Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və idman


 

HACIYEVA Züleyxa Hacıbaba qızı (d. 25.8.1923, Bakı) - Azərb. diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərb. Resp. əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərb. çempionu (1941-48). Azərb. Sənaye İn-tunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-55) işləmiş, 1942-92 illərdə Azərb. radiosunun diktoru olmuşdur. Azərb. radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur.

 

 

 

HÜSEYNOVA Zülfiyyə Yusif qızı (d. 15.10.1970, Beyləqan r-nu) - sambo üzrə 5 qat dünya, 2 qat Avropa çempionu, hərbçilərin Olimpiya və dünya çempionu, tələbələr arasında dünya çempionu. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur.Azərb. Dövlət Bədən Tərbiyəsi İn-tunu (1994), Azərb. Dövlət Un-tinin hüquq fakültəsini (1998) bitirmişdir. Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində işləyir.

 

 

 

QASIMOVA Sona Əhməd qızı (16.2.1912, Maykop-18.1.1977, Bakı) -Azərb.-ın ilk qadın idmançılarından biri, Azərb. SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), resp. dərəcəli hakim (1950). Azərb. Dövlət Bədən Tərbiyəsi İn-tunu bitirmişdir (1953). 1934 ildə keçirilmiş Zaqatala-Bakı piyada yürüşündə iştirak etmiş, 1937 ildə qumbara tullamaq üzrə Azərb.-ın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordcusu adını qazanmışdır. Azərb. LKGİ Zaqatala RK-nın birinci katibi olmuş (1943), 1941-44 illərdə döyüşçülərin ümumi icbari təhsil sistemində qumbara tullamaq üzrə təlimatçı kimi fəaliyyət göstərmiş, 1944 ildən bədən tərbiyəsi təşkilatlarında, 1958 ildən AHİŞ-də məsul vəzifələrdə çalışmışdır.

 

 

 

MEFTAHƏTDİNOVA Zemfira Əli qızı (d. 28.5. 1963, Bakı) - XXVII Yay Olimpiya Oyunlarının qızıl medalçısı (Sidney, 2000), stend atıcılığı üzrə dünya çempionu (2001). Azərb. Bədən Tərbiyəsi İn-tunu bitirmişdir (1984). 1976 ildən "Dinamo" idman cəmiyyətində stend atıcılığı ilə məşğul olmuşdur. 1979 ildən idman ustasıdır. 1993 ildə Avropa çempionatında I yeri, 1995 ildə Dünya çempionatında I yeri, 1999 ildə Qran-pri yarışlarında (Hindistan) I yeri, Dünya Kuboku mərhələlərində I və II yeri, 2000 ildə Qran-pri yarışlarında (Hindistan) I yeri tutmuşdur. 6 Dünya rekordu, 2 Olimpiya rekordu qazanmışdır. 1994 ildən polis orqanlarında işləyir, polis mayorudur. Hazırda "Dinamo" cəmiyyəti tədris-idman şöbəsinin rəisidir. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

MƏMMƏDOVA  Məsmə Müseyib qızı (d.28.8.1923, Salyan) - Azərb. idmançısı, gimnast. SSRİ idman ustası (1949), Azərb. SSR əməkdar məşqçisi (1957), Ümumittifaq dərəcəli hakim (1958). Azərb. Dövlət Bədən Tərbiyəsi İn-tunu bitirmişdir (1950). Gimnastika üzrə Azərb. çempionu (1937-38), beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olmuşdur. 1950-70 illərdə AzDBTİ-də müəllim, 1970 ildən Azərb. İncəsənət İn-tunda bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir.

 

 

 

SOFİYEVA Aynur Məmmədiyyə qızı (d. 19.7. 1970, Qax ş.) - Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, Milli Məclisin Regional məsələlər üzrə daimi komissiyasının üzvü. Şahmat üzrə beynəlxalq qrossmeyster (1990). Azərb. Şahmat Federasiyasının sədri (2002). Qızlar arasında SSRİ çempionu (1986), SSRİ-nin IX yay Spartakiadasının qalibi (1986; komandanın tərkibində), tələbələr arasında dünya çempionu (1990), qadınlar arasında dünya çempionatının MDB zonasının qalibi (1990) və s. olmuşdur. Azərb. Dövlət Un-tinin jurnalistika (1991) və hüquq (2001) fakültələrini bitirmişdir.

 

 

 

ŞABANOVA Rəfiqə Mahmud qızı (d.31.10.1943, Bakı) - Azərb. əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). Azərb. Dövlət Bədən Tərbiyəsi və İdman İn-tunu bitirmişdir (1968). XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-84), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975-1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb