Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və zorakılıq



Qadınlara qarşı zorakılıq (VAWO)

Bu sayt ABŞ Ədliyyə Nazirliyinin saytının "Ədalət mühakiməsi" bölməsində ayrıca yarımbölmədir. Saytın materialları qadınlara qarşı zorakılığın qarşısının alınmasına şərait yaradan hüquq siyasətinə həsr edilmişdir. Yarımbölmədə təqdim edilən materiallar saytın əcnəbi müştəriləri üçün də maraqlıdır, çünki bu materiallar zorakılığın qarşısının alınması üçün ABŞ Federal hökumətinin gördüyü profilaktik və preventiv tədbirlərin mahiyyətini açıqlayır. Yarımbölmə 1995-ci ildən fəaliyyətdədir. Burada toplanmış materiallar zorakılığın müxtəlif aspektlərini və onun qarşısını almaq uğrunda qadınların mübarizəsini işıqlandırır.

Keywords: violence against women, domestic violence, sexual violence, sexual assault, sex crimes

Açar sözləri: qadınlara qarşı zorakılığ, evdə zorakılığ, seksual zorakılığ, seksual hücum, seksual cinayət

"Qadınlar və iş" mərkəzi

"Qadınlar və iş" mərkəzi ABŞ-ın Massaçusets ştatının Universitetində fəaliyyət göstərir. Mərkəzin missiyası qadınların əmək şəraitini yaxşılaşdırmaqdan, eləcə də qadınların öyrədilməsi, təhsil alması, araşdımalarda və sosial fəaliyyətdə iştirakı yolu ilə onlar üçün iqtisadi imkanlar yaradılmasından ibarətdir. Mərkəzin sayıtında bu bölmələr vardır: "Təhsil və karyerada irəliləyiş", "Qadınların iqtisadi təhsili üzrə tədris planı", "Feminizm nəzəriyyəsi", "Qadınlarla bağlı araşdırmalar", "İşləyən qadınların tarixi", "Qadınlara və qızlara qarşı zorakılığ", "Qadın mərkəzlərinin məlumat bazası", "Əməyin bərabər ödənilməsi və bərabər imkanlar", "Qadınların sağlamlığı və peşə təhlükəsizliyi", "Qanunverici və siyasi sənədlər", "Sahibkar qadınlar", "Elm və texnikanın inkişafında qadınların rolu", "Başqa ölkələrin qadınları və onların işlə təmin edilməsi", "Lesbiyankalar və transseksuallar", "Qadınların dialoqu", "Qadın nəşrləri", "Yoxsulluq və maddi rifah". Bu saytda müxtəlif forumlar barədə informasiya bülletenləri də dərc edilir.

Keywords: gender, education, working women, law

Açar sözləri: qender, təhsil, işləyən qadınlar, qanun

Qadınların fəaliyyəti

"Women action" Beynəlxalq təşkilatının milli və regional üzvləri olan AWORC - Asiya qadın resursldarının mübadiləsi, FLAME - Afrikalı bacıların dialoqu, ALAI - Ekvador qadınları assosiyasiyası, ISIS - Çili qadınlarının beynəlxalq assosiasiyası kimi qurumların koalisiyası tərəfindən yaradılmış bu sayt 1999-cu ildən fəaliyyət göstərir. 2000-ci ilin iyun ayında keçirilmiş PEKİN Konfransından sonra saytda "Pekin+5" adlı daha bir geniş bölmə yaradılmışdır. Saytda qadın hüquqlarının bərqərar edilməsi sahəsində böhranlı vəziyyətdə olan 12 istiqamət təmsil edilmişdir: "Yoxsulluq", "Təhsil", "Təlim", "Sağlamlıq", "Zorakılığ", "Silahlı münaqişə", "İqtisadiyyat", "Qərarlar qəbul etmək hüququ", "İdarəetmə hüququ", "Qadınların insan hüquqları", "Kütləvi informasiya vasitələri", "Ətraf mühit". Bu sayt Pekin Platforması əsasında yaradılmış qadın şəbəkəsinin əsas saytıdır. Saytın milli və regional üzvləri üçün müvafiq portalları vardır.

Keywords: Beijing, media, networks, women, feminism, human rights, NGO, poverty, education, training, health, violence, armed conflict, economy, decision making, institutions

Açar sözləri: Pekin, informasiya vasitələri, şəbəkə, feminizm, insan hüquqları, QHT, yoxsulluq, silahlı münaqişə, təhsil, təlim, sağlamlıq, zorakılığ, iqtisadiyyat, qərarlar qəbul edilməsi, qadın təsisatları.

Qadınlar üzərində zorakılığ, onun səbəbləri və nəticələri barədə BMT Ali Komissarının xüsusi məruzəçisinin məlumatı

BMT-nin insan hüquqları üzrə ali komissarı qadınlar üzərində zorakılığ, onun səbəbləri və nəticələri barədə araşdırmalar aparmaq üçün 1994-cü ildə xüsusi məruzəçi təyin etmişdir. 1996-cı ildən fəaliyyətdə olan bu saytda sui-istifadə və qadınlar üzərində zorakılığ halları barədə BMT-nin İnsan Hüquqları Komissarlığına məlum olan bütün informasiya cəmləşmişdir. Sayt 7 bölmədən ibarətdir: "Ailədə zorakılığ", "Seksual zorakılığ", "Fiziki zorakılığ", "Evdə zorakılığ", "Qender", "Sui-istifadə", "Nikahda zorakılığ".

Keywords: abuse, gender, domestic violence, marital violence, family violence, violence in the home

Açar sözləri: sui-istifadə, qender, evdə zorakılığ, nikahda zorakılığ, ailədə zorakılığ

Qadınlar sülh istəyir: Qadınların Beynəlxalq Sülh və Azadlığ Liqası

Bu sayt 1915-ci ildən fəaliyyət göstərən Beynəlxalq qeyri-hökumət qadın təşkilatına məxsusdur. Qadınların insan hüquqları və münaqişələrin dinc yolla həll edilməsində qadınların rolunun artırılması uğrunda mübarizə aparan bu təşkilat BMT ilə əməkdaşlıq edir və onun saytındakı informasiyanın bir qismi BMT-nin Qadınların İnkişafı Fondundan alınır. Saytda BMT-nin qadın qeyri-hökumət təşkilatlarına ünvanlanmış sənəd və məlumatları göstərilmişdir. BMT Təhlukəsizlik Şurasının qəbul etdiyi, munaqişələrin dinc yolla həll edilməsində qadınların rolunun artırılmasına yönəlmiş bütün sənədlər bu saytda toplanmışdır. Saytda müasir dövrün ən mühüm münaqişələrinə - İraq, Küveyt, Fələstin, İsrail, Hindistan, Pakistan münaqişələrinə, eləcə də terrorizmə aid İstinadlar vardır. Saytın ayrıca bir bölməsi silahlı qüvvələrdə xidmət edən qadınlara həsr olunmuşdur.

Keywords: women, international security, peace movements, disarmament, conflict, war

Açar sözləri: qadınlar, beynəlxalq təhlükəsizlik, sülh uğrunda hərəkatlar, tərksilah, münaqişə, müharibə

"Volna"- Qadınlar Avropada zorakılığın əleyhinədirlər

"Volna" saytı Avropada zorakılığ qurbanlarına kömək edilməsi sahəsində ixtisaslaşan qeyri-hökumət qadın təşkilatlarının şəbəkə sayıtıdır. Bu saytda hər bir QHT-nin öz bölməsi var. Burada həmçinin "Qadınlara və uşağlara qarşı zorakılıq", "Zorakılıq qurbanları olan qadınlar üçün sığınacaq", "Böhran mərkəzləri", "SOS - təxirəsalınmaz əlaqələr", "Etimad telefonları" adlı tematik yarımbölmələr vardır.

Keywords: domestic violence, violence in the home, marital violence, family violence, violence victims, refuges

Açar sözləri: evdə zorakılıq, nikada zorakılıq, ailədə zorakılıq, zorakılığın qurbanları, qaçqınlar

Münaqişələrin qarşısının alınmasında və sülhyaratma işlərinlə qadınların roluna dair biblioqrafiya

Harvard Universitetinin qadın təşəbbüs qrupu və F.Kennedi adına Siyasi İdarəetmə məktəbi tərəfindən yaradılmış bu sayt aşağıdakı mövzuları əhatə edir: "Qadınlar müharibədə", "Qaçqınlar", "Qadınlara qarşı zorakılıq", "Müharibələr və qender", "Qadın hərəkatlarının fəalları", "Münaqişələrin həlli", "Sülhyaratma", "Xarici siyasət və qender problemləri". Saytda hökumət sənədləri, elmi araşdırmaların nəticələri və qəzet materialları yerləşdirilir. Burada həmçinin,münaqişələrin həllində qadınların rolunu təsvir edən informasiya mənbələrinə faydalı istinadlar da vardır.

Keywords: women, conflict, war, sex discrimination, peace negotiations, conflict resolution roda, prestupleniə

Açar sözləri: qadınlar, münaqişə, müharibə, seksual ayrı-seçkilik, sülh danışıqları, münaqişələrin həlli

Regional Qadın İnformasiya Mərkəzi

Kirovoqrad şəhərindəki (Ukrayna) Universitetin kitabxanasında işləyən qadınlar tərəfindən 1996-cı ildə yaradılmış bu sayt aşağıdakı bölmələrdən ibarətdir: "Qadın liderliyi", "Qadınların insan hüquqları", "Təhsil proqramları", "Qender araşdırmaları", "Treninqlər və seminarlar", "Evdə zorakılıq", "İnformasiya texnologiyaları və qadınlar". Saytda Ukraynanın qeyri-hökumət qadın təşkilatlarına aid məlumat bazası vardır. Saytdakı materiallardan ingilis və ukrayna dillərində istifadə etmək mümkündür.

Keywords: Ukranian, Kirovohrad, women, Ukraine

Açar sözləri: Ukrayna, Kirovoqrad, qadınlar

Etimad və tolerantlıq

Sayt Böyük Britaniyanın "Şəfqət cəmiyyəti" tərəfindən yaradılmışdır. Saytın səhifələri kişilərin qadınlar və uşaqlar üzərində zorakılığının qarşısını almaq üçün bu cəmiyyət tərəfindən görülmüş fəal tədbirlərə həsr edilmişdir. Burada zorakılıq qurbanlarına yardım problemləri və valensologiyaya aid təhsil proqramlarının materiallarına da xeyli yer ayrılmışdır. "Şəfqət cəmiyyəti"nin bu saytda təmsil edilmiş sənədləri qadınların mənafeyini müdafiə etmək üçün parlamentə göndərilir. Sayt 2003-cü ilin fevral ayında təzələnmişdir.

Keywords: violence, violence against women, children, male violence, campaign, activism, domestic violence.

Açar sözləri: zorakılıq, qadınlara qarşı zorakılıq, uşaqlara qarşı zorakılıq, kişilərin zorakılığı, kampaniya, fəallıq, evdə zorakılıq

Zorakılıq insidentləri və onların qurbanları haqda tam hesabat

Milli kriminal xidmətin məlumatlarının toplanmış olduğu bu saytda qadınlar və yetkinlik yaşına çatmayanlar üzərində zorakılıq faktları barədə sənədlər toplanmışdır. Burada həmçinin, fiziki və seksual zorakılıq barədə informasiya, seksual zorakılığın tanınmamış qurbanlarının siyahıları göstərilir. Saytın ayrıca bir bölməsi zorakılıqla narkotiklər arasında əlaqə məsələlərinə həsr edilmişdir.

Keywords: stalking, women, gender, violence, domestic violence, rape, assault

Açar sözləri: təqib, qadındlar, zorakılıq, evdə zorakılıq, seksual zorakılıq, hücum

Evdə zorakılığa qarşı

Bu sayt 1991-ci ildə təsis olunmuş The Domestic Violence Interventon Project (DVIP) qeyri-hökumət xeyriyyə təşkilatı tərəfindən yaradılmışdır. Həmin təşkilatın missiyası qadınların və uşaqların təhlükəsizliyinə şərait yaratmaqdan, evdə zorakılığın qurbanlarına kömək etməkdən ibarətdir. Saytda DVIP-in İngiltərədə və xaricdə olan tərəfdaşlarının səhifələri də göstərilmişdir. Sayıtın "Kitab rəfi" adlı bölməsində evdə zorakılıq məsələlərinə həsr edilmiş kitablar və saytlar barədə informasiyaya faydalı istinadlar vardır.

Keywords: women, children, domestic violence, assault, abuse

Açar sözləri: qadınlar, uşaqlar, daxili zorakılıq, hücum, sui-istifadə

Qadınlar sülh və azadlıq uğrunda Beynəlxalq Liqası

1915-ci ildə ABŞ-da yaradılmış bu Liqanın missiyası - qadın hüquqlarının həyata keçirilməsinə və qadınlar üzərində zorakılığın qarşısının alınmasına şərait yaratmaqdan ibarətdir. Hazırda irqi və iqtisadi ayrı-seçkiliyə qarşı mübarizədə və sülhyaratma prosesində qadınların rolunu gücləndirmək məsələləri də Liqannın missiyasına daxildir. Saytın səhifələri ABŞ qadınlarının sülhün, azadlığın və demokratiyanın dəstəklənməsi naminə keçirdikləri kampaniyalara və tədbirlərə həsr edilmişdir. Saytda Liqanın milli komitələrinin səhifələri də vardır.

Keywords: women's movement, activism, militarization, peace, participation in politics, women, human rights, civil liberties, conflict, war

Açar sözləri: qadın hərəkatı, fəallıq, militarizasiya, sülh, siyasi iştirak, qadınların insan hüquqları, vətəndaş azadlıqları, münaqişə, müharibə

Evdə zorakılıq üçün məsuliyyət və bu cür hallara fəal münasibət

Saytın müəllifləri Uorvik və Bristol universitetlərinin tədqiqatçılarıdır. Klassik feminist araşdırmalar üslubunda yaradılmış bu saytda zorakılıq qurbanları olmuş qadınların bu barədə söylədiyi əhvalatlar göstərilmiş, evdə zorakılığın qarşısını almaq üçün sosial siyasət yeridilməsi barədə tövsiyələr təklif edilmişdir.

Keywords: violence victims

Açar sözləri: zorakılığın qurbanları

Qadınlarla bağlı siyasi araşdırmalar institutu

Qadınlarla bağlı siyasi araşdırmalar institutu (Institute for Women's Policy Research (IWPR)) - qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Əsas məqsədi - qadınların hüquqlarını genişlənlirmək üçün sosial siyasət işləyib hazırlamaqdan ibarət olan bu institut qadın problemləri ilə məşğul olan dövlət xidmətləri, alimlər və ictimai qruplarla əməkdaşlıq edir. Saytda yoxsulluq, maddi rifah, məşğulluq, səhiyyə, ailənin inkişafı, iqtisadi və sosial proseslər, qadınların siyasi və mülki məsələlərdə iştirakı problemlərinə dair əsas araşdırmaların nəticələrini əks etdirən səhifələr vardır. Burada həmçinin Corctaun Universitetinin qender araşdırmaları proqramları da təmsil edilmişdir.

Keywords: civil society, poverty, women, employment, wages, families, public health, political participation

Açar sözləri: vətəndaş cəmiyyəti, yoxsulluq, qadınlar, məşğulluq, əmək haqqı, ailə, səhiyyə, siyasi fəaliyyətdə iştirak

Evdə zorakılığın iqtisadi nəticələri

Bu saytda 2000-ci ilin dekabr ayında Silviya Valbe tərəfindən Lids Univerisitetində aparılmış araşdırmaların nəticələri öz əksini tapmışdır. Hər həftə iki qadın özünün məşuqu və ya keçmiş məşuqu tərəfindən qətlə yetirilir. Hər il 100 qadın qətlə yetirilir; bu, 112 milyon avro məbləğində iqtisadi ziyana səbəb olur. Saytda evdə zorakılıq və onun iqtisadi nəticələri təhlil edilir.

Keywords: abuse, domestic violence, economics, social problems, crime, research

Açar sözləri: sui-istifadə, evdə zorakılıq, iqtisadiyat, sosial problemlər, cinayət, tədqiqat

Zorakılıq qurbanlarının adaptasiyası - zorakılığa məruz qalmış
insanlarla iş üsulları

Müəllifi Norma Cin Profit olan bu saytda evdə zorakılıq qurbanlarının sosial-psixoloji reabilitasiyasına həsr olunmuş konfransın materialları toplanmışdır. Burada həmçinin, zorakılıq qurbanlarının sosial və psixoloji reablitasiyasına aid materiallar və zorakılığın qarşısının alınmasına dair treninq kurslarının materialları təmsil edilmişdir.

Keywords: survivors, violence, women, violence in the home, empowerment, social work methods, research, feminist theory

Açar sözləri: qurbanlar, zorakılıq, qadınlar, evdə zorakılıq, müdafiə, sosial iş metodları, qender araşdırmaları, feminizm nəzəriyyəsi

Feminist Qadınlar Fondu

The Feminist Majority Foundation (FMF) fondu 1987-ci ildə yaradılmışdır. Fondun missiyası - qadınların hüquq bərabərliyinə nail olmaq, qadınların reproduktiv sağlamlığını qorumaq və zorakılığın qarşısını almaqdan ibarətdir. Fond qadınların iqtisadi, sosial və siyasi inkişafına dair qender araşdırmaları aparır. Saytda Fondun layihələri, onun gördüyü tədbirlər və apardığı araşdırmalar barədə materiallar toplanmışdır. Saytın ayrı-ayrı bölmələri əfqan qadınlarına, Universitet şəhərciyindəki qadınların fəaliyyətinə, qadınların reproduktiv hüquqlarına, onların sağlamlığının mühafizəsi, döş vəzinin xərçənginin qarşısının alınması, qadınlar və idman oyunları, qadınlar və incəsənt, qadın əyləncələri məsələlərinə həsr edilmişdir. Saytda qadınlara dair İnternet resurslarına faydalı istinadlar vardır.

Keywords: reproduction rights, equality of women, contraception, research

Açar sözləri: reproduktiv hüqular, qadınların kişilərlə bərabər hüquqları, kontrasepsiya, tədqiqatlar

Evdə zorakılıq institutu (DVİ)

DVİ - ABŞ-ın qeyri-hökumət təşkilatıdır. Bu institutun missiyası -zorakılığın qarşısını almaq üsullarını öyrətməkdən və bu sahədə peşəkar treninqlər keçirməkdən, qadınlara, uşaqlara və qocalara qarşı zorakılığ hallarının qarşısını almaq, ailədə qalmaqalların qarşısını almaq üçün sosial siyasət işləyib hazırlamaqdan ibarətdir. Saytda zorakılığa dair sosioloji araşdırmaların nəticələri və anket sorğularının tam faylları da təsvir edilmişdir.

Keywords: domestic violence, sexual assault, stalking, gender

Açar sözləri: evdə zorakılıq, seksual hücum, təqib, qender

Hamiləlik dövründə evdə zorakılığın nəticələri

Bu saytın müəllifləri - müq. Tomas və müq. Corc adına xəstəxananın tibb işçiləridir. Saytda 2002-ci ildə "Zorakılığın tədqiqi" adlı milli proqram çərçivəsində aparılmış araşdırmaların nəticələri göstərilmişdir. Saytda zorakılığa məruz qalmış hamilə qadınlar üzərində aparılmış tədqiqatların nəticələri öz əksini tapmışdır.

Keywords: violence victims

Açar sözləri: zorakılıq qurbanları

Yeni müstəqil dövlətlərdə cinayət və köləlik - traffik

Bu sayt 1997-ci ildə Moskvada "açıq cəmiyyət" institutu tərəfindən keçirilmiş "Qadın alveri və onların xaricə aparılması" mövzusunda Beynəlxalq konfransın yekunları əsasında hazırlanmışdır. Saytda hökumət və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən "traffikə qarşı" kampaniyasının materialları əks etdirilir.

Keywords: Newly Independent States, prostitution, abuse, human traffic, Russia, women, sex, slavery, violence, human rights

Açar sözləri: yeni müstəqil dövlətlər, fahişəlik, sui-istifadə, traffik, Rusiya, qadınlar, seks, köləlik, zorakılıq, insan hüquqları

Femina

Bu sayt on-layn rejimində qadın dialqoları aparmaq və qadınlar arasında informasiya əlaqələrini təmin etmək üçün 1995-ci ildə yaradılmışdır. Saytda portal informasiya, hadisələrin təqvimi, eləcə də həftəlik informasiya bülleteni vardır. Saytın aşağıdakı bölmələri vardır: "İncəsənət və insan", "Cəmiyyət və mədəniyyət", "Təhsil", "Qızlar", "İnformasiya vasitələri".

Keywords: women's studies, lesbians, media, women, feminism, domestic violence, history, education, girls

Açar sözləri: qadınların təhsili, lesbiyankalar, informasiya vasitələri, qadınlar, feminizm, evdə zorakılıq, tarix, təhsil, qızlar

"Əgər qışqırsanız, biz Sizi öldürəcəyik": Syerra-Leonedə vətəndaş müharibəsi dövründə seksual zorakılıq

Bu saytda Syerra-Leonedə vətəndaş müharibəsi zamanı qadınların insan hüquqlarının pozulması barədə materiallar toplanmışdır. Seksual köləlik, zorakılıq və seksual işgəncələr məsələlərinə xüsusi yer verilir. Saytda Syerra-Leonedə qadınların insan hüquqlarının müdafiə olunması barədə beynəlxalq təşkilatların apardığı sosioloji araşdırmaların statistik məlumatları da təmsil edilmişdir.

Keywords: Sierra Leone, civil war, conflict, women, human rights

Açar sözləri: Syerra-Leone, vətəndaş müharibəsi, münaqişə, qadınlar, insan hüquqları

Zorakılığın qarşısının alınmasında uşaq mərkəzlərinin rolunun təhlili

Bu saytda lord Çansellor departamenti tərəfindən 2002-ci ilin dekabr ayında aparılmış araşdırmanın nəticələri əks etdirilir. Saytın məqsədi - uşaq vaxtı evdə zorakılığa məruz qalmış valideynlərlə uşaqların təhlükəsiz kontaktlarının metodikasını öyrətməkdir. Bu saytda tib bi materiallar göstərilir, evdə uşaqlara qarşı zorakılıqğa yol verməmək məqsədilə sosial siyasə tin inkişaf etdirilməsinə dair tədbirlər təklif edilir.

Keywords: absentee parents, safe haven, place of safety, divorced parents, access to children, separated parents, marriage breakdown, child protection services, at risk children, child abuse, partner abuse, refuges, mothers, parent child relations

Açar sözləri: valideynlərin olmaması, təhlukəsizlik zonası, təhlükəsiz yer, boşanmış valideynlər, uşaqlarla ünsiyyətdə olmağa icazə verilməsi, valideynlik hüququndan məhrumetmə, ailənin dağılması, uşaqların müdafiəsinə kömək, riskli uşaqlar, uşaqlar qarşı zorakılıq, ikiqat zorakılıq, sığınacaq, analar, valideynlərlə münasibət

CLC Qender layihəsi

CLC Qender layihəsi Sida, Ford Fondu və "Açıq cəmiyyət" Fondu tərəfindən maliyələşdirilir. CLC Qərbi Afrika burnuna aid tədqiqat işlərinin materiallarını təqdim edir. Saytda Cənubi Afrikada reproduktiv hüquqlar, zorakılıq, fahişəlik, cinslərin hüquq bərabərliyi, informasiyadan istifadə imkanları və məşğulluq barədə tədqiqatlar öz əksini tapmışdır. Saytda Cənubi Afrika konstitusiyasında insan hüquqları məsələlərinin qender ekspertizası təqdim edilir. Saytda "..." informasiya bülleteni yerləşdirilir.

Açar sözləri: Cənubi Afrika, insan hüquqlarının pozulması, qadınların hüquqları, qanun.

Müharibəyə beynəlxalq müqavimət

Bu sayt 1921-ci ildə yaradılmış pasifist və müharibə əlehdarları olan təşkilatların ittifaqını təmsil edir. Saytda bu təşkilatın tarixi, cari fəaliyyəti barədə informasiya, onun illik hesabatlarının mətnləri və dünya yeniliklərindən bəhs edən aylıq qəzet təmsil edilir. Saytda bütün dünyada keçirilən sülh danışıqları və tərksilah kampaniyaları mövzusunda konfransların daycesdi öz əksini tapır. Saytın bölmələri bunlardır. "Balkan", "Kosovo", "Terrorizm", "Əfqanıstan", "NATO", "hərbi mükəlləfiyyət". Saytın ayrıca bir bölməsi hərbi əməliyyatlar zamanı qadınlara qarşı zorakılıq məsələrinə həsr edilmişdir.

Keywords: pacifism, anti-war movements, disarmament, peace

Açar sözləri: pasifizm, müharibə əleyhinə hərəkatlar, tərksilah, sülh

Ümumdünya qadın dialoqu
Alternativ adı - "Əcəb işdir"

Saytın yaradılması işləri 1994-cü ildə Atlanta ştatından olan Bekki Bun tərəfindən başlanmışdır. Bun qadınların hüquqlarının qorunmasında marağı olan qadınlardan ötrü on-layn konfranslar keçirmək məqsədilə bu saytı yaratmışdır. Qadın hüquqlarının qorunması məqsədilə qadınların informasiya birliyini yaratmaq missiyası qadınların kompyuter texnologiyalarına yiyələnməsinə əşərait yaradır. Bu saytda mövcud olan "çat"lar müxtəlif ölkələrdəki qadınların bir-birilə əlaqə saxlamasını təmin edir. Bundan əlavə saytda lesbiyankalar üçün jurnal, qiraət zalları olan kitabxanalar barədə fayllar, eləcə də qadınlara aid Veb-saytlara faydalı istinadlar vardır.

Keywords: lesbians, women, feminism

Açar sözləri: lesbiyankalar, qadınlar, feminizm

Anna Diamantopoulou Avropa Şurasının işdə seksual iradlara qarşı yeni qanunlarını alqışlayır

Bu saytda sosial məsələlər və qadınların məşğulluğu üzrə müvəkkil Anna Diamantopoulou tərəfindən 2002-ci il aprelin 18-də hazırlanmış rəsmi sənədlər toplanmışdır. Saytda 1976-cı ildə qəbul edilmiş əməkdə bərabərlik barədə qanunun tətbiq edilməsi ilə bağlı araşdırmaların nəticələri əks etdirilir. Avropa Şurası tərəfindən 2002-ci ildə qəbul edilmiş qanun çeksual iradlar və seksual diskriminasiya barədə hüquqi normaları müəyyənləşdirir.

Keywords: labour legislation, European Union, sexual harassment, women

Açar sözləri: əmək qanunvericiliyi, Avropa ittifaqı, seksual təqib, qadınlar

European Women's Lobby (EWL)

"Avropa qadın lobbisi"- AŞ üzvü olan 15 ölkədə milli və avropa qadın qeyri-hökumət təşkilatlarının əlaqələndirmə orqanıdır, qadınlara qarşı bütün zorakılıq formalarının kökünü kəsmək məqsədilə yaradılmışdır. Saytın bölmələri: "İnformasiya"(yeniliklər); "Fəaliyyət"; "Mövzular"("Zorakılıq", "İnformasiya cəmiyyətləri/Yeni texnologiyalar", "İşə düzəlmə/əmək bazarı", "Struktur fondlar", "İrqçilik və ayrı-seçkilik ilə mübarizə" və s.); EWL (EWL haqda məlumat: məqsəd və vəzifələri, strukturu, partnyorlar); "Xidmətlər" (nəşrlər haqda informasiya, qadın mövzusuna dair başqa saytlara istinad). Dil: ingilis, fransız

National Coalition Against Domestic Violence (NCADV)

Ev zorakılığına qarşı Milli koalisiyanın saytı (Denver şəh. Kolorado, ABŞ). NCADV ev zorakılığına məruz qalmış qadınlara və onların uşaqlarına kömək məqsədilə yaradılmışdır; qadınların və uşaqların ictimai və şəxsi hüquq tapdalanmalarının aradan qaldırılması məqsədini güdür. Koalisiya yerli, regional və milli səviyyələrdə təhsil və maarifçilik fəaliyyəti ilə məşğul olur, qadın və uşaqlar barəsində zorakılığın aradan qaldırılması üçün sosial strategiya hazırlayır, ev zorakılığı probleminə dair materiallar dərc edir. Saytın bölmələri: "Köməyin alınması" (ev zorakılığının qurbanları üçün hərəkət planı), "İctimai reaksiya", "Resurslar", "İstinadlar", "İctimai siyasət", "Problem" (suallara cavab: döyülmə nədir, döyülmənin qurbanı kimdir, kişilər qadınları niyə döyürlər və qadınlar onlarla niyə qalırlar). Dil: ingilis
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb