Qadın problemləri üzrə Beynəlxalq tədqiqat mərkəzi (Vaşinqton,
ABŞ) - şəxsi qeyri-hökumət təşkilatıdır. Mərkəzin məqsədi - sosial və
iqtisadi sahələrdə qərar qəbul etməyin bütün səviyyələrinə qadınların
irəli çəkilməsi, onların hüquq və imkanlarının artırılmasıdır. Dil:
ingilis
Sisterhood Is Global Institute (SIGI)
"Bacılıq - Ümumdünya institutu" - qadınların insan hüquqlarının
müdafiəsi üzrə beynəlxalq qadın şəbəkəsi. Bu şəbəkənin dünyanını 70
ölkəsində 1300-dən çox üzvü var. Onların fəaliyyəti hüququ
maairləndirməsi vasitəsilə qadınların imkanlarının genişləndirməyə
yönəlmişdir. Saytda qadınlara qarşı zorakılığın qarşısının alınması və
insan hüquqları barədə tədris materialları, təşkilatların siyahıları,
eləcə də mövzular üzrə biblioqrafiya vardır.
Dil:ingilis
StudentWomen
"StudentWomen" saytı tələbələr üçün, eləcə də öz hüquqları
uğrunda mübarizə kampaniyasında iştirak etmək istəyən bütün qadınlar
üçün nəzərdə tutulmuşdur. Milli Tələbə qadın kampaniyaları İttifaqının
rəsmi səhifələri də bu saytda yerləşir. Saytın bölmələri: "Bizim
sıralarımıza qoşulun", " Milli Tələbə qadın kampaniyaları İttifaqı",
"Danışır Silviya", "Abort hüququ", "İrqçilik əleyhinə", "Uşaqlara
qayğı", "Əmək qabiliyyətinin itirilməsi", "Təhsil", "Ətraf mühit",
"Feminizm", "Hökumət", "Sağlamlıq", "Beynəlxalq bölmə", "Ordan-burdan",
"Seksuallıq", "Tələbə qrupları", "Qadınlara münasibətdə zorakılığ",
"Qadınlar veb-səhifələrdə", "Qadınlar işdə". Saytda tələbə qadınlar
hərəkatının fəal iştirakçılarının 100-dən çox əsas səhifəsinə
istinadlar var.
Dil: ingilis
Woman International Center (WIC)
Beynəlxalq qadın mərkəzi (WIC) qeyri-kommersiya təhsil
təşkilatıdır. Onun məqsədi -qadın hüquqlarının tanınmasına, bu
hüquqlara hörmət bəslənməsinə və onların dəstəklənməsiə nail olmaq,
qadını və onun bəşər tarixinə pozitiv töhfələrini tərənnüm etməkdir.
Mərkəzin nəzdində bütün dünya qadınları üçün dimi fəaliyyət göstərən
informasiya və tədris təşkilatının - beynəlxalq qadın institunun
(Women's International Institute) yaradılması da bu məqsədlə xidmət
edir.
Dil: ingilis
Women's Issues Information Centre (WIIC)
WIIC - qadın araşdırmaları üzrə informsiya mərkəzidir (Litva).
Mərkəz ayda bir dəfə litva dilində və rübdə bir dəfə ingilis dilində
"Woman's" adlı bülleten nəşr edir. Mərkəzin məqsədləri: qender
bərabərliyi uğrunda, həyatda məsuliyyət və imkanlar uğrunda mübarizə
aparmaq; sosial-patriarxal qaydaları, qadının cəmiyyətdəki statusunu və
rolunu dəyişmək; qadınların özlərinə verdiyi qiyməti artırmaq; yerli və
milli siyasət səviyyəsində qadınların daha çox təmsil edilməsinə nail
olmaq. Saytın bölmələri: "Nəşrlər" (məqalələr, hesabatlar, məruzələr),
"Mərkəz haqqında", "Seminarlar və konfranslar", "Məqsədlər və
vəzifələr", "Litvadakı qadın təşkilatları barədə məlumat bazası".
Dil: ingilis, litva
Women's Human Rights Net
İnsan hüquqlarına aid Qadın informasiya şəbəkəsinin saytında
qadınların insan hüquqları, iqtisadi, sosial, reproduktiv və mədəni
hüqular, təhsil, ətraf mühit, ailə, sağlamlıq, qadın al-veri,
informasiya texnologiylarından istifadə məsələlərini işıqlandırır.
Saytın bölmələri: "tərəfdaşlar", "forumlar", "resurslar", "görüşlər",
"maraqların müdafiəsi" və "strategiyalar".
Dil:İngilis, Fransız, İspan
Women's Environment and Development Organization (WEDO)
Ətraf mühitin mühafizəsi və inkişafı üzrə qadın təşkilatı
(Nyu-York ABŞ) - bütün planetdə sülhə və sağlamlığa nail olmaq üçün
cəmiyyətin dəyişdirilməsi ilə əlaqədar fəal iş aparan beynəlxalq hüquq
müdafiə şəbəkəsidir. Bu məqsədlə bütün insalar üçün sosial, iqtisadi və
siyasi ədalətə nail olmaqdan ötrü qadınların daha geniş imkanlara malik
olmasını və bütün səviyyələrdə qərarlar qəbul edən orqanlarda onların
bərabər iştirakı təmin edilməlidir.
iVillage.com: The Women's Network
"iVillage.com" qadın on-layn şəbəkəsi (Nyu-York, ABŞ) 25-54 yaşlı
qadınlara həyatın müxtəlif sahələrində öz möbvqelərini möhkəmlətməkdə
kömək edir: karyera, pul sferası, cins, ailə münasibətləri, səhiyyə,
istirahət, əyləncə və başqa məsələlərlə məşğul olur. "iVillage.com"
ictimai diskusiyalar təşkil edir, geniş əhatəli məsələlər üzrə peşəkarların məsləhətlərini və elnlar təklif edir.
Dil: İngilis
www.infofemmes.com
Fransada qadın hüquqlarına dair informasiya mərkəzlərinin sayıtı
(CİDF). Saytı bölmələri: "özünüməlumatlandırma" (informasiya vərəqləri,
gidlər, kitablar, saytlar), "suallar-cavablar", "biz kəşf edirik"
(missiyalar, nəşrlər, hadisələr), "form" (evdə zorakılıq əleyhinə),
"Avropa kampaniyaları", "kontrasepsiya barədə məlumatlandırma
kampaniyaları" və s.
Dil: fransız
Qeyri-hökumət qadın birlikləri konsorsiumu
1996-ci ilin aprelində qeydiyyatdan keçmiş qeyri-hökumət qadın
konsorsiumu - qeyri-kommersiya əməkdaşlığıdır. Konsorsium - Rusyanın 37
bölgəsindən 99-dan çox təşkilatın koalisiyasıdır; eyni zamanda 1993-cü
ildən fəaliyyət göstərən MDB-ABŞ Qadın Konsorsiumunun beynəlxalq
şəbəkəsinin üzvüdür. Şəbəkə 200-dən çox qadın təşkilatlarının
birləşdiri - ABŞ-da 30, 100-dən çox Belorusiya, Moldova və Ukraynada,
98 Rusiyada. Konsorsiumun əsas məqsədlər: qadın və kişilərin bərabər
hüquq azadlıq və bərəbər imkanlar konstitusiya prinsirini həyata
keçirməyə kömək etmək; vətəndaş cəmiyyətinin yaradılmasında
qeyri-hökumət qadın təşkilatlarının rolunu artırmaq; yüksək ixtisaslı
qadın mütəxəssisləri qərar qəbul etmək səviyyəsinə qaldırmığı müvəffəq
olmaq. Konsorsium fəaliyyətinin əsas istiqamətləri: qadın maraqlarının
irəli çəkilməsi və müdafiəsi; qadınların xeyrinə ev zorakılığını aradan
qaldırmıq üçün qanunvericiliyi təkmilləşdirmək, RF əhalisinin
reproduktiv sağlamlığını qorumaq, qadın sahibkarlığını dəstəkləmək,
qadın alveri ilə mübarizə etmək məqsədilə hakimiyyət orqanları ilə
əməkdaşlıq; rusiya qanunvericiliyinin və beynəlxalq hüquq normalarının
yerinə yetirilməsinə ictimai nəzarət sisteminin yaradılması; qadın
təşkilatlarına liderlik texnologiyasını öyrətmək, koalisiyaların
yaradılması və i.a. Serverin bölmələri: "Serverin kartı", "Konsorsium
haqda", "Konsorsium üzvləri", "Qender ekspertizası", "KİV icmalı",
"Nəşrlər", "Proqramlar", "Yeniliklər", "Komissiyalar", "İstinadlar",
"On-layn forumu".
Dil: ingilis, rus.