Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Vətən müharibəsinin qəhrəman qadınları


 

ƏSGƏROVA Gültəkin Məlik qızı (20.11.1960, Bakı - 19.7.1992, Ağdam r-nu, Aranzəmin yüksəkliyi) - Azərbaycanın Milli Qəhrəmanı (1993, ölümündən sonra). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991 ildən Uroloji kliniki xəstəxanada işləmişdir. 1992 ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992 ildə gəhrəmancasına həlak olmuşdur.

 

 

 

ƏSGƏROVA Salatın Əziz qızı (1961, Bakı - 9.1.1991, Şuşa yaxınlığında) - Azərbaycanın Milli Qəhrəmanı (1992, ölümündən sonra). Azərb. Dövlət Un-tini bitirmişdir (1985). 1988 ildən "Molodyoj Azerbayjana" qəzetində müxbir işləmişdir. 1990-cı illərdə dəfələrlə Qarabağda ezamiyyətdə olmuş, döyüş zonalarından reportajlar hazırlamışdır. 1991 ilin 9 yanvarında Şuşa yaxınlığında erməni silahlı qüvvələrinin pusqudan avtomat silahdan açdığı atəşlə qətlə yetirilmişdir.

 

 

 

MƏMMƏDOVA-KOSMODEMYANSKAYA Dürrə Əlabbas qızı - (d.25.12.1923, Şəki ş.) - 2-ci dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı. Azərb. SSR əməkdar səhiyyə işçisi (1981). 1940 ildə Bakı Əczaçılıq Texnikumunu bitirmişdir. Müharibənin ilk günlərindən könüllü cəbhəyə getmiş, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmiş, Novorossiysk ş.-nin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmişdir. 1948 ildə ordudan tərxis olunmuşdur. 1949-51 illərdə Leninqradda, 1951-61 illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləmiş, 1961 ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışır. Qırmızı Ulduz, II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.

 

 

 

MƏMMƏDBƏYOVA Leyla Ələsgər qızı (d. 17.9.1909, Bakı) - ilk azərb. təyyarəçi qadınlarından biri. Əmək fəaliyyətinə 1930 ildən başlamışdır. Bakı (1931) və Moskva (1933) təyyarəçilik məktəblərini bitirmişdir. Tuşino təyyarə meydanında paraşütlə tullanan ilk azərb. qadın, paraşüt idmanı üzrə Zaqafqaziya çempionu (1934) olmuşdur.

 

 

 

NURİYEVA Sona Piri qızı (d. 15.12.1915, Bakı) - ilk azərb. təyyarəçi qadınlarından biri. Bakı təyyarəçilər klubunda yetişmiş, 1936 ildə Bataysk təyyarəçilik məktəbini bitirmiş, Azərb. mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. 1945 ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir. 1949 - 68 illərdə Zabrat aeroportunda işləmişdir. SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

RÜSTƏMBƏYOVA Aliyə Fətulla qızı (1907, Şuşa,1942). İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. 1-ci Leninqrad Tibb İn-tunu bitirdikdən (1935) sonra Özbəkistanda, 1938 ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İn-tunda çalışmışdır. Müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir. 1941 ildə əsir düşmüş, 1942 ilin əvvəllərində əsirlikdən qaçmış, Smolensk məşələrində fəaliyyət göstərən "Deduşka" partizan dəstəsinə qoşulmuşdur. Tibb-sanitar batalyonunun rəisi olmuşdur. Döyüşlərin birində həlak olmuşdur.

 

 

 

SEYİDMƏMMƏDOVA Züleyxa Həbib qızı (d. 22.3.1919, Bakı) - ilk azərb. təyyarəçi qadınlardan biri, kapitan. Bakı aeroklubunu (1935), Əzizbəyov ad. Azərb. Sənaye İn-tunu (1936), N.Y. Jukovski ad. Hərbi Hava Akademiyasını (1941) bitirmişdir. İkinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. 1946-52 illərdə məsul komsomol və partiya vəzifələrində çalışmış, 1952-75 illərdə Azərb. SSR ictimai təminat naziri olmuşdur. 1975 ildən Azərb.-ın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini işləmiş, Azərb. SSR Ali Sovetinin (2,6-8-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 Qırmızı Əmək Bayrağı və 2 "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb