“Təmiz Dünya” İctimai Birliyi
"Təmiz Dünya" İctimai Birliyi 1998-ci ildən fəaliyyət
göstərir. 2006-ci ilin sentyabrında
qeydiyyatdan keçmişdir. İctimai Birlik insan alveri qurbanlarına psixoloji,
tibbi, hüquqi yardımların göstərilməsi ilə yanaşı həm də onların sığınacaqla
təmin edilməsinə də yardım göstərir.
Bu müddət ərzində təşkilat 97 nəfər insan
alveri qurbanını öz sığınacağında yerləşdirmişdir. Onlardan 1 nəfəri kişi, 96
nəfəri qadındır. Insan alveri qurbanlarının 24 nəfəri Özbəkistan, 1 nəfəri
Qırğızıstan, 1 nəfəri Gürcüstan, 2 nəfəri Moldaviya, 1 nəfəri Rusiya, 69 nəfəri
isə Azərbaycan Respublikasının vətəndaşıdır.
×
sığınacağın yeri məxfi saxlanılır. Bu barədə ancaq işçilər bilir;
×
sığınağaqda qurbanların olması haqqında məlumatlar heç kəsə
bildirilmir;
×
qurbanlar sığınağağa gəldiyi müddətdən geri göndərildiyi müddətədək
sığınacaqdan kənara çıxmır;
×
KIV-də bu barədə məlumat getmir;
×
sığınacağa gətirilən bütün qurbanlar birinci növbədə psixoloq müayinəsindən
keçirilir, ehtiyaclara uyğun olaraq, ginekoloji və digər tibbi və zəruri yardımlar
göstərilir. Insan alverindən zərər çəkənlərə
ehtiyc olduqda hüquqi və digər yardımlar
göstərilir.
MƏS: Gəncə şəhərindən olan insan alverindən
zərər çəkmiş şəxsin övladı əlindən alınmışdır,
doğma evinə qayıtması onun həyatı üçün təhlükəli idi. Zərər çəkmişin razılığı
və onun bütün hüquqlarının qorunması zəmanəti ilə hüquq mühafizə orqanlarına müraciət edildi, o
könüllü olaraq ifadə verdikdən sonra böyük bir cinayətkar qrup həbs edildi, uşaq
anasına qaytarıldı.
2005-ci ildə Daxili Işlər Nazirliyinin
dəstəyi ilə «Təmiz Dünya» Ictimai Birliyində insan alveri problemindən zərər
çəkən insanlara kömək məqsədilə «Yardım xətti» açılmışdır. 511-11-51
nömrəli «Yardım xəttində» 24 saat müddətində
şikayətçilər qəbul edilir. DIN-in Insan Averinə Qarşı Mübarizə Idarəsinin
yardımı ilə açılan xəttin fəaliyyət məqsədi övladları, yaxın adamları itkin
düşmüş şəxslərə, eləcə də insan alveri problemindən əziyyət çəkən insanlara yardım
göstərməkdir. Yardım Xətti yeni fəaliyyətə
başlayıb. Təşkilat hələlik xəttin təbliğat
kompaniyasını aparırır.
«Yardım xətti» həqqında məlumat internet,
Kütləvi Informasiya Vasitələrinin xətti
ilə Azərbaycana və dünyanın bir çox ölkələrinə
yayılmışdır (ümumən 3000-dən çox ünvana).
Zərəsəkənlərə yuxarıda göstərilən xidmətlərlə
yanaşı, həm də sığınacaqda cinsi yolla keçən xəstəliklər (CYKX) haqqında, CYKX-in
fəsadları və onlardan qorunmağın yolları haqqında məlumatlar da verilir.
Təşkilat
traffikinqlə bağlı QHT üçün 2 təlim modulu hazırlamışdır;
Azərbaycanın 6 sərhədyanı bölgəsində (Balakən,
Quba-Qusar, Qazax, Gəncə, Lankaran -Masallı, Naxçıvan) seminarların, 20 bölgəsində (Masallı, Lənkəran, Saatlı, Beyləqan,
Bərdə, Naxçıvan, Babək, Sədərək, Culfa, Kürdəmir, Şəki, Zaqatala, Balakən, Xaçmaz,
Siyəzən, Quba, Qusar, Bakı, Abşeron kəndləri) isə cəmiyyətin müxtəlif
təbəqələrinin (dindarlar, sahibkarlar, bələdiyyələr, icra, hüquq-mühafizə orqanlarının,
təhsil, səhiyyə, gənclər, KIV, QHT və d. nümayəndələr) iştirakı ilə Vətəndaş forumlarının
keçirilməsi (bu günədək iştirakçıların ümumi sayı-1879 nəfər);
× Vətəndaş forumları təkliflərin
hazırlanması və bu təkliflərin Prezidentin Icra Aparatına və DIN-ə çatdırılması;
× ABA CEELI -nin Azərbaycanın 8
bölgəsindən dəvət etdiyi QHT nümayəndələrinə təlim keçmişdir;
× 6 sərhədyanı bölgədən olan aktiv
gənclərin seçilməsi və onların bu sahədə təlimçi kimi hazırlanması (ümumilikdə
18 nəfər);
×
Naxçıvanda, Balakəndə, Qazaxda, Gəncədə, Qubada, Qusarda, Masallıda
insan alveri problemi ilə bağlı fəaliyyət göstərəcək təşkilatların yaradılmasına
yardım göstərmişdir (könüllü).
×
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda fəaliyyət
göstərən müxtəlif dini qurumların, dövlət, KIV, QHT və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
təşkilatların və nümayəndəliklərin iştirakı ilə
«Din xadimlərinin insan alveri cinayətinin qarşısının alınmasında rolu»
mövzusunda zona seminar -müşavirəsinin keçirilməsi (könüllü);
×
Zona seminar -müşavirəsində irəli sürülən təkliflərin ATƏT-insan alveri
Bakı ofisinə, Prezidentin Icra Aparatına və DIN-ə çatdırılması;
×
4 internat məkbəində potensial qurbanlar arasında seminarların keçirilməsi;
×
15 şəhər və əyalətin (Bakı, Şamaxı, Göyçay, Şəmkir, Qax, Mingəçevir,
Lənkəran, Füzuli, Xaçmaz, Tovuz, Gəncə, Masallı, Sumqayıt və digər) küçələrində
saunalarda, gözəllik salonlarında, restoranlarda, polis idarələrində, nəzarət
buraxılış məntəqələrində, taksi sürücüləri, bazarlarda, parklarda insanlar arasında
kütləvi aksiyaların keçirilməsi və 1 milyondan çox insana problemlə bağlı
məlumatların verilməsi, maarifləndirici vəsaitlərin paylanması (könüllü);
×
KIV nümayəndələri üçün seminarın keçirilməsi (könüllü);
×
internat
məktəblərində təhsil alan uşaqların (potensial insan alveri qurbanlarının) gələcəklərinin az da olsa təmin edilməsi üçün
onların məktəbi bitirdikdən sonra oğalanların
hərbi, qızların isə peşə məktəblərinə yerləşdirilməsi ilə bağlı;
×
insan alveri problemi
ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsində təşkilatın verdiyi
təkliflər;
×
Daxili Işlər Nazirliyinə
1 təklifinin verilməsi;
× il ərzində 34 mətbu orqanın monitorinqinin
aparılması, həmin tədqiqatların KIV-ə çatdırılması;
×
problemi gündəmdə saxlamaq üçün tez-tez jurnalistlərlə görüşlərin keçirilməsi;
×
361 qəzetdə təşkilatın gördüyü işlər haqqında məlumatlar verilmişdir.
×
Regionlarda hüquq-mühafizə orqanlarının nümayəndələri üçün seminarların
keçirilməsi;
×
Problemin qarşısının alınması üçün DIN, XIN, Prezidentin Icra Aparaı
ilə əməkdaşlığın qurulması;
× 5 adda buklet və
məlumatlandırma vərəqinin nəşr olunması;
× «Azərbaycandan insanların qanunsuz daşınma marşrutu» xəritəsinin
hazırlanmısı;
× 3
plakatın çapı;
× 3
video rolikin hazırlanması;
× Bu mövzuda yazan jurnalistlər arasında
musabiqənin keçirilməsi;
×
Azərbaycanın 30 bölgəsində icra, hüquq-mühafizə, KIV, QHT, bələdiyyə orqanlarının
nümayəndələrinin və digər şəxslər arasında
bu sahədə qəbul edilmiş Milli Fəaliyyət Planının, Insan alverinə qarşı
Mübarizə üzrə Qanunun və digər maariləndirici materialların paylanması;
×
Bu sahədə keçirilən beynəlxalq və regional tədbirlərdə dövlət, QHT və
KIV nümayəndələrinin iştirakını təşkil etmək və s.;
×
Bakı şəhərində Ağır Cinayətlərə Dair Məhkəmədə hakimlərin insan
alveri problemi ilə bağlı maarifləndirilməsi;
×
Məhkəmələrdə insan alveri qurbanlarının hüquqlarının müdafiəsi,
cinayətkarların həbs edilməsinə nail olmaq;
×
Məhkəmədə insan alveri qurbanlarına dəymiş maddi-mənəvi ziyanın
ödənilməsi, traffikörlərin 9 il həbs cəzası almasına nail olma;
×
15 nəfər zərərçəkmiş qadına ofisdə kompüter bilikləri öyrədilmişdir.
Bu imkanı biz öz ofisimizdə digər zərəçəkmiş insanlar üçün də təşkil edirik;
×
22 nəfər insan alveri qurbanı işə düzəldilmişdir;
×
insan alveri qurbanlarının regional istiqamətləndirmə şəbəkəsinin
yaradılması;
×
«Space» telekanalında bu mövzuya həsr olunmuş 8 tok-şounun keçirilməsi
(könüllü);
×
Lider kanalında
1 veriliş
(könüllü);
×
ANS telekanalında (2 dəfə) və radiosunda (4 dəfə) bu mövzuya həsr olunmuş
çıxışlar (könüllü);
×
Gəncə şəhərində fəaliyyət göstərən «Kəpəz» televiziyasında 3 ay
ərzində hər həftənin 6-cı günü canlı verilişin həyata keçirilməsi (12 veriliş);
×
Bİ Bİ SI radiosunda 4 veriliş;
×
"Vaşinqtonun
səsi" radiosunda 5 veriliş;
×
Azadlıq radiosunda 6 veriliş;
× 4 adda bukletin çapı (Amerika
səfirliyinin maliyyə dəstəyi ilə);
× 3 plakatın çapı (Amerika
səfirliyinin maliyyə dəstəyi ilə);
× UNICAR -ın işçilərinə insan alveri mövzusunda seminarın keçirilməsi (könüllü);
× Dövlət Din Komitəsi ilə birgə
25 dini icma nümayəndəlri ilə "Dəyirmi masa"nın
keçirilməsi və tövsiyyələrin hazırlanması.
T Ə D Q I Q A L A R
¨
«Insan alveri və KIV» (KIV-in insan alveri probleminə münasibətinin
öyrənilməsi (107
nəfər, 2003 il
yanvar ayı);
¨
«Xarici vətəndaşlarla nikaha
girən və ya nikahsız ailə
quran qadınlar» (300 nəfər,
2003-cü il avqust ayı);
¨
«Insanlarla ticarət probleminin
həllində ictimai fikrin öyrənilməsi» (824 nəfər,
2003-cü il oktyabr-noyabr ayları);
¨
«Qadın və uşaq alveri qurbanları arasında rəy
sorğusu, insan alveri qurbanları arasında problemin araşdırılması»
(309 nəfər,
2004-cü il fevral ayı);
¨
Qadın və uşaq alveri (KIV-də aparılan monitorinqin nəticələri -2005);
¨
Insan alveri və seksual zorakılıq (KIV-də aparılan monitorinqin nəticələri -2005);
¨
Insan alveri problemi ilə bağlı vəziyyətin öyrənilməsi(1500 nəfər arasında) 2005-2006 SOROS fondu.
Təşkilat bilavasitə zərər çəkmişləin
tapılmasında aşağıdakı vasitə və yollardan
istifadə edir.
-
Daxili İşlər Naziliyi
vasitəsilə;
-
Beynəlxalq Miqrasiya təşkilatı
vasitəsilə;
-
Regionlardan olan nümayəndəliklər vasitəsilə;
-
Teleproqramlar vasitəsilə;
-
Bukletlər vasitəsilə (telefon nömrələrinin yayımı
və s.);
-
Yardım almış zərərçəkmişlərin vasitəsilə;
-
Taksi sürücüləri vasitəsilə;
-
Seks işçiləri vasitəsilə.