Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar sülh, təhlükəsizlik uğrunda, hərbi münaqİsələr əleyhinə



AVIVA: Women's World-Wide Web

Beynəlxalq qadın şəbəkəsi, London. Təşkilatın məqsədi: bütün dünya üzrə qadınlar və qadınlar qrupları arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyi. Praktiki fəaliyyət: jurnal, qadın qruplarının, kursların, resurs təşkilatların və tədbirlərin pulsuz soraq kitabçalarının; xəbərlər bülletenlərinin nəşri; "Qadın-rəssamlar" Qalereyasının təşkili. Saytda-qadın hərəkatı barədə informasiya; beynəlxalq qadın hərakatı haqqında məlumatlar var. Dil: ingilis

Africa Online. African Women: Resources

"Afrika on-layn. Afrikalı qadınlar: Resurslar" səhifəsi - Afrika qadın təşkilatlarının resurslarına, layihələrə, monoqrafiyalara, bülletenlərə; qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq təşkilatların saytlarına; Afrika qadınları üçün və onlar haqqında kitablar barədə informasiyaya istinaddır. Dil: ingilis

Federation democratique internationale des femmes (FDIF)

FDIF - qadınların beynəlxalq demokratik federasiyası - bütün dünyada qadın və feminist təşkilatları birləşdirən qeyri-hökumət təşkilatıdır. Saytın bölmələri: "Xülasə", "Təqdim etmə" ("Biz kimik", "Planetin qadınlarına müraciət", "Tarix və intibah"), "Aksiyalar", "Fəaliyyət", "Nəşrlər", "Struktur", "Fəaliyyət yönümləri", "Bir neçə misal", "Bizim uğurlar". Dil: ingilis, fransız

Gender Matters

"Gender Matters"- beynəlxalq inkişaf üzrə (USAID) ABŞ Agentliyinin "Qender məsələləri" saytıdır. Saytda: "USAID Qender strategiyası: mainstreaming" (sənədlərin mətni, məruzələr, hesabatlar); "Qadınlar inkişafda" Ofisi" (WID) (təşəbbüslər, fəaliyyət, Ofis layihələri); USAID proqramlarında qender ("Fəaliyyət kartı"- çox saylı fəaliyyət sahələri üzrə stinad qrupları, "Qadın və qızların təhsili sahəsində təşəbbüslər", "Qızların təhsili sahəsində monitorinq sistemi"), "Qadınlar işi üzrə idarəsi Prezident Şurası" (ABŞ Prezidenti yanında Şura - qısa informasiya və Şura saytına istinad); "Qender nəsirləri və tədqiqatlar"; "Qender istinadları". Dil: ingilis

General Federation of Women's Clubs

Qadın klublarının baş federasiyası - üzvlərinin incəsənəti dəstəkləyən, təbii ehtiyatları qoruyan, təlimi təbliğ edən və bütün dünyada sülh naminə işləyən beynəlxalq könüllü təşkilatdır. Dil: ingilis

GlobeWomen.com

Bu saytı yaratmaqda məqsəd - bütün dünyada müəssisə sahibləri və peşəkar idarəetmə işçiləri olan qadınların xarici əlaqələrini asanlaşdırmaqdan ibarətdır. Bu əlaqələr həmin qadınların dünya bazarının aparıcı iştirakçılarına çevrilmələrinə kömək edə bilər. Saytın "Qadınların ümumdünya zirvə toplantısı" adlı bölməsi lider qadınların 1990-cı ildə başlanmış dəyişikliklərin ideya və strategiyalarına yol açan aparıcı foruma çevrilmiş beynəlxalq qarşılıqlı əlaqələri barədə informasiyanı, eləcə də qərarların qəbul edilməsi üçün məsuliyyət daşıyan və ya ictimai rəyin formalaşmasında güclü təsirə malik olan qadınlar arasında şəbəkə yaradılması barədə infomasiyanın yayılmasını təmin edir. "İşgüzar qadınların ümumdünya şəbəkəsi" bölməsi dünyanın müxtəlif qitələrində yaşayan qadınlar arasında peşəkar və işgüzar münasibətlərin inkişaf etdirilməsinin əsas komponentidir. Saytın bu bölməsi dünya bazarının imkanları, maliyyələşdirmə və kapitallaşdırma, qadınların başçılıq etdiyi təşkilatlar barədə inflormasiyanı, işgüzar qadınlar üçün faydalı olan digər məlumatları yaymağı təmin edir. Saytın "İdarəetmə sahəsində çalışan qadınların beynəlxalq birliyi" bölməsi saytın istifadəçilərini müxtəlif ölkələrdə aparıcı korporasiyaların idarə heyətlərində çalışan qadınlar barədə informasiya ilə təmin edir, qadınlar tərəfindən idarə edilən şirkətlərin uğurları barədə müqayisəli məlumatlar və konfranslar barədə elanlar təqdim edir. Dil: ingilis

International Federation of University Women (IFUW)

Universitet təhsilli qadınların Beynəlxalq federasiyası - 67 milli federasiya və assosiasiyanın 180000-dən çox üzvünü birləşdirən qeyri-hökumət təşkilatıdır. Federasiyanın məqsədi: qadın və qızların vəziyyətini yaxşılaşdırmaq, təhsilin inkişafına kömək etmək, qadın hüquqlarını müdafiə etmək, sülhməramlı fəaliyyəti dəstəkləməkdir. IFUW müvafiq proqramların qrantvericisidir. Dil: ingilis

Women Welcome Women

Women Welcome Women ("Qadınlar qadınları salamlayır") - müxtəlif ölkələrdən olan qadınların bir-biri ilə görüşməsini və ünsiyyətini təşkil etməklə xalqlar arasında dostluğun inkişafına şərait yaradan beynəlxalq qadın təşkilatıdır. Saytda təşkilat haqqında, onun məqsədləri, vəzifələri, iş prinsipi və təsisçiləri barədə, bu təşkilata necə üzv olmaq barədə məlumatlar, başqa saytlara istinadlar vardır. Dil:İngilis

Women of Vision and Action (WOVA)

WOVA - təcili sosial dəyişikliklərin zəruriliyini anlayan və bu dəyişikliklərin həyata keçirilməsinə kömək edən qadnların ümumdünya şəbəkəsidir. Şəbəkənin və onun layihələrinin üzvləri öz ideyalarını yerli, milli və beynəlxalq birliklərdə gerçəkləşdirmək üçün innovasiya həlləri axtarırlar. Şəbəkə saytının bölmələri: "regionlar üzrə üzvlük", "konfranslar və seminarlar", "istinadlar kolleksiyası". Dil: İngilis

Women in Europe for a Common Future

Avropa Qadınları Ümumi Gələcək naminə (WECF)-Niderlandda yaradılmış bu QHT ekoloji fəlakət zonalarında qadınları və uşaqları dəstəkləyir. O, çirklənməni azaltmaqla yanaşı, qadınların səhhətinin yaxşılaşdırılması, siyasi proseslərdə, dövlət əhəmiyyətli qərarların qəbul edilməsində qadınların daha fəal iştirakı məsələləri ilə də məşğul olur. Bir neçə il müddətində bu təşkilat Uralın cənub vilayətlərində, Rusiyanın şimalında və Ukraynada Nüvə Təhlükəsizliyi uğrunda Hərəkatla əməkdaşlıq etmişdir. Posttotalitar ölkələrdəki yerli təşkilatların 20-si WECF-in üzvü olmuş və Mama-86 adlı ekofeminist tədbir keçirmişlər.

Keywords: həyat qabiliyyətli inkişaf, Avropa, qadınlar, ekologiya, ətraf mühit, çirkləndirmə, nüvə enerjisi, siyasət, reproduktivlik, sağlamlıq
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb