Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və İqtisadiyyat



European Women's Lobby (EWL)

"Avropa qadın lobbisi"- AŞ üzvü olan 15 ölkədə milli və avropa qadın qeyri-hökumət təşkilatlarının əlaqələndirmə orqanıdır, qadınlara qarşı bütün zorakılıq formalarının kökünü kəsmək məqsədilə yaradılmışdır. Saytın bölmələri: "İnformasiya"(yeniliklər); "Fəaliyyət"; "Mövzular"("Zorakılıq", "İnformasiya cəmiyyətləri/Yeni texnologiyalar", "İşə düzəlmə/əmək bazarı", "Struktur fondlar", "İrqçilik və ayrı-seçkilik ilə mübarizə" və s.); EWL (EWL haqda məlumat: məqsəd və vəzifələri, strukturu, partnyorlar); "Xidmətlər" (nəşrlər haqda informasiya, qadın mövzusuna dair başqa saytlara istinad). Dil: ingilis, fransız

GlobeWomen.com

Bu saytı yaratmaqda məqsəd - bütün dünyada müəssisə sahibləri və peşəkar idarəetmə işçiləri olan qadınların xarici əlaqələrini asanlaşdırmaqdan ibarətdır. Bu əlaqələr həmin qadınların dünya bazarının aparıcı iştirakçılarına çevrilmələrinə kömək edə bilər. Saytın "Qadınların ümumdünya zirvə toplantısı" adlı bölməsi lider qadınların 1990-cı ildə başlanmış dəyişikliklərin ideya və strategiyalarına yol açan aparıcı foruma çevrilmiş beynəlxalq qarşılıqlı əlaqələri barədə informasiyanı, eləcə də qərarların qəbul edilməsi üçün məsuliyyət daşıyan və ya ictimai rəyin formalaşmasında güclü təsirə malik olan qadınlar arasında şəbəkə yaradılması barədə infomasiyanın yayılmasını təmin edir. "İşgüzar qadınların ümumdünya şəbəkəsi" bölməsi dünyanın müxtəlif qitələrində yaşayan qadınlar arasında peşəkar və işgüzar münasibətlərin inkişaf etdirilməsinin əsas komponentidir. Saytın bu bölməsi dünya bazarının imkanları, maliyyələşdirmə və kapitallaşdırma, qadınların başçılıq etdiyi təşkilatlar barədə inflormasiyanı, işgüzar qadınlar üçün faydalı olan digər məlumatları yaymağı təmin edir. Saytın "İdarəetmə sahəsində çalışan qadınların beynəlxalq birliyi" bölməsi saytın istifadəçilərini müxtəlif ölkələrdə aparıcı korporasiyaların idarə heyətlərində çalışan qadınlar barədə informasiya ilə təmin edir, qadınlar tərəfindən idarə edilən şirkətlərin uğurları barədə müqayisəli məlumatlar və konfranslar barədə elanlar təqdim edir. Dil: ingilis

Women in Informal Employment: Globalizing and Organizing (WIEGO)

"Qadınlar qeyri-formal məşğulluq sahəsində: qloballaşma və təşkilatlanma prosesi" - təşkilatların və ayrı-ayrı şəxslərin ümumdünya miqyaslı koalisiyasıdır. Onların fəaliyyəti statistikanın təkmilləşdirilməsi, tədqiqatlar aparılması, müəyyən siyasətin və müvafiq proqramların həyata keçirilməsi yolu ilə iqtisadiyyatın qeyri-formal sektorunda qadınların statusunun yüksəldilməsinə yönəldilmişdir. Saytın bölmələri: " WIEGO haqqında", "Proqramlar", " WIEGO-nun bütün dünyadakı üzvləri", "Faktoloji bülletenlər", "Nəşrlər", "Xəbərlər və hadisələr", "Kontaktlar". Dil: ingilis

Women's Connection Online (WCO)

Women's Connection Online (ABŞ) - özlərinin xüsusi işi olan və ya müəyyən peşəyə yiyələnmiş qadınların aparıcı təşkilatıdır. O, mətbu nəşrlər - resurs təşkilatlarına aid xəbərlər, xəbərlərin gündəlik buraxılışlarını, məqalələr, eləcə də, qadın təşkilatlarının, diskussiya qruplarının və interaktiv qarşılıqlı təsir vasitələrinin ətraflı siyahılarını dərc edir, qadınlar üçün böyük əhəmiyyətə malik məsələlər üzrə informasiyanı yayır. Dil: İngilis

Women's World Banking (WWB)

Ümumdünya qadın bank işi qeyri-kommersiya təşkilatının (Nyu-York, ABŞ) Səhifəsi bütün dünyada qadınlar arasında sahibkarlığın inkişafına kömək məqsədilə yaradılmışdır. Səhifənin müəllifi - Hari Srinivasdır… - "Virtual mikrokredit kitabxanası"nın saytının "ictimai inkişaf proqramlarında kreditlərdən qadınların istifadə imkanlarının genişlənldirilməsi" bölməsində bir səhifədir. Səhifənin materialları: "Ümumdünya qadın bank işi", "qadın məsələləri üzrə bank işi - bütün dünyada kiçik biznes sahəsində məşğul olan qadınlara maliyyə köməyi göstərilməsi", "sahibkarlıq fəaliyətinin öyrənilməsi və informasiya şəbəkələrinə aid təşəbbüs", "ümumdünya qadın bank işi - məruzə", "ümumdünya qadın bank işinə aid nəşrlər", "ingilis və ispan dillərində nəşrlərin kataloqu". Dil: ingilis

Culture and agriculture
Mədəniyyət və Kənd təsərrüfatı

"Mədəniyyət və Kənd təsərrüfatı" elektron jurnalı Amerika Antropoloji assosiasiyası tərəfindən ildə üç dəfə çap olunur. Jurnalda məqalələr təqdim edilir və bəşər fəaliyyətinin bir növü olan kənd təsərrüfatının inkişafı ilə ümumi kulturoloji problemlərin qarşılıqlı əlaqələrinə dair məqalələr çap edilir, bu əlaqələrin nəzəri və metodoloji problemləri müzakirə edilir.

Əsas diqqət təbii ehtiyatlara və istehlak problemlərinə ayrılır. Aqromədəniyyət və xüsusi mülkiyyət, o cümlədən qəbilənin, sinfin kulturoloji ölçüləri, mülkiyyət münasibətləri və əmək prosesləri məsələləri işıqlandırılır. Qadın fermerlərin problemlərini öyrənən şö"bə də var

Keywords: mədəni antropologiya, kənd təsərrüfatı, təbii ehtiyatlar, ekologiya, ərzaq, nəsil, sinif, mülkiyyət

Corporate Watch
Korporativ Saat

Sayt Oksfordda (Böyük Britaniya) əsası qoyulmuş, radikal tədqiqatçılar qrupunu və kooperasiya fəhlələrini birləşdirən qeyri-hökumət təşkilatını təmsil edir. Korporativ Saat biznes korporasiyalarına, onların sosial və ekoloji mühitə təsirinin nəticələrinə qarşı son dərəcə mənfi mövqe tutur.

Qadın-işçiyə xüsusi diqqət ayrılır. Saytda göstərilən problematikaya dair materiallar 1600-cü ildən başlayaraq çıxarılmışdır ki, bu da feminizmin formalaşması kontekstindən olduqca maraqlıdır.

Qadın əməyi problemi kapitalizmin erkən mərhələsindən transnasional korporasiyaların fəaliyyətinə qədər öyrənilir.
Ətraf mühitin çirklənməsində, o cümlədən, feministik üsullarla, transnasional korporasiyalarla qarşıdurma imkanları haqda tədris materialları saytda vaxtaşırı təzələnir

Keywords: transnasional korporasiyalar, korporasiyalar, ümumi əməli etika, kompaniyanın məlumatı, radikal təşkilatlar, geniş kütlələr, ticarət, yarmarkalar, insan hüquqları, kapitalizm, dövlət, yoxsulluq, ətraf mühit, cəmiyyət, qadın hərəkatları

Critical Perspectives on Accounting
Mühasibat uçotu və onun perspektivləri

Bu elektron jurnal kiçik və orta sahibkarlar, getdikcə artan tədqiqatçılar, mühasibat uçotu müəllimləri, hüquqşünaslar üçün nəzərdə tutulmuşdur. Tamamilə qeyri-standart xarakter daşıyan bu jurnalın redaktorunun fikrincə mühasibat uçotunun adi nəzəriyyə və praktikası müasir ətraf mühitin irəli sürdüyü tələbləri lazımınca təmin etmir, adi mühasibat uçotu və ümumi davranış metodlarını yeni dövrün problemləri ilə ayrılmaz surətdə bağlanır və bu faktları başa düşənlərin hamısından ötrü həmin jurnal çox faydalı olacaqdır. Jurnalda qaldırılan problemlər arasında ictimai nemətlərin qender hüquq bərabərliyi mövqeyindən bölüşdürülməsi məsələlərinə, sosial sistemlərin qender tarazlığının pozulması mövqeyindən yanaşılan distrubutiv problemə birinci dərəcəli əhəmiyyət verilir.

Qlobaşmanın və lokaşmanın sosial və ekoloji problemlərinin sintezi, müxtəlif dövlətlərin, o cümlədən, Cənubi Qafqaz ölkələrinin siyasətində həmin problemlərin necə əks etdirilməsi məsələləri tədqiqatçılar üçün maraqlı olacaqdır.

Keywords: jurnal, təşkilati davranış, mühasibat uçotu, ekologiya, siyasət, sosiologiya

Land Management: Papua New Guinea's Dilemma by Bryant Allen
Alternative Title: APM - Land Management
Torpaqdan istifadə etmə menecmenti: Papua Yeni Qvineya
Alternativ Hüquq: APM - Torpaqdan istifadə etmə menecmenti

Avstraliya Milli Universitetinin (ANU, Kanberra, Avstraliya) professoru Brayt Allenin bu orijinal məqaləsində iqtisadiyyat və qender problemləri ekologiya ilə sıx qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilir. Müəllifin, əsasən, Papua Yeni Qvineya materiallarından istifadə etdiyinə baxmayaraq, onun çıxartdığı ümumi nəticələr feminizm sahəsində tədqiqatçılar üçün maraqlı olacaqdır.

Əhali artımı əmək haqqı artımını və əmək resurslarının imkanlarını üstələdiyi üçün, bu fakt qadınlara münasibətdə ayrıseçkiliyə şərait yaradır. Müəllif müasir cəmiyyətin qarşısında duran kulturoloji və ekoloji problemləri qender kontekstində təhlil edir.

Keywords: idarə etmənin yerli , klan, demoqrafiya, elmi bilik, iqtisadiyyat, kənd təsərrüfatı, təbii ehtiyatlar, inkişaf, siyasət, ailə, cəmiyyət
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb