Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


“QADINLAR BƏLƏDİYYƏLƏRİN İNKIŞAFI UĞRUNDA” KONFRANSI


Bakı şəhər 18 aprel 2009-cu il

Azərbaycan Dillər Universiteti " İnformasiya Resurs Kompleksi"

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyi tərəfindən keçirilən təşkilat liderlərinin "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" Konfransı:

  • Fəaliyyət Hesabatının təqdimatı
  • Bələdiyyə idarəçiliyində Gender münasibətilərinin inkişafı
  • Qarşıdan gələn Bələdiyyə Seçkiləri 2009 qadınların aktiv iştirakı
  • Konfransda iştirak ediblər (30 nəfər):
  • Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvləri- Lyudmila Xəlilova və Səmihə Cəfərova, Ziğ Bələdiyyəsinin üzvü- Gövhər Qasımova və Yeni Suraxanı Bələdiyyəsinin üzvü- Zemfira Bağırova
  • Bakı şəhər Nərimanov rayon Bələdiyyəsinin üzvü- Ruxsarə Axundova
  • Bakı şəhər Əzizbəyev rayon Mərdəkan Bələdiyyəsinin sədir müavini -Sevil Mansurova və üzvü- Bağırova Aidə
  • Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin üzvləri- Ceyran Hüseynova, Gülnar Quliyeva və Xatirə Hüseynova
  • Bakı şəhər Sabunçu rayon Bələdiyyəsinin üzvü- Sevil Xəlilova , Zabrat Bələdiyyəsinin üzvü- Lalə Miramanova və Ramana Bələdiyyəsinin üzvü- Püstə Xanəliyeva
  • Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin üzvü- Mehri Məmmədova
  • Bakı şəhər Nəsimi rayon Bələdiyyəsinin üzvləri- Zahidə Nəcəfova, Almara Paşayeva, Kadriya Əhmədova, Aytəkin Xudafirimova
  • Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsinin üzvü- Nailə Əhmədova
  • Bakı şəhər Səbail rayon  Bələdiyyəsinin üzvü- Sevda Məhərrəmova
  • Bakı şəhər Xətai rayon Əhmədli Bələdiyyəsinin üzvü- Qənirə Qurbanova
  • Bakı şəhər Qaradağ rayon Ümid Bələdiyyəsinin üzvü- Adilə Sadıqova
  • Abşeron rayon Güzdək Bələdiyyəsinin üzvü- Reyhan Hüseynova

 

QBİU fəal təşkilat üzvləri:

Bakı şəhər Nəsimi rayon Bələdiyyəsinin 1999- cu ildə ilk seçilmiş Bələdiyyə üzvləri Nailə İsmayılova, Elmira Orucova - Nəsimi rayon Bələdiyyəsinin hüquqşünası,

Nigər Məmmədova- Azərbaycan İqtisad Universitetinin texnoloqu,

Zülfiyyə Salayeva - 181№-li  məktəbdə müəllim,

Ülviyyə Quluzadə - Bakı Sənayə Pedaqoji Texnikumda müəllim,

Naibə Məhərrəmova- 64№-li  məktəbdə müəllim,

Sevil Zülfüqarova- "İmprotex Trucks and Buses" MMC mühasib

 

Beləliklə demək olar ki, bu tədbir Bakı şəhərin butun 11 rayonu və orada fəaliyyət göstərən ən böyük və qabaqçıl Bələdiyyələri əhate edib.

İlk öncə Konfrans iştirakçıları ölkəmizin rəhbəri cənab Prezidentimiz İlham Əliyevin ölkədahili və beynəlxalq səviyyədə aparılan siyasətini yekdilliklə dəstəklədilər və ona can sağlığı və bu cətin işdə  uğurlar arzuladılar. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin tərkibində six birləşmiş, Bələdiyyə idarəçiliyində və yerli səviyyədə qərar qəbuletmə prosesində aktiv iştirak edən ziyalı xanımların məqsədi dövlətimizin rifahı naminə və Prezidentimizə dəstək olaraq öz töhfələrini verməkdən ibarətdir. Seçkili strukturun nümayəndələri olaraq onlar öz bilik, bacarıq və potensialını heç zaman əsirgəmiyəcəklər və Azərbaycanın demokratik, butun sahələrdə inkişaf etmiş, qudrətli  bir dövlət olması naminə öz  töhfələrini verməkdə davam edəcəklər.

 

 

Konfransın növbəti mərhələsində Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın təqdimatında təşkilatın 3 illik fəaliyyəti haqqında 20 səhifəlik hesabat dinlənildi.

 

 

Bildirildi ki, 2007-ci ildə Təşkilat nümayəndələri ABŞ-ın Vaşinqton şəhərində yerləşən Azərbaycan Ticarət Palatasında və Türkiyənin Ankara şəhərində İnsan Hüquqlar sahəsində keçirilən Beynəlxalq Konfransda Heydər Əliyev Fondun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Azərbaycanın geniş ingilis dilində prezintasiyası keçirilmişdir.

 

 

QBİU təşkilatın təşəbbüsü ilə 2008-ci ildə ABŞ-ın Seçici Qadınlar Liqasının vitseprezidenti və Açıq Dünya Beynalxalq Proqramın direktoru xanım Zaida Arquedasın iştirakı ilə Bakıda Seşki Hüququ və Qadınların Seçki Prosesində İştirakı mövzusunda geniş Konfrans keçirilmişdir.

 

 

2008-ci il 15 oktyabr Prezident seçkilərində QBİU İctimai Birliyi Seçki -2008 QHT Koalissiyasının tərkibində Suraxanı 31-ci Dairə üzrə Müşahidəçi  Koordinator və 29 məntəqə üzrə müşahidəçi təlimatlandırmışdır.

 

 

QBİU İctimai Birliyinin sədri Lyudmila Xəlilova 2008-ci il oktyabrın 24-də Azərbaycan respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevin andiçmə mərasimində iştirak etmişdir.

2009-cu il martın 18-də keçirilmiş Referendumda QBİU təşkilatının 13 nəfərdən ibarət  nümayəndələri  Mərkəzi Seçki Komissiyası tərəfindən ölkə üzrə müşahidəçi seçilmişdilər.

 

 

 

QBİU İctimai Birliyinin ən böyük uğurlardan biri, Prezident yanında QHT-lərə Dəstək Şurasına təqdim etdiyi Əhalinin Yerli Demokratiyanın Quruculuğunda Rolu (Məhəllə Komitələrinin İnkişafı) mövzusunda layihə sənədlərin Şura tərəfindən təsdiq olunması.

Bu böyük inam və etimadı QBİU İctimai Birliyi doğrultmaq məqsədilə uğurlu fəaliyyətini davam etdirəcək və daha böyük nəaliyyətləri əldə etmək üçün butun potensialını səfərbər edəcək.

 

 

Konfransın ikinci hissəsində hər bir iştirakçı öz fəaliyyəti haqqında danışaraq Bələdiyyə idarəçiliyində Gender münasibətilərinin problemlərı aşkər etdilər. Bu sahədə inkişafa mane olan məsələləri geniş müzakirə etdilər.

Tədbirin sonunda Konfrans iştirakçıları qadınların Bələdiyyələrin inkişafı uğrunda fəaliyyətilərində yeni nəaliyyətləri əldə etmək üçün, qarşıdan gələn Bələdiyyə Seçkilərində qadınların aktiv iştirakının vacibliyini vurğuladılar və bu aspekti QBİU İctimai Birliyinin gələcək fəaliyyətinin əsas prioritet məqsədlərindən  biri kimi müəyyən etdilər.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb