Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və KİV



Center for Women's Global Leadership

Saytda dünya qadın liderliyi Mərkəzinin (Nyu-Cersi, ABŞ) - "Pekin+5" mövzusuna aid informasiya verilir. Saytın bölmələri: "Mərkəz barədə", "Siyasi proqram və qadın hüquqlarının qorunmasına dair proqram", "Bütün dünyada qadınların liderliyinin və təhsilinin inkişafı proqramı", "Siz nə edə bilirsiniz", "Nəşrlər", "Mərkəz yenilikləri", "Məqalələr və resurslar", "İstinadlar"(qadın problemləri üzrə təşkilatların saytlarına istinadlar). Dil: ingilis

Diana: Women's Human Rights Resources

"Diana: İnsan qadın hüquqları üzrə resurslar" saytı - "Diana" (ABŞ) insan hüquqları üzrə verilənlər bazasının bir hissəsidir. Bir sıra hüquq kitabxanalarının, insan hüquqlarını müdafiə edən universitet mərkəzlərinin və başqa qeyri-dövlət təşkilatlarının birgə təşəbbüsü ilə işlənilib hazırlanmış, insan hüquqlarına dair tədqiqat sahəsində geniş, müasir və nüfuzlu məlumatlar bazasını yaratmaq məqsədilə birləşmişlər. Saytın hər sonrakı hissəsində məqalələr, sənədlər və başqa saytlara istinadlar təqdim edilmişdir.

"Konfranslar", "Konvensiyalar", "Evdə zorakılıq", "Təhsil", "Bərabərlik", "Feminist nəzəriyyə", "Qızlar", "Sağlamlıq və rifah", "İnsan hüquqları", "Yerli əhali qadınlarının problemləri", "İş və işlə təmin edilmə", "İzdivac və ailə həyatı", "Fahişəlik", "İrq və qender məsələləri", "Millət və vətəndaşlıq", "Siyasi hüquqlar/Siyasi iştirak etmə", "Mülkiyyət hüquqları/mənzil hüququ", "Qaçqınların/ mühacirlərin hüquqları", "Din və mədəniyyət", "Reproduktiv hüquqlar", "Seksual oriyentasiya", "Kuləlik və qadınlarla alver", "Sosial və iqtisadi rifah", "Qadınlara qarşı zorakılıq", "Qadınların ümumi hüquqları". Dil: ingilis

Karat Coalition

Karat Coalition" - 1997-ci ildə Varşavada yaradılmış Mərkəzi və Şərqi Avropanın 11ölkəsinin qadın qeyri-hökumət təşkilatlarının regional şəbəkəsidir. Əsas məqsədlər - Qadın problemlərinə aid (Pekin, 4-15 sentyabr 1995-ci il) BMT-nin Dördüncü Ümumdünya konfransında irəli sürülmüş "Fəaliyyət Platforması" proqramının həyata keçirilməsi yolu ilə faktiki qender bərabərliyini inkişaf və təmin etmək; regionu beynəlxalq səviyyədə təmsil etməkdir. Koalisiyanın vəzifələri: region qadınlarını hakimiyyət orqanlarında iştiraka cəlb etmək; qadın qeyri-hökumət təşkilatlarının demokratik islahatlar prosesində rolunun güclənməsi; təcrübə və ideya mübadiləsi, həmçinin regionun qeyri-hökumət təşkilatları arasında daimi və müntəzəm əlaqəni təmin etmək; keçid dövrü ölkələrində müxtəlif qadın qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətə cəlb olunması üçün imkanların genişləndirilməsi. Saytın bölmələri: "Karat Coalition haqqında", "Struktur və üzvləri", "Fəaliyyət", "Sənədlər" (Albaniya, Bolqarıstan, Çexiya, Polşa, Rumıniya, Rusiyada çıxan "Fəaliyyət platforması" kitabçaları-1998-ci il; qadınların vəziyyəti haqda BMT Komissiyasının 43-cü sessiyası üçün (Varşava,1999-cu il) hazırlanmış, qadınların irəli çəkilməsinin ictimai mexanizmləri haqqında regional hesabatın mətni), "Yeniliklər və elanlar", "Karat Coalition on-layn müzakirəsi (ancaq üzvlər üçün)". Dil: ingilis

Women in National Parliaments

("Women in National Parliaments") "Qadınlar milli parlamentlərdə" səhifəsində 2000-ci il aprelin 15-ə olan vəziyyətdə 177 ölkənin parlamentləri barədə parlamentlərarası ittifaq tərəfindən təqdim edilmiş statistik informasiya vardır (parlamentlərin aşağı və yuxarı palataları üzrə ayır-ayrılıqda: seçkilərin tarixi, parlamendəki yerlərin sayı, qadınlar tərəfindən tutulan yerlərin sayı, qadınların faiz nisbəti). Dil: ingilis

Les Verts
Les Verts -Fransa Yaşıl partiyası.

Saytda siyasi həyatın müasir problemləri və onların ekoloji problemlərlə qarşılıqlı əlaqələri haqqında informasiya təqdim edilib. 1996-cı ildən ekofeminizm barədə materiallar nümayiş etdirilir.

Keywords: Fransa siyasi partiyaları, ətraf mühit uğrunda hərəkatlar, ətraf mühitin müdafiəçiləri, ekologiya, ekofeminizm, ətraf mühitin saxlanması

"Politically correct"- sonservative political cartoons by m Huber
"Siyasi korrektlik"- Liz Huberin mühafizəkar siyasi multiplikasiyaları

Bu sayt Liz Huberin 1994-cü ildən bu günədək dərc edilmiş siyasi multiplikasiyalar toplusundan istifadə olunmasını təmin edir. Ekoloji yönümlü karikaturalar ətraf mühitin müdafiəçilərinin mövqelərini əks etdirir.

Arxivdə Amerikanın keçmiş prezidenti Bill Klintonun ekoloji karikaturaları, Monika Levinski ilə bağlı qalmaqal öz əksini tapmışdır. Burada Balkanlarda müharibə dövründə ABŞ-ın "müdafiə" siyasəti nəticəsində Kosovoya vurulmuş ekoloji ziyana həsr edilmiş karikaturalar da vardır.

Keywords: siyasi multiplikasiyalar, Birləşmiş Ştatlar, mühafizəkarlıq, siyasi partiyalar
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb