Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və mədəniyyət



AVIVA: Women's World-Wide Web

Beynəlxalq qadın şəbəkəsi, London. Təşkilatın məqsədi: bütün dünya üzrə qadınlar və qadınlar qrupları arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyi. Praktiki fəaliyyət: jurnal, qadın qruplarının, kursların, resurs təşkilatların və tədbirlərin pulsuz soraq kitabçalarının; xəbərlər bülletenlərinin nəşri; "Qadın-rəssamlar" Qalereyasının təşkili. Saytda-qadın hərəkatı barədə informasiya; beynəlxalq qadın hərakatı haqqında məlumatlar var. Dil: ingilis

Glasgow Women's Library

"Glasgow Women"s Library" ("Qlazqoda qadın kitabxanası") - qadınlar üçün və qadınlar haqda, 1300 üzvü olan kitabxananın saytıdır. Bu, məlumat, arxiv və ehtiyat mərkəzi, kitabları evə buraxan kitabxanadır. Saytın bölmələri: "Xidmətlər"(kitabxana xidmətlərinin xarakteristikası), "Qadınlar işdə" (Şotlandiyada incəsənətdə, servis və biznesdə peşəkar-qadınlar), "Yeniliklər", "Bülleten", "Lesbi arxivi və informasiya mərkəzi". Dil: ingilis

International Federation of University Women (IFUW)

Universitet təhsilli qadınların Beynəlxalq federasiyası - 67 milli federasiya və assosiasiyanın 180000-dən çox üzvünü birləşdirən qeyri-hökumət təşkilatıdır. Federasiyanın məqsədi: qadın və qızların vəziyyətini yaxşılaşdırmaq, təhsilin inkişafına kömək etmək, qadın hüquqlarını müdafiə etmək, sülhməramlı fəaliyyəti dəstəkləməkdir. IFUW müvafiq proqramların qrantvericisidir. Dil: ingilis

IIAV: International information centre and archives for the women's movement

Beynəlxalq informasiya mərkəzi və qadın hərəkatının arxivləri (IIAV) - qadın tədqiqatları ilə məşğul olan, qadınların vəziyyətini öyrənən və müvafiq informasiya təqdim edən Milli tədqiqat mərkəzidir (Niderland). Saytın bölmələri: "Ümumi informasiya", "Xidmətlər", "Kolleksiyalar"(Mərkəzin dövrü nəşrləri və kitabları haqda informasiya), "Verilənlər bazaları" (kataloqlar, arxivlər, qadın tədqiqatlarına aid verilənlər bazaları), "Nəşrlər", "Qadın informasiya dünyası" (bütün dünya üzrə qadın arxivlərinin, sənəd mərkəzlərinin və kitabxanaların verilənlər bazası), "Nou-xau konfransları", "Jurnal" (feminizm, mədəniyyət və elm haqqında jurnal), "Qender və su" ("Qender və su" mövzusunda qadın təşkilatlarının ekoloji konfransı), "2000-ci ildə Avropa qadınlarının aksiyaları" (eyni adlı təşkilatın saytına istinad). Dil: ingilis, holland

National First Ladies' Library

Birinci ledilərin milli kitabxanası. Məqsəd - adamların, Amerikanın Birinci ledilərinin tərcümeyi-hallarını və onların milli tarixə tövhəsini öyrənmək imkanına malik olması mərkəzinin yaradılması. Kitabxana tədqiqatlar üçün materiallar təqdim edir, on-layn biblioqrafik verilənlər bazası və tarixi sənədlərin ixtisaslaşmış şöbəsidir. Dil: ingilis

Once and Future Action Network (OFAN)

"Həm keçmidə, həm də gələcəkdə" aksiyalar şəbəkəsi qender problemlərinin həllinə, eləcə də elm və texnologiya sferasına qadınların töhfələrini işıqlandıran əşkilatların beynəlxalq konsursiomudur.şəbəkənin adı qadınların keçmişdə elm və texnologiya sahəsində rolunu əks etdirməklə yanaşı, həm də gələcəkdə onların rlunu daha da güclənldirmək zərurətinə diqqəti cəlb edir. OFAN insanların inkişafına, ətraf mühitin mühafizəsinə yönəlmiş və qender faktorunu nəzərə alan elmin və texnologiyaların inkişaf etdirilməsi üçün BMT-nn peşəkar, akademik nümayəndəliklərinin təşkilat vəşəbəkələrinin birləşdirir. OFAN müxtəlif beyəlxalq siyasi formlarda, o cümlədən qadınların vəziyyəti məsələlərinə həsr olunmuş 4-cü Pekin ümumdünya konfransında həmin mənafeləri təmsil etmişdir. Saytda "Gündəlik hesabatlar və pres-rerizlər", "OFAN", "Ecowoman", "Təhsil sahəsində çalışan Afrika qadınlarının Federasiyası", "Qadınlar dünya elmində və texnologiyasında" və başqa bölmələr vardır. Dil: ingilis

Women In Science, Engineering And Technology (WITEC)

"Qadınlar elmdə, texnikada və texnologiyada" adlı məlumat bazası Hallam Şeffild adına Universitet (Sheffield Hallam University) tərəfindən işlənib hazırlanmışdır. Burada həmin sahələrdə çalışan avropalı mütəxəssis qadınlar barədə informasiya toplanmışdır. Keçirilən tədbirlər, xəbərlər, bərabər imkanlar yaradılmasının tarixi perspektivləri, Avropada və Böyük Britaniyada bərabər imkanların təmin edilməsi ilə məşğul olan təşkilatlar barədə məlumatlar vardır. Dil: ingilis, alman, fransız

Women's Documentation Center Library

Bolonya şəhərindəki Qadın Sənədləri Mərkəzinin Kitabxanası - İtaliyada qender araşdırmalarına dair ən zəngin kitabxanadır. Burada feminizm, iş, siyasət, qanunvericilik, seksuallıq, moda. İncəsənət, tarix, elm, din, fəlsəfə, psixologiya, psixoanaliz, təhsil, ədəbi tənqid, poeziya və belletristika sahələrində qadınların dünyabaxışı tədqiq edilir və ümumiləşdirilir. Kitabxana on yeddinci əsrin axırlarında həm siyasətdə, həm də tədqiqat işində fəal mövqe tutan bir qrup qadının birləşdiyi "Orlando" Assosiasiyası tərəfindən təsis edilmişdir. Bu kitabxananın genişləndirilməsi layihəsi bəyənilmişdir. Həmin layihə həyata keçiriləndən sonra o, ilk milli qadın kitabxanası və arxiv olacaqdır. Dil: İngilis

Women.library.kr.ua

"Women.library.kr.ua" Ukraynada ilk qadın QHT-yə - Kirovoqrad Qadın İnformasiya Mərkəzinə məxsusdur. 1996-cı ildə Kirovoqrad regional kitabxanasının əməkdaşları tərəfindən qadın hərəkatının müxtəlif aspektlərinə və istiqamətlərinə aid informasiya bazası kimi yaradılmış bu saytın məqsədi - həyatın bütün sahələrində qadınlarla kişilərin bərabərliyinə nail olmaqdır. Təşkilat əsas diqqəti təhsil məsələlərinə, qadınların liderliyi, qadınların insan hüquqları, informasiyadan istifadə etmək imkanı, evdə zorakılıq mövzuları üzrə araşdırmalara yönəldir. Mərkəz regiondakı qadın QHT-lərinə və qadın araşdırmalarına aid məlumat bazasını işlək vəziyyətdə saxlayır. Saytın bölmələri: "Təşkilatın məqsəd və vəzifələri", "Bizim fəaliyyətimiz", "Kirovoqrad vilayətindəki qadın təşkilatları". Dil: ingilis, ukrayna

Qadın informasiya şəbəkəsi

"Qadın informasiya şəbəkəsi" (JenSet) müstəqil qeyri-kommersiya təşkilatı 1996-ci ildə qeydiyyata alınmışdır.

Təşkilatın məqsədi - cəmiyyətdə qadın statusunun artırılması; fəaliyyət regionu - Rusiya və MDB. Fəaliyyət istiqamətləri arasında: qadın hərəkatı haqda informasiyanın yayılması, Rusiya və MDB qadın təşkilatlarının verilənlər bazasının idarə edilməsi; qadın hərakatının təmin edilməsi və informatik inkişaf üzrə Moskva və ayrı-ayrı təşkilatları üçün təhsil seminarlarının keçirilməsi; "Rusiyada qadın hüquqları. Qanunvericilik və təcrübə" jurnalının, "Biz və işlərimiz haqda" bülleteninin nəşri; arxiv fəaliyyətı, "Rusiya qadınları XX əsrdə. Düvrün təcrübəsi" SD-ensiklopediyasının yaradılması; seçki kompaniyalarında qadınların maraqlarının lobbiləşdirilməsi üzrə regional qadın təşkilatları ilə birgə layihə; qadın maraqlarının irəliləməsi, qadın hüquqlarının müdafiəsi məsələlərində hökumət strukturları ilə qarşılıqlı münasibət. Saytın bölmələri: "Biz kimik"; "Yeniliklər" (Qadın hərəkatı iştirakçiları üçün qender təhsili, konfranslar, əhəmiyyətli beynəlxalq tədris proqramları və təcrübə keçmə haqda informasiya materialları); "Biz və bizim işlər haqda"; "Rusiyada qadın hüquqları"; ""Ciset+" verilənlər bazası"(ictimai qadın təşkilatlarının verilənlər bazası) və "CD-ROM" (Rusiya qadınları XX əsrdə. Dövrün təcrübəsi" CD-ensiklopediyasının yerləşdiriləcəyi yer). Dil: rus.

Fundacion mujeres en igualdad Alternative Title: History of Women in Equality Foundation Argentinanın bu qeyri-hökumət təşkilatı 1989-cu ildə yaradılmışdır. O, Argentinanın qadın hərəkatında və siyasi həyatında fəal iştirak edir. Təşkilata daxil olan qadınların peşələri və siyasi baxışları müxtəlifdir. Bu qadınları birləşdirən gəhət-ətraf mühiti qorumaq arzusudur. Onların fikrincə, müdafiə texnologiyalarını yalnız demokratiyanın inkişafı və qadınların özlərinin geniş əhatəli fikirlərinin nəzərə alınması sayəsində mə"min etmək mümkündür.

M. E.I. Qadınların sağlamlığı və ekologiya, qadınların mülki, siyasə və insan hüquqları problemlərinə həsr olunmuş beynəlxalq konfranslar keçirir, mətbu və virtual jurnallar buraxır, xarici sosial və təbii mühitin harmoniyasının pozulması amilləri olan ev zorakılığı və sosial zorakılıq məsələlərinə xüsusi diqqət yetirilir.

Saytda beynəlxalq simpozium və seminarlar barədə geniş informasiya, eləcə də həmin forumlarda qəbul edilən sənədlərin tam mətni vardır. Ekofeminizm problemlərini öyrənən QEYRİ-HÖKUMƏT qadın təşkilatları barədə informasiya saytı da çox zəngin mə"lumatlara malikdir.

Keywords: Demokratik dövlətlər, qadınlar, feminizm, qender, nəsil, demokratiya, siyasət, bərabərlik

Təhsilin inkişafının xülasəsi

Boston kollecinin magistrləri tərəfindən yaradılmış bu saytda 1780-ci ildən 1999-cu ilədək ABŞ-da təhsil proqramlarının inkişaf meylləri barədə informasiya toplanmışdır. Məlumat bazası qender nəzəriyyəsinin sosial, iqtisadi, dini və irqi problemlərini işıqlandırır. Saytda təhsil və mədəniyyət proqramları da təqdim edilir. Bu sayt vasitəsilə Amerika muzeylərinin saytlarına müraciət etmək olar.

Keywords: curriculum development, historical research, history, learning methods, USA, educational systems and institutions, multicultural education, vocational education

Açar sözləri: tədris planının inkişafı, tarixi tədqiqatlar, tarix, idrak metodları, ABŞ, təhsil sistemləri və təhsil müəssisələri, multimədəni təhsil, peşə-texniki təhsil
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb