ICLEI konfransları haqda məlumatlar mövcuddur.

    Keywords: yerli hakimiyyət orqanı, ətraf mühitin idarə edilməsi, şəhər ətraf mühiti, QHT, həyat qabiliyyətli inkişaf

    Living Earth: Ideas Into Action
    Alternative Title: Living Earth Foundation
    Yerin həyat qabiliyyəti: İdeyaları fəaliyyətə
    Alternativ adı: Yerin həyat qabiliyyəti fondu


    Yerin həyat qabiliyyəti fondu - beynəlxalq təşkilatdır, vəzifəsi ekoloji təhsildir. Fond yerli icmalar və biznes-strukturlarla birgə işləyir. Fond proqramlarının provayderi qeyri-hökumət təşkilatlarıdır.

    Ekofeminist fəal proqramlar Kamerun, Venesuela, Braziliya, Kosta-Rika, Nigeriya və Bolqarıstanda yerinə yetirilmişdir. Onlar şəxsi sektorun və qeyri-kommersiya təşkilatlarının maraqlarını aydınlaşdırmağa kömək edirdilər. Saytda QHT üçün müəllimlərin, peşəkar siyasətçilərin, şəxsi və qeyri-kommersiya sektorlarının liderlərinin iştirakı ilə fəal şəbəkələrin inkişafı üzrə konfranslar keçirilir.

    Fond tədris prosesində yerli, milli və beynəlxalq ehtiyatlardan istifadə edir.

    Keywords: bioloji müxtəliflik, ətraf mühit, ətraf mühitin müdafiəsi, çirklənmə, əhali, QHT, ekofeminizm, mədəni plüralizm, ekoloji təhsil
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb