Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar və bələdiyyələr


QADIN YERLİ DEMOKRATİYA QURUCULUĞUNDA AKTİV VƏTƏNDAŞ SİYASƏTİNİN İŞTİRAKÇISI OLMALI Xəlilova Lyudmila Qoca qızı Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələlər üzrə Daimi Komissiyasının rəhbəri və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Bu gün Azərbaycanın sosial, siyasi və mənəvi inkişaf tarıxındə, həmçinin XX-XXI əsirlərin kəsişməsində qadın hüququ, imkan və azadlıqlarının reallaşması gender bərəbərliyi strategiyasına əsaslanır. Reallıqda Azərbaycan hökümətinin və xalqının müasir dünyaya inteqrasiyası və qloballaşma proseslərində seçdikləri mövqe, həm milli mentalitetin, həm də ölkədə gender münasibətlərinin inkişafına güclü təsir göstərir. Bu mənada Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təşkil edir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir. Konstitutsiyanın 55-ci maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarının, eləcə də qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, eləcə də referendumda iştirak etmək hüququ var. Qadınların siyasi və ictimai sahələrdə daha aktiv iştirakı üçün, mövcud olan steriotiplərin, qaydaların dəyişilməsi və demokratik , dünyəvi və hüquqi Dövlətin yaradılması Azərbaycanda 2006 ildə Gender haqqında Qanunun qəbul edilməsilə nəticələndi. Bu qanunun həyata keçirilməsi son illər ərzində ölkəmizdə bütün sahələrdə bir çox mühüm dəyişiklərə səbəb olmuşdur, Respublikada gedən islahatlarda qadınlarımızın təmsilçiliyi və fəal iştiraki artmışdir. Onlar Məhkəmə sistemində , Prezident və Ombudsman aparatında, rəhbər icra orqanlarında, Milli Məclisdə və Bələdiyyələrdə təmsil olunurlar. Düşünürəm, hamı mənimlə razılaşar ki, Azərbaycan qadını mətindir , sadiqdir və qeyrətlidir, əməksevərdir və ədalətlidir, təşəbbüskar və işgüzardır. Böyük səmimiyyətlə demək istərdim ki, bütün bu layiqli xüsusiyyətlər Millət Vəkili, Heydər Əliyev Fondun rəhbəri və ölkənin birinci xanımı Mehriban Əliyevaya məxsusdur. Mehriban xanımın gördüyü böyük işlər Azərbaycan qadının ölkə üçün nə qədər mühüm işlər görə bilmək əzminə, bacarığına malik olduğuna gözəl bir numunədir və ölkənin hər bir qadını üçün bir örnəkdir. Ümummilli Liderimiz Heydər Əliyev, məhz onun böyük dəstəyi sayəsində 1999 ildə yaradılan Bələdiyyələr barədə xüsusi qeyd etmişdir ki; “Respublikamızda Bələdiyyələrin yaradılması demokratik inkişafa xidmət etməklə, eyni zamanda ölkənin idarə edilməsində vətəndaşlarımıza yeni imkanların verilməsi deməkdir”. Dahi şəxsiyyətin fikirləri doğrudur, bu gün Bələdiyyələrin timsalında ölkənin inkişaf və tərəqqisi üçün vətəndaş fəallığının yeni təzahürləri özünü göstərməkdədir. Bəllidir ki, Böyük Öndərimiz və onun layiqli davamçisi ölkə Prezidenti cənab İlham Əliyev həmişə qadının cəmiyyətdə roluna göstərdiyi hörmət və ehtiramı uyğun olaraq bu gün Azərbaycan demokratik proseslər fonunda bütün sahələrdə olduğu kimi yerli demokratiyanın qurulmasında, yerli qərarların qəbuletmə prosesində qadınların təmsil olunması və fəaliyyətləri diqqəti cəlb etməkdədir. Bu gün hüquq və imkanların bərəbərlik prinsipi praktik olaraq universal və regional səviyyələrdə qəbul edilən bütün beynəlxalq və ölkə daxili sənədlərdə öz əksini tapıb. Bununla belə, qadınların vəziyyətinin yaxşılaşdrılması sahəsində tərəqqinin əldə olunmasına, onların hüquqların genişlənməsinə baxmayaraq hələdə problemlər mövcuddur və öz həllini gözləyir. Belə tədbirlər ümumiyyətlə, qadınlarımızın inkişafında, onların ölkənin, cəmiyyətin, yaşadığı bölgənin ictimai-siyasi, sosial-iqtisadi həyatında daha aktiv və yaxından fəal iştirak etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bütövlükdə geniş mənada dünyaya nəzər saldıqda da görürük o ölkədə ki, qadınlar ölkənin idarə olunmasında, ictimai-siyasi həyatında kişilərlə yanaşı addımlayır, mühüm, aktiv rol oynayırlar, orada bütün sahələrdə, bütün sferalarda yüksək irəliləyişlər özünü göstərir. Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox önəmlidir. Dövlətin idarəolunmasında 1999-cü ildən bu günə kimi əhatə olunan institusional və inteqrativ inkişaf dövrü daha geniş sosial təbəqənin iştirakına vüsət vermiş və yerli demokratiyanın quruculugunda vətəndaşların iştirakını təmin etmişdir. Bu dövrdən etibarən yerli idarəetmə orqanları yalnız infrastruktur deyil həm də iqtisadı və sosial ehtiyaclarının ödənilməsinə cəhd göstərirlər. Məhz sosial məsələrin həllinə, yerli problemlərin müəyyən olunmasına və onları aradan qaldıran yerli qərarların qəbul etmə proseslərinə vətəndaş təşəbbüskarlığının və iştirakçılığının təminatından başlayaraq, Bələdiyyələrin idarəedilməsinə və onların fəaliyyətinə qadınların cəlb olunması bu günün prioritet məsələlərindən biridir. Bu gün qadınlarımızın Bələdiyyələrdə sayının, rolunun artmasına böyük ehtiyac vardır. Çünki yüksək intellektə, savada, təşkilatçılıq qabiliyyətinə malik qadınlar var ki, onlar öz sahələrində uğurlara, irəliləyişlərə imza atıb, bələdiyyədə təmsil oluna biləcək kadırlar kimi yetişiblər. Bu gün əhalinin rifahı və bütövlükdə ölkə inkişafına dair məsələlərə gender prizması ilə yanaşmalı, hüquq və vəzifələr, onların təminatı və qorunmasının hər tərəfli təşkilinə nail olmaq üçün qadın təmsilçiliyi və iştirakı nəzərə alınmalı və qadınların öz tam potensialına çatmaq və istifadə etmək istiqamətindəki məhdudiyyətlər aradan qaldırmalıdır. Bu məsələlər ümumilikdə cəmiyyətin qadın üzvlərinin hüquq və vəzifələrini özündə təcəssüm etdirir. Məhz buna görə də qadınların aktiv iştirakı cəmiyyətin inkişafı ilə sıx əlaqədardır. Çünki əsl inkişaf etmiş cəmiyyətdə heç kəs, xüsusilə də qadınlar nəzərdən qaçırılmamalı, başqa sözlə, ayrıseçkiliyə məruz qalmamalıdırlar. Qadın iştirakı şərtləndirən əsas amillərdən biri Azərbaycanda yerli səviyyədə dövlətin idarəedilməsinin və yerli demokratiyanın quruculuğu proseslərinin inkişafının yeni mərhələyə qədəm qoymasıdır. Bu mərhələdə yerli əhəmiyyətli məsələlərin müzakirəsində və həllində qadın təşəbbüskarlığının və iştirakının təmin edilməsi imkanları günü-gündən genişlənir. Qadının idarəçilikdə iştirakı incə və tale yüklü məsələ olduğundan, onun effektiv formada təşkili çox çətin və vaxt tələb edən prosesdir. Ona görə buna cöx həssas və sistemli, eyni zamanda planlı şəkildə yanaşmaq lazımdır. Qadın cəlbetmənin əsas konseptual prinsipləri inkişaf etmiş dünya ölkələrinin təcrübəsindən götürülmüşdür. Bunlar, adətən həmin ölkələrin sosial cəlbetmə startegiyasi sənədinin başqa sözlə desək siyasətinin əsas meyarlarıdır: • qadın iştirakına dair məsələlərə inteqrasiyalı - əlaqələndərilmiş və hərtərəfli yanaşılmalıdır; • yerli idarəetmə sahəsində gələcək problemlərin yaranmaması və ya dərinləşməməsi üçün preventiv (qabaqlayıcı) tədbirlər həyata keçirilməlidir; • aidiyyatı dövlət siyasəti və müvafiq proqramları sosial iştiraklılıq üzərində qurulmalı və həyata keçirilməlidir; • sosial iştirakçılığı təbliğ və təşviq edən bütün fəaliyyətlər qadınların öz həyatlarına nəzarət və imkanlarının genişləndirilməsinə xidmət etməlidir. İnsan hüquqları təminatı və müdafiəsinin təşkili təkcə dövlət əhəmiyyətli inkişaf proqramları ilə məhdudlaşmır. Bu gün o, həm də Sizlərin öz icmanızın inkişafı istiqamətində atdığınız hər bir addımda nəzərə alınmalıdır. Yalnız bu yolla biz qadınların yerli demokratik proseslərə cəlbetməyə, eyni zamanda iştiraka tam və hərtəfli nail ola bilərik, bu da həm gender münasibətlərinin, həm də yerli demokratik islahatların inkişafına qoyulmuş ən nəcib və uzunmüddətli investisiyadır. Qeyd edək ki, dövlətin yerli səviyyədə idarəolunmasının institusional orqanları - Bələdiyyələr yerli problemlərin həllində kifayət qədər səlahiyyətlərə malik qurumlardır. Buna baxmayaraq Azərbaycanda demokratik yerli özünüidarə sahəsində çox az təcrübənin olması Bələdiyyə idarəçiliyinin həyata keçirilməsində çətinliklər yaradır. Bu gün Bələdiyyə üzvlərinin, eləcə də əhalinin və ümumilikdə cəmiyyətinin bu istiqamətdə maariflənməsinə ehtiyac var və bu sahədə biz qadınlar real potensial olaraq öz töhfəmizi əsirgəməməliyik. Qarşıdan Bələdiyyə seçkiləri gəlir. Bu taleyüklü prosesdə biz qadınların və ümumilikdə əhalinin aktivliyi və seçkinin şəffaflığı ölkəmizdə demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Ona görə də bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir, müzakirə olunmalı və tezlıklə aradan qaldırılmalıdır. Belə problemlər içərisində xüsusi diqqət çəkəni qadınların Bələdiyyə seçkilərində və yerli demokratik quruculuq prosesində zəif iştirakıdır. Təcrübə göstərir ki, sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğunu sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna tarixi bir fürsət verir. Eyni zamanda ölkəmizin qadınlar və kişilər arasındakı bərabərlik səviyyəsinə görə aşağı sırada yer alması ölkədə uzun illər ərzində idarəetmə fəaliyyətinin kişilərin əlində cəmləşməsi ilə əlaqədardır. Son illər bununla bağlı stereotipləri bir qədər sarsıtmaq mümkün olsa da, problem hələ də qalır. Baxmayaraq ki, cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz bir faktdır. Bu gün diskriminasiyanın aradan qaldırılması, cəmiyyətdə şəxsiyyətin özünü reallaşdırması, onun sosiallaşması üçün nisbətən bərabər şəraitin yaradılması baxımından siyasi mədəniyyəti artırmaq istiqamətində həyata keçirilən əhəmiyyətli işlər davam etdirilməlidir. Qeyd edək ki, yerli özünüidarə orqanlarının son 4 illik fəaliyyətinə münasibətini, vətəndaşların Bələdiyyə seçkilərinə hazırlığı və onların bu prosesdə iştirakını öyrənmək məqsədilə aparılan araşdırmalar və tədqiqatlar göstərir ki, «Seçici fəallığının artırılması üçün nə edilməlidir?» sualına respondentlərin 31%-i «maarifləndirmə işi genişləndirilməlidir», 40%-i isə «seçkilərin demokratik keçiriləcəyinə inam yaradılmalıdır» cavabını verir. «Növbəti Bələdiyyə seçkisinin demokratik keçirilməsi üçün hansı tədbirlər görülməlidir?» sualını cavablandıran respondentlərin 45%-inin fikrincə, əsas şərt seçkiqabağı demoktarik mühitin yaradılmasıdır. Rəyi soruşulanların 35%-i siyasi nüfuzluların, 28%-i ictimai nüfuzluların, 34%-i isə biznes sahəsində nüfuzlu olan şəxslərin iştirakı üzərində dayanır. Gördüyümüz kimi, hələ də vətəndaşların böyük hissəsinin Bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə də az məlumatlıdırlar. Bu isə qarşıdakı Bələdiyyə seçkisində seçicilərin passivlik göstərəcəyini deməyə əsas verir. Ona görə də, istər dövlət qurumları, istərsə bələdiyyələr , qeyri- hökumət təşkilatları, siyasi partiyalar və KİV öz səylərini birləşdirərək ölkədə seçici aktivliyinin artırılması yönündə fəaliyyəti genişləndirməlidirlər. Qarşıdan gələn növbəti Bələdiyyə seçkilərində nisbi uğurlar qazanmaq üçün ölkədə əhalinin böyük faizini əhatə edən qadınların aktivləşdirilməsi yönündə dəstək fəaliyyətı artırılmalıdır. Belə ki, Azərbaycanda Konstitusion baxımdan hüquq bərabərliyi mövcud olsa da, qadınların imkan bərəbərliyin təmin olunmasına nail olmaq zəruridir, qadınların seçmək və seçilmək imkanları artırılmalıdır. Qadınlar arasında birtərəfli təbliğatın aparılmasının qarşısı alınmalı, obyektiv seçki uğrunda mübarizənin əhəmiyyəti aşılanmalı, qadın namizədlərin Bələdiyyə seçkilərində iştirakına və onların seçki kampaniyasına dəstək verilməsinə şəraitin yaradılması sahəsində geniş tədbirlər davam etdirilməlidir. Demokratik, azad və ədalətli seçkilər uğrunda mübarizənin alternativsizliyi ideyasını aşılamaq və bunun üçün qadınlar arasında Bələdiyyə maarifçiliyi işinin təşkili və seçki qanunvericiliyi ilə bağlı zəruri bilgilərin öyrədilməsi tədbirlərinin davamı vacibdir. Hamımıza bəllidir ki, qadınların kişilərlə bərabər qərar qəbuletmə prosesində iştirak etməsi, insan hüquqlarının və sosial ədalətin ayrılmaz hissəsi olmaqla yanaşı həmçinin demokratik cəmiyyətin inkişafını təmin edən amillərdən biridir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanları əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı vacibdir Çünki Bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu sosial yük bizim cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların çiynindədir. Qadın öz problemini daha yaxşı bilir və bu problemlərin aradan qaldırılması üçün daha çox can yandıranın qadın olacağına şübhə yoxdur. Bəli, qadınlar fəallaşmalıdırlar və özünüidarəetmədə aktiv iştirak etməlidirlər, Azərbaycan qadını ümumilikdə ölkənin fəal vətəndaşına çevrilməlidir və öz taleyində öz rolunun mahiyyətini ortaya qoymalıdır. 17 dekabr 2004 ildə keçirilmiş Bələdiyyə seçkilərinin nəticələrinə əsasən qadınlar seçilmiş namizədlərin 4%-ni, namizədliyini irəli sürən şəxslərin 5%-ni təşkil etmişdir. Nəzərə alsaq ki, Bakı şəhərində 52 Bələdiyyədən cəmi iki qadın sədirlik edir, təbiidir ki, bu rəgəmlər bizi qane etmir və umid edirəm ki, bu il keçiriləcək Bələdiyyə seçkilərində ölkə xanımları daha fəal olacaqlar və məhz kişilərin yerini əldən almaq fikiri ilə yox, onlara kömək və dayaq olmaqla ölkəmizin rifahı naminə daha geniş şəkildə yerli özünüidarəetmədə təmsil olunacaqlar. Buna əminəm çünki, bütün dövürlərdə oldugu kimi, Azərbaycan qadını cəmiyyətin həyatında bu və ya digər formada öz sözünü deyə biliblər, ölkəmizin inkişafı və güclənməsi naminə öz töhfəsini veriblər. Hüsusi qeyd etmək istərdim ki, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda ölkə üzrə fəaliyyət göstərən İctimai Birlik Bakı şəhər Suraxanı rayonunda məskunlaşıb. Suraxanı Rayon İcra Hakimiyyəti qadınların vəziyyətini yaxşılaşdırmaq, qadınların sabit inkişaf prosesində iştirakını və rolunu gücləndirmək istiqamətində hər zaman rayon qadınlarına dəstək olur. Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı cənab İlqar Abbasovun gördüyü işlər və həyata keçirtdiyi layihələr qadınların rayonun ictimai-siyasi həyatında fəal iştirakını artırmış və bu da onların çox böyük qüvvəyə malik olmalarından xəbər verir. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin həyata keçirtdiyi yerli və beynəlxalq layihələrdə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfdaş olaraq hər zaman öz dəyərli tövhələrini vermişlər. Məs təsədüfi deyil ki, 03 avqust 2009-cu ildə Qadınların Bələdiyyə seçkilərində və Bələdiyyə idarəçiliyində fəal iştirakını təbliğ edən yekun Konfrans Suraxanı rayon İcra Hakimiyyətində həyata keçirilmişdir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədri Hicran xanımın rəhbərliyi altında keçirilən bu tədbirdə Bakı, Sumqayıt və Abşeron regionların lider qadınları aktiv iştirak etmişdilər. Elə bilirəm ki, təmsilçisi olduğum bölgədə keçiriləcək bu tədbir də həm bu rayonda, həm də bütövlükdə bölgədə yaşayan qadınlarımızın inkişafı, onların cəmiyyətin bütün sahələrində aktiv rol oynaması baxımından, gələcək Bələdiyyə seçkilərində fəal və yerli demokratiya quruculuğunda daha geniş təmsil olunmasına öz müsbət təsirini göstərmiş olacaq. Məhşur Komandan Ed Tomsonun belə bir fikri var: «Hər hansı sistemdə cəmiyyət iştirak etmirsə, bu sistem heç nəyə dəyməz» Mən isə belə deyərdim: - Hər hansı sistemdə qadın iştirak etmirsə, bu sistem heç nəyə dəyməz... Mən qadınlarımızı bu ilin sonunda keçiriləcək Bələdiyyə secki marafonunda fəal olmağa və yerli demokratiya quruculuğunda aktiv vətəndaş siyasətinin iştirakçısı olmağa səsləyirəm. Onlara cansağlığı və həyatda uğurlar arzulayıram.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb