Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Döyüşçü-qadınlar tarixdə


 

HƏCƏR (I860, Qubadlı, Yuxarı Mollu k. - 1914) - Qaçaq Nəbinin ömür yoldaşı. Əri ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir.

 

 

 

MEHRİCAN XATIN (XIII əsrin əvvəlləri) - sultan Toğrulun qızı, Atabəylər dövlətinin axırıncı hökmdarı Müzəfərəddin Özbəyin arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyəni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.

 

 

 

MÖMİNƏ xatın (? - sentyabr, oktyabr, 1175, "Naxçıvan) - Azərb. atabəyi Şəmsəddin Eldəgizin zövcəsi, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası. Ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nifuza malik olmuşdur. Sultanla atabəylər arasında normal münasibətlərin qurulmasına çalışmış, ara müharibələrinin qarşısını almışdır. Naxçıvanda dahi Əcəminin ucaltdığı möhtəşəm Möminə xatın türbəsi (1186) bu qadının şərəfinə tikilmişdir.

 

 

 

NÜŞABƏ (eramızdan əvvəl IV əsrin ikinci yarısı) - Bərdə hakimi. Onun haqqında məlumatı Nizami Gəncəvi "İskəndərnamə" poemasında vermişdir. Qədim dünyanın böyük fatehi Makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırmış, dünya malı üçün qan tökməkdən çəkindirmişdir.

 

 

 

TOMRİS (e.ə.VII əsr) - adı qəhrəmanlıq rəmzi kimi tarixə düşmüş hökmdar qadın. İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq üçün ağıl və böyük mətanət göstərmişdir. Kir hiylə ilə Tomrisin oğlunu əsir almışdı. Tomris Kir-in hiyləsi müqabilində döyüş meydanında vuruşmağı üstün tutmuş və onu məğlub etmişdi. Tomris Kirin cəsədini onun qanı ilə dolu olan böyük bir tuluğun içinə salıb istehza ilə demişdi: "Sən oğlumu hiylə ilə əlimdən aldın, mən isə səni döyüşdə məğlub etdim. Dediyim kimi səni qanla doydururam. İstədiyin qədər iç, bəlkə doyasan".

 

 

 

TUTİ BİKƏ (?-1786, Dərbənd) - Quba xanı Fətəli xanın arvadı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. 1776 ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786 ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb