Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCANIN QADIN QHT-LƏRİNİN BEYNƏLXALQ ŞƏBƏKƏLƏRDƏ İŞTIRAKI


    

1. Avropa qadınları zorakılığa qarşı (WAVE)

 

WAVE - qadın və uşaqlara (qaçqın qadınlar, məcburi köçkünlər, konsaltinq mərkəzləri, zorakılığın profilaktikası və qarşısının alınması sahəsində təhsil, böhran mərkəzləri) qarşı zorakılığa əks təsir sahəsində fəaliyyət göstərən, 4000 Avropa Qeyri-Hökumət Təşkilatından ibarət şəbəkədir. Azərbaycan bu şəbəkədə «Universitet təhsilli qadınlar» - tel: (99412) 4972416, 4980170, e-mail: tjafarova59@mail.ru; universitywomen@rambler.ru,  Tamam Cəfərova və «Təmiz Dünya» Vətəndaş Hüquqları Uğrunda İctimai Birlik - tel: (99412) 4971058, (99450) 3143515, e-mail: meri@azinet.com, Mehriban Zeynalova ilə təqdim olunmuşdur.

 

2. Cənubİ Qafqaz İnteqrasİyası: alternatİv başlanğıc

 

Cənubi Qafqaz xalqlarının qarşılıqlı anlaşmalarına və konstruktiv dialoqun yaradılmasına kömək edir. Azərbaycan Qadın Krizis Mərkəzi ilə təqdim olunmuşdur - Mətanət Əzizova, tel: (99412) 4943376, e-mail: wcc@online.az

 

3. Cənubİ Qafqazda trafİk və qadınlar üzərİndə zorakılığa daİr monİtorİnq Şəbəkəsİ (WRMG)

  

Şəbəkə 2000-ci ildə OBCE-nin dəstəyi ilə Cənubi Qafqaz qadınlarının görüşündə yaradılmışdır. Azərbaycan qadın hüquqlarına dair monitorinq qrupu - tel: (99412) 4977026, e-mail: zaliha@mail.ru, wrmg@lycos.de, Zəlihə Tahirova ilə təqdim olunmuşdur.

 

4. DEMOKRATİK GƏNCLƏR ŞƏBƏKƏSİ

 

Demokratik gənclər şəbəkəsi demokratiya quruculuğunun əqidə, vasitə və metodlarına həmfikir olan siyasi cəhətdən fəal gənclərin forumu kimi yaradılmışdır. 17 ölkədən 62 iştirakçıdan ibarətdir. Şəbəkə hər bir iştirakçı ölkə gənclərinin siyasi və vətəndaş fəallığını inkişaf etdirir. Azərbaycan bu şəbəkədə  təqdim olunmuşdur: Azərbaycan Qadın Demokratik Şəbəkəsi və «Səlahiyyətli Təhsil» - Gülarə Əfəndiyeva, tel: (99412) 4718303, (99450) 3008330, e-mail: empowering_edu_az@yahoo.com

 

5.-Elektron qadın İnformasİya və sənəd resursları (REWINDNET)

 

REWIND şəbəkəsi 14 ölkədən olan qadın informasiya mərkəzləri və sənədlər şəbəkəsidir. Şəbəkə spesifik layihələri həyata keçirir və gender həssaslığını və dövlət qurumlarına, KİV-lərə, qadın fəallarına, tədqiqatçılara, müəllim və tələbələrə taktiki təzyiqi qabağa çəkir. Şəbəkə öz məqsədlərini aşağıdakılar vasitəsilə həyata keçirir: qərar qəbul etmədə bərabər hüquq siyasətini lobbiləşdirir və gender probleminə dair AB meyarları ilə milli siyasətin tarazlaşdırılması kampaniyalarını təşkil edir. REWIND bərabər imkanlar siyasətinin yaradılmasına dəstək olaraq, ekspertizanın müxtəlif ixtisaslaşdırılmış sahələrində resursları (tematik, insani, maliyyə, informasiya, ən yaxşı metodikalar və praktika) bölür. REWIND gender bərabərliyinə dəstək vasitəsi kimi elektron və nəşr resurslarından istifadə edir. Azərbaycan bu şəbəkədə Azərbaycan Gender İnformasiya Mərkəzi  - tel. (99412) 4381577, (99450) 3315877, e-mail: info@gender-az.org -  Qasımova Yelena ilə təqdim olunmuşdur.

 

6.  "Gender və sİyasət" Avropa koalİsİya qrupu (ECPR)

 

"Gender və siyasət" Avropa koalisiya qrupu 1985-ci ildə Şimali İrlandiyada Elfast Kral Akademiyası alimləri tərəfindən təsis edilmişdir. Bu gün şəbəkə bütün dünyadan 300-dən çox üzvü birləşdirir: (http://www.essex.ac.uk/ecpr/standinggroups/ecpg_home.aspx). Şəbəkənin məqsədi: siyasi həyat, gender rolları və stereotipləri ilə bağlı geniş əhatə problemi üzrə birgə gender araşdırmaları. Azərbaycanı şəbəkədə Azərbaycan Gender İnformasiya Mərkəzi - tel. (99412) 4381577, (99450) 3315877, e-mail: info@gender-az.org -  Qasımova Yelena ilə təqdim olunmuşdur.

 

7. ICWHRD (Network)  Şəbəkəsİ

 

ICWHRD (Network)  şəbəkəsi - təkcə qadın hüquqlarının müdafiəsi sahəsində deyil, həm də gender bərabərliyini irəlilətmə sahəsində işləyən təşkilatların və fərdi üzvlərin koalisiyasıdır. Şəbəkə qadın hüquqlarına aid beynəlxalq saziş və beynəlxalq standartların yerinə yetirilməsinin monitorinqini həyata keçirir və qərar qəbul etmənin bütün səviyyələrində qadın maraqlarını lobbiləşdirir. Azərbaycan koalisiyada Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti, (sədr - Novella Cəfərova), tel: (99412) 4972108, (99450) 3346150, e-mail: n_jafarova@azeri.com. Fərdi nümayəndəlik - Şəhla İsmayılova, tel: (99412) 4084044, 4700878, e-mail: ward@bakinter.net, shahla_ismailova@yahoo.com ilə təqdim olunmuşdur.

 

8. "Karat" koalİsİyası

 

"Karat" koalisiyası - Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində gender bərabərliyinin təsdiqi üçün işləyən qeyri-hökumət təşkilatları və fərdi üzvlərin regional koalisiyasıdır. "Karat" həssas gender siyasəti üçün çıxış edir, beynəlxalq standart və sazişlərə uyğun olaraq regionun bütün dövlətlərində qanunvericiliyin və milli siyasətin tarazlaşdırılmasını qabağa çəkir, dünyada və regionda sabitliyin bərqərar olmasına töhfəsini verir. Azərbaycan koalisiyada Gənclər Təşkilatlarının Milli Məclisi (NAYORA), Qadın Qaçqınların İnkişaf Mərkəzi və İDP - tel: (99412) 4325843, e-mail: hasanova_gultekin@box.az, Gültəkin Həsənova;  Əlil Qadınlar Cəmiyyəti - tel: (99412) 4349988, 4693849, e-mail: mahluga@yahoo.com; ficdp@azintex.com, Məhlüqə Rəhimova; «Bikə» Azərbaycan Qayd Qızlar Assosiasiyası - tel: (99412) 4935401, 4939731, e-mail: bikaguide@hotmail.com, Firənqiz Həmidova; "Yuva" Humanitar Mərkəzi - tel: (99412) 4920503, (99450) 3131618, e-mail: renayuva@yahoo.com, Rəna Tahirova və "SYMMETRY" Gender Assosiasiyası - tel: (99412) 4934056; e-mail: kdsgender@yahoo.com, gidunit@un.azeri.com, Kamilla Dadaşova ilə təqdim olunmuşdur.

 

9. Qadınlar sülh uğrunda

 

Cənubi Qafqazın regional "Qadınlar sülh uğrunda" koalisiyası YUNİFEM-in "Qadınlar münaqişələrin qabağının alınması və Cənubi Qafqazda sülh quruculuğu uğrunda" layihəsi çərçivəsində 2004-cü ildə yaradılmışdır. Azərbaycan Milli koalisiya 1325-lə təqdim olunmuşdur. Bordun üzvləri: Dürdanə Məmmədova - tel: (99412) 4926286, 4929849, e-mail: mdurdana@box.az, Səcidə Əbdülvahabova - tel: (99450) 3380892, e-mail: mailto:woman.institute@azeurotel.comvə Gülnar Qasımova - tel: (99412) 4938288, e-mail: ergo1@rambler.ru

 

10. Qadınlar üzərİndə zorakılığı dayandırmaq (STOPAW)

 

Şəbəkə The Advocates for Human Rights-in rəhbərliyi ilə, United Nations Development Fund for Women (UNIFEM), the Network Women's Program of the Open Society Institute (OSI), the University of Minnesota Human Rights Library and UrbanPlanet LLC dəstəyi ilə STOPAW portalı vasitəsilə qadın hüquqlarının müdafiəsini irəli çəkir. Azərbaycan bu şəbəkədə Azərbaycan Gender İnformasiya Mərkəzi - tel: (99450) 2211034, e-mail: yulia_gureyeva@hotmail.com   -  Yuliya Əliyeva ilə təqdim olunmuşdur.

 

11. Qafqaz qadınları məclİsİ (WRMG)

 

Sülh quruculuğu və dünya mədəniyyətinin inkişafında qadınların rolunun artırılması. Azərbaycan qadın hüquqlarına dair monitorinq qrupu - tel: (99412) 4977026, e-mail: zaliha@mail.ru, wrmg@lycos.de - Zəlihə Tahirova ilə təqdim olunmuşdur.

 

12. MATWERK/CORDAID (NIDERLAND)

 

Şəbəkə geri qayıdan miqrantlara yardım edir. Azərbaycan Qadın Krizis Mərkəzi ilə təqdim olunmuşdur -  Mətanət Əzizova, tel: (99412) 4943376, e-mail: wcc@online.az

 

13. MDB ölkələrİndə gender təhsİlİnİn İnkİşafi şəbəkəsİ

 

Şəbəkəyə Sosial və Gender siyasəti İnstitutu (Rusiya) və Azərbaycan, Gürcüstan, Moldova, Qırğıstan, Tacikistan, Kazaxstanın Feminist Cəmiyyəti, Özbəkistanda İsveçrə səfirliyinin Gender Proqramı Açıq Fondunun Qadın Proqramları daxildir.

Proqramın əsas məqsədi -  regional əməkdaşlığın, tədqiqatların keçirilməsi və gender tədqiqatları sahəsində tədrisə peşəkar yanaşmanın inkişafı, tədqiqatçılara, informasiya tədris və nəşrlərlə mübadiləyə dəstək məqsədilə subregional gender tədqiqatları şəbəkəsinin yaradılması və genişləndirilməsidir. Proqramın son məqsədi - ali təhsil sisteminə gender tədqiqatlarının tətbiq edilməsi vasitəsilə postsovet subregionunda təhsilin sistem və standartlarının dəyişdirilməsinə kömək etmək. Azərbaycan şəbəkədə təqdim olunmuşdur: Qərb Universiteti yanında Gender Araşdırmaları Mərkəzi - tel: (99412) 4921475, e-mail: gencent.wuaz@azeurotel.com, Lidiya Rəsulova/Qurbanova Saidə;  Azərbaycan Gender İnformasiya Mərkəzi - tel. (99412) 4381577, (99450) 3315877, e-mail: info@gender-az.org, Qasımova Yelena və Səlahiyyətli Təhsil Proqramı - Gülarə Əfəndiyeva, tel: (99412) 4718303, (99450) 3008330, e-mail: empowering_edu_az@yahoo.com

 

14. Səlahİyyətlİ təhsİl (EENET)

 

Şəbəkə 1997-ci ildə Ukraynada yaradılmış və Azərbaycan, Gürcüstan, İndoneziya, Qazaxstan, Qırğızctan, Litva, Moldova, Tacikistan, Özbəkistanı əhatə edir. Şəbəkə cəmiyyətin bütün üzvləri arasında konstruktiv dialoqa və interaktiv metodikalar vasitəsilə gender bərabərliyinə dair təhsil verir. Azərbaycan şəbəkənin milli filialı ilə təqdim olunmuşdur. «Səlahiyyətli Təhsil» Proqramı - Gülarə Əfəndiyeva, tel: (99412) 4718303, (99450) 3008330, e-mail: empowering_edu_az@yahoo.com

 

15. Sülh və Azadlıq uğrunda beynəlxalq qadın Cəmİyyətİ 

 

Sülh və Azadlıq uğrunda beynəlxalq qadın Cəmiyyəti (Peace Women) səylərini BMT-nin Təhlükəsizlik Şurasının 1325 Qətnaməsini yerinə yetirməyə yönəldir. Azərbaycan bu şəbəkədə koalisiya 1325-lə təqdim olunmuşdur. Sədr - Səcidə Əbdülvahabova, tel: (99412) 4977842, 4970757,  (99450) 3380892, e-mail: sajida.gafar@gmail.com, woman.institute@azeurotel.com

 

16.  Şərq - Qərb qadın şəbəkəsİ (NEWW)

 

NEWW şəbəkəsi qadın hüququ müdafiəçilərini birləşdirir və vətəndaş cəmiyyətinin inkişafında qadın inkişafı konsepsiyasını qabağa çəkir. NEWW-də 30 ölkə təqdim olunmuşdur. Üzvlər cəmiyyətin bütün təbəqələrini əks etdirirlər: hüquq müdafiəçiləri, fəal vətəndaşlar, tələbələr, jurnalistlər, vəkillər, parlament üzvləri, professorlar, səhiyyə işçiləri və feminist hərəkatın fəalları. NEWW müstəqil qadın hərəkatlarını dəstəkləyir və bərabər hüquq və imkanlar siyasətinin formalaşdırılmasına təsir göstərən qadın hərəkatı və qadın qeyri-hökumət təşkilatlarının stabilliyini gücləndirir. Azərbaycan bu şəbəkədə Azərbaycan Gender İnformasiya Mərkəzi - Vəliyeva Olğa, tel: (99412) 4381577, e-mail: olga@gender-az.org və Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi - tel: (99450) 3192079, e-mail:  mehribanvezir@yahoo.com, azeri_women@yahoo.com - Mehriban Vəzir  ilə təqdim olunmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb