Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar dövlət orqanlarında


 ma_1


ABBASZADƏ (Mustafayeva) Məleykə Mehdi qızı, 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə həmin universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləmiş, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi alimlik  dərəcəsini alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından TQDK-nın sədri vəzifəsinə təyin olunub.

M.Abbaszadənin rəhbərliyi altında TQDK-nın nəzdində "Abituriyent" jurnalı və "Abituriyent" Hazırlıq kursları təsis edilmişdir. M.Abbaszadə   "Abituriyent" jurnalının redaksiya şurasının üzvüdür.

M.Abbaszadənin TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli Layihələrin icraçı təşkilatı olmuşdur. O cümlədən:

1999-2000-ci illərdə M.Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya "2000-ci il problemi"nin həlli üzrə Milli Qurum statusu verilmiş, problem Qurum tərəfindən uğurla həll edilmişdir.   

2000-ci ildə M.Abbaszadənin Milli Koordinator olduğu "Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.

M.Abbaszadə 2002-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi - "Azərbaycan Respublikasında informasiya-kom­munikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi"nin Milli Koordinatoru olmuş, layihə çərçivəsində İKT üzrə Milli Strategiya hazırlanaraq təsdiq edilmiş, siyasi sənəd olan Milli Strategiyanın həyata keçirilməsi üçün 2004-2012 illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib hazırlanmışdır.

M.Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cümlədən 2003-cü ildə Cenevrədə dövlət başçıları səviyyəsində keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş Ümumdünya Sammitinin iştirakçısı olmuş, 2003-cü ilin noyabrında Bakı şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur. 

2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olan M.Abbaszadə 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.   

M.Abbaszadə İAEA (İnternational Association for Educational Assessment - Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun 2005-ci ildə birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilmişdir.     

M.Abbaszadə 50-dən çox elmi məqalənin, ali məktəblər üçün bir dərs vəsaitinin müəllifidir.

İki övlad anasıdır.

 

 

 

ABDULLAYEVA Vəlihə Böyükağa qızı (d. 1.1. 1949) - Azərb. Xalq Təsərrüfatı İn-tunu (1971) və Bakı Ali Partiya Məktəbini (1987) bitirmişdir. 1971 ildən Salyan Rayon Maliyyə şöbəsində, XDS İcraiyyə Komitəsində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmış, 1997 ildən rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirmiş, 1998-2001 illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

 

 

 

ALLAHVERDİYEVA Ramella Allahverdi qızı (d. 15.8.1950, Xankəndi) - Azərb. Respublikası Apellyasiya Məhkəməsinin hakimi (2000 ildən). Azərbaycan Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1978). 1979-82 illərdə Azərb. Respublikası DQMV Məhkəməsinin hakimi, 1982-1990 illərdə Şuşa şəhər məhkəməsinin hakimi, 1990-2000 illərdə Azərb. Resp. Ali Məhkəməsinin hakimi vəzifələrində işləmişdir.

 

 

 

ASLANOVA Rəbiyyət Nurullah qızı (d.4.7.1951, Kəlbəcər) - Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, Milli Məclisin İnsan hüquqları daimi komissiyası sədrinin müavini. Azərbaycan Dövlət Un-tinin tarix fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədi, dosentdir.

 

 

 

BABAYEVA Sündüz Hacımirzə qızı (d.28.12.1946, Dəvəçi r-nunun Pirəbədil k.) - Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı (1995 ildən). Azərb. Dövlət Pedaqoji İn-tunu bitirmişdir (1971). Əmək fəaliyyətinə müəllim kimi başlamış, 1990 ildən rayon XDS İcraiyyə Komitəsinin katibi, 1992 ildən rayon İcra Hakimiyyətində şöbə müdiri, Dəvəçi Rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

 

 

 

BAXŞƏLİYEVA Gövhər Baxşəli qızı (d.26.11.1954, Bərdə) - Azərb. Resp. Milli Məclis sədrinin müavini (2001 ildən). Filologiya e.d. (1996). Azərb. Dövlət Un-tinin şərqşünaslıq fakültəsini bitirmişdir (1977). Azərb. MEA-nın Şərqşünaslıq İn-tunda müxtəlif vəzifələrdə işləmiş, 1997 ildən isə institutun direktorudur. Tədqiqatları qədim və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərb. ədəbi əlaqələri və mənbəşünaslığa aiddir. Qədim və müasir ərəb ədəbiyyatından Azərb. və rus dillərinə tərcümələr etmişdir. 2 monoqrafiya, 4 kitab və 70 məqalənin müəllifidir. Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatıdır.

 

 

 

ƏHMƏDOVA Flora Cəfər qızı (d. 9.12.1934, İrəvan) - Azərb. Resp. Ali Arbitraj Məhkəməsinin sədri (1979 ildən), əməkdar hüquqşünas. Azərb. Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İn-tunda ekspert-kriminalist kimi başlamış, Azərb. Resp. Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur.

 

 

ƏHMƏDOVA Gülər Mikayıl qızı (d. 20.8.1965, Bakı) - Azərb. Resp. Milli Məclisinin (2 çağırış) deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, İntizam komissiyasının katibidir. Azərb. Dövlət Pedaqoji İn-tunun riyaziyyat fakültəsini bitirmişdir (1985). Respublika Uşaq Təşkilatının sədridir.

 

 

HACIYEVA Gültəkin Yunis qızı (d. 13.10.1973, Bakı) - Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini, Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvü, Azərb. Dövlət Un-tinin şərqşünaslıq və hüquq fakültələrini bitirmişdir.

 

 

 

HƏSƏNOVA Məlahət İbrahim qızı (d. 25.4.1958, Erm. Resp. Basarkeçər r-nunun Kiçik Mərzə k.) - Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, "Parlament qadınları" ictimai birliyinin sədridir (2000 ildən). Azərb. Dövlət Tibb İn-tutunu (1982), Bakı Dövlət Un-tinin hüquq fakültəsini (2000) bitirmişdir. Əmək fəaliyyətinə 1983 ildən Bakının Nizami r-nundakı 19 №-li poliklinikada həkim kimi başlamış, 1988-98 illərdə 17 №-li uşaq poliklinikasında baş həkim işləmiş, 1998-2000 illərdə Azərb. Resp. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini olmuşdur. Qadın problemlərinə həsr olunmuş 4 kitabın müəllifidir. "Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi" kitabı Türkiyə Qadınlar Birliyinin mükafatına layiq görülmüşdür (2002).

 

 

 

 


HƏSƏNOVA Südabə Cəmşid qızı (d. 5.2.1947, Naxçıvan MR, Şərur r-nunun Yengicə k.) - Azərb. Resp. Ali Məhkəməsinin sədri (2000 ilden). Azərb. Dövlət Un-tini bitirmişdir (1971). Əmək fəaliyyətinə 1963 ildə Şərur Rayon Xalq Məhkəməsində məhkəmə iclası katibi kimi başlamış, 1971-72 illərdə Abşeron Rayon Xalq Məhkəməsində təcrübəçi-hakim, 1972-73 illərdə Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsində məsləhətçi, 1973-79 illərdə Binəqədi Rayon Xalq Məhkəməsində xalq hakimi, 1980-87 illərdə Azərb. KP MK-nın inzibati orqanlar şöbəsində təlimatçı, 1987 ildən Ədliyyə nazirinin 1-ci müavini, 1998 ildən Azərb. Resp. Ədliyyə naziri vəzifələrində işləmişdir.

 

 

 

HÜSEYNOVA Züleyxa İsmayıl qızı (29.5.1924, Bakı - 24.5.1996, Bakı) - İctimai və dövlət xadimi. Texnika e.n., prof. Azərb. Sənaye İn-un bitirmişdir. Əmək fəaliyyətinə 1952 ildən Energetika İn-unda başlamış, müxtəlif vəzifələrdə, o cümlədən Ali və Orta ixtisas təhsili komitəsinin sədri, Azərb. SSR Ali və Orta İxtisas Təhsili naziri (1965), Azərb. Həmkarlar İttifaqları Şurasının sədri (1970) olmuşdur. SSRİ Ali Sovetinin (7-8-ci çağırış) deputatı, Millətlər Sovetinin Gənclərlə iş üzrə komissiyası sədrinin müavini, SSRİ Parlament qrupu komissiyasının üzvü, Azərb. KP MK-nın üzvü olmuşdur.

 

 

 

XUDAVERDİYEVA Günəş Məmməd qızı (d. 10.5.1941, Ağstafa r-nunun Qıraq Kəsəmən k.) - Azərb. Resp. Ali Məhkəməsinin üzvü (2000 ildən). Azərb. Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1966). 1975 ildən Azərb. SSR Ali Məhkəməsinin üzvü, 1980 ildən Ədliyyə Nazirliyində məhkəmə orqanları idarəsinin məsləhətçisi, 1992 ildən Bakı şəhər məhkəməsinin üzvü işləmişdir.

 

 

 

MANAFOVA Asya Sərdar qızı (d. 3.1.1941, Qusar ş.) - Azərb. Resp. Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995 ildən). Azərb. Dövlət Neft və Kimya İn-tunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959 ildən başlamış, 1965 ildən Azərb. EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969 ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974 ildən Azərb. KP Qusar RK-nın katibi, 1979 ildən Azərb. KP MK-da məsul işçi, 1981 ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990 ildən Azərb. KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992 ildə Azərb. Resp. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir. Azərb. SSR Ali Sovetinin (12-ci çağırış) deputatı olmuş, Azərb. Resp. Milli Məclisinin (1 ve 2-ci çağırış) deputatıdır.

 

 

 

MƏMMƏDOVA Gülçöhrə Hüseyn qızı (d. 23.4.1953, Erm. Resp Vedi r-nunun Vedi k.) - memarlıq d. (1999), prof. (2000). Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Şərq ölkələri Memarlıq Akademiyasının müxbir üzvü. Azərb. İnşaat Mühəndisləri İn-tunu bitirmişdir (1976). 2000 ildən Azərb. Memarlıq və İnşaat Un-tinin rektorudur. Tədqiqatı Azərb. orta əsrlər memarlığının araşdırılmasına aiddir. Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, Milli Məclisin Elm və təhsil məsələləri üzrə daimi komissiyasının üzvüdür.

 

 

 

MƏMMƏDOVA Şəlalə Ağakərim qızı (d. 19.6. 1952, Salyan) - Azərb. Resp. Ali Məhkəməsinin hakimi (1982 ildən), Ali Məhkəmənin İntizam komissiyasının üzvü. Azərb. Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1977). 1977-82 illərdə Azərb. Resp. prokurorluğu mülki işlərin məhkəmə baxışına nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində işləmişdir.

 

 

 

MURADOVA Bahar Əvəz qızı (d. 20.3.1962, Füzuli) - Azərb. Resp. Milli Məclisinin (2-ci çağırış) deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü. Azərb. Dövlət Un-tinin filologiya fakültəsini (1990) və Azərbaycan Un-tinin hüquq fakültəsini (2000) bitirmişdir.

 

 

 

RZAYEVA Gülzar Lətif qızı (d. 13.1.1950, Yevlax r-nunun Səmədabad k.) - Azərb. Resp. Apellyasiya Məhkəməsinin sədri (2000 ildən). Azərb. Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-77 illərdə Azərb. Resp. Vəkillər Kollegiyasında vəkil, 1977-81 illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-85 illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-87 illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000 illərdə Azərb. Resp. Ali Məhkəməsi sədrinin müavini, milli məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir.

 

 

 


RZAYEVA Səkinə Məmməd qızı (1912, Naxçıvan ş. -1991) - əmək fəaliyyətinə Culfa r-nunun Bənənyar kənd məktəbində başlamış, məktəb direktoru olmuşdur. Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Nax. Vilayət Komitəsinin sədri (1938), Nax. MSSR İctimai Təminat naziri (1942) vəzifələrində işləmişdir.

 

 

 

SALMANOVA Sona Sadıx qızı - (d.12.5. 1956, Erm. SSR-in Spitak r.-nu) - Azərb. Dövlət Un-tinin hüquq fakültəsini bitirmişdir (1979). Bakı Şəhər Məhkəməsində məhkəmə iclası katibi (1979-80), Azərb. Respublikası Ali Məhkəməsində məsləhətçi (1980-83), Ali Məhkəmə Plenumunun katibi, Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun katibi, Ali Məhkəmənin üzvü (1983-98) vəzifələrində işləmişdir. 1998 ildən Azərb. Respublikası Konstitusiya Məhkəməsinin hakimidir.

 

 

 


SARA xatun (?-?) - Ağqoyunlu dövlətinin siyasi həyatında mühüm rol oynamış qadın (15 əsr), Uzun Həsənin anası, diplomat. Dövlətin möhkəmləndirilməsində yaxından iştirak etmiş, Ağqoyunluların xarici siyasətinin müəyyənləşdirilməsində əsas rol oynamış, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını uğurla yerinə yetirmişdir. Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında mühüm rol oynamışdır. Trabzon imperatorluğuna son qoyulduqda, gəlini Dəspinə xatunun vərəsəliyini irəli sürüb Trabzon xəzinəsini bölüşdürməyə müvəffəq olmuşdur. Teymuri Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə başçılıq etmişdir (1468). Azərb-a göndərilən Avropa (xüsusilə Venesiya) elçilərinə verilən məxfi təolimatlarda mütləq Sara xatunla görüşmək və onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı.

 

 

 

ŞAHTAXTİNSKAYA Nairə Əliabbas qızı ( d. 16.4.1951) - Azərb. Resp. Milli Məclisinin (1-ci və 2-ci çağırış) deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və Avropa Şurası Parlament Assambleyasında Milli Məclisinin daimi nümayəndə heyətinin üzvü. Tarix e.d. (1992). M.Lomonosov ad. Moskva Dövlət Un-tini bitirmişdir (1977).

 

 

 

TAHİROVA Tahirə Əkbər qızı (1913, Türkmənistan Resp., Bayraməli ş. - 1991, Bakı) - Azərb. Sənaye İn-tunu bitirmişdir. Əmək fəaliyyətinə 1936 ildən elmi işçi kimi başlamış, 1940 ildən V.Kuybışev ad. Elmi-Tədqiqat İn-tunun direktoru olmuş, 1942-49 illərdə rəhbər partiya vəzifələrində işləmişdir. 1954 ildən AHİŞ sədri, 1957 ildən Resp. Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərb. Resp. Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1963 ildən Nazirlər Soveti sədrinin müavini, 1959 ildən Azərb. SSR Xarici İşlər naziri işləmişdir. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərb. SSR Ali Sovetinin (3,5-7-ci çağırış) deputatı olmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb