Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Mərkəzin nəşriyyatı


GENDER TƏHSİLİ RESURSLARININ KATALOGU

 

ISBN 9952-8021-5-3

 

Bakı, Adiloğlu, 2007, 152 s.

 

Azərbaycanda gender təhsili və gender tədqiqatları bu gün fənlərarası biliklərin elə sahəsidir ki, sürətlə inkişaf edir, nəzəri dərk etməyə mühüm düzəlişlər edir və cəmiyyətdə cinsi iyerarxiyanın (bir cins - üstün, digəri isə - asılı) aradan qaldırılmasına xidmət edir. Azərbaycana sovet keçmişindən miras qalmış və totalitar sistemin dağılması və müstəqilliyin əldə edilməsi illərində formalaşmış müxtəlif problemlər, gender təhsilinin həyata keçirilməsini inadla tələb edir. Oxucuların diqqətinə yetirilən gender təhsili resurslarının kataloqu Azərbaycanda «Açıq Cəmiyyət» İnstitutu Qadın Şəbəkə Proqramının fəaliyyəti üzrə bir növ bələdçidir.

QŞP-nin bütün fəaliyyətini əhatə etmək iddiasında olmayaraq, biz qeyd etmək istəyirik ki, «Açıq Cəmiyyət» İnstitutunun Qadın Şəbəkə Proqramı Azərbaycanda gender təhsili üzrə uzun müddətli və çoxprofilli layihə başlayan ilk donor təşkilatı idi. Kataloq bu fəaliyyətin əsas istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir: işlənib-hazırlanmış tədris proqramları və vəsaitləri, nəşr olunmuş kitablar, keçirilmiş məktəb və seminarlar, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması - bütün bunlar, təhsil sahəsində gender biliklərinin institutlaşdırılmasının mühüm mərhələləri oldu.

Kataloqun yaradılması ideyası ilk dəfə İstanbulda (Türkiyə, iyul 2003-cü il) keçirilən «Açıq Cəmiyyət» İnstitutu Qadın Şəbəkə Proqramı koordinatorlarının illik görüşündə səsləndi. Kataloq Sosial və Gender siyasəti İnstitutu (Rusiya) tərəfindən məxsusən Beynəlxalq «Gender təhsili: nəzəriyyə və təcrübə» konfransında (Özbəkistan, Buxara, 4-5 noyabr 2003-cü il) təqdim edilmək üçün hazırlanmışdır. Burada postsovet məkanının 12 ölkəsindən və Monqolustandan gender tədqiqatçıları və müəllimləri iştirak edirdilər. Planlaşdırılan kataloq işin miqyasını və əsas istiqamətlərini müəyyənləşdirməli və «know-how» kimi istifadə edilməli idi, «milli humanitar təfəkkürün vücuduna genderin «peyvənd edilməsi» üçün xüsusi sosial və təşkilati texnologiyalar haqda təsəvvür yaradan məcmuə. Bütün bu kurslar, portallar, kitablar, nəhayət (əslində isə ilk növbədə) insanlar (qadınlar və kişilər), mütəxəssislər (öz əməkləri ilə yeni gender məkanı yaradanlar) fəaliyyətdə olan ciddi resurs kimi çıxış edirlər. Öz ölkəsində gender təhsilinin inkişafı ilə maraqlanan və məhsuldar əməkdaşlığa hazır olan hər kəs bu resurslardan istifadə edə bilər».

«Azərbaycanda gender təhsili üçün resurslar» kataloqu keçən onilliklər ərzində təhsil sahəsində gender biliklərinin institutlaşdırılmasından əldə olunmuş nəticələr haqda təsəvvür yaradır. Kataloqda gender təhsili və gender tədqiqatları sahəsində işləyən mütəxəssislər üzrə verilənlər bankı mövcuddur, ölkədə olan müxtəlif ənənəvi və virtual resurslar işıqlandırılır.

Bu icmal nəticə çıxarmağa imkan verir ki, Pekin konfransından keçən onilliklər ərzində Azərbaycanda gender təhsili ilə bağlı vəziyyət həqiqətən dəyişmişdir: hərçənd «həssas-gender elmi-tədris birliyi»nin yaradılması ləng gedir və öz yolunda, həm ali məktəbin ənənəvi metodikaları, həm də cəmiyyətin mental stereotipləri ilə bağlı ciddi problemlərlə qarşılaşır. Artıq «gender» müasir milli sosial və humanitar biliklər sistemində «həyat məkanı» qazanır.

Verilmiş kataloq Sosial və Gender siyasəti İnstitutu (Rusiya) tərəfindən işlənib-hazırlanmış, "Təhsil resursları kataloqu"nun metodoloji sxemi və mənbə təsviri çərçivəsində yerinə yetirilmişdir.

Axtarışın asanlaşdırılması üçün bütün göstərilmiş materiallar, beynəlxalq təcrübə tərəfindən qəbul edilmiş əlifba sırasının kataloqlaşdırılması şəklində təqdim edilmişdir.

Həcmin məhdudlaşdırılması zərurətini nəzərə alaraq, biz respublika və şəhər qəzetlərinin məqalələrini daxil etməmişik, onlarla tanış olmaq istəyənlər www.gender-az.org. milli gender portalına müraciət edə bilərlər.


 

Yelena Qasımova, İradə Qasımova. AZƏRBAYCANDA QADIN FƏALLIĞININ ƏNƏNƏLƏRİ (XIX ƏSRİN SONU - XX ƏSRİN ƏVVƏLİ)

ISBN 9952-8021-4-5

 

Bakı, «Simurq», 2006, 220 s.

 

Qadın hərəkatı tarixinin tədqiqatçıları, gender problemlərinə dair mütəxəssislər, sosioloqlar və politoloqlar Cənubi Qafqaz və ilk növbədə Azərbaycanda onun ilkin mərhələlərində qadın hərəkatına necə münasibət bəsləmək haqda indiyədək vahid rəyə gəlməmişlər. O, sözün əsl mənasında Qərb cəmiyyətinin sosial təməlini sarsıtmış feminizmin ilk dalğası ilə heç olmazsa cüzi dərəcədə əlaqəlidirmi? Əgər qadın hərəkatı təyinatına görə patriarxal ənənələr kontekstində inkişaf edə bilmirsə, onda onun Azərbaycan cəmiyyətində yaranmasının ilkin səbəbinə nə xidmət etmişdir? O, ideya və nəzəriyyələrin toqquşmasının nəticəsi və ya onun tarixi olmuşdurmu? - bu, daha doğrusu insan talelərinin, güclü və məqsədyönlü şəxsiyyətlərin faciə dolu salnaməsidir. Bu kitabın qəhrəmanları feminizm ideyasının daşıyıcıları olmuşdularmı və onların ictimai münasibətlərin inkişafına təsirin dərəcəsi necə idi?

Bu suallara cavab almaqda və ola bilsin ki, həqiqətə yaxınlaşmaqda əlinizdə tutduğunuz «Azərbaycanda qadın fəallığının ənənələri (XX əsrin sonu - XX əsrin əvvəli)» kitabı əhəmiyyətlidir. Məcmuəni çapa hazırlayan Azərbaycan Qender İnformasiya Mərkəzində, qoyulmuş məsələnin bütün çətinliyini yaxşı başa düşürlər.

Məsələnin nə dərəcədə yerinə yetirildiyinə ilk növbədə yanlış rəylərə əsaslanmayan oxucu cavab verməlidir. Müəlliflər onların ixtiyarına həm xüsusi, həm də populyar ədəbiyyatda dərc edilməyən, həqiqətən unikal sənədlər təqdim etmişlər. Lakin materialların seçilməsi probleminə biz hələ qayıdacağıq.

Ölkədə formalaşdırılan qadın hərəkatı, Azərbaycanda qadın fəallığının əsaslarını və ənənələrini, onun mənbələrini dərindən dərk edərək, maraqla öyrənir. Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşid banu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri. Lakin «kişi» tarixinə yol açmış qadın hökmdarlar, döyüşçülər, diplomatlar, şairələr və rəssamlar nadir şəxsiyyətlər idi. Bəs nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı unudulmuşdur.

Ola bilsin ki, qadın hərəkatının sovet dövrünün ilk illərinə həsr edilmiş bölməsi daha çox mübahisə yaratsın. Güman edilir ki, məhz bu tarixi dövrə, Şərq qadınına cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verən azadlığa irəliləyiş kimi nəzər yetirmək olar. Uzun illər belə mövqe şübhəsiz hesab edilirdi. Lakin indi, gender problemlərinin müasir tədqiqatçıları arasında tez-tez digər nöqteyi-nəzər qalib gəlir. Onların rəyinə görə, sovet dövrü «məcburi feminizmin» çiçəklənməsi ilə xarakterizə olunur. Burada «məcburi» anlayışı «zoraki» anlayışının evfemizmidir. Həmçinin apriori təsdiq edilir ki, qadın məsələsinin həlli kommunist təbliğatı tərəfindən «sosializm mütərəqqiliyinin sübutu» kimi istifadə edilirdi. Məlum ehkamlarda şəxsi tarixi keçmiş sifətində özünə «antipərəstişgah» yaratmaq haqda qadağa yoxdur, deməli, bu nöqteyi-nəzər də müəyyən dünyagörüşlü mövqeyi-nəzəri əks etdirir. Lakin yadda saxlamaq lazımdır ki, cinslərin bərabərliyinin təsdiqi həmişə marksist, sosial-demokrat və kommunist ideologiyasının immanent tərkibi olmuşdur. Qender bərabərliyi - sosializmin nailiyyətlərini nümayiş etdirmək üçün istifadə edilən idman uğurları deyil. Qadın azadlığı sosializmin, məsələn, sənayenin milliləşdirilməsi kimi, ictimai mənalı məqsədi idi və o, sosializm ideologiyasına səciyyəvi olan inqilabi üsullarla əldə edilirdi.

Oxucu bu kitabda səksən il bundan əvvəl işıq üzü görmüş və o vaxtdan çap olunmayan çox maraqlı «Qadın «əl-Quranı» oçerkini oxuya biləcək. Söhbət «Adobu-Nisə» kitabından gedir. Kitab İrandan gətirilmiş və rəvayətə görə qadın qəlbinin dərin bilicisi sayılan Fətəli şahın əmri ilə tərtib edilmişdir. Kitabın məzmununu, hərəmxana qadınının kişi zorakılığı ilə mübarizə tarixi təşkil edir. Lakin bu mübarizə üsulları bəzən, həqiqətən də, qadınsayağı mərdli, bəzən də gülüş doğururdu. Xalq təbliğçiləri Gülsüm Nənə, Kxuli-Can-Ağa, Babi-Şah-Zeynəb və başqaları, bu metodları Şərq qadınlarına çatdırır, onlarda haqsızlığa müqavimət və nifrət hissi inkişaf etdirirdilər.

Qadın hərəkatının ilkin sovet dövrünə həsr edilmiş bölməsində, o illərə aid sənədlər, məqalələr və müasirlərin xatirələri təqdim edilmişdir. Siz burada məcmuə müəlliflərinin şərhlərini və məqalələrini tapa bilməzsiniz. Ancaq, klassikin dediyi kimi «dünyada heç bir şeyi dəyişə bilməyən» faktlar verilmişdir. Tarixi keçmişin əsatirləşməsində özünəməxsus casus belli, bəhanə verməmək üçün, biz hər hansı bir müəllif rəyindən çəkinmişik. Bundan başqa, biz əminik ki, ciddi tarixi araşdırmaların aparılması üçün baza olmağa məsləhət görülən işdə, çox dəqiq şəkildə vurğulanmış müəlliflərin «qarışmamaq mövqeyi» tarixi əsatirlərin legitimləşdirilməsindən yaxa qurtarmağa imkan verər, buna isə hətta qızğın mübahisədə də yol vermək olmaz.

Ona görə də, oxucuya ancaq uzaq keçmişin sənədləri təqdim olunur. Bir çox hallarda onlar sadəlövh, nədə isə radikaldır. Lakin siz qızların məcburi surətdə klublara cəlb olunması, ələlxüsus da çadraların məcburi çıxarılması haqda söz tapmazsınız. Ümumiyyətlə, müasir tarixdə, Əfqanıstanda və Xomeyni İranında olduğu kimi, çadranın qadağan olunmasından daha çox, onun məcburi taxılmasına dair faktlar tapa bilərsiniz. Gənc azərbaycanlı qız üçün «sosialist feminizm» aksiyaları dolayı yolla həyata keçirilirdi: «qadın klubu-savadsızlığın ləğv edilməsi-peşəyə yiyələnmə və yalnız sonra çadranın çıxarılması». Hər bir qızın qarşısında, ər evində dörd divar arasında faktiki dustaq həyatı keçirməkdən daha cəlbedici perspektivlər açılırdı. Bu analogiyanı davam etdirərək, xatırladaq ki, qızlar qadın klublarına bolşeviklərin qışqırığı altında qurban quzuları kimi getmirdilər. Bu, düşünülmüş və cəsarətli addım idi. Bu məcmuənin sənədlərindən siz öyrənəcəksiniz ki, Azərbaycanda sadəcə «azadlıq prosesi» deyil, qadın azadlığı uğrunda əsl mübarizə gedirdi və hər bir mübarizədə olduğu kimi, onun da öz qəhrəmanları, öz qurbanları var idi. Siz onların adlarını bu kitabdan öyrənəcəksiniz.

Bu gün Azərbaycanda Qadın hərəkatı tədqiqatçılarının çoxu bu ictimai fenomenin öyrənilməsinə, təkcə tarixi sənədlərin, məşhur elmi əsərlərin öyrənilməsi ilə deyil, həm də xatirələrin, müasirlərin məqalələrinin öyrənilməsi, qadınlara məxsus ədəbi əsərlərin təhlili baxımından yanaşırlar. Bu üsul Qərbdə çoxdan və uğurla tətbiq edilir. Məcmuənin müəllifləri, bu mövqeyə şərik olaraq, «On doqquzuncu iyirminci əsrlərin hüdudlarında qadın fəallığı» əsərində onu özlərinə metodoloji əsas kimi qəbul etmişlər və ümidvardırlar ki, əsər mütəxəssislərin, marağı olan oxucuların diqqətindən yayınmayacaq.

«Azərbaycanda qadın fəallığının ənənələri (XIX əsrin sonu - XX əsrin əvvəli)» məcmuəsinin müəllifləri öz qarşılarına təkcə elmi, istorioqrafik məqsədlər qoymurdular. Açıq Cəmiyyət - Azərbaycan Yardım Fondu İnstitutunun Qadın Şəbəkə Proqramının dəstəyi ilə həyata keçirilmiş bu nəşr, müasir ictimai model üçün də çox aktual təsəvvür edilir. Burada yalnız mütərəqqi tendensiyalar deyil, həmçinin əsaslı ideyaların və ictimai münasibətlərin dünyəviləşdirilməsinin rəsmi doktrinasını bərpa etməyə cəhd edən qüvvələr arasında hiss olunan sosial təbəqələşmə, münaqişəli proseslər də yer alır.

 

«GENDER VƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI». Kursun tədris proqramı / müəl.-tərt. Qasımova E.V. t.e.n., İsgəndərova S.C.

 

Bakı, Nəşriyyat - Poliqrafiya Mərkəzi, 2006, 60 s.

 

«Qadın» və gender tədqiqatlarının intensiv inkişafı, tranformasiya dövrünün sosial-siyasi və humanitar elmlərdə baş verən köklü dəyişiklərin mühüm aspekti kimi nəzərdən keçirilə bilər. İnformasiya və kommunikasiya texnologiyalarının fənn konsepsiyalarına daxil edilməsi, təkcə gender tədqiqatlarında deyil, həm də gender fənlərinin tədrisində yeni sahələrin açılmasına imkan verir.

«Gender və informasiya-kommunikasiya texnologiyaları» kursu gələcək mütəxəssisləri müasir gender informasiya məkanı, kompüter sahəsindəki vasitələr, gender informasiyası ilə işin üsul və formaları, bilik və vərdişlərin kompüter texnologiyaları və elmi-tədqiqat, təhsil və praktiki-sosial fəaliyyət metodikalarında lazımi biliklərlə təmin etməlidir.

İnteqrativ kurs, həmçinin gender fənlərini tədris edən müəllimlərdə informasiya mədəniyyətinin formalaşmasına yardım edir, belə ki, ancaq İKT alətlərinə yiyələn, tədris-tərbiyə prosesində öyrənilən yeni nəsl fənninin metodiki təminatı, əsasən də, istifadə üçün metodikaların işlənilməsi və həyata keçirilməsinə qabiliyyəti çatan müəllimlərə yardım edir.


 

QADIN QRUPLARININ REGİONAL DİREKTORİYASI

 

ISBN 9952-8021-4-5

 

Bakı, «Adiloğlu», 2005, 178. s.

 

Əlinizdə tutduğunuz «Qadın qruplarının regional direktoriyası» kitabı 13 ölkənin Qadın İnformasiya və Dokumentalistika Mərkəzlərinin üçillik işinin nəticəsidir. Bu kitabın səhifələrində hər kəs posttotalitar ölkələrdə qadın hərəkatları haqda bütövlükdə və hər bir ölkə haqda ayrılıqda faydalı məlumatlar tapa bilər.

«Qadın qruplarının regional direktoriyası» kitabı üzərində iş 2000-ci ildə başlamışdır. Biz Qadın İnformasiya və Dokumentalistika Mərkəzlərinin yaradılması ideyasından - INDOC-dan başladıq.

Məhz Qadın İnformasiya və Dokumentalistika Mərkəzləri öz ölkələrində qadın qrupları haqda informasiya toplamağa başladılar. Biz bir çox problemlərlə üzləşdik və meydan oxumaqdan çəkinmədik. Qadın İnformasiya Mərkəzlərini, bizim işdə iştirak etmək istəyən qadınları təlimləndirərək, boş yerdə yaratmağa başladıq.

Qadınlar bizim ideyanı böyük ruh yüksəkliyi ilə qarşıladılar və biz birlikdə təşkilati və metodoloji yanaşmaları işləyib hazırlayırdıq.

Çap nəşri ilə paralel, milli saytlarda yerləşdirilən verilənlər bazası hazırlanmışdır. Hər bir qadın kompüter arxasında oturub, Alma-Ata, Pekin, Praqa, San-Fransisko, Sidney, Zaqreb, Bakı, hətta ən kiçik şəhərdə belə İnternetdən istifadə edərək birgə işə öyrənə bilər, həmçinin bu 13 ölkədə neçə qadın təşkilatının olduğunu, onların nə etdiyini, hansı layihələri yerinə yetirdiklərini, onların əlaqə ünvanlarını, elektron poçtlarını, telefon nömrələrini öyrənə bilər. Açar sözlər vasitəsilə 13 ölkənin hər birinin bütün qruplarını tapmaq, onların iş xüsusiyyətlərini müəyyən etmək olar, məsələn, qadınlara qarşı zorakılıq, qadınlar siyasətdə, qadınlar və KİV və s.

«Qadın qruplarının regional direktoriyası» kitabının bu yaxınlarda buraxılmasına baxmayaraq, o, geniş ictimai rezonans almış və qadın və эender problemləri ilə məşğul olanların hamısında böyük maraq doğurmuşdur.

Qadın şəbəkəsinin yaradılması və «Qadın qruplarının regional direktoriyası»nın buraxılışına hazırlıq üzrə iş Açıq Cəmiyyət İnstitutunun Qadın Şəbəkə Proqramının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Biz Qadın Şəbəkə Proqramının direktoru Anastasia Posadskaya-Vanderbeck xüsusi minnətdarlığımızı bildiririk.

 


 

AVROPA QADIN TEZAURUSU

 

ISBN 9952-8021-9-2

 

Bakı, «Adiloğlu», 2003, 360 s.

 

Professional tezaurus hər hansı axtarış üçün geniş perspektivlər açır. Lakin qadın problemləri üzrə xüsusi informasiya lazım olanda, tezaurus tərtibçilərinin səriştəsizliyi üzə çıxır: məlum olur ki, qiymətli informasiya ayrı-ayrı məqalələr üzrə səpələnmiş və beləliklə, «itmişdir»; istifadə olunan terminologiya qadın hərəkatı və qadın təhsilinin inkişafından geri qalır. Beləliklə, təəssüf ki, bir çox hallarda mühüm informasiya ondan istifadə etmək arzusunda olanlar üçün əlçatmaz olur.

Avropa Qadın Tezaurusunun yaradılması zərurəti, bir problem kimi keçmişdə dəfələrlə tədqiq edilmişdir. Həqiqətən də, qadın təşkilatlarının məlumat bankları Avropanın bütün ölkələrində yaradılmışdır. Tədqiqatçılar ümumi indeksasiya və axtarış sisteminin problemlərini Avropa qadın kitabxanaları və sənəd mərkəzləri arasında əməkdaşlıq yolunda əsas maneə kimi təsəvvür edirdilər. Beynəlxalq səviyyədə istifadə edilə bilən belə sistem olmadıqda, çoxsaylı kitabxana və mərkəzlərin özləri üçün onların spesifik tələbatlarını və fərdi ehtiyaclarını müəyyən dərəcədə ödəyən xüsusi sistemlər yaratmağa məcbur idilər.

Lakin 1990-cı ildə Avropa Cəmiyyətinin Bərabər İmkanlar Birliyi «Avropa birliyində kişilər və qadınlar üçün bərabərhüquqlu münasibətlər sahəsində informasiya və sənədlərin alınması resursları» adlı tədqiqat sifariş etdi. Bu iş IIAV nümayəndəsi (Amsterdam) Mariyeka Kramer və KVINFO nümayəndəsi (Kopenhagen) Ciita Larsen tərəfindən yerinə yetirildi. Onlar dil sədlərinin aradan qaldırılması və informasiya ilə mükəmməl mübadilə üçün Avropa Qadın Tezaurusunun yaradılmasının zəruriliyini inandırıcı surətdə sübut etdilər. Avropa İttifaqı Komissiyası SIGMA və DG22 informasiya sistemləri çərçivəsində Avropada qadın kurslarının fəaliyyətini qiymətləndirən yekun sənəddə Hollandiya Qadın Təhsili Tezaurusunun bir növ davamı olan Avropa Qadın Təhsili Tezaurusunun yaradılması üçün bütün qüvvələrin birləşdirilməsini tövsiyə etdi. Vahid informasiya sistemi Avropanın dövlət sərhədlərindən kənarda qadın hərəkatının inkişafına kömək etməli, ən başlıcası isə mədəni ünsiyyət sahəsində yeni perspektivlər açmalıdır.

Holland Qadın Tezaurusu Avropa Qadın Tezaurusunun hazırlanmasında həm məhsuldar bünövrə, həm də başlanğıc nöqtəsi oldu. Holland nəşri qadın problemləri kimi təyin oluna bilən bütün mövqelərin geniş spektrini əhatə edir. Nəşr həm də siyasi və hüquqi qərarlar, statistika, elmi tədqiqatlar və s. üzrə tam informasiya siyahısı təqdim edir. Tezaurus müxtəlif hakimiyyət orqanlarının istifadəçiləri, elmi əməkdaşlar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, adi qadınlar və kişilər üçün nəzərdə tutulmuşdur.

Avropa Qadın Tezaurusunun işlənib-hazırlanması və Avropa İttifaqının üzvü olan ölkələr üçün uyğunlaşdırılması bir neçə mərhələdə aparılmışdır.

Tezaurusun holland variantı tərcümə olunduqdan sonra, onun Avropa analoqunun bazasının yaradılması üçün informasiyanın müəyyən seçimi aparılmışdır. Avropa qadın kitabxanaları və sənəd mərkəzlərinin ekspertləri, Avropa Qadın Tezaurusu strukturunun əsas meyarını təyin etmək üçün görüşdülər. Holland variantında olan bəzi terminlər öz milli xüsusiyyətinə görə çıxarılmalı, bəziləri isə, əksinə, ümumavropa tələffüzünə görə yeni qadın tezaurusuna daxil edilməli idi. İndi Avropa Qadın Tezaurusunun əsasını Avropa İttifaqının üzvü olan bütün ölkələrin sakinlərinin başa düşdüyü terminlər təşkil edir. Beləliklə, təyinedici sistem, yəni indeksasiya sistemi ayrı-ayrı Avropa məlumatlar bazalarına uyğun olaraq, qadın problemlərinin heç olmazsa, müəyyən dərəcədə determinə edilə biləcək ən müxtəlif mövqeləri üzrə işlənib-hazırlanmışdır. Əlavə edək ki, tezaurusun əsası çoxdilli təyinedici indeksasiya sistemi üçün baza kimi xidmət edir. Spesifik siyasi, mədəni, hüquqi mövqelər hər bir ölkə üçün ayrı-ayrılıqda işlənib-hazırlana bilər.

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə «qadın» informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Hamıya məlumdur ki, qadın problemləri və qadın təhsili üzrə informasiya toplanmasına iki cür yanaşmaq olar: ya bu cür informasiya ayrıca spesifik topluya daxil edilməlidir, ya da hər hansı ümumi informasiya və təhsil toplusu qadın məsələlərinə toxunan ayrı-ayrı mövqelərlə genişləndirilə və zənginləşdirilə bilər. Hər iki yanaşma bizim marağımızın obyektini təyin etmək və axtarmaq üçün öz spesifik xüsusiyyətinə malikdir. Lakin Avropa Qadın Tezaurusu belə obyektin işlənib-hazırlanması üçün yalnız birinci yanaşmadan istifadə edir. Onun təyinedici və axtarış sistemləri ilk növbədə qadın təşkilatlarının məlumatlar bazasının, onların kitabxana və sənəd mərkəzlərinin yaranmasına yönəldilmişdir.

Tezaurusun olduğu halda, kitabxanaların fəaliyyətində əsas amil - qadın nəşrlərinin xüsusi indeksasiya, yəni təyinedici sistemini yeni məzmunla zənginləşdirən informasiya resurslarına malik olmaqdır. İnternetdə daha effektli işləmək üçün o da vacibdir ki, əgər istifadəçi Avropa Qadın Tezaurusunun informasiyasına əsaslanırsa, kataloq və məlumatlar bazası daha asan təyin edilə bilər.

 

 


 

Yelena Qasımova, Serqey Kondratyev, Solmaz İsgəngərova. GENDERİN AKTUAL İNFORMASİYA MƏNBƏLƏRİ

 

Bakı, «Adiloğlu», 2003, 263 s.

 

«Azərbaycanın Açıq Cəmiyyət» Fondunun yardımı ilə maliyyələşdirilmiş nəşr aktual informasiya resursunu və gender inkişafını birləşdirən birinci təşəbbüs olmuşdur. XX əsrin ikinci yarısında inkişaf etmiş demokratik ölkələr iki inqilabın şahidi olmuşlar: bunlardan biri gender inqilabı, ikincisi isə informasiya inqilabıdır. Bu inqilablardan birincisinin nətisəsində «BMT-nin QADINLARA MÜNASİBƏTDƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA KONVENSİYASI» qəbul edildi. Bu Konvensiyanın əsas müddəaları sonradan Pekində keçirilmiş Ümümdünya Qadın Forumunda inkişaf etdirilmişdir. İnformasiya bazarında elektron KİV-in, gender kommunikasiyası üçün dialoq üsullarının yaranması, məlumatların ötürülmə sürətinin kəskin artması, «elektron gender birliklərinin» formalaşması və sair amillər gender məkanının dəyişməsində çox mühüm rol oynamışdır. Adlarını çəkdiyimiz və onlarla bağlı hadisələr və faktlar gender tarazlığının şərtlərində və imkanlarında keyfiyyət baxımından dəyişikliklərə gətirib çıxarmışdır.

Təqdim edilən topluda Azərbaycan Gender İnformasiya Mərkəzi ictimayyətin diqqətinə gender sahəsində ən mühüm dünya informasiya resurslarını təqdim edir.

 


 

Solmaz İskəndərova, Yelena Qasımova, Serqey Kondratyev. İNTERNET ŞƏBƏKƏSİNDƏ GENDER İNFORMASİYA RESURSLARININ AXTARIŞI

 

Bakı, «TS», 2002, 68 s.

 

İnternet Şəbəkəsində gender problemlərinin axtarış texnologiyasını açmaq üçün, Azərbaycan Gender İnformasiya Mərkəzi İSAR-USAİD Fondun dəstəyi ilə vəsait hazırlayıb. Bu vəsait əsas sözlərin seçim üsulunu istiqamətləndirir.



 

İskəndərova Solmaz, Qasımova Yelena, Kondratyev Serqey. Kİberfemİnİzm (İnternet şəbəkəsində gender problemlərinin aktual informasiya resursları)

 

Bakı, «TS»2002, 83 s.

 

İnternet - dünya kompüter şəbəkəsi olub, yüz minlərlə lokal hökumət, ictimai, korporativ, təhsil və ev şəbəkələrini birləşdirir. Bu şəbəkələr informasiya mübadiləsi üsullarının və vahid ünvan sisteminin standart müqaviləsi əsasında işləyirlər. Şəbəkənin sadə istifadə etmə xüsusiyyəti, onu cəmiyyətin axtarış və problemlərini əks etdirən obyektiv güzgüyə çevirir.

İnternet informasiya inqilabının parlaq ifadəçisidir və eyni zamanda ümumdünya gender bərabərliyi hərəkatına imkan verir. Baxmayaraq ki, nəhəng şəbəkə əmələ gəlməsinin gender nəticələri birmənalı deyil, onlar ənənəvi institutlara və sosial proseslər mexanizmlərinə meydan oxuyurlar: yalnız informasiya (lakin, nəzərdə tutulduğu kimi hökumət, siyasi liderlər, qeyri-hökumət təşkilatları və i.a deyil) əsl bərabərliyi təmin edir. Çünki virtual dünyada sənin bioloji və sosial cinsin yox, hansı informasiya daşıyıcısı olmağın və həmin informasiyaya olan tələbat vacibdir.

İnternetdə - feminizm nəzəriyyəsi və təcrübəsi istiqamətində kiberfeminizm kimi yeni cərəyan əmələ gəlmişdir. Onun təşəbbüsçüləri İllinoys universitetinin sosioloji fakultesinin tələbə qızları olmuşlar. Onlar öz fakultələrində seksizm hadisələri təsvir olunmuş qrup anonim kompüter gündəliyi aparmağa başladılar. Tələbə qızlar kompüter gündəliyinə feministik ideyaların yayılma strategiyası və qadınların informasiya məkanını fəth etməsi kimi baxırdılar. Beləliklə, virtual dünya gender konfliktlərinin əksetdiricisi oldu. Elektron kommunikasiyalar sahəsində işləyən fransız qadınları tərəfindən yaradılmış "Internenettes" (internet qızları) saytına (topluda təsvir olunub) baxmaq kifayətdir.

Bütövlükdə kiberfeminizm aşağıdakıları yaratmağa can atır:

  • ictimai fikrin yaranmasında böyük təsiri olan və ya qərar qəbulunda məsuliyyətli qadınlar arasında şəbəkə yaratmaq;
  • qadın liderliyini və qadınların iqtisadi müstəqilliyini inkişaf etdirmək;
  • qadın inkişafı üçün dəyişikliklər ideyası və strategiyasını irəli çəkmək;
  • qadınların təbii və pozitiv hüquqlarını təmin etmək;
  • qadınların KİV-dən sərbəst istifadəsini təmin etmək.

Verilən topluda həm feministlərin, həm də gender bərabərliyi tərəfdarlarının daha parlaq və maraqlı saytları təklif edilir. Azərbaycanda ilk dəfə olaraq gender tədqiqatları təcrübəsində güclü cinsin problemləri araşdırılır. Xüsusilə, ABŞ qeyri-hökumət təşkilatlarının, "Kişi qaynar xətti" koalisiyasının, "Kişi tədqiqatları", "Gender tədqiqatları", "Atalıq resursları", "Milli atalar şəbəkəsi"nin materialları təqdim olunmuşdur.

 

 


 

İskəndərova Solmaz, Qasımova Yelena, Kondratyev Serqey. EKOFEMİNİZM (Ekologiyanın gender problemlərinin aktual informasiya resursları)

 

Bakı, «TS», 2002, 74 s.

 

Ekofeminizm və ya ekoloji mühitin qorunması sahəsində qadınların hüquq bərabərliyi uğrunda hərəkat iyirminci əsrin yetmişinci illərinin axırlarından etibarən təşəkkül etməyə başlamışdır. Bu, bir tərəfdən, qadınların ekoloji hərəkatdakı "şüşə tavanı" (üstüörtülü ayrı-seçkiliyi) dəf etmək cəhdi idi, çünki gender stereotipi iyirminci əsrin bu mühüm sosial hərəkatında kişilərin və qadınların kifayət qədər müxtəlif formalarda iştirak etməsinə şərait yaradırdı. Məsələn, belə bir fikir formalaşmışdı ki, kişilər nəzəriyyəçi-tədqiqatçılar, hüquq müdafiəçiləri və proqnozlaşdırma üzrə mütəxəssis rolunu, qadınlar isə uşaqlarda təbiətə qayğıkeş münasibət aşılamalı olan tərbiyəçi və müəllimə rolunu icra etməlidirlər.

Başlanğıcda protestin bir forması kimi mövcud olan ekofeminizm həyatın bütün sahələrində qadınlara üstünlük vermək problemini irəli sürən invayromental fəlsəfə və invayromental psixologiya məktəblərinin formalaşmasına şərait yaradır, bu isə matriarxatın ekoloji tarazlığa zəmanət verən bir amil kimi məqsədəuyğun olmasını iddia edən məntiqi nəticələrə gətirib çıxarırdı.

İyirminci əsrin yetmişinci illərinin axırlarında ekofeminizm hərəkatında bir neçə cərəyan formalaşmışdı:

Liberal ekofeminizm: Bu cərəyanın tərəfdarları belə hesab edirlər ki, əxlaq normaları və həmin normalara müvafiq olan sosial təsisatlar ekoloji sistemin bütövlyünü və harmoniyasını qoruyub saxlamağa imkan verən təbii bioloji instinktlərin funksional analoqlarıdır. Müasir dünyamızda ekoloj böhran baş verməsi faktını qəbul edən liberal ekofeminizmə görə, cəmiyyət - sosial və mədəni səviyyələrlə yanaşı, həm də bioetik səviyyəyə malik olan mürəkkəb bir bioloji fenomendir. Buna görə də liberal ekofeminizm praktikada bütün qadın hərəkatlarını bir-birinə yaxınlaşdıran ekoloji proqramların qlobal humanist istiqamətdə həyata keçirilməsinə tərəfdar çıxır.

Sizə təqdim etdiyimz bu məcmuədəki materiallar, əsas etibarilə, liberal ekofeminizm baxışlarına tərəfdar çıxan qadın qeyri-hökumət təşkilatlarının mövqelərini əks etdirir. Məhz buna görə də həmin təşkilatlar dövlət strukturları ilə, elmi müəssisələr və ictimai təşkilatlarla əməkdaşlıq etməyə həvəslə can atırlar.

İnvayromental ekofeminizm: bu cərəyan elmi mühitdə, əsasən bioloqlar və sosioloqlar arasında yayılmışdır. İnvayromental ekofeminizm cərəyanının tərəfdarlarının sosial-ekoloji problemlərə münasibəti yalnız lokal fəaliyyətlə məhdudlaşır. Ümumi nəzəri və dünyagörüşü bazası mövcud problemlərə sosial-ekoloji münasibətə əsaslanan invayromental ekofeminizm lokal və etnik çərçivələrlə məhdudlaşır.

İnvayromentalizm cərəyanı praktikada yaşayış mühitinin keyfiyyətini yüksəltmək uğrunda mübarizə aparan qadın qeyri-hökumət təşkilatlarının fəaliyyətində ifadə olunur. Bu təşkilatlar əhalinin fasiləsiz ekoloji təhsilini zəruri hesab edirlər. Onlar, əsas etibarilə, yerli büdcə tərəfindən maliyyələşdirilən proqramları həyata keçirirlər. Bu cür lokal ekoloji proqramların həyata keçirilməsinə çox vaxt bələdiyyələr donorluq edir. Sizə təqdim etdiyimiz bu məcmuədə təsvir edilən saytlarda qadın qeyri-hökumət təşkilatları və yerli özünüidarə orqanları tərəfindən birgə həyata keçirilmiş konkret proqramlar barədə məlumat verilir.

Radikal ekofeminizm: biosentrizmi özünün nəzəri əsası hesab edən bu cərəyanın tərəfdarlarının fikrincə, təbiətin yaranmasında və onun qorunub saxlanmasında həlledici rol oynayan qüvvə yalnız bir cinsə - məhz qadın cinsinə məxsusdur. Radikal ekofeminizmin tərəfdarları bütün mövcud dəyərləri qlobal miqyasda, açıq-aşkar "qadın şovinizmi" mövqeyindən yenidən qiymətləndirməyə, yeni, radikal "davranış obrazlarını" bərqərar etməyə çağırırlar. Radikal feministlər öz mövqelərini əsaslandırmaq üçün arqument kimi, ekoloji fəlakətlərin qadınlar üçün törətdiyi nəticələrə istinad edirlər. Qlobalizm siyasətinin ən qatı əleyhdarı kimi çıxış edən radikal feministlərin fikrincə, qlobalizm - Yer kürəsinin kişi əhalisi tərəfindən qadınların təbii və pozitiv hüquqlarına qəsd etmək cəhdidir. Radikal feminizm ekoloji problemlərin həllində qadınların rolunun artırılması və ətraf mühitin idarə edilməsində qadınlara üstün rol verilməsi uğrunda mübarizə aparır.

Funksional ekofeminizm: lap yaxın vaxtlarda - ötən əsrin doxsanıncı illərinin axırlarında yaranmış bu cərəyan özündən əvvəlki cərəyanlardan (həmin cərəyanları yuxarıda sadalamışdıq) fərqli olaraq, əvvəlcə qeyri-hökumət təşkilatı kimi praktiki fəaliyyət göstərmiş, sonra isə həmin fəaliyyəti nəzəri jəhətdən əsaslandırmaq üçün cinslərin canlı təbiətlə ahəngdar şəkildə harmonik inkişaf etməsi tezisini irəli sürərək, ekologiyada ümumbəşəri və milli dəyərləri və üstün amilləri dəstəkləmək yolunu seçmişdir. Qadınların ekoloji təşkilatlarına digər cinsin nümayəndələri də cəlb edilirdi.

Sizə təqdim etdiyimiz saytlarda bu cərəyana "yaşayış mühitinə kollektiv şəkildə uyğunlaşma" kimi tərif verilir. Funksional ekofeminizmin tərəfdarları sosial baxımdan məqbul sayılan davranış nümunələrini əsaslandırmağa çalışır və bu cür nümunələr qisminə aşağıdakıları aid edirlər: qadınların və kişilərin ekoloji deqradasiyaya məruz qalmalarının təsirin azaldılması və bu yolla hər iki cinsin reproduktivliyinin qorunub saxlanması; ekoloji cəhətdən təmiz və məqsədəuyğun qidalanma; tərbiyənin qlobal humanist istiqaməti.

 

 


 

Yelena Qasımova, Serqey Kondratyev, Solmaz İsgəngərova. GENDER AZƏRBAYCANIN DÖVRİ MƏTBUATINDA. Annotasiyalı Biblioqrafik göstərici 2000-2002

 

ISBN 9952-8021-1-0

 

Bakı, 2003, «Yeni nəsil», 680 s.

 

Azərbaycan Gender İnformasiya Mərkəzi Açıq Cəmiyyət-Azərbaycan fondunun köməyilə Qadın Şəbəkə Proqramı (WNP) çərçivəsində postotolitar məkanda dövri mətbuatın ilk gender biblioqrafik göstəricisini sizə təqdim edir. Nəşrin müəllifləri ilk baxışda bir-biri ilə çox əlaqəli olmayan üç səbəbi əsas götürmüşlər.

Birincisi: «yenidənqurma» və sonrakı transformasiya illərində başqa yeni müstəqil dövlətlərdə olduğu kimi, bizim respublikada da biblioqrafik araşdırmalara maraq, bununla bağlı özünəməxsus zövq itirilmişdir və nəticə kimi - biblioqrafik nəşirlərdə böhram vəziyyəti yaranmışdır. 80-ci illərin ikinci yarısından Azərbaycan Kitab palatası tərəfindən hər il çap edilən qəzet və jurnal məqələlərinin salnaməsi öz nəşrini dayandırmışdır. Elə bunun nəticəsidir ki, hazırda hər hansı problemlərə dair biblioqrafik nəşrlər, sadəcə olaraq yoxdur, hərçənd məhz biblioqrafik təsvirlər ucsuz-bucaqsız informasiya aləmində nəinki səmtləşməyə köməklik edir, həm də müasir həyatın ən incə məqamlarını fiksə edir.

İkincisi: müxtəlif səviyyəli informasiya-kommunikasiya əlaqələrinin şəxsiyyətlərarası ünsiyyət, qrup halında və ya kütləvi kommunikasiya prosesində həyata keçirilməsindən asılı olaraq müəyyən xüsusiyyətlərə malikdir. Bu proseslərin hər birində fəaliyyət göstərən subyektlər öz mövqelərini məxsusi şəkildə formalaşdırır və üzə çıxarır, informasiya mübadiləsi kanallarını və müvafiq strukturları təşkil edir, cəmiyyətin gender həssaslığını artıran və ya əksinə, azaldan amillər yaradırlar. Gender balansının bərqərar olması üçün kütləvi informasiya-kommunikasiya prosesləri birinci dərəcəli əhəmiyyət kəsb edir ki, bunların da ən çox tələbat olan və ən bariz növü mətbuatdır.

Ölkəmizdə informasiya bazarının formalaşması üçün ciddi tədbirlər görülür. Bu bazarın subyektlərinin hər biri öz maraqlarını təmin etmək məqsədinə tabe olan məxsusi strategiyalar həyata keçirir. Məlumatlandırma və kommunikasiyanın tənzimlənməsi üçün istifadə edilən müxtəlif priyom və üsulların hamısını informasiya məkanında fəaliyyətin iki tipinə aid etmək olar: səfərbəredici priyom və üsullar subyektin öz dünyagörüşünü təbliğ etməyə əsaslanır; marketinq tipli priyom və üsullar isə konkret tələbat və ehtiyacların təmin edilməsinə yönəlmişdir.

Bu nəşrin yaranmasının üçüncü səbəbi məhz bundan ibarətdir: biz qadınların imkanlarının əhatə dairəsini genişləndirmək, cəmiyyətimiz üçün çox zəruri olan gender həssaslığı tərbiyə etmək yolu ilə qadın hüquqlarına münasibətdə konstruktiv ictimai rəy formalaşdırmaq məqsədini qarşıya qoymuşuq. Ənənəvi və virtual KİV qadına məxsusi maraq göstərmir (nəticə etibari ilə qəzət materiallarının ümumi zəminində qadınlar haqda məqələlərin məzmununun faizinə əsaslanır), cəmiyyətdə qadının rolu məsələsinə patriarxal baxışları möhkəmlətməkdə davam edir, qadınları siyasətdən və iqtisadiyyatdan uzaqlaşdırmağa çalışır. Lakin yeni başlanmış XXI əsr və bütövlükdə üçüncü minillik həyatın bütün sahələrində «qadın keyfiyyətlərinin» cəlb olunmasını get-gedə daha çox tələb edəcəkdir.

İnformasiya-axtarış, biblioqrafik və analitik tədqiqat işləri sahəsində bir illik təcrübəmizə əsasən yəqin etmişik ki, qarşılıqlı informasiya təsirinin üsulları informasiya məkanındakı subyektlərin bir-birinə tamamilə zidd olan davranış formalarını xarakterizə edir. Belə ki, informasiya təşviqatı və informasiya təbliğatı ciddi sosiallaşma üsulları olub, insanlara seçim imkanı təklif etmədən onların fikirlərində, inamlarında və davranışında zorla müəyyən dəyişikliklər edilməsini nəzərdə tutur. Bəzən insanların şüuruna yiyələnmək uğrunda sərbəst rəqabətin hüdudları qeyri-müəyyən olur, ideyaların köməyilə şüurları fəth etməyin üsulları əvvəlcədən proqramlaşdırılmış qiymətlərin və münasibətlərin insana zorla qəbul etdirilməsi, onun şüuruna psixoloji təzyiq göstərilməsi, insanın müəyyən məqsəd və dəyərləri mənimsəməsi üsullarından fərqlənir.

İctimai fikrin formalaşdırılmasının bu üsullarının əksinə olaraq marketinq strategiyaları, informasiya ilə bağlı tələb və təklif münasibətlərinə müvafiq qaydada formalaşır və subyekt üçün zəruri olan informasiyanı lazımi vaxtda və lazımi yerdə onun sərəncamına verməyə xidmət edir. Məlumatlandırmanın bu cür strategiyaları insanın şüuruna nəzarət etməyə deyil, onu inandırmağa yönəlmişdir. Bu strategiyalar davranış modelini direktiv şəkildə tələb etməkdən daha çox insanları maarifləndirir. Biz məlumatlandırma və gender sahəsində geniş əhatəli maarifləndirmə funksiyalarını yerinə yetirərkən, respublika mətbuatının bütün diapozonunu təsvir etməyə çalışmışıq.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb